BU GÜNÜMÜZÜN SAMUXU

 

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

"... Bu gün Azərbaycan təkcə neft ölkəsi deyil, gün Azərbaycan həm kənd təsərrüfatı, sənaye ölkəsidi. Bizim kifayət qədər təbii, iqtisadi sərvətlərimiz, gücümüz, imkanlarımız var. Çalışmalıyıq ki, bundan sonra da qeyri-neft sektorunu daha da geniş əhatədə, daha böyük sürətlə inkişaf etdirib Azərbaycanın nemətlərini təkcə özümüzün, ölkəmizin bazarlarında deyil, həm dünya bazarlarına çıxaraq".

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

(əvvəli ötən sayımızda)

 

Azərbaycanın kənd təsərrüfatı olan Samuxda təkcə təsərrüfat sahələri deyil, həmçinin tikinti-quruculuq - məktəb, uşaq bağçası, səhiyyə ocağı, yol digər zəruri obyektlərin tikintisi daim nəzarət altında saxlanmaqla həm arxitektura baxımından, həm müasir tələblərə cavab verməsi baxımından yüksək səviyyədə həyata keçirilir. Əgər yolunuz Samux rayon mərkəzinə düşərsə, onda Samuxun demək olar ki, hər gün yeniləşdiyini, gözəlləşdiyini görərsiniz. Bir mətbuat işçisi olaraq burada müşahidə etdikləri onu deməyə əsas verir ki, Samuxda tikintiyə, abadlığa çox yüksək önəm verilir.

Samux şəhərinin mərkəzindəki Heydər Əliyev parkı, Ulu öndərin adını daşıyan meydan, bütövlükdə Heydər Əliyev prospekti, həmçinin buradakı ən böyük küçələrdən biri olan Kür küçəsi demək olar ki, zövq oxşayır. Adlarını sadaladığımız küçə meydanlarda, parklarda həm köklü yenidənqurma, həm əsaslı təmir-bərpa işləri görülüb görülməkdə davam etdirilir.

Ölkənin digər bölgələri kimi Samuxda da rabitə, qaz, su, işıq digər zəruri məsələlər rayon rəhbərliyinin xüsusi diqqət mərkəzindədi. Məhz icra hakimiyyəti başçısının onun komandasının əlaqədar qurumların rəhbərləri ilə birlikdə mütəmadi görüşləri, canlı ünsiyyətlərin həyata keçirilməsi Samux sakinlərinin əhval-ruhiyyəsinə öz müsbət təsirini göstərir. Bu da onları daha həvəslə işləməyə, daha böyük coşqu ilə qurub-yaratmağa səsləyir. Heç təsadüfi deyil ki, Samuxda inzibati binaların tikilib istifadəyə verilməsi həm rayonun ümumi mənzərəsini dəyişir, həm yerli sakinlərin əhval-ruhiyyəsinə öz müsbət təsir göstərir. Çünki gözəlləşən şəhər onların doğma ünvanları, həm burda yaşayanların müəyyən qisminin yeridi.

Söhbət tikintidən düşəndə Samux rayonundan bizə bildirdilər ki, təkcə bu ilin birinci rübünün yekunlarına görə artıq burada xeyli işlər görülüb. Həmin işlərin sırasında ölkəmizin ən böyük nazirliklərindən biri olan Kənd Təsərrüfatı Nazirliyinin Samux rayon idarəsinin inzibati binasının laboratoriyasının tikintisi artıq başa çatmaq üzrədi. Həm onu bizə xatırlatdılar ki, tikilən bu inzibati laboratoriya binası samuxluların kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olmasında quşçuluğun, toxumçuluğun digər zəruri problemlərin köklü həllində öz müsbət bəhrəsini verəcəkdi.

Bəli, Samux rayonunda həyata keçirilən abadlıq işlərinin sırasında Ulu Öndərin adını daşıyan park meydanın böyük bir ərazini əhatə etməsi, burada hər kəsin istirahət edə bilməsi üçün şərait sözün həqiqi mənasında göz oxşayır. İlin bu çağında bir-birindən rəngbərəng güllərin, çiçəklərin ətrinin ətrafı bürüməsi, göz oxşaması, parkdakı səliqə-səhman, qoyulmuş oturacaqlar, uşaqlar üçün nəzərdə tutulmuş qurğular, bir sözlə, gerçəkləşdirilmiş Ulu Öndərin adına layiq bir guşənin ümumi mənzərəsi Samuxdakı həyatın real bir təsviri, real bir görüntüsüdü. Məhz həmin o guşəyə çəkilib orda dincələnlər ancaq xoş günləri, xoş anları xatırlaya bilərlər. Çünki onlar yaxşı işlədikləri kimi, yaxşı dincəlmək haqqını da qazanıblar.

Regionların İnkişafına dair Dövlət Proqramının Samuxda necə gerçəkləşdiyini izləmək istəyən hər kəs yəqin ki, rayonun iqtisadi göstəricilərinə diqqət yetirsə, eləcə bu yaşayış massivini gəzib dolaşsa, çox məqamların şahidi ola bilər. Ən maraqlı yaddaqalan məqam isə Azərbaycan prezidentinin bölgəyə səfəri zamanı açılan, istifadəyə verilən obyektlərin səmərəliliyi, onların rayonun sosial-iqtisadi həyatındakı önəmidi. Məhz Azərbaycan prezidenti cənab İlham Əliyev bölgəyə səfər edərkən vurğulamışdı ki, "Bu gün Azərbaycan təkcə neft ölkəsi deyil, bu gün Azərbaycan həm kənd təsərrüfatı, sənaye ölkəsidi. Bizim kifayət qədər təbii, iqtisadi sərvətlərimiz, gücümüz, imkanlarımız var. Çalışmalıyıq ki, bundan sonra da qeyri-neft sektorunu daha da geniş əhatədə, daha böyük sürətlə inkişaf etdirib Azərbaycanın nemətlərini təkcə özümüzün, ölkəmizin bazarlarında deyil, həm dünya bazarlarına çıxaraq".

Doğurdan da bu gün Samux rayonunda tikintisi sürətlə davam etdirilən "Bozdağ" heyvandarlıq kompleksinin, eləcə "Aqroenerji" kompleksinin perspektivlərini düşünəndə onda bölgənin gələcək inkişaf mənəzərəsi göz önündə aydın bir şəkildə canlanır. Çünki rayonun Sarıqamış kəndinə məxsu ərazidə yaradılan "Bozdağ" heyvandarlıq kompleksində 2500 baş iribuynuzlu mal-qaranın saxlanılması nəzərdə tutulub. Əgər işlər bu sürətlə davam etdirilərsə, yəqin həmin nəzərdə tutulan layihə öz həllini tapacaqdı. Üstəlik onu da demək yerinə düşər ki, artıq nəzərdə tutulmuş 2500 baş mal-qaranın faktiki olaraq 2000 başı kompleksin yardımçı sahəsində bəslənməkdədi. Məlum olduğu kimi, həm ölkənin özündə, həm onun regionlarında cari vəzifələrlə yanaşı, uzun müddətli proqramlar, layihələr nəzərdə tutulub. Həmin gündəlik məsələlərin həllinə mütəmadi olaraq nəzər yetirən rayon icra hakimiyyəti təbii ki, uzunmüddətli planları da, vəzifələri unutmur. Məhz bu səbəbdəndir ki, rayonun demək olar ki, bütün yollarının abadlaşdırılması, kəndarası yolların, küçə dalanların asfaltlaşdırılması, zəruri olan yerlərdə körpülərin tikilməsi Samux rayon rəhbərliyinin görəcəyi işlər sırasında əsas yerlərdən birini tutur. Xatırlatmaq yerinə düşər ki, bu gün Samux rayonunda Samux şəhər - Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux şəhər avtomobil yolunun qalan hissəsinin tikilməsi, həmçinin Gəncə çayı üzərində nəzərdə tutulan körpünün salınması üçün müvafiq layihə-smeta sənədləri hazırlanmışdı.

Eləcə rayon ərazisindəki kanalizasiyaların, suötürücülərinin, eləcə işıq, qaz xətlərinin digər zəruri tədbirlərin həyata keçirilməsi, yəni onların yenilənməsi, köhnə xətlərin təzələnməsi istiqamətində ardıcıl işlər aparılır. Bütün bunlar isə ondan xəbər verir ki, bu gün Samux rayonunda həyat qaynayır, insanlar öz sosial-iqtisadi durumlarını yaxşılaşdırmaq üçün vacib saydıqları bütün tədbirləri həyata keçirə bilirlər. Təbi ki, bu işdə həm dövlətin, həm yerli imkanların nəhayət adamlarının, sahibkarların da yardımı, xidməti, köməyi danılmazdı.

 

Ceyhun RÜSTƏMOV

Ədalət.-2015.-27 may.-S.7.