Kürdəmirdə sürətli inkişafa necə nail olunur?
Layihənin istiqaməti:
Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
"...Kənd yollarının tikintisi gedir. Həm dövlət büdcəsindən,
eyni zamanda, Prezidentin ehtiyat fondundan vəsait ayrılır. İndi işlər gedir.
Bir neçə kəndi birləşdirən yollar
tikilməkdədir. Gələcəkdə bu layihələrə də əlavə vəsait ayrılacaqdır".
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
Bütün istiqamətlərdə xoş bir dönüş
Son vaxtlar
Kürdəmirin hər
bir kənd və qəsəbəsində,
rayon mərkəzinin küçə
və meydanlarında quruculuq və modernləşmənin mükəmməl
mənzərəsi canlanır. Kürdəmirlilər böyük hörmət bəslədikləri icra başçısı Ceyhun
Cəfərovun abadlıq
və quruculuq, yeni müasirləşmə
çağırışına elliklə qoşularaq əsl birlik nümunəsi göstərməkdədirlər.
Rayon həyatının bütün istiqamətlərində
xoş bir dönüş, qaynarlıq,
həvəs və coşqu yaşanmaqdadır.
Quruculuq işləri fundamental və
uzunmüddətli məqsədlərə yönəldilir
Bu rayonun sakinləri
son illər gerçəkdən
daha gülərüz,
daha qürurlu görünürlər. İftixar mənbəyi
sosial-iqtisadi inkişafın
reallıqlarında, insanların
rahat və normal yaşayışındadır. Bütün bunlar insanları ciddi şəkildə düşündürür və
yeni uğurlara ruhlandırır.
Bu inkişafın, bu
gedişatın daxilində,
güdəlik ritmində
başqa bir nüansı da diqqətə gətirmək
gərəkdir. Yəni bütün istiqamətlərdə
nailiyyətlər qazanmaq,
qazanılanları qoruyaraq
daha böyük məsələlərin həllinə
köklənmək, daim
işgüzarlığın ən sağlam və fəal formasında qala bilmək elə də asan məsələ
deyil. Ancaq respublika rəhbərliyinin
yüksək etimadını
layiqincə doğruldan
Kürdəmir Rayon İcra
Hakimiyyətinin başçısı
Ceyhun Cəfərov və onun komandası
çətin və şərəfli vəzifələri
uğurla həll etməkdə, həyata keçirməkdədir. Bunlar əsasən
nədən ibarətdir?
Rayon iqtisadiyyatının
real perspektivlərdə inkişaf
etdirilməsi, eyni zamanda insanların sosial və mədəni tələblərinin
həll edilməsi, quruculuq və abadlıq tədbirlərinin
dekorativ görüntülərdən
fundamental, uzunmüddətli məqsədlərə yönəldilməsi.
Şəhər əhalisi, hətta
ən ucqar kəndlərin də sakinləri bir sıra sosial problemlərin son illər ərzində sürətlə
həll edilməsini Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin siyasətinin yerli hakimiyyət tərəfindən düzgün
və səriştəli
həyata keçirləsinin
nəticəsi hesab edir.
Ümumrespublika
tərəqqisinin işığında...
Abadlıq və yenidənqurma işləri 2015-ci ilin başlanğıcından daha
böyük sürət
götürmüşdür. Görülən
işlər barədə
söhbət düşərkən
C.Cəfərov ətraflı
məlumat verərək
deyir:
- Respublikamızda əldə
olunan nailiyyətlər
Kürdəmir rayonunun
da sosial-iqtisadi inkişafına öz müsbət təsirini göstərmiş, Dövlət
Proqramına əsasən
rayonumuzda nəzərdə
tutulmuş tədbirlər
həyata keçirilmişdir.
2015-ci ilin I rübündə
151 nəfər işlə
təmin olunmuşdur ki, bundan 131 nəfəri daimi (o cümlədən 7-si yeni
yaradılmış, 5-i mövcud
müəssisə və
təşkilatda, 124 nəfər
fiziki), 20 nəfəri
isə müvəqqəti
və mövsümü
işlə təmin olunanlardır. 2015-ci ilin üç ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə
ümumi məhsul buraxılışı 8,9
faiz artaraq, 77583,4 milyon manat olmuşdur.
Ümumi məhsul buraxılışının 67,8
faizi məhsul istehsalı, 32,2 faizi isə xidmət sahələrində olmuşdur.
Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramına
uyğun olaraq rayonumuzda aqrar sektorun inkişafı diqqət mərkəzində
saxlanılmışdir. Rayonda taxıl istehsalının
artırılması üçün
tədbirlər davam etdirilmişdir. Bu ilin məhsulu üçün ötən
ilin payızında
13408 hektarda buğda,
24365 hektarda arpa olmaqla cəmi 37773 hektar sahədə taxıl əkilmişdir.
Taxıl
əkinləri suvarılmış,
11600 hektardan çox sahədə ziyanvericilərə
qarşı kimyəvi
mübarizə aparılmış,
31200 hektardan çox sahəyə üzvü və mineral gübrələr
verilmişdir. Toxumluq taxıl
sahələrinə fərdi
qaydada qulluq göstərilməsi təşkil
olunmuşdur. Hazırda taxıl
biçininə hazırlıq
işləri görülür.
Bu məqsədlə biçinə 76 kombayn hazırlanır və onların təmiri işləri aparılır.
Rayonda taxıl biçinini vaxtında başa çatdırmaq məqsədi
ilə kənardan əlavə 100-dən çox
ədəd kombayn cəlb edilməsi üçün müqavilələr
bağlanılır. Rayonda 8 toxumçuluq
təsərrüfatı fəaliyyət
göstərir. 2015-ci ilin I rübündə
4200 tonadək yüksək
reproduksiyalı toxum istehsal olunmuşdur. Kürdəmirdə 3000 hektardan çox
plantasiya şəklində
nar bağı salınmış, bu bağlardan 500 hektardan çoxunun müasir texnoloqiya ilə becərilməsi, damcılarla
suvarılması təşkil
olunmuşdur. Tərəvəzin örtülü qruntlarda yetişdirilməsi genişləndirilmiş,
6 hektarda müasir istixana qurulmuş, əlavə 7 hektarda xırda istixanalarda tərəvəz yetişdirilir.
Üzümçülük və digər
bitkiçilik məhsullarının
istehsalı və emalının genişləndirilməsi
sahəsində ardıcıl
işlər aparılır.
"Aqrolizinq" ASC-nin rayonda aqrotexservis
mərkəzi fəaliyyəti
göstərir. Aqrotexservis
Mərkəzində və
onun mexaniki dəstələrində 45 traktor,
37 kombayn, ot biçən, taxıl səpən, ümumilikdə
130-dan çox traktor,
digər kənd təsərrüfatı maşınları
və avadanlıqlarından
istifadə olunur. Təkcə bu il 20 müasir
kombayn alınmışdır.
Kənd təsərrüfatına xidmət
edən suvarma sistemləri idarələrinin
də maddi texniki bazası möhkəmləndirilmiş onlar
müasir, yüksək
manevr qabiliyyətli yerqazan texnikalarla təchiz olumnuşdur.
Aqrotexservis Mərkəzi tərəfindən
istehsalçılara 500 tonadək
güzəştli qiymətlərlə
mineral gübrələr satılmışdır.
Bundan əlavə 5 özəl aqrotexservis mərkəzi yaradılmışdır və
burada da 120-dən çox traktor, kombayn və digər kənd təsərrüfatı texnikalarından
istifadə olunur.
Fiziki və hüquqi şəxslər tərəfindən
120-dən çox traktor
və digər kənd təsərrüfatı
texnikası lizinqə
götürülmüşdür. Bunun nəticəsidir ki, rayonda kənd təsərrüfatı işlərinin
optimal müddətlərdə görülməsi mümkün
olur. Rayonda heyvandarlığın və
quşçuluğun inkişaf
etdirilməsi sahəsində
məqsədyönlü işlər
görülür, hazırda
iri buynuzlu mal qaranın sayı 63,5 min başı, qoyun keçilərin sayı
132,1 min başı ötmüş,
heyvandarlıq məhsulları
istehsalının dinamik
artımına nail olunmuş,
bu ilin I rübündə 20049 ton ət
istehsal edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə
rayon üzrə ət
itehsalı 0,9 faiz, süd istehsalı 0,9 faiz və yumurta istehsalı isə 0,8 faiz artmışdır. Rayondakı
"Kürdəmir Broyler"
ATSC-nın fəaliyyəti
genişləndirilmiş, damazlıq
ana quşların sayı 16 min başa çatdırılmış, quş
əti və yumurta istehsalı artırılmışdır. 300 min yumurta istehsal olunmuşdur...
Hər gün diqqət
mərkəzində olan
məsələlər
Öyrənirik ki, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının
yaxşılaşdırılması rayon
İcra Hakimiyyətinin
daim diqqət mərkəzində olmuşdur. Rayon mərkəzində və
kəndlərdə qəzalı
vəziyyətdə olan
elektrik dirəklərinin,
köhnəlmiş naqillərin,
texniki cəhətdən
nasaz olan sayğacların dəyişdirilməsinə,
sıradan çıxmış
transformatorların yeniləri
ilə əvəz olunmasına diqqət artırılmışdır. Dövlət
Proqramına uyğun olaraq "Azəriqaz" İstehsalat birliyinin Kürdəmir rayon Xidmət
Sahəsi tərəfindən
2015-ci ilin I rübündə
müxtəlif diametirli
350 p/m boru əsaslı
təmir edirlərək
yenilənmişdir. İstehlakçıların
qaz təchizatının
daha da yaxşılaşdırirması
məqsədi ilə rayonun Xırdapay, Şahsevən, Ucarlı kəndlərində, şəhərin
X.İslamzadə küçəsində
cəmi 4 ədəd olmaqla yeni müasir
tipli qaz tənzimləyici quraşdırırlaraq
istismara qəbul edirmişdir. Rayonun 190 fərdi abonenti
əhatə edən Garis-Əyribənd və
130 abonentin məskunlaşdığı
Ərşəli kəndində
tikinti quraşdırma
işləri artıq
başa çatdırırmışdır.
Yaxın
günlərdə görülən
işlərin sənədləşdirirməsi
başa çatdırıldıqdan
sonra kəndlərə
qazın açılışı
təmin ediləcəkdir.
Bundan başqa rayonun Karrar, Ərəbqubalı,
Məhərrəmlı, Çöl-Ərəb,
Ərəbxana və Çərtəyəz kəndlərində
tikinti işləri sürətlə davam etdirilir.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2015.-22 may.-S.7.