NÖVRAĞI DƏYİŞƏN YEVLAX
Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi
(Əvvəli ötən
saylarımızda)
Məlum olduğu kimi, Yevlax həm də kənd təsərrüfatı rayonudu. Hələ sovet
dönəmində burada
kənd təsərrüfatının
müxtəlif sahələri,
xüsusilə pambıqçılıq
geniş vüsət almışdı. Yevlaxın pambıq
istehsalçsıları zamanında
ölkənin qabaqcıl
təsərrüfatlarından sayılırdı. Belə bir
baza üzərində
mövcud olan və bu gün
də öz fəaliyyətini genişləndirən
Yevlaxın aqrar sahə işçiləri
ilbəil yeni uğurlara imza atırlar. Şəhər
icra hakimiyyəti başçısının hesabat
məruzəsindən də
göründüyü kimi,
bu ilin birinci
rübündə Yevlaxda
13 milyon manatlıq kənd təsərrüfatı
məhsulu istehsal olunmuşdu ki, bu konkret nəticə
də 2014-cü ilin birinci rübü ilə müqayisədə
9,3 faiz artım deməkdi. Göründüyü kimi, Yevlaxın
kənd təsərrüfatı
əməkçiləri artıq
bu ilin birinci
rübündə keçmişdə
qalan 2014-ü qabaqlamış,
oun ötüb keçiblər.
Biz əgər kənd təsərrüfatının konkret
sahələri üzrə
mövcud vəziyyətə
nəzər salsaq, onda görərik ki, 2015-ci ilin məhsulu üçün
Yevlax rayonu üzrə 232 hektar kartof, 237 hektar tərəvəz, eləcə
də taxıl, yonca və digər
əkin növləri
üçün üst-üstə
165 min manat məbləğində
sahibkarlara dövlət
yardımı göstərilmişdi.
Təbii
ki, həmin göstərilən maliyyə
yardımı da həm mineral gübrələr,
həm texnika və bütövlükdə
təsərrüfatın idarə
olunması üçün
gərəkli olan sahələrə yönəldilmişdi.
Son nəticədə məlum
olmuşdu ki, söhbət Yevlaxın torpaq mülkiyyətçilərinə
407 ton mineral gübrə güzəşti
etmişdi ki, bu da faktiki
olaraq həmin gübrənin maya dəyərinin çox böyük hissəsinin qiymətini təşkil edir. Yəni öz maya dəyərindən aşağı
qiymətə torpağı
əkib-becərənlərə gübrənin satılması
onlara həm torpağa maraq hissinin, həm də son nəticənin əldə edilməsinə
diqqətin artmasında
gərəkli bir yardım kimi göstərilmişdi. Deməli, torpaq
adamına, kənd zəhmətkeşinə edilən
yardım öz bəhrəsini əldə
olunan məhsulda göstərmişdi. Bax
elə 2015-ci ilin birinci rübündə ötən ilin yeni dövrü ilə müqayisədə
8,1 ton ət, 64.5 ton süd,
3 min ədəd yumurtanın
artıq istehsal olunması söylədiyimiz
fikri bir daha təsdiq edir. Yəni bir az da açıqlasaq, onda görərik ki, dövlət dəstəyi son nəticədə
məhsulun istehsal səviyyəsinin artımına
gətirib çıxarır.
Yevlaxda aqrar sahənin inkişafı üçün ayrılmış
diqqətin mərkəzində
torpaqların suvarılma
problemi dayanıb. Ona görə
də suya ehtiyacı olan torpaqların suvarılması
üçün mövcud
suvarma kanllarının
yenilənməsi, təmizlənməsi
istiqamətində də
köklü işlər
görülübdü. Təkcə ilin birinci rübündə
130 km suvarma kanalı təmizlənmiş, 29 ədəd
nasos stansiyası və hidrotexniki qurğu köklü şəkildə təmir
olunub istifadəyə
verilmişdi.
Rayonun əksər
yaşayış massivlərində,
xüsusilə kəndlərində
suya olan tələbatın ödənilməsi
də yaddan çıxmamış, bu
sahəyə də əlaqədar qurumların
diqqəti yönəlmişdi. Bircə onu
demək yerinə düşər ki, cari ildə Salahlı, Girdəxan Balçılı və Varvara kəndlərində
magistral suvarma kanallarında tam şəkildə
əsaslı təmir
işləri görülüb.
Həmçinin ilin birinci rübündə 29,5 km uzunluğunda kollektor-dren şəbəkəsi
bütünlüklə təmizlənmiş
və buradakı digər problemlər də aradan qaldırılmışdı.
Təbii ki, aqrar sahə
ilə yanaşı Yevlaxda infrastrukturun da köklü şəkildə yenilənməsi,
üstəlik daha müasir səviyyəyə
çatdırılması istiqamətində hər cür addımlar atılır. Əgər rayon icra hakimiyyətinin
məsələ ilə
bağlı təqdim
etdiyi hesabata diqqət yetirsək, onda görərik ki, bu ilin
birinci yarısında,
yəni cari ilin birinci rübündə
Yevlaxda əhalinin içməli su ilə təminatı məsələsi rəhbərliyin
xüsusi nəzarətindədi.
Hətta
bu məsələ demək olar ki, aparatın bütün fəaliyyət
proqramında qırmızı
xətt kimi keçir. Ona görə də
həm şəhər
sakinləri, həm də kənd və qəsəbələrdə
yaşayanların içməli
su ilə təminatı bir problem kimi tez-tez müzakirə
olunur. Məhz buna görə
də rayonda artezian və subartezianların, həmçinin
digər nasos stansiyaların tam şəkildə
istismara yararlı olması təmin edilir. Faktiki olaraq əhalinin
içməli su ilə bağlı problemi aradan qaldırılmış, kanalizasiya
və yağış
sularının çirkablara
axıdılması üçün
kanalizasiya sistemini də normal işləməsi
təmin olunmuşdu.
Bununla paralel olaraq rayonda elektrik enerjisi ilə təminat məsələsi də əsas yerlərdən birini tutur. Doğrudur, işlədilən
enerjinin pulunun ödənilməsində müəyyən
çətinlkilər olsa
da, ancaq enerji ilə təminat məsələsində
elə bir ciddi çətinliklər
ortaya çıxmamışdı.
Məhz bu səbəbdən də ilin birinci
rübündə 53 min manatlıq
təmir işləri
görülmüş, 44 ədəd
transformator yenidən istifadəyə qaytarılmışdı.
Bunlarla yanaşı olaraq həmçinin istifadə
edilmiş enerjinin pulunun ödənilməsi
istiqamətində də
muvafiq addımlar atılmış, nəticədə
1 milyon 792 min manatlıq
ödəniş edilmişdi.
O ki, qaldı əhalinin istifadə etdiyi enerji və
onun ödənilməsinə,
burada da uğurlar diqqəti çəkir. Həmin uğurları da faktlarla ifadə etsək, onda məlum olar ki, 950 min manatlıq elektrik enerjisinin 861 min manatdan artıq ödənişi olunmuşdu.
Faktiki olaraq tapşırıq 90,5 faiz yerinə yetirilmişdi.
Bu gün Yevlaxda
səhiyyə, mədəniyyət,
təhsil sahəsində
də köklü işlər görülüb. Həyata keçirilən
islahatlar və yenidənqurma göstərir
ki, şəhər icra hakimiyyətinin mərkəzi xəstəxanası
ilə birlikdə həyata keçirdikləri
planauyğun tədbirlər
öz müsbət nəticəsini verir.
Sonda 18 yaşından 45 yaşınadək
olan yevlaxlılar arasında aparılan bu müayinələr buarada adamların sağlamlıq durumunun daha yaxşılaşmasına,
qarşıya çıxan
məsələlərin vaxtında
həll olunmasına bir töhvədir. Faktiki olaraq bu gün
Yevlaxda mövcud olan tibb obyektlərinin,
yəni xəstəxana,
poliklinika, həkim məntəqəsi və digərləri yeni avadanlıqlarla təmin olunmuş, daha təhsilli və bacarıqlı həkimlərin
öz peşə məharətinin göstərilməsinə
şərait yaradır.
Eyni ilə mədəniyyət
və təhsil sahəsində də bu günün tələblərinə cavab
verən addımlar atılır.
Ceyhun RÜSTƏMOV
Ədalət.-2015.-16 may.-S.4.