Kürdəmirdə sürətli inkişafa necə nail olunur?
"... İqtisadi müstəqillik bizim üçün böyük imkanlar açır. Biz iqtisadi müstəqilliyimizi
düşünülmüş siyasətlə, aparılan
islahatlarla, investisiya siyasətimizlə və regionların sosial-iqtisadi inkişafı Dövlət
proqramlarının icrası
ilə təmin etmişik".
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
Layihənin istiqaməti: Regionların
sosial-iqtisadi inkişafının
təşviq edilməsi
AzƏrbaycan Respublikasının Prezidenti
yanında kütlƏvi
informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt
dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ
(əvvəli
ötən sayımızda)
Muradxan kəndində
tikinti işlərinin
başlanırması bu
günlərdə təmin
ediləcəkdir. Hal-hazırda rayonun qaz almayan
yaşayış məntəqələrinin
qazlaşdırılması işləri sahəsində
"İlkin-N",
"Qaradağ-2008", "ANKZ-4" podratçı
təşkilatları çalışır.
Daha bir podratçı təşkilat Muradxan kəndinin qazlaşdırılması
işlərinə cəlb
edirmişdir.
Dövlət Proqramına uyğun olaraq hazırda rayonda əhalinin içməli su ilə təminatının
daha da yaxşılaşdırılması
və eyni zamanda şəhərin kanalizasiya şəbəkəsinin
yenidən qurulması
sahəsində işlərin
gedişində müəyyən
ləngliyə yol verilir. Dövlət Proqramına uyğun
olaraq 2015-ci ilin I rübündə Kürdəmir
şəhərinin Babək
küçəsində diametri
500 mm olan polietilen boru vasitəsi ilə 200 p/m uzunluqda mərkəzi kanalizasiya xətti çəkilməkdədir.
Bundan əlavə Babək küçəsində diametri
400 mm olan polietilen borularla 6 p/m kanalizasiya borusu dəyişdirilmişdir.
Qeyd olunmalıdır ki, Babək küçəsində
yüksək səviyyədə
yenidənqurma işləri
aparılacaq. Artıq həmin
küçənin asfalt
işlərinə başlanmışdır.
2015-ci ilin I rübündə
mənzillərə 155 ədəd
su sayğacı quraşdırılaraq aktivləşdirilmiş
və əhalinin istifadəsinə verilmişdir. Xidmət olunan
abonentlərin sayı
6100-ə çatdırılmış, abonentlərdən 31000 manat
vəsait toplanmışdır.
Dövlət Proqramının uğurlu
icrası və digər mühüm tədbirlər
Kürdəmirdə Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramında nəzərdə
tutulmuş tədbirlərdən
əlavə xeyli yenidənqurma, tikinti və abadlıq işləri aparılmışdır.
2015-ci ilin I rübündə Qələbə parkında
110 p/m bordür və
106 m2 mozaik tava döşənmiş, 60 m2 hörgü
işləri, 138 m2 ağlay
işləri görülmüş
və 15 ədəd müasir işıqlandırma
dirəkləri quraşdırılmışdır.
Park ərazisinə 2500 m2 qazon bitkisi səpilmişdir.
Hal-hazırda Qələbə parkında
işlər başa çatdırılmış və
park əhalinin istifadəsinə
verilmişdir.
Tarix Diyarşünaslıq
muzeyinin dam örtüyü
və fasad hissəsi müasir üslubda yenidən qurulmuş, binanın qapı-pəncərələri müasir dizayna uyğun şəkildə
yenilənmişdir. Hazırda binanın
daxilində təmir bərpa işləri aparılır. Yeni Azərbaycan
Partiyasının rayon təşkilatının
yeni 2 mərtəbəli
binasının fasad hissəsində ağlay işləri başa çatdırılmış, hazırda
daxili divarlarda rənglənmə işləri
aparılır.
Bayraq meydanında 815 m2 hörgü
işləri, 544 m2 suvaq
işləri, 301 m3 dəmir
beton işləri, 300
m3 çınqıl daşınma
işləri, 4015 m3 torpaq
daşınma işləri,
bayraq muzeyinin fasad hissəsində 335 m2
cəbhə sisteminin quraşdırılması, bayraq
dirəyinin gücləndirilməsi,
2 ədəd fontan elemetlərinin quraşdırılması,
150 p/m kanalizasiya çəkilişi
işləri aparılmış
60 metr hündürlüyündə
bayraq dirəyi qaldırılmışdır. H.Əliyev parkında əsaslı yenidənqurma və abadlıq işləri davam etdirilərək 1195
m2 qranit döşəmə
işləri aparılmışdır.
Bütün bu görülən işlərlə
bərabər müasir
üslubda tikilən körpələr evi-uşaq
bağçasında 100 p/m bordür işləri, 135
m2 kafel metlaq işləri, 342 m2 hörgü
işləri, 844 m2 suvaq
işləri, 168 m2 tametdöşəmə
işləri, 29 m3 dəmir
beton işləri, 150
p/m kanalizasiya çəkilişi
işləri, 90 m2 qranit
döşəmə işləri
və 950 m2 rəngləmə
işləri görülmüş,
31 ədəd müasir
tipli avropa qapıları və binanın yanğından mühafizə çıxışları
quraşdırılmışdır. Artıq bağçada son tamamlanma
işləri aparılır.
Şəhərin Bakı prospektindən
başlayaraq yolun hər iki tərəfindən
Bayraq meydanı istiqamətində 1651 p/m bordür
düzülmüş ,348 m2 mozaik tava döşənmiş,
84 m2 hörgü128 m2 suvaq işləri
aparılmış, yolun
sağ və sol hissələrinə 200 min m3 torpaq
daşınaraq süni
torpaq yamacları yaradılmışdır.
Dövlət Proqramına əsasən
əhaliyə rabitə
xidmətinin yaxşılaşdırılması
məqsədi ilə rayonun Muradxan, Köhünlü, Şilyan,
Sığırlı kənd
EATS-lərinin daxili xətt şəbəkələrində
cari təmir işləri aparılmış,
ümumilikdə 50 ədəd
telefon xətti texniki normaya gətirilmişdir.
Kürdəmir Poçt filialı
tərəfindən cari
ilin 3 ayında investisiya hesabına rayonun Qarabucaq qəsəbəsində və
Qarasaqqal kəndində
müasir tələblərə
cavab verən yeni poçt binaları tikilərək
istifadəyə verilmiş,
hazırda Qocalı kəndində yeni poçt binasında son tamamlama işləri aparılır və yaxın günlərdə
istifadəyə verilməsi
nəzərdə tutulmuşdur.
Təhsil, səhiyyə və
mədəniyyət sahələri
daim diqqət mərkəzində
Rayonda təhsil,
səhiyyə və mədəniyyət sahələrinin
inkişaf etdirilməsi,
mövcud problemlərin
aradan qaldırılması
ilə əlaqədar
müvafiq tədbirlərin
həyata keçirilməsi
diqqət mərkəzində
olmuşdur.
Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramına
uyğun olaraq Rayonlararası Psixiatriya Xəstəxanasının tikintisi
üçün hazırlıq
işləri aparılmış,
yerli büdcə vəsaiti hesabına Uşaq Xəstəxanası
və Poliklinika şöbələrində, Muradxan
və Qarasaqqal kənd həkim məntəqələrində cari
təmir işləri
görülüb başa
çatmışdır.
2014-cü ildə inşasına
başlanmış 624 şagird
yerlik Atakişilli kənd tam orta məktəb binasında
2015-ci I rübündə binanın
əsas korpusunun ikinci mərtəbəsinin
hörgü işləri
tamamlanmış, bir hissəsinin monolit tavası tökülmüşdür. Akt zalı
və idman zalı yerləşən
korpusda ikinci mərtəbənin hörgü
işləri aparılır.
Tikintinin
dəhliz hissəsində
birinci mərtəbəsinin
hörgü işləri
tamamlanmış, monolit
örtük tavası
tökülmüşdür. Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevin tapşırığına
əsasən 2015-ci ilin
fevral ayının 2-dən
rayonda əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır.
Bu məqsədlə 30 nəfərdən
ibarət xüsusi komissiya yaradılmış,
həmin komissiyalar Mərkəzi Rayon Xəstəxanasında,
Poliklinika şöbəsində,
rayonun Karrar və Mollakənd kənd xəstəxanalarında,
Xəlsə, Şilyan,
Sığırlı, Yenikənd,
Topalhəsənli və
Qarasaqal kənd həkim məntəqələrində
əhalinin tibbi müayinədən keçirilməsində
iştirak etmişlər.
Artq rayon
üzrə tibbi müayinə tədbirləri
uğurla başa çatdırılmışdır. Rayonda ötən müddətdə
maddi və mədəni irsin qorunması və inkişaf etdirilməsi istiqamətində davamlı
olaraq tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği rayon İcra
Hakimiyyəti Başçısı
Aparatının apardığı
ideoloji işin başlıca istiqamətini
təşkil edir.
İctimaiyyət arasında nüfuza, təbliğat sahəsində
səriştə və
təcrübəyə mailk
olan təbliğat qrupları daimi fəaliyyət göstərir. Fəalların və təbliğat qruplarının yaxından
iştirakı ilə
möhtərəm Prezidentimizin
həyata keçirdiyi
siyasətin təbliği
ilə bağlı məqsədyönlü ictimai-siyasi
tədbirlər həyata
keçirilir.
Cinayətkarlığa qarşı mübarizə
günün tələbləri
səviyyəsindədir
Dövlətçilik və müstəqillik prinsipləri
ilə fəaliyyət
göstərən rayonun
hüquq-mühafizə orqanları
vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin
edilməsində, cinayətkarlığa
qarşı mübarizə
və ictimai-siyasi asayişin qorunması sahəsində ardıcıl
olaraq iş aparmışlar.
2015-ci ilin birinci
rübündə rayonda 45 cinayət hadisəsi
qeydə alınmaqla baş vermiş cinayət hadisələrinin
açılması əsasən təmin olunmuşdur.
Rayonun hüquq-mühafizə orqanları
cinayətkarlığa və hüquq
pozuntularına qarşı müntəzəmliklə ciddi tədbirlər həyata keçirir,
polis əməkdaşları asayişin qorunmasında yüksək fəallıq
nümunəsi göstərirlər.
Ədalət.-2015.-23 may.-S.4.