BU
GÜNÜMÜZÜN SAMUXU
Layihənin
istiqaməti: Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi
"... Ərzaq təhlükəsizliyi ilə bağlı institusional islahatlar aparılır, aqroparklar salınır, subsidiyaların
verilməsi prosesi təkmilləşdirilir. Məhsuldarlığın artırılması prosesi
də çox önəmlidir. Bizim ixrac
potensialımızın artırılması
da gündəlikdə
duran məsələlərdən
biridir. Çünki
əminəm ki, biz yaxın gələcəkdə
özümüzü bütün
ərzaq məhsullarımızla
təmin edəcəyik".
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
Azərbaycanın bölgələrindən biri
olan Samux özünün bir ərazi vahidi kimi tarixinin müxtəlif mərhələlərində
əldə etdiyi uğurlarla həmişə
insanların yadında
qalıb. Yəni sovet dönəmində
biz bu bölgəni məşhur inqilabçılarımızdan
biri olan Xanlar Səfərəliyevin
adını daşıyan
bir rayon kimi tanıyırdıq. Müstəqillik illərimizdə isə Samux öz ilkin
adını özünə
qaytara bildi.
Və əslində
bu da bir
tarixi ədalətsizliyin
aradan qaldırılması
idi. Baxmayaraq ki, bugünün
özündə də
sovet dönəmində
yaşamış insanların
yaddaşında bu
rayon həmin o inqilabçının
adı ilə qalmaqdadı. Amma ən
gerçəyi və
ən dürüstü
odur ki, rayonun hansı adla tanınmasından asılı olmayaraq, bu region özünün yerləşdiyi ərazi baxımından həmişə
maraq doğurub. Çünki ən qədim və tariximizdə böyük yeri olan Gəncənin
beş addımlığında
yerləşən Samux
həm Kəpəzdən,
həm də Murovdan əsib gələn küləklərin,
könül oxşayan
havanın və ümumiyyətlə isə
təbii gözəlliklərin
elə təbiətin
öz hökmü ilə də cilalandığı bir ərazidi. Bu ərazidə
yaşayan insanlar da bölgənin bütün özəlliklərini
qoruyub saxlamaq, onu daha da
inkişaf etdirmək üçün əməyə
qatlaşır, üstəlik
də bütün münasibətlər həm
də yaradıcı xarakter daşıyır.
Ona görə də Samux rayonunda günbəgün sürətlənən
inkişaf, diqqət çəkən quruculuq,
abadlıq işləri
həm effektliliyinə,
həm də əhatə dairəsinə
görə insanların
könlünü xoş
edir. Bugünlərdə səfər edib
şahidi olduğumuz inkişafa bir qonaq diqqəti ilə nəzər salanda aydın oldu ki, Samux
rayonu həm bir rayon mərkəzi kimi, həm də kəndləri ilə birlikdə bu gün Azərbaycanın
inkişaf etməkdə
olan rayonları ilə bir sırada
dayanır. Təbii ki,
bu işdə də regionların inkişafına dair Dövlət Proqramının
tələb və icra mexanizmi əsas yer tutur.
Yəni Azərbaycan prezidenti cənab İlham Əliyevin imzaladığı
müvafiq sərəncamla
həyata keçirilən
regionların inkişafına
dair dövlət proqramı Samuxda da bir vacib,
həm də üzərində nəzarət
olan fəaliyyət prinsipləri kimi gündəmdə qalır.
Bax, bu mənada həm ötən illərin, həm də bu ilin
birinci rübünün
yekunlarına diqqət
yetirəndə onda məlum olur ki, Samuxda da
həyat hər gün dəyişir, hər gün yeniləşir və inkişafın sürəti,
bu sürətli inkişafın ortaya qoyduğu nəticələr
günbəgün artıb
şaxələnir.
Samux rayon icra
hakimiyyətinin başçısı
vurğulamışdı ki,
bu ilin birinci
rübünün yekunlarına
görə, rayonumuz ötən ilin müvafiq dövründəkindən
müqayisəli şəkildə
söyləsək xeyli
artımlara imza atmışdı. Yəni ayrı-ayrı sahələr
üzrə götürsək,
onda görərik ki, həm ümumi
daxili məhsul, həm müxtəlif xidmət sahələri üzrə, həm də istehsal sahələrində diqqət
çəkən artımlar
var. Əgər bu artımları konkret rəqəmlərlə ifadə
etsək, onda məlum olar ki, cari ilin
birinci rübündə
rayonun sosial-iqtisadi inkişafı ayrı-ayrı
sahələr üzrə
çox ürəkaçandı.
Yəni təkcə ümumi məhsulun buraxılış həcmi
16,2 milyon manat təşkil etmişdi ki, bu da müqayisə
ilə desək, onda 2014-cü ilin müvafiq dövründəkindən
1,4 faiz çoxdr.
Azərbaycanın əksər bölgələri
kimi, Samux da kənd təsərrüfatı
rayonudu. Burada da əkinçilik,
bağçılıq, heyvandarlıq,
bostan-tərəvəz və
sairə paralel surətdə inkişaf etdirilir və həm inkişafın sürəti və həm bu sahələrin
özünün ayrı-ayrılıqda
genişlənməsi diqqət
mərkəzində saxlanılıb.
Xatırlatmaq yerinə
düşər ki, Samuxda bu ilin
birinci rübündə
kənd təsərrüfatı
məhsullarının istehsal
həcmi 6,7 milyon manat olmuşdu.
Bu adi bir
rəqəm deyil.
Konkret göstəricidi
və həm də bu, ötən
ilin müvafiq dövründəkindən 3,8
faiz artıq kənd təsərrüfatı
məhsulu deməkdi.
Bu gün Samux rayonunun dövlətin birbaşa dəstəyi, xüsusilə Sahibkarlığa
Kömək Milli Fondunun qayğısı nəticəsində müəyyən
güzəştli kreditlərlə
təmin olunmuşdu.
Rayon icra hakimiyyəti başçısının hesabatından
göründüyü kimi,
bu ilin birinci
rübündə həmin
Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən rayonda
fəaliyyət göstərən
sahibkarların fonda təqdim etdikləri 40 layihəyə görə
üst-üstə 524,8
min manat məbləğində
güzəştli kredit
ayrılmışdı. Bu kredit isə öz növbəsində
rayonda daha 89 nəfərin işlə təmin olunmasına şərait yaratmışdı.
Göründüyü kimi, 89 nəfərin
işlə təmin olunması əslində həm də elə bu qədər
ailənin maddi durumunun yaxşılaşdırılması
deməkdir. Ümumiyyətlə isə 2015-ci ilin birinci rübündə Samux rayonunda digər bölgələrimizdə
olduğu kimi, insanların işlə təmin olunmasına xüsusi diqqət və qayğı göstərilir. Həmin diqqət
və qayğının
bariz nümunəsi kimi konkret rəqəmləri
də diqqət çatdırmaq olar.
Yəni rayon icra hakimiyyəti başçısının
hesabatından məlum
olur ki, Samuxda ilin birinci
rübündə faktiki
olaraq 256 yeni iş yeri açılmışdı.
Onların isə 241-i
daimi iş yeridi. Zənnimizcə, birinci rübdə bu qədər iş yerinin açılmasını təşkil
etmək,
ona şərait yaratmaq rayon rəhbərliyinin
və yerli iş adamlarının, sahibkarların bacarığından,
peşəkarlığından xəbər verir. Hər halda bir rayonda bu
qədər iş yerinin açılması
konkret və ürəkaçan faktdı.
Bəli, Samux rayonu özünün
iqtisadi potensialı ilə bir çox
iri rayonlarımızdan
arxa cərgədə
dayansa da, amma burada sürətlə
aparılan abadlıq,
yenidənqurma işləri
göstərir ki,
rayon sakinləri əməyi
sevdikləri kimi, onun real bəhrəsini də ortaya qoymağı bacarırlar. Yəni onlar
səmərəli, planlı
şəkildə qurduqları
təsərrüfatlarından uğurlu nəticələr
əldə etməkdə
həmişə israrlıdılar.
Necə deyərlər, görülən
işlərin nəticəsi
də bu israrın, bu inadkarlığın bariz
nümunəsidi.
Həqiqətən də bu gün Samux rayonunda aparılan genişmiqyaslı tikinti-abadlıq,
yenidənqurma işləri,
park və meydanların
salınması, küçə
və yolların, səkilərin adablaşdırılması,
yenilənməsi özü-özlüyündə
həm insanların faydalı əməklə
məşğul olmasına,
həm də ailə büdcələrinin
artmasına müsbət
təsir edən amillərdən biridir.
(Ardı var)
Ceyhun RÜSTƏMOV
Ədalət.-2015.-26 may.-S.7.