Seymur ucalığı
Nənəsi Şövkət
xalanın sığal-oxşamalarından doymaq bilmədiyi
kimi , şirin nağıllarından da doymaq bilməzdi.İstər
"Ağ atlı oğlan nağılı" olsun, istər
"Məlikməmməd nağılı" - nənəsi
sevimli nəvəsini həvəsləndimək
üçün qəsdən nağıl qəhrəmanlarının
adını istəkli nəvəsinin adıyla əvəz edərdi.Söylədiyi
nağılların sonunda qəhrəmanların göstərdiyi
hünəri tərifləyərkən Seymur körpə qəlbi
sevinc və heyrət hissiylə atlana-atlana soruşardı:
- Nənə , o mənəm?
Nənəsi təsdiq edərdi:
- Əlbəttə körpə pələngim, o sənsən ! Nənə o vaxtlar nə biləydi ki, zaman gələcək ,vətənin çətin imtahan günlərində onun öz diliylə desək "yeddilər üstündə tapılan" sevimli nəvəsi nağıl qəhramanlarının göstərdikləri qəhrəmanlıqlardan da böyük qəhramanlıqlar göstərəcək.
... Deyirlər ki , Qu quşu ömründə bircə dəfə - ömrünün qürub çağında ürəkləri göynədən çox təsirli bir nəğmə oxuyur.Həmin gün- 1992-ci il aprel ayının 21 -də səhər-səhər ,son döyüşdən əvvəl anası Xurşud xanıma baş çekmək üçün fürsət tapıb Murğuzlu dağının ətəyində yerləşən evlərinə dəymişdi.Ömrünün toy vədəsində öz əliylə əkdiyi yenicə meyvə tutan ağaclara,yaraşıqlı həyətlərinə, zövqünə uyğun tikdirib- bəzətdirdiyi evlərinə, birdə qarşıdakı başı dumanlı Ərgünəş dağına gözdolusu baxa- baxa oxumağa başladı . O gün ilk dəfəydi ki , bəxtəvər ana həyatından çox sevdiyi, iki qız övladından sonra dünyaya gələn madar oğlunu belə yanıqlı-yanıqlı oxuyan görüb heyrətlənmişdi.O hardan biləydi ki , bu , Seymurun vida nəğməsidir.
Fizuli şəhərində gənc bir ziyalı ailəsinin bəxtinə gün doğan vaxtlar idi .18 sentyabr 1971-ci ildə dünyaya gəlişi ilə, 1988-ci ildə isə 2 saylı orta məktəbi müvəffəqiyyətlə bitirib Azərbaycan Politexnik İnstitutuna (indiki Texniki Universitet) elektrotexnika fakültəsinə daxil olması ilə anası jurnalist Xurşud xanıma, atası riyaziyyat müəllimi Qəhrəmana dünyanın bütün sevincini bağışlamışdı Seymur...
Təbiət başqa xislətdə yaratmışdır onu .Həyatın yüngül nəşələrindən, ərkəsöyünlükdən çox uzaq idi tək oğul. Qiyabi təhsil ala-ala Fizuli rayon rabitə şöbəsində fəhlə kimi əmək fəaliyyətinə başlamışdı.
Qarabağ üzərinə qara buludlar axanda isə rayonda yaranan özünümüdafiə dəstəsinə yazıldı, ov tüfəngi ilə keşikdə dayandı.
1991-ci ildə hərbi xidmətə Vladimir vilayətində ,Kovrov şəhərində başlamışdı. Orda 6 aylıq artilleriya kursunu bitirib nümunəvi əsgər kimi Almaniya Federativ Respublikasına göndərildi.Bir müddət sonra isə Ukraniya Respublikasının Çernoqor şəhərində xidmətini davam etdirdi.
Fəlakət tufanının səngimədiyini görüb xəstəxanada müalicəsini yarımçıq qoyub 1991-ci ilin dekabrında könüllü olaraq Fizuli rayonunda 814 saylı özünümüdafiə bataliyonuna yazıldı.İstər kəşfiyyatçı ,istər qrantamiyyotçu ,istər sıravi döyüşçü kimi qeyri-adı döyüş əməliyyatlarında xüsusi fəallıq göstərdi.1992-ci ilin ilk aylarında Qacar , Divanallar,Govşad ,Yuxarı Veysəlli ,Dilağarda kəndlərinin müdafiəsi uğrunda ağır döyüşlərdə Seymur düşməninin iki zirehli maşınını ,iki atəş nöqtəsini sıradan çıxartdı .Xocalıdan Qırmızı Bazara gətirilən 14 azərbaycanlının əsirlikdən qurtarılmasında, Govşadlı yaxınlığında mühasirəyə düşən 11 nəfər döyüş yoldaşının xilas edilməsində böyük fəallıq göstərdi . Erməni quldurları onun başına 5 min dollar mükafat təyin etməkdə yanılmamışdırlar .
1992-ci il aprelin 1-də Məlikcan uğrunda son döyüşdə Seymur düzgün döyüş mövqeyi seçərək 2 saat ərzində öz qumbaraatanı ilə bir düşmən tankını ,bir PDM -ni, 50-dən çox qulduru məhv etdi.Döyüşün qızğın çağında , günorta saat 3-də düşmən snayperçisi düz alnından vuraraq cəsur döyüşçünün həyatına son qoydu.
Azərbaycan Respublikasının Prezidentinin 11 avqust 1992-ci il tarixli 131 saylı fərmanı ilə xidməti borcunu yerinə yetirərkən göstərdiyi igidlik və döyüş şücaətinə görə Respublika Müdafiə Nazirliyinin qulluqcusu S.Məmmədova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir .
Bakı şəhərində şəhidlər xiyabanında dəfn edilmişdir.
Oxuduğu məktəb onun adını daşıyır.
...Uzun illər "Araz" qazetində birgə fəaliyyət göstərdiyim ər qeyrətli həmkarım,əziz bacım Xurşud xanıma madar oğlunun adına, yüksəldiyi ucalığa layiq qürur və sarsılmazlığını sonadək qorumasını diləyirəm.
Əziz bacım,unutma ki , sənin madar oğlun əbədi öncüllük qazanıb.Neçə illər keçsədə gənc yaşıdları istər ali təhsildə ,istər ailə həyatında,istər fəaliyyətlərində nə qədər böyük uğurlar qazansalar da o yenə də hamsından öndədir.Bunu Vətən söyləyir.
Seymur döyüşə gedibdir,
Mərdlərlə qoşa gedibdir.
Səngərdə huşa gedibdir,
Belə oğlu ağlamazlar!
Gördü sar alıb Hoğanı
Gəbərtdi quduz dığanı.
Alqışla şəri yıxanı,
Belə oğlu ağlamazlar!
Sal yadına, tapşır onu -
El adına tapşır
onu.
Salatına tapşır onu,
Belə
oğlu ağlamazlar!
Fəda
etdi şirin canın
Qarabulaq qəhrəmanı.
Seymur ucalığın tanı,
Belə
oğlu ağlamazlar!
Ədalət.-2015.-22 may.-S.6.