ZAQATALA: QIZIL GÜLLƏR DİYARININ
"QIZIL" PAYIZI
REGİON
"Bizim böyük resurslarımız var, bizim böyük iqtisadi gücümüz var və biz çalışmalıyıq ki, qeyri-neft sektorunu daha sürətlə inkişaf etdirib daha böyük imkanlar əldə edək və bundan da gözəl yaşayaq".
Azərbaycan Respublikasının Prezidenti
İlham
Əliyev
Sevinc və qürur fenomeni
...Burada, gözəl Zaqatalada mərkəzə
doğru aparan baş yol "Şimşək" deyilən
ərazidən başlayır
və 2 kilometrə yaxın məsafənin səliqəsini, orijinallığını
və dadını büsbütün sənə
yaşadır, bir panno kimi yaddaşını
əlvan rənglərə
çəkir, düşüncələrini
təzələyir, təzələyir...
Şirin
arzulara qovuşursan burada. İllah da payızın belə qızılı, məxməri günləri
ola...
Qarşı dağlar, meşələr,
çaylar, bağ-bağatlar
öz füsunkarlığında,
bayramsayağı görünüşlü
şəhər də
öz ritmində, öz cazibəsində. Bütün
bunları görmək,
yaşamaq, bilsəniz
necə xoşdur?.. Təbiət gözəlliyi ilə urbanik şəhər düzəni bir-birinə qovuşub da bax bu cür
zövq yaşadır,
zövq paylaşır
eləcə...
Son illər çox
işlər görülüb
Zaqatala rayonunda. Şəhərin küçə və meydanları, park və bağları, yeni tikililəri əvvəlkilərdən
də gözəl və cazibədardır.
Burada keçdiyin hər küçə, rastlaşdığın
hər məkan səni özünə çəkir, sənə
sevinc və qürur bəxş edir.
Hər gün şəhərin müxtəlif
istiqamətlərinə, ya
da bir neçə
kəndə baş çəkən Zaqatala
Rayon İcra Hakimiyyətinin
başçısı Mübariz
Əhmədzadənin nə
vaxt istirahət etdiyini də bilən yoxdur. Bütün
günü axşamdan
keçənə kimi
iş başındadır.
Ya görüşdə, qəbulda,
kabinetdə, ya da şəhərdə, kəndlərdə, camaat içində. Yəqin elə
bu səbəbdəndir
ki, başçının
hər bir sözünə, çağırışına
sakinlər həmişə
inamla, sevinclə qoşulurlar. Hamı bilir
ki, Mübariz Əhmədzadənin və
başçılıq etdiyi
komandanın gördüyü
bütün işlər
onların, bütövlükdə
rayonun xoş güzəranı, inkişafı
üçündür. Və bütün bunların həyata keçməsinə
müstəsna qayğı
və diqqət göstərən sevimli prezidentləri İlham Əliyevə hər fürsətdə dərin
minnətdarlıqlarını da bildirirlər qədirbilən zaqatalalılar.
Bu günlər rayondakı
əhval-ruhiyyə də
xüsusi bir məqama köklənib. Böyükdən
kiçiyə - hamı
ali qonağın
gəlişini gözləyir,
böyük sevinc və qürur hissi ilə bu görüşə hazırlaşır.
Bütün istiqamətlərdə
davamlı yüksəliş
Bu ərəfədə keçirilən ümumrayon
yığıncağında da yaşanan anlar həmin əhval-ruhiyyəni əks
etdirirdi. Yığıncaqda
geniş məruzə
ilə çıxış
edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz
Əhmədzadə demişdir:
- Bildiyiniz kimi bu il oktyabr ayının 12-də
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunmuş iclası keşirilmişdir. Prezident
İlham Əliyev bu il dünyada
davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə, ölkəmizə
qarşı əsassız
təzyiqlərə və
bəzi hallarda təxribatlara baxmayaraq, ötən 9 ayda Azərbaycan iqtisadiyyatının
inkişaf etdiyini, iqtisadiyyatın 3,7 faiz, sənaye istehsalının
2,1 faiz, qeyri-neft sənayesinin 10 faiz, kənd təsərrüfatı
məhsulları istehsalının
6,7 faiz artdığını,
inflyasiyanın isə
3,7 faiz təşkil etdiyini, əhalinin pul gəlirlərinin 5,8 faiz artdığını,
ölkə iqtisadiyyatına
bütün mənbələrdən
16 milyard dollar sərmayə
qoyulduğunu bildirmişdir.
Dövlətimizin başçısı
sosial sahədə icra olunan layihələrdən
danışarkən ötən
dövrdə ölkədə
34 məktəb, 26 uşaq
bağçası, 11 tibb
müəssisəsi tikilib
və ya əsaslı şəkildə
yenidən qurulduğunu
qeyd etdi. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması
ilə bağlı xeyli iş görüldüyünü
deyən Prezident İlham Əliyev xüsusilə ünvanlı
sosial yardımın verilməsində şəffaflığın
təmin edildiyini vurğulayaraq bildirdi ki, indi 500 min insan, yəni 114 min ailə ünvanlı sosial yardım alır...
...Prezident İlham Əliyev kənd təsərrüfatının və
sənayenin inkişafı,
meliorativ tədbirlərin
görülməsi, yeni
əkin sahələrinin
yaradılması, bundan
əlavə, dərman
bazarında vəziyyətə
nəzarətin daha da gücləndirilməsinin
vacibliyini diqqətə
çatdırdı.
Birinci Avropa Oyunlarının ölkəmizə
marağı daha da artırdığını,
turizm sektorunun inkişafına təkan verdiyini deyən dövlətimizin başçısı
gələn illərdə
keçiriləcək idman
tədbirlərinin də
bu baxımdan əhəmiyyətli olacağını
bildirdi.
İnkişafın mühüm amilləri
Hesabat ilində
Rayon İcra Hakimiyyəti
Azərbaycan Respublikası
Prezidentinin fərman və sərəncamlarını
rəhbər tutaraq gündəlik fəaliyyətində
Prezident Administrasiyasının
yaxından köməyi,
tapşırıq və
tövsiyələri əsasında
qarşımıza qoyulan
vəzifələrin icrasına
çalışmışdır.
Respublikada aparılan uğurlu
iqtisadi siyasətin nəticəsi olaraq 2015-ci
ilin doqquz ayında Zaqatalada iqtisadiyyatın dinamik inkişafına nail olunmuş,
"Azərbaycan Respublikası
regionlarının 2014-2018-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramının icrası
istiqamətində işlər
davam etdirilmiş, 173 milyon manat dəyərində
ümumi məhsul istehsal edilmiş, bu da keçən
ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz
çoxdur. Məhsul istehsalı sənayedə
27,2 faiz, kənd təsərrüfatında 12,7 faiz,
rabitədə 14,8 faiz,
ticarətdə 5,4 faiz,
pərakəndə əmtəə
dövriyyəsi 10,1 faiz,
pullu xidmətlərin
həcmi 4 faiz artmış, əsas kapitala 12,9 milyon manat investisiya yönəldilmiş, 759-u daimi
olmaqla 795 yeni iş yeri açılmışdır.
2015-ci ilin doqquz ayında
büdcəyə vergi
və tədiyyələr
üzrə 5,6 milyon manat vəsait
daxil olmuş, proqnoz tapşırıqlar
108,4 faiz icra edilmişdir. Gəlirlərin
7,3 faizi dövlət sektorunun, 92,7 faizi qeyri-dövlət sektorunun
payına düşmüş,
vergi qanunvericiliyini pozan 988 vergi ödəyicisinə 907,4 min manat
həcmində maliyyə
sanksiyası tətbiq
edilmişdir.
Hesabat ilində mərkəzləşdirilmiş
xərclərdən 12 milyon
852 min manat subsidiya alınmış, büdcə
xərcləri 17 milyon
47 min manat və ya 90,3 faiz icra
olunmuşdur.
(ardı
gələn sayımızda)
Məzahir ƏHMƏDOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti
yanında kütlƏvi
informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt
dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ
ədalət.-2015.-3 noyabr.-S.7.