Hər kim
nə deyir, desin! Şeir dili aydındır.
YADIMA
DÜŞDÜ
Dənizdə ləpə var, dağda bulud var.
Gündə
durna keçir göydən yüz qatar.
Baxdım üfüqlərə həzin axşamlar.
O məlul
durmağın yadıma düşdü.
Bax,
yaşıl Krımda yarpaqlar solub,
Elə bil təbiət işdən yorulub.
Hərdən
qərib-qərib gözlərin dolub,
Boynunu burmağın yadıma düşdü.
Hər günüm bir ildir sənsız, a bala.
Gəlməyəsən görüm səni zavala.
Gözlərim yumulub getdim xəyala.
Min oyun qurmağın yadıma düşdü.
Səhər-səhər
tezdən açılıb yaxan,
Alnına
inci tər düzülən zaman,
Yuxudan
duranda alışıb yanan
O tunbul
yanağın yadıma düşdü.
Atamın,
anamın istəkli soyu,
Anan layla
desin, heşıkdə uyu!
Qaz
balası kimi görəndə suyu
Əlini vurmağın yadıma düşdü.
Sormasınlar
nə var dərdli könüldən,
Səni mən yuxumda görmüşəm dünən.
Bir az uzananda yuxarı dönən,
Körpəcə dırnağın yadıma
düşdü.
Könlüm
sənsiz ağlar, səninlə gülər,
Ata olmayanlar bunu nə bilər.
Tulub
çarpayının yanından səhər,
Ayağa durmağın yadıma düşdü.
Yenə səndən
gəlmir çoxdandır soraq,
O
zalım ananda insafa bir bax!..
Bir
körpə əlini gövəndə bayaq,
Çeçələ barmağın yadıma
düşdü.
Krım-Yalta,
1938
ÇİNAR
Gecə
keçmiş, ulduzlar ağ, göy qara!
Söykənmişəm qocaman bir çinara.
Bir yanımda ömür kimi axır su.
Qaçmış bu gün təbiətin yuxusu.
Budaqlarda sərin yelin xoş səsi.
Yarpaqların həzin-həzin nəğməsi.
Ürəyim
bir qanadlanmış quş kimi
Hey
çırpınır, təsəllisiz, əsəbi.
Hündür
çinar budaq atmış, qol atmış,
Öz ömründə çox əsrlər
qocaltmış.
Görkəmində
qarlı dağlar vüqarı,
Başı bütün ağaclardan yuxarı.
Tufan
qopar, yağış yağar, qar tökər:
Od
qamçılı ildırımlar göy sökər.
Bəzən
çayda daşlar daşı qovalar,
Seldə gedər göy çəmənlər, ovalar.
Yarğan yağar sinəsini dağların.
Sular oyar binəsini dağların.
Karvan çəkər göydə qara buludlar.
Çovğun gələr, şaxta kəsər, buz
donar.
Xan çinarım əyməz məğrur
başını.
Kimsə bilməz xan çinarın yaşını.
Gecə
qara; durdum düşündüm bir az,
Dedim nədən
ulu çinar yıxılmaz?
Birdən
çinar dilə gəldi dedi: bax!
Bu torpaqda
dərindən kök salaraq,
Hər tərəfə
uzatmışam qolumu,
Övladlarım bürüyüb sağ-solumu.
Belə məğrur dayanmağa haqlıyam.
Mən kökümlə bu torpağa bağlıyam.
Yalta, 1935
SƏDAQƏT
Durnanın
qatarı gör nə gəşəngdir!
Səhər
buludları nə lalərəngdir!
Mehriban
gözlərin yol çəkir yenə;
Bir səs
pıçıldayır: "gəlməyəcəkdir".
Gecədir, yar gəlib gəzir otaqda.
Qulağın səsdədir, fikrin uzaqda.
Sevgilim, nə
görüb eşqin, sorsana,
Qəlbin otağında tək ağlamaqda?
Uzaq
üfüqlərdə al günəş batır,
Kölgələr dənizə nur-kəmənd atır.
Hicranın
gözləri oyaqdır yenə;
Nə gündüz dincəlir, nə gecə yatır.
Həsrət tellərinə kimdir əl vuran?
Göyərçin könlümdür yollarda duran.
Yüz
illik bir ömrü qurban verərdim
Xumar gözlərinə baxsaydım bir an.
Bilirəm,
sadiqsən anda, ilqara,
Qoy çəkməsin fikrim könlünü dara.
O
böyük eşqinlə sağalacaqdır
İnan ki, aldığım ən dərin yara.
Oxşa
körpəmizi, dik tut başını!
Çatılmış görməsin düşmən
qaşını.
Namərdlər
içində sorağı gəlməz
Könül həmdəminin, can sirdaşının.
Bəlkə
bir gün məndən gətirdi soraq
Qan ləkəsi düşmüş bir sarı yarpaq.
Bil ki son
şerimin ilk sözü sənsən,
Bir də
can verdiyim bu ana torpaq.
Krım, 1942.
ŞEİR
DİLİ
Hər kim nə deyir, desin!
Şeir dili aydındır.
İstəyirsən
sevincdən,
istəyirsən qəmdən yaz.
Elə
aydındır bu dil
Nadan
yüz yol oxusun -
yenə
bir şey anlamaz.
1958
VƏTƏNDƏN
UZAQDA
Deyirlər,
Axşamlar kədər gətirir.
Deyirlər,
Can
sıxır qaranlıq gecə.
Deyirlər...
Deyirlər...
Gündüzlər necə?
Gündüzlər
səbiriz gözləyirik ki,
bir
axşam olsun,
bir gəlsin
gecə!..
Qahirə,
yanvar, 1959
DÖRDÜMÜZÜN
SÖHBƏTİ
Sığınmışıq
gəlbimə:
Ümid,
Şübhə,
Kədər
və mən.
Xeyli keçib gecədən.
Yağış yağır.
Külək
əsir,
Ümid
deir:
Yağış
kəsəcək,
külək kəsəcək.
Qaranlıq
əriyib
sabah
olacaq
Qızıl telləri saçaq-saçaq.
Şübhə
deyir:
haçaq?
haçaq?
Yağış qara çevrilə bilər.
Külək tufana dönə bilər.
Gecə uzana bilər.
Kədər
deyir:
Yağış
qurusa da,
səhər olsa da,
külək kəssə də,
nə təsəlli
var,
nə
son var
içimdəki yetim səsə.
Ümid
deyir...
Şübhə
deyir...
Kədər
deyir...
Mən
dinləyirəm:
Ümidi,
Şübhəni,
Kədəri.
Gözləyirəm səhəri.
Doğsun
günəş
Qızıl telləri saçaq-saçaq.
Soruşmuram haçaq.
Danış,
ümid!
Danış!
Köhnə
tanış!
Moskva,
iyul, 1960
DÜNYANIN
DƏRDİ
Bu gecə yenə yatmamışam.
Nə
başım ağrıyır,
Nə xəstəyəm.
Yatağım rahat.
Döşəmədən
tavana qədər
Sükut var otağımda.
Olsun ki,
belə bir sükut içində,
bir
gün
bizimlə vidalaşmadan,
gedəcək ürək.
Ancaq bu deyil məni nigaran qoyan.
Bu gün
var olan
bir
gün yox olacaq axırısı.
Məni
yatmağa goymur
dünyanın dərdi
torpağın ağrısı.
Mart, 1962
BURUQLARIN
SÖHBƏTİ
Qoca buruq
Yanındakı
cavan buruğa dedi:
-
Ayaqlarını möhkəm bas
Polad
döşməyə!
Hazır
ol!
Fırtına
gəlir
dəmir
çeynəməyə,
polad
köşəməyə.
Cavan buruq
dedi:
- Niyə
nigaransan?
Qorxum
yoxdur mənim
Fırtınadan, tufandan.
Bəlkə, paslanıb dirəklərin?
Bəlkə
dalğaların ləngəri
qaynaqlarını qoparıb, töküb?
Yoxsa
canına
cilovsuz
küləklərin
qorxusu
çöküb?
Qoca buruq
dedi:
- Mən
uzun bir ömür yolu keçmişəm.
Yıxılsam
da nə qəm!
Təkəbbür
hünər deyil!
Ağır
gündə möhkəm dayan
qoçaqsan!
Mən getsəm, keçmişim qalar.
Sən
getsən,
gələcəyini aparacaqsan.
SORUŞ
Od nə
çəkdi,
küldən soruş!
Baş nə
çəkdi,
dildən
soruş!
İşə
susuz barmaqların
kədərini insan bilir.
Nəğmələrin
həsrətini
bir
qırılmış teldən soruş!
Ömrün
çətin yollarında
daşa
ləpir salsa ayaq,
gün
nə çəkdi,
ildən
soruş!
Zülmətliyin
möhnətini
kor
söyləsin!
Bəm
xalların fəryadını,
zildən
soruş!
Mən kölgəsiz bağ görmədim.
El dərdi tək dağ görmədim.
Gözlərimi
yumub açdım,
neçə dostu sağ görmədim.
Nələr
çəkdi çaylaq daşı,
seldən
soruş!
Yollar uzun, mənzil uzaq.
Sərt daşlara dözmür ayaq.
Dözsün gərək.
Dözsün gərək.
Kim zirvəyə
qalxar, deyin,
Yollar boyu
hər pilləni,
birgünləri, yüzilləri
qəlbimizlə,
beynimizlə,
ömrümüzlə
doldurmasaq.
Mən yolçuyam.
Od nə
çəkdi,
küldən soruş!
Hansı
şerim,
Hansı
sözüm
Yaşayacaq məndən sonra?
Mən
bilmirəm,
eldən
soruş!
Bakı, yanvar, 1964.
DARISQALLIQ
Uzun illər
sıxdı məni:
gah
çəkmələrim -
bəzən uzunu, bəzən eni ilə.
Gah ötüb keçən ilə təəssüfüm.
Gah ümidim yeni ilə.
Gah
dünyanın dərdi, qəmi sıxdı məni,
Gah corablarımın boğazı.
Gah
alçaq buludların qalın pərdəsi;
Gah bir
nadan gələbindən
tökülən yazı.
Gah avtomat qələmin bahalığı.
Gah sözün ucuzluğu.
Gah köynəyimin yaxalığı.
Qırıb
çıxmaq istədim
"olar", "olmaz" çərçivəsindən.
Dedilər
yox, yox!
Dəblərə,
qaydalara gir!
Verdişləri,
adətləri gözlə!
Sığallı
dildə yaz!
Sıxdılar
məni,
maddələrlə, sözlərlə...
İş
otağım
On iki metr yarım.
Altısında
mən,
yazı
masam,
həsrətim, ümidim.
Sabir.
Heminquey,
Tavandan
süzülən damcıların izi,
Bricid
Bardonun
bığsız, pişik üzü.
Falk,
Mikayıl,
Tağı,
Bəhlulun nəvəsi.
İlk
sırada olmaq
və
qalmaq həvəsi.
Altı metr belə.
Altı
yarım:
kitablar,
kitablar, kitablarım.
Pəncərələr
sıxdı məni
uzunsov
dördbucaqda göstərib
küçənin evlərlə sərhədlənmiş
yarğanını.
Maşınlar
sıxdı məni
markalarına münasib.
Sıxdı
məni vaqonların
güzgülü kupeləri və
yol
hesabatını yoxlayan mühasib.
Məsafələr
metrlərlə,
işıq kilovatlara doldurulub.
Nəğmələr
oktava içində,
Xəstələrin
hərarəti
dərəcələr içində.
İri
meyvələr dənələrə
üzüm-göz yaşı gilələrə dolub.
Şəhərimin
yaşıllığı
ölçülüb, biçilib
salınıb rəqəmlərə.
Dağlar
darıxıb göyə qalxıb,
dərələr çöküb yerə.
Darıxır
insan
hüdudlar, ölçülər içində,
Yayda uzun
gündüzlər,
qışda uzun gecələr içində
Deyirəm:
öləndə, atın
ən dərin
dəryaya məni;
qaldırıb bududlardan yuxarı!
Son yolum
uzun,
son mənzilim
geniş olsun barı.
Yox, yox
Ən dərin
dəryalar da
Sahillərin çənbəri içindədir.
Görünür,
Darısqallıq
kənarda deyil;
hər
meyvənin tumunda,
hər
canlınıın hüceyrəsində,
hər
binanın daşında, kərpicindədir.
Görünür,
yolumuz
budur.
Zərurəti
dərk etməyincə
Gedirik,
gedəcəyik,
Darısqallıqda
keçə-keçə...
1967
MƏNDƏ
İXTİYAR OLSA
Mən
istəyirəm:
buludlar
ağlasın
uşaqlar ağlamasın;
analı
ya anasız.
Mən
istəyirəm:
güllər açılsın,
güllələr açılmasın,
amanlı
ya amansız.
Mən
istəyirəm:
qapılar qapansın
soyuq
olanda hava.
Gözlər
qapanmasın,
sözlər qapanmasın.
Mən
istəyirəm:
yanğınlar sönsün,
ümidlər sönməsin.
Meyvələr dəysin öz fəslində.
Ürəklərə söz dəyməsin.
Bəhərdən budaqlar əyilsin.
İnsan
başını əyməsin,
xəcalətdən ya gücsüzlükdən.
Axsın
bulaqlar göz yaşı kimi,
torpağın üzərində.
Göz
yaşı bulaq kimi axmasın
dünyanın heç bir yerində.
Hər şey insana baxsın.
İnsan ələ baxmasın.
Gecələr ulduzlar oyaq olsun.
İnsanlar
yatıb dincəlsin;
qüvvət toplasın sabahın
xeyirli
işlərinə.
Açsın
gözlərini
gələcəyin ümidli səhərinə.
Mən
istəyirəm:
sevinc, səadət
bol olsun.
Ürəkdən-ürəyə,
ölkədən-ölkəyə,
açıq yol olsun.
ARZU
Xəritəyə baxdım.
Qanadlarını
gərib,
dalğalı Xəzərə qonmaq istəyən,
nəhəng bir quş kimi görünür
Azərbaycan.
Bir
şahindir
dimdiyi
göy sularda.
Qanadları göylərdə.
Bu əzəmətli
şəkli
yarada
biləydim,
bir yeni əsərdə;
ahəngi
dəniz dalğalı.
adı
"Poeziya qartalı".
VƏTƏN
DEDİM
Xəfif
yeldən titrəyən
yarpağına Vətən dedim.
Yanıq,
quru,
göy
kəklikli,
boz
qumrulu
torpağına Vətən dedim.
Dağlarının
köpük duman
duvağına Vətən dedim.
Tarixinin
yaxınına,
uzağına
Vətən
dedim.
Bağlarının
yasəmənli budağına
Vətən
dedim.
Gənclərinin
nəğmə-nəğmə dodağına
Vətən
dedim.
Ürək
kimi
gecə-gündüz hərəkətli
iş və
hünər meydanına
Vətən
dedim.
Bu
gününə, dövranına
Vətən
dedim.
Dalğalanan
al şəfəqli
bayrağına,
tənha,
ucqar bir daxmada
yanan
nurlu çırağına
Vətən
dedim.
Köhnə,
yeni
qara
qızıl yatağına,
ildən
ilə şöhrətlənən
ağ
qızılın sorağına
Vətən
dedim.
Büllur,
sərin bulağına,
İnsan
yurdu - ocağına,
tunc zəfərli
keçmişinə,
gəlhagəlli bu çağına,
isti, əziz
qucağına
Vətən
dedim.
Mən Vətənin qoynundayam.
Vətən
adlı bir torpağın
borcu hər
an boynumdadır.
Qeyrətini
çəkmişəm də,
çəkirəm də.
Torpağını
əkmişəm də,
əkirəm də.
Yollarında
- yüksəlişdə
puçur-puçur alın təri
tökmüşəm də,
tökürəm də.
Mən Vətənin
qoynundayam,
Vətən mənim qoynumdadır.
Həm
qeyrəti,
həm
qayğısı,
həm
şöhrəti -
böyük borcu
boynumdadır!
Boynumdadır!
TƏBRİZİM
MƏNİM
Balaş
Azəroğluna
Laylası məhzun,
Nəğməsi məhzun.
Həsrəti ömründən uzun.
Karvandan üzülmüş ağ dəvəsi.
Gözlərində böyük ümidin uzaq töhfəsi
Neçə evinin küçə divarı kor.
Dodaqları quru,
bulaqları gur.
Arzularında qançır, qamçı.
Kədəri axın-axın,
sevinci damcı-damcı.
Bəzən günləri qanlı yuxu kimi,
bəzən həsrətli yuxuları gerçək olmuş.
Neçə dəfə sevincək olmuş.
Balaları sərgərdan.
Gəlinləri nigaran.
Qurtuluş yolları:
məhbəs, dar ağacı, gülləbaran.
Dan yeri qan boyalı.
Ümidindən, arzusundan dönməyən.
Ocağında - ürəyində odu sönməyən.
Səhəri
uzun əsrlərin yolunda yubanan,
Qardaşına
həsrət, bacısına həsrət,
bayatıları - qədim məhəbbət.
Qoynu gah
aydın havalı,
gah
çənli, dumanlı.
Qəlbi gümanlı.
Taleyi böhranlı.
Özü
bababir, nənəbir
adət-ənənə bir -
doğma
qardaşım.
Pasportda o yanlı.
Arzulayanda əlim çatmayan.
Ağrısı,
göynəyi qəlbimdə
gecə-gündüz yatmayan.
Dağları
dağlarıma bənzər,
bağları, bağlarıma.
Ana
sözü kimi
əziz
olan adı - dodaqlarıma.
Köhnəm, təzəm, uzağım, yaxınım.
Ən
gözəl şerim,
Yanıqlı mahnım.
Mənsizim!
Təbrizim!
Ədalət.-2015.-19 may.-S.6.