İlyas Əlləz oğlu
Mehrablı 1940-cı ildə Gürcüstan
Respublikasının Borçalı mahalındakı
Saraclı kəndində anadan olub. 1969-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika
fakültəsini bitirib. Həmin ilin iyul ayında Azərbaycan
KP MK-nın təyinatı ilə Qax rayonunda çıxan "Şəlalə"
qəzetində işləməyə göndərilib.
İ.Mehrablı
"Şəlalə" qəzetində fəaliyyət
göstərdiyi illərdə müxbir, kənd
təsərrüfatı və məktublar şöbələrinin
müdiri, məsul katib,
redaktor müavini vəzifələrində
çalışıb.
2002-2009-cu illərdə
qəzetin redaktoru işləyib. Şeirləri dövri mətbuatda dərc olunub.
Ailəlidir. İki oğlu,
iki qızı, nəvələri var.
KƏNDİMİ UNUTMURAM
Bəzən ürəyimi alır
intizar,
O doğma kəndimiz düşəndə yada.
Onun hər yerində mənim izim var,
Mənə ondan əziz yoxdur dünyada.
"Tükəzban oğlunun biçənəyi"ndən,
Əyilib bənövşə, nərgiz
dərəydim.
Məst
olub güllərin meyxoş iyindən,
Onu da sevdiyim qıza verəydim.
Nəğmələr qoşaydım gülə, çiçəyə,
Gəzəydim doyunca "Gözəl
dərə"ni.
Ordan da qalxaydım "Xırman təpə"yə,
Bir ov da vuraydım, kəsib bərəni.
Palıd
kölgəsində dincəlib
bir az,
Ordan seyr edəydim doğma kəndimi.
Belə
gözəl yurdu unutmaq olmaz,
Borcluyam ona mən bir
övlad kimi.
Dönəydim evmizə axşam
düşəndə,
Nənəm Mehribanın sac çörəyindən,
Doğrayıb dovğaya yeyəydim,
həm də
Oxşayıb öpəydim ağ birçəyindən.
A dostlar, ən əziz məskənim olmuş,
Həsrətlə andığım yerlər
əzəldən.
Bu yerdə keçsə də ömür-günüm
xoş,
Öz doğma
kəndimi unutmaram mən.
HİKMƏT
"Şəlalə" qəzetinin
sabiq redaktoru H.Əzimova ithaf edirəm
Ağıl dəryasıydı binadan-başdan,
Elm aləmində parladı
Hikmət.
Yorulmaq bilmədi - yazdı, yaratdı,
Adına kitablar bağladı Hikmət.
Qələmi həm iti, həm şirin idi,
Yazanda hər sözün qədrini bildi.
Heç
kəsdən çəkinən,
qorxan deyildi,
Çoxunu yandırıb dağladı
Hikmət.
Onu sevənlərlə dost, qardaş
oldu,
Dərdə şərik çıxdı,
həm sirdaş oldu.
Özüsə xəzan tək
saralıb soldu,
İmkansızlara gün ağladı Hikmət.
Köçdü aramızdan vaxtsız-vədəsiz,
İtirdik ən əziz dostumuzu biz.
Hikmətsiz qalıbdır gör,
"Şəlalə"miz,
Bizi böynubükük
saxladı Hikmət.
İnana
bilmirik onun ölümünə,
Ürək dözmür bu nisgilə, bu ünə.
El-oba yığıldı matəm gününə,
Sənə ağı deyib ağladı, Hikmət.
SÖZLƏRİM QALDI
Gözəllər məskəni Qazax
elində,
Bulağın başında kuzə
əlində,
Bir ala gözlünün siyah telində,
Vuruldum, aşkara
gözlərim qaldı.
Mən ona qəlbimi açdım ürəkdən,
Ayrıla bilmədim arzu, diləkdən.
Onunla hər dəfə görüşəndə mən,
Görüş yerimizdə izlərim qaldı.
Aldatdı əqlini altın
və şöhrət,
Söndü qəlbindəki odlu məhəbbət.
O məni duymadı, duymadı, fəqət,
Vəfasız qəlbində sözlərim
qaldı.
VƏTƏN
Həyatımın ilk çağında,
Bərəkətli torpağında,
Sənin
isti qucağında,
Doldum ətə-qana,
Vətən.
Qurban canım, gözüm sənə,
Şirin-şirin sözüm sənə,
Sənsən həyat verən
mənə,
Doğma yurdum, ana Vətən.
Aşıb-daşır dövlət, varın,
Səfalıdır hər diyarın.
Sən özüsən ilk baharın,
Vurulmuşam sana, Vətən!
NƏ TEZ UNUTDUN?
Ey ilk məhəbbəti duyub, anmayan,
Oduyla odlanıb bir an yanmayan,
Duymadın məndəki saf
məhəbbəti,
Tapdın özgəsində şanı,
şöhrəti.
Ah! Sevən könlümün
vəfasız yarı,
De, nə tez unutdun əhdi, ilqarı?
SİRLİ BAXIŞ
Gözlərin gözümə mənalı
baxdı,
Gözəl qız, biləydim, bu nə sirr
idi?
Bəlkə də o baxış
sevən könlünün,
Mənə tükənməyən məhəbbətiydi.
ÇİÇƏK VERDİ
Çiçək dərən bir
gözələ,
Şeir
dedim, çiçək
verdi.
Sanki mənə çiçək
deyil,
Sevda dolu ürək verdi.
QAYIDAN HANI?
Bu dünya əz uzaq bir səfər yolu,
İnsanlar bu yolun daim
sarbanı.
Kimisi boş gedir, kimisi dolu,
Bu uzaq səfərdən
qayıdan hanı?
DÖNƏRDİ
Kəndimizin ey bəxtəvər
gözəli,
Qönçə dəhan, şirin
sözlü, məzəli,
Sən olsaydın saf eşqimin əzəli,
Arzularım növbahara dönərdi.
Söhbət edib, mənə
şirin dil versən,
İlan
kimi hörüyündən
tel versən,
Bağçanızdan dərib qönçə gül versən,
Mənim üçün bir nübara dönərdi.
AYİŞƏ
Kamil ovçu kimi maral gəzəndə,
Qarşıma təkcə sən çıxdın, Ayişə.
Qəlbimi mən sənə
açıb deyəndə,
Üzümə mənalı baxdın, Ayişə.
Bir bahar çağında dağı, çəməni,
Gəzib qayıdarkən bənd etdin məni.
Səninçün dərdiyim tər bənövşəni,
Alıb sinən üstə taxdın, Ayişə.
Görüşə çağırdım, saymadın məni,
Eşitdim sevibsən daha özgəni.
Söylə, unudarmı sevən sevəni?
Məni ildırım tək çaxdın, Ayişə.
Ədalət.-2015.-4 noyabr.-S.6.