ZAQATALA: QIZIL GÜLLƏR DİYARININ "QIZIL" PAYIZI

REGİON

 

"... Sahibkarlığı inkişaf etdirmək üçün hər il mənim rəhbərliyimlə geniş müşavirə keçirilir, həm siyasi dəstək verilir, həm iqtisadi məsələlər öz həllini tapır. İnfrastruktur layihələri, - elektrik stansiyaları, kənd yolları, içməli su layihələri, - bütün bu layihələr ölkəmizin çoxşaxəli inkişafını təmin edir və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsidir".

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

(əvvəli ötən sayımızda)

 

2015-ci ilin doqquz ayında rayonda orta aylıq əməkhaqqı və orta aylıq pensiyanın məbləğində artım müşahidə edilmiş, 459 pensiya işi təyin edilmiş, 16998 pensiyaçıya xidmət göstərilmiş, 4,3 milyon manat məcburi dövlət sosial sığorta haqları yığılmış, proqnoz tapşırıqlar 83,1 faiz icra edilmişdir.

2015-ci ilin doqquz ayında rayonda 4349 nəfərə sosial müavinət, 376 nəfərə prezident təqaüdü, 35 nəfər əlilə əlillik, 1 nəfər şəhid ailəsinə şəhidlik vəsiqəsi, 2023 ailənin 8751 üzvünə (hər ailəyə orta hesabla 158 manat) ünvanlı sosial yardım verilmiş, 217 nəfər tək-kimsəsiz qocalara xidmət göstərilmişdir.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində işlər davam etdirilmiş, Qarabağ əlillərinin və şəhid ailələrinin mənzill şəraitinin yaxşılaşdırılması məqsədilə 36 mənzilli yaşayış evinin tikintisi üçün 0,40 ha, 54 mənzilli yaşayış evinin tikintisi üçün 0,60 ha torpaq sahəsi secilmiş və bununla əlaqədar müvafiq sənədləşmə işləri aparılmış, Qarabağ əlilləri və Şəhid ailələri üçün 7-si şəhərdə, 9-u kəndlərdə olmaqla (Dağlı, Ələsgər, Mosul, Muğanlı, Aşağı Çardaxlar, Yuxarı Çardaxlar, Yuxarı Tala, Bəhmətli və Yolayrıc) 19 ədəd fərdi yaşayış evlərin tikintisi davam etdirilmiş və imtiyazlı kateqoriyadan olan 5 nəfər şəxsə isə fərdi evlərin tikintisinin aparılması üçün torpaq sahəsinin ayrılması təmin edilmişdir. Böyük Vətən Müharibəsi, Qarabağ və hərbi xidmət əlilinə - 7 nəfərə pulsuz minik avtomaşını və müalicəyə getmək üçün 16 nəfərə sanator-kurort putyovkası verilmişdir.

Hesabat dövrü ərzində məşğulluq xidməti orqanları tərəfindən 799 nəfər işaxtaran kimi qeydiyyata alınmış, 482 nəfər münasib işlə təmin olunmuş, 8 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmiş, 30 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuş, rayonda keçirilən Əmək Yarmarkasında 107 nəfər işaxtaran və işsizə işlə təmin olunmaları üçün göndəriş verilmişdir...

 

"Kənd təsərrüfatı ili"

necə yekunlaşır?

 

Son illərdə aqrar sektorda həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində rayonda 2015-ci ilin 9 ayında 96,7 milyon manat kənd təsərrüfatı məhsulları istehsal edilmiş, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz çoxdur. Rayonun 134981 hektar vahid torpaq fondunun 84354 hektarı dövlət mülkiyyətində,17554 hektarı bələdiyyə mülkiyyətində, 33073 hektarı isə xüsusi mülkiyyətdədir. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası ilə bağlı rayonda kənd təsərrüfatı tədbirləri davam etdirilərək 2015-ci ilin məhsulu üçün 12148 ha sahədə payızlıq taxıl, o cümlədən 8417 ha sahədə buğda, 14665 ha sahədə yazlıq bitkilər, o cümlədən 5910 ha sahədə qarğıdalı, 139 ha sahədə paxlalılar, 468 ha sahədə tütün, 2 ha sahədə şəkər çuğunduru, 252 ha sahədə dən üçün günəbaxan, 25 ha sahədə qazanlıq gülü, 1540 ha sahədə kartof, 2100 ha sahədə tərəvəz, 788 ha sahədə bostan bitkiləri və 3441 ha sahədə yonca əkilmişdir. Kənd təsərrüfatı tədbirlərinin aqrotexniki müddətlərdə və keyfiyyətlə icra edilməsi məqsədi ilə rayonda bütün imkanlar səfərbər olunaraq 668 ədəd özüyeriyən texnikadan istifadə edilmiş, "Aqrolizinq" ASC-nin rayon filialında olan 50 ədəd müxtəlif kənd təsərrüfatı texnikası vasitəsi ilə cari ilin 9 ayında 1808 ha sahədə aqrotexniki işlər yerinə yetirilmişdir.

2015-ci ilin məhsulu üçün becərmə aparmış buğda istehsalçılarının maddi marağının artırılması məqsədi ilə 181586.80 manat subsidiya verilmiş, əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə 885240,50 manat yardım hesablanmış, 2015-ci ilin 9 ayında fermer təsərrüfatlarına 259143.14 manat dəyərində güzəştli qaydada mineral gübrələr satılmışdır. Cari ilin 9 ayında 34411 ton taxıl, o cümlədən 23471 ton buğda, yazlıq əkinlər üzrə 32022 ton qarğıdalı, 399 ton dən üçün günəbaxan, 18482 ton kartof, 18984 ton tərəvəz, 8274 ton bostan məhsulu, 819 ton tütün, 18603 ton meyvə, 191 ton üzüm, 36 ton yaşıl çay yarpağı istehsal olunmuşdur.

Heyvandarlığın inkişaf etdirilməsi üçün cari ildə 15359 hektar dövlət fonduna aid yay otlaq sahələri fermerlərin icarəsinə verilmişdir. Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə damazlıq təsərrüfatları fəaliyyətini davam etdirmiş, süni mayalanma yolu ilə 4044 baş ana maldan 3168 baş cins bala əldə edilmiş, iribuynuzlu mal-qaranın baş sayı 61154 başa, qoyun-keçilərin baş sayı 168851 başa çatdırılmış, rayonda 6663 ton diri çəkidə ət, 31418 ton süd istehsal edilmişdir. Bundan başqa, damazlıq təsərrüfatının inkişaf etdirilməsi məqsədilə lizinq yolu ilə rayona 4 baş yüksək məhsuldar iribuynuzlu mal-qara gətirilmişdir.

Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz nitqində demişdir: "...Bu il "Kənd təsərrüfatı ili"dir. Qeyd etdiyim kimi, kənd təsərrüfatı istehsalı 6,7 faiz artıb. Kənd təsərrüfatının inkişafı, artımı həm sosial, həm də iqtisadi sahədir. Biz çalışırıq və çalışacağıq ki, özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz səviyyəsində təmin edək".

 

...Və digər sahələrdə

görülən işlər

 

Rayonda ekoloji məsələlər də diqqət mərkəzində saxlanılmış, ətraf mühitin mühafizəsi məqsədi ilə inzibati tədbirlər həyata keçirilərək 26429 manat cərimə tətbiq olunmuşdur.

2015-ci ilin 9 ayında 17500 ədədi yol kənarlarında olmaqla, inzibati ərazilərdə 115500 ədəd ağac əkilmişdir. 649,5 ha sahədə mədəni meşə əkininə xidmət olunmuş, 40 ha sahədə isə mədəni meşə əkini aparılaraq müxtəlif cinslərdən ibarət tinglər əkilmişdir. Hazırda Zaqatala rayonunun meşə sahələrinin ümumi torpaq sahələrinə olan nisbəti 37,6% təşkil edir.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Ədalət.-2015.-4 noyabr.-S.6.