"Adlı, ünvanlı misralar" silsiləsindən

Qəlbi geniş, nurla dolu!

 

Filizçaya göndərilib cavan ikən,

Alqışlayıb onu Katex, Qax, Balakən

Deyib burda yataq zəngin, çoxlaylıdır,

Misli, sinkli, qurğuşunlu, qalaylıdır.

"Vətən" deyir gur səsiylə Ağamahmud,

"Yer insan" dərgisiylə Ağamahmud!

 

Min-min ilin əvvəlindən soraqlıdır,

Ya dastan, ya nağıl qədər maraqlıdır

Həyatının Qazaxıstan səhifəsi,

...Arxada çöl, öndə qarlı dağ zirvəsi,

Naxçıvandan Ərdəbilə, Qarsa gedib,

Ağamahmud Türkiyədə çıxış edib.

 

Təbiəti sevənlərin carçısıtək

Ekoloji haraylara hay verir O,

Təbəqəni ustalıqla "dindirərək",

Fərziyyəni gerçəkliyə çevirir O.

Nüfuzludur, hörmətlidir, şöhrətlidir,

Az danışan, amma şirin söhbətlidir.

 

Yaddaşında unudulmaz sənətkarlar,

Üzeyir bəy, Bülbül, Şopen, Paqanini...

Sinəsində əlvan şeir çələngi var,

Şairlərin şahı şayır Xaqanini.

 

...Çuxanlı dost-doğma məkan, abad, ulu,

Şamaxının özüsayaq - xoş duyğulu;

Lalələrdən don geyinər yazda yolu,

Övladının qəlbi geniş, nurla dolu.

Milli ruhlu, dəst-xətlidir qəhrəmanım,

Ağamahmud Səmədlidir, qəhrəmanım!

 

 

Ədalət.-2015.-26 may.-S.7.