KÜRDƏMİR: İNKİŞAFIN
VƏ MODERNLƏŞMƏNİN YENİ ÜNVANI
REGİON
"...Azərbaycan
xalqının çox zəngin mədəniyyəti,
tarixi vardır. Biz
haqlı olaraq öz mədəniyyətimizlə
fəxr edirik. Bu gün Azərbaycan dünyada
öz mədəniyyəti, musiqisi, tarixi ilə
tanınan bir ölkədir. Dünyanın
müxtəlif yerlərində Azərbaycan günləri keçirilir. Azərbaycan mədəniyyətinin
nə qədər zəngin olduğunu
artıq bütün dünya
bilir. Bakıda, eyni zamanda, bölgələrdə, müxtəlif
mədəni tədbirlər, müsabiqələr keçirilir. Azərbaycan cəmiyyəti həmişə
mədəniyyətə çox bağlı
olub və bu gün müstəqil Azərbaycan dövləti
çox güclü əsaslar
- tarixi, mədəni əsaslar, mənəvi
dəyərlər üzərində qurulubdur".
Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev
(əvvəli
ötən saylarımızda)
Şəhərin Bakı prospektində piyada yoluna 580 p/m beton səki düzülmüş, 420 m2 mozaik tavalar qoyulmuşdur.
Şəhərin Dəyirman Kombinatının ərazisindən "Bayraq meydanı"nadək olan məsafədə yolun kənarlarına 5220 p/m beton səki daşları düzülmüş, 62 ədəd 2 plafonlu müasir tipli işıq dirəkləri quraşdırılmışdır. Ərazisi 5,5 ha olan "Bayraq meydanı" kompleksinin ərazisi tamamilə torpaqla doldurulub hamarlanmış, ""Bayraq muzeyi"ndə və "Gənclər kafesi"ndə tikinti-quraşdırma işləri başa çatdırılmışdır. İlin 9 ayı ərzində "Bayraq meydanı"nda 400 m3 torpaq işləri, 539 m3 dəmir-beton işləri, 1012 m2 hörgü işləri, 919 m2 suvaq işləri görülmüş, 13000 p/m beton səki daşları düzülmüş, 12600 m2 mozaik tavalar qoyulmuşdur. "Bayraq muzeyi"nin və "Gənclər kafesi"nin fasad hissəsində 565 m2 sahədə cəbhə sistemi quraşdırılmış, qarşısına dəmir şəbəkə bərkidilmişdir.
Hündürlüyü 52 metr olan Bayraq dirəyi gücləndirilmiş və muzey üzərində qaldırılmışdır. "Bayraq muzeyi" və "Gənclər kafesi" üzərindəki 600 m2-lik ərazi hidroizolyasiya olunmuş, mərmər plitələrlə üzlənərək ətrafına 150 p/m-lik şüşə lövhəli məhəccər quraşdırılmışdır.
İlin 9 ayı ərzində "Bayraq muzeyi"ndə və "Gənclər kafesi"ndə 2370 m2 sahədə mərmər və qranit üzlük materialı vurulmuşdur. "Bayraq meydanı"nın ərazisində kanalizasiya xətləri çəkilmiş, müasir tipli suvarma sistemləri quraşdırılmışdır, müasir modern tipli "Ala qapı" baş giriş qapısı tikilmiş, ərazidə 2 ədəd müasir modern tipli fontan qurğusu quraşdırılmışdır.
"Bayraq meydanı" və "Bayraq meydanı"ndan şəhər istiqamətində salınmış yolun sağ və sol tərəfində yamaclara ümumilikdə 6 hektar sahədə qazon ot bitkisi, 15 mindən çox ağac və gül kolları əkilmişdir.
İlin 9 ayı ərzində "Bayraq meydanı"nda 963.433 manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının davamı olaraq məktəbəqədər tədris müəssisələrinin təqdimat mərasimində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın məktəbəqədər tədris müəssisələrinin tikintisinə xüsusi önəm verilməsinə dair təşəbbüsünə rayon İcra Hakimiyyəti də qoşularaq şəhərə bitişik ərazidə bir ədəd 2 mərtəbəli 100 yerlik uşaq bağçası-körpələr evinin tikintisinə başlanılmış və tikintisi ilin iyun ayında başa çatdırılaraq tam şəkildə inventar və avadanlıqlarla komplektləşdirilmişdir. İlin 9 ayı ərzində 100 yerlik uşaq bağçası-körpələr evində 90.070 manatlıq tikinti - quraşdırma, abadlıq işləri görülmüşdür.
İlin 9 ayı ərzində şəhərin "Qələbə parkı"nda 110 p/m beton səki daşları düzülmüş, 106 m2 mozaik tavalar qoyulmuş, 40 m2 sahədə hörgü işləri aparılmış, 15 ədəd 3 plafonlu işıq dirəkləri quraşdırılmış, yeni müasir tipli fontan qurğusu tikilmiş, 20.318 manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının 2 mərtəbəli inzibati binasının tikintisi başa çatdırılmışdır. Binanın əsası monolit dəmir-beton materialı ilə, divarları mişar daşından inşa edilmiş, xarici divarları ağlay üzlük materialı ilə üzlənmişdir. Binanın ümumi sahəsi 630 m2-dır, binada soyutma və isitmə sistemləri-kondisioner və kombi vasitəsi ilə təmin edilmişdir. Bina 9 otaq və 75 yerlik akt zalından ibarətdir. Binanın ətrafı abadlaşdırılmış, yaşıllıq zolağı salınmışdır. İnşaat işləri daxili imkanlar hesabına həyata keçirilmiş, layihənin ümumi dəyəri 650 min manat olmuşdur.
İlin 9 ayı ərzində 624 şagird yerlik Möhübbət Əzimov adına Atakişili kənd orta məktəbi tikilib istifadəyə verilmişdir. Məktəb binasının inşaasına Respublika Təhsil Nazirliyinin sifarişi ilə 2014-cü ilin oktyabr ayında başlanılmış, 2015-ci ilin sentyabr ayında tikinti işləri başa çatdırılmışdır. Layihənin smeta dəyəri 3.594.280 manat olmuşdur. Məktəb binasının ümumi sahəsi 1964.5 m2-dır. Məktəbin ərazisində 1008 m2 ölçüdə idman meydançası inşa edilmişdir. Məktəb binası 624 şagird yerlik olmaqla 3 mərtəbədən, 53 otaqdan, o cümlədən 25 sinif otağından, idman zalından, yeməkxanadan və 374 nəfərlik akt zalından ibarətdir.
Yeni yollar, abad küçələr
İlin 9 ayı ərzində rayonun 12341 nəfər əhalisinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun dağılmış 20 km hissəsinin əsası yenidən işlənərək bərkidilmiş, 120.000 m2 sahədə qalınlığı 5-7 sm olan yeni asfalt qatı vurulmuşdur. Yolun yenidən bərpa edilməsinə 2.031,4 min manat vəsait xərclənmişdir.
İlin 9 ayı ərzində şəhərin Babək küçəsində 20-22 metr enində 1050 metr uzunluğunda 21.600 m2, Vaqif küçəsi və Atakişili ərazisində 26400 m2 sahədə yeni asfalt qatı vurulmuş, 1500 p/m beton səki daşları qoyulmuşdur. Dövlət Proqramının icrası ilə əlaqədar 30 saylı Yol İstismarı idarəsi tərəfindən Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə bağlanmış müqaviləyə əsasən şəhər küçələrinə fiziki göstəricisi 13632 m2 asfalt işi görülmüşdür. Heydər Əliyev prospektində, Bünyad Sərdarov küçəsində, H.Əliyev prospektinin Sabir küçəsi ilə birləşməsində və Həzi Aslanov küçəsində asfalt işləri görülmüşdür...
Məzahir
ƏHMƏDOĞLU
AzƏrbaycan
Respublikasının Prezidenti yanında kütlƏvi
informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ
Ədalət.-2015.-3 noyabr.-S.6.