"PƏNCƏRƏMİ AÇDIM
SABAHA..."
(Rəsul Rza-105)
II məqalə
Rəsul Rza poeziyasında Dünya bütün təzadları; kosmik və kibernetik yenilikləri, qanlı müharibələr və azadlıq uğrunda gedən mübarizələri, xalqların tərəqqisi və patriarxal geriliyi, sülh arzusu və Xirosima-atom faxciəsi.. ilə əks olunur. O zaman bütün şairlər artıq ənənəyə çevrilmiş beynəlxalq mövzuda şeirlər, poemalar yazırdılar və təbii ki, R.Rza da bu cərgədən geridə qala bilməzdi. Amma gəlin, həmin mövzuda ən azı 70 il ərzində yazılan poeziya nümunələrinə diqqət yetirək. Əksəriyyətinin dövrün sifarişindən yarandığı qənaətinə gəlirsən. Amma yaşayan şeirlər də var və R.Rzanın keçən əsrin otuzuncu illərindən ta ömrünün sonuna qədər bu mövzuda yazdığı bir sıra şeirlər nə aktuallığını itirib, nə də bədii təravətini...g
Budurgnəfəsi qaynar, göyləri ulduzlu bir yay. Uşaq pəncərədə oturub, ana otaqda. Bir gurultu eşitdilər. İki ürək həyəcanla döyündü.
Uşaq bağırdı:
-Ana! Ana!
Kim söndürdü çırağı?
Ana dinmədi,
dinə
bilmədi.
Uşaq
qışqırdı:
-Hardasan,
ana?
Su
tök, qoyma gözlərim yana!
O gündən,
sanki
badam gözlərin yası,
qara bir
matəm olub
çökdü bütün cahana.
Bu
misrvalar "Xirosima!.. Xirosima!.."
şeirindəndir. Onda nə patetika var, nə də sovet təbliğat
kompaniyasından gələn şüar... İki
insanın - ana-balanın və bir ölkənin (Yaponiya) faciəsi
əks olunub bu şeirdə. R.Rzanın "Hindistan dəftərindən",
"Suriya dəftərindən", "İraq xatirələri",
"Yaponiya motivləri", "Praqa xatirələri",
"Qara dəniz sahilində düşüncələr"
silsilələrində dünyanın təzadları
filosof-şair düşüncəsindən keçir.
Budur, hind
şəhəri Çaypur... Şəhərin küçələri
ilə ağır-ağır addımlayan fil... Bəlkə bu fil Çaypurdan çox-çox
qocadır, başını aşağı salıb, hər
şeyə biganə addımlarla gedir fil. Üstündə
filban. O, istəsə, "xıx" deyib, fyili dizi
üstə çökdürər, istəyəndə
toxmaqla vurar başına.Fil belindəki bu yüklə
ömrünü saat-saat, əsr-əsr
çürüdür. Ovsarı filbanın əlində.
Düşünürəm
yana-yana,
göynəyə-göynəyə.
Gözlərimdən
gəlib keçir
Tarix, həyat varaq-varaq.
Görürəm
ki,
Zülmə
qarşı mütilikdir dayanan
Ən qədim,
ən modern
köləlik təməlində.
Ümumiyyətlə, R.Rza mütiliyə, əsarətə,
mənəvi əsirliyə, zülmə, haqsızlığa
qarşı dözümsüz idi və bu
dözümsüzlük onun əksər şeirlərində
müxtəlif tərzdə ifadə olunmuşdur. Ranqunda, zooparkda
gördüyü, mil-mil dəmir qəfəs içində
gördüyü filin acınacaqlı halı onda necə hiddət
oyadırdısa, Şərq boyda ucsuz-bucaqsız məmləkətlərdə
axıdılan göz yaşları, oxunan yanıqlı, kədərli
nəğmələr də elə bir qəzəb
oyadırdı onda. "Ağlama, Şərq,
ağlama! Yanğıları göz
yaşı söndürməz. Doğra yanıqlı nəğmələrini;
bir cərrah kimi doğra: çıxart onlardan kədəri,
qəmi, ümidsizliyi; göz yaşını çıxart!".
Rəsul Rza haqqında yazılan monoqrafiyaların birində
belə bir fikir var ki, R.Rzanın İNSANı sosializm
realizminin prinsip və tələblərinə cavab verən və
konkret sosialist ideologiyalı insandır. Bu İNSAN doğma
Abşeronu və Lənkəranı gəzəndə də,
Afrikanın qumlu səhralarına müxtəlif
ölçülü ləpirlərlə yazılmış
tarixini oxuya-oxuya dolaşdığı zaman da, "mədəniyyət
silahlı" avropalıların Şərqdəki "fəaliyyətlərini"
müşahidə edəndə də, Əlcəzair
meydanında qanı axıdıldıqda da, hindli paltarı
geyəndə də - hər yerdə və hər zaman məhz
həmin ədəbi cərəyanın və ideologiyanın
qabaqcıl nümayəndəsi olduğunu unutmur. (A.Abdullazadə)
R.Rzanı sovet dövründə yaşadığı
üçün "sosializm realizminin prinsip və tələblərinə
cavab verən" şair kimi səciyyələndirən
müəlliflər çox olub. Lakin gəlin məsələyə
bir başqa aspektdən yanaşaq. Yetmiş
illik bir dövr arxada qaldı, sosializm və onun ədəbiyyatda
inikası olan sosializm-realizmi nəzəriyyəsi də tarixin
yaddaşına köçdü. Lakin mənəvi
dəyərlər yaşayır. O mənəvi dəyərlər
ki, əsrlər boyu insanlığın keçdiyi məşəqqətli
yolda öz saflığını itirməyib, nə feodalizm
dövründə, nə Azərbaycanın iki yerə
parçalandığı XIX əsrdə, nə
çarizmin, nə də Qırmızı imperiyanın
istilası zamanında... Hansı dövr, hansı
istilaçı hökmdar, hansı imperiya və hansı
ideologiya ədəbiyyatın qanından, canından, şah
damarından vətənpərvərlik hissini, xalqa,
torpağa, insana , öz doğma dilinə,
mədəniyyətinə, dininə, Allahına sevgisini məhv
edə bilərdi? Bax, indi, XXI əsrin ilk
onilliyində yetmiş illik sovet dövrünün ədəbiyyatına
sırf ideologiya nöqteyi-nəzərindən deyil, ancaq və
ancaq sənət baxımından yanaşdıqda heç də
bədbinliyə qapılmırıq. Gəlin, Azərbaycanda
Sovet hakimiyyəti uğrunda gedən mübarizələri əks
etdirən inqilabi-tarixi romanlarımızı da , o
dövrün əmək qəhrəmanlarına həsr olunan
şeirləri də, poemaları da inkar etməyək, pioner nəğmələrini
də, komsomol marşlarını da, leninnamələri,
stalinnamələri dəgBunlar yazılıb, oxunub, milyonlarla
insanların şüuruna hakim kəsilib, "sovet
adamı"nın formalaşmasında müəyyən rol
oynayıb, amma illər keçib və zamanın hökmü
ilə tədricən yaddaşlardan silinməyə üz
qoyub.Onları sadəcə ədəbi fakt kimi xatırlatmaq
lazımdır.
Biz mənəvi
sərvətlərdən söz açdıq və təbii
ki, bu mənəvi sərvətlərin yaşanmasında ən
böyük missiya ədəbiyyatın, xüsusilə,
poeziyanın üzərinə düşür... Bu mənada Rəsul
Rzanın Azərbaycan ədəbiyyatı və mədəniyyətinə
verdiyi töhfələr, qiymətli sənət inciləri
heç də az deyildir.
Anar Rəsul
Rzaya həsr etdiyi "Çinar ömrü" adlı məqaləsində
yazır: "Rəsul Rza yalnız doğuluş və
ölüm tarixinə, yaradıcılıq illərinə
görə deyil, sənətçi varlığının
bütün mahiyyəti etibarilə XX əsr şairidir, yəni
əsrin bütün təzadlarını, yüksəlişini,
ümidlərini, eyni zamanda ümidlərin tar-mar
olmasını, dövrün dərdlərini, faciələrini,
xəyal qırıqlığını yaşamış və
əsərlərində gah birbaşa, açıq, gah da
içində ömür sürdüyü şəraitin
yasaqlarına görə, örtülü şəkildə,
dolayısıyla-Ezop diliylə əks etdirmişdir".
Rəsul Rzanı bu mənada insanlığın tarixi
faciələrini əks etdirən filosof-şair kimi də səciyyələndirmək
olar.
Bu fikri əyaniləşdirən misallar o qədər
çoxdur ki, ilk növbədə, müəyyən təsnifata
da ehtiyac duyulur. Amma yox! İstərdim ki, şəxsən
bir oxucu və ədəbiyyat adamı kimi yaddaşımda əbədi
yaşayan bəzi nümunələrə müraciət edim.
Səs
düşdü Göytəpə kəndinə:
"Sarı dana xəstələnib".
Sosializm dövrünün əmək qəhrəmanlarını
deyil, əməkçi insanının faciəsini əks
etdirən "Dana və balaca qız" şeiri R.Rzanın ən
tragik şeirlərindən biridir.
Sədr gəldi,
partkom gəldi,
baytar,
bir də briqadir.
Hər gələn
soruşdu:
-Azarı
nədir?
İlk baxışda komik görünən bu səhnə
getdikcə misra-misra dramatikləşir, ciddi ahəng alır,
nəhayət, faciəli sonluqla bitir. Sarı dananın xəstələnməsi
az qala rayonun bütün rəhbərlərini
fermaya çəkib gətirir. "Tənzif,
pambıq verin! Qarnını bağlayaq, İsti su gətirin
ayaqlarına! Damcı dərman da lazımdır
qulaqlarına. Nüsxə yazdı bir
qarış. Handan-hana qoca mühasib gəldi.
Baxdı, ah çəkdi. Dedi:
yazığın gəlsin bizə, sarı dana.
Amandır bu zülmü eləmə illik
plana!" Rəsul Rza bu şeiri 1959-cu ildə
yazıb. Elə bir dövrdə ki, sosializm öz apogeyinə,
zirvə nöqtəsinə çatmışdı, hər
yerdə "kommunizmə doğru" şüarı səslənməkdə
idi.Lakin bu şüar yalanlar, boş vədlər,
şişirdilmiş rəqəmlər, öhdəliklər
içində bağırtıdan başqa bir şey deyildi.
"Partkom gündə bir dəfə xəbər aldı:
-Necədir sarı dana? Əhvalat
uzundur, nə deyim. Bəsdir bunu desəm
Dana ölmədi bu azardan. Ancaq
Gülxaranın qaragöz kiçik qızı...gBeşcə
qulac bez aldılar bazardan".
Rəsul Rzanın bu şeiri bütün poeziyasında
təsvir etdiyi insan faciələrindən ancaq birini əhatə
edir. İnsana, onun sabahına inam ifadə edən bir poeziyada
bu tipli şeirlərin də olması nəyə dəlalət
edirdi? Deyə bilərik ki, R.Rza insana sevgini, humanist münasibəti
heç vaxt mücərrəd şəkildə ifadə etməyib,
onun şeir və poemalarında bu inamla yanaşı,
çeşid-çeşid insan faciələri ilə də
üz-üzə gəlirik. "Dana və balaca qız" da XX əsrin
faciəsini əks etdirir. Və bu faciə heç də
dünyanın başı üstünü alan
atom təhlükəsindən, qanlı müharibələrdən,
savaşlardan, qətllərdən az əhəmiyyət
daşımır.
Quyruğunu
qoyub belinə
qaçır, tullanır
sarı
dana indi.
Ancaq,
soruşan yoxdur,
yaşıl otlar içindəki
o balaca
qəbir kimincir?
Rəsul
Rza da ölümlərdən çox yazıb... Dostu, görkəmli kino-rejissor Lətif Səfərovun
qəfil ölümünə həsr etdiyi "Rekviyem"
şeirini xatırlayın. Bu, nə mərsiyədir,
nə elegiya, bu, hüznlü bir fəlsəfi monoloqdur. Deyərdim ki, insan və ölüm problemi Azərbaycan
poeziyasının bir sıra gözəl örnəkləri də
daxil olmaqla bu əsərdə də öz dolğun bədii həllini
tapıb. Rəsul Rzanın fikrincə, hər bir sənət
adamının ölümü bir ailənin, onun
qohum-qardaşlarının və saysız
dost-tanışlarının itkisi deyil: "Yoxluğunla bitmədi
sənət, bitməyəcək. Yaradacaqlar: bəlkə səndən
yaxşı, bəlkə pis. Lakin sən yarada
biləcəyin yaranmayacaq sənsiz". Onun qəhrəmanlıqla
həlak olmuş dəniz neftçilərinin xatirəsinə
həsr etdiyi "Ölümdən güclülər", məşhür
neftçi Ağa Nemətullaya, əmək qəhrəmanı
Bəsti Bağırovaya həsr etdikləri şeirlər də
"Rekviyem"dəki ideya ilə səsləşir:
İnsan ölümdən güclüdür!
Böyük türk şairi Nazim Hikmətlə Rəsul
Rzanın dostluğu haqqında çox yazıblar. Təkrar etmək
niyyətim yoxdur. Amma deməliyəm ki,
onların dostluğu poeziyadan başlamışdı. Öz poeziyasının siqlətinə, məna
yükünə və novatorluğuna görə dünya
şairləri sırasında seçilən Nazim Hikmət
R.Rza yaradıcılığını yüksək qiymətləndirirdi.
"Mənim dostum Rəsul Rza",
"Aydındır şeirin dili" və "İkinci nəfəs"
məqalələrini o, R.Rza yəradıcılığına
həsr etmişdi. "Rəsul Rza Azərbaycan
poeziyasının novatorlarından biri, özünəməxsus
oricinal şair, xalq şeirinin, klassik poeziyanın böyük
pərəstişkarıdır"-bu sözlərin müəllifi
Nazim Hikmətdir.
Üfüqdə göy gözlərin sarı həsrəti.
Bir səs:
-Oğlum,
oğlum! - deyə
çağırır Məmətig
Miz üstü-bir işıq gölü.
Dəftər, kağız miz üstünə
tökülü.
...Qara dənizin
üstündən
qara yellər
əsdimi?
Məmət gecikdimi?
Çağıran tələsdimi?
gÜfüqdə göy gözlərin sarı həsrəti.
Səhifələrdə yaralı qəlbin məhəbbəti.
Məmət
dərs oxuyur
Lehistanın baş kəndində.
Şəkərim,
qardaşım, ustad!
Bir də
çağırma,
çağırma Məməti!
Bu da Rəsul
Rzanın "Qara dəniz sahilində düşüncələr"
şeirindəndir... Amma R.Rza Nazim Hikmətə
ayrıca, ona qədər şeir həsr edib. Və bu şeirlərdə Nazim itkisi böyük
ürək yanğısı ilə təsvir olunur. Bir
şeir Nazimin dəfn olduğu məzarlıqda yaranıb, bir
şeir "Gülxanə parkında bir ceviz ağacı
var" adlanır: "Onun qəlbindəydi ceviz
ağacının pöhrəli baharı. Ueviz
ağacındaydı canı mavi gözlü divingHanı ceviz
ağacı? Qurudu dedilər. Sənə
əl çatmaz, şəkərim! Keçdiyin
dünyadan həsrətin getməz, getməz, şəkərim".
Və bütün bu şeirlərdə Nazim
Hikmət və Türkiyə, Nazim Hikmət və qürbət
motivləri paraleldir. Bir dahi insanın faciəsi
R.Rza təsvirində göynəklidir.
Ədalət.-2015.-21 may.-S.8.