BƏDNƏZƏR

 

Esse

 

Axşam mobilimə zəng gəldi. Gecənin bu vaxtı xeyir ola? baş verib? Bəlkə məndən uzaqlarda ömür-gün keçirən oğul qızların həyatında gözlənilməz situasiya yaranıb? bilmək olar, bu dünyanın qəzavü-qədərlərindən kim sığorta olunub ki... Əlim titrəyə-titrəyə göy düyməni basdım... Könül dostum Əlizadə müəllimin səsini eşitdim:

-Xəbərin var?

-Nədən? Noolub?

-Ramiz müəllim xəstəxanadadır, düşüb həkimlərin əlinə...

-Niyə? O ki, maşallah sap-sağlamdır...

-Dəqiq, səhih məlumatım yoxdu. Elə indicə xanım hıçqıra-hıçqıra dedi ki, bəs Ramizin qıçı sınıb...

Sabah mütləq gedib dəyərəm ona. -Hımm, maraqlıdı. Yolu yeriyəndə yer titrəyən, top kimi müəllimə noolub? Söyüşcül deyil, özünün-sözünün yerini biləndi... Tutaq ki, kimləsə sözü çəp gəlib, Yumruqlaşıb, qoy gözünün altı qaralsın, dodağı partlasın. Bəs niyə qıçı sınsın?

Gecəni çox fikirləşdim bir yana çıxa bilmədim..." Yüz fikir bir borcu ödəməz" demiş atalar. Sabah getdim yanına, öyrəndim vəziyyətini. Sağ qıçını gipsə qoyublar, ayağa qalxmağa da icazə vermirlər. Görüşdük, bir azca rəngi avazıyıb.

-Yastığın yüngül olsun, qardaş, - dedim. Mən belə haçansa "səkərim, qan təzyiqim, ürəyim, böyrəyim... məni incidir, gecələr qoymur yatmağa" sözünü eşitməmişdim. İndi birdən-birə bu sınıq hadisədi? Kim itələdi, kim sındırdı qıçuvu?

Başını yellədi:

-Desəm inanmazsan... Səhər-səhər məktəbə tələsirdim. Yolda tanış, həmişə görüşüb salamlaşdığım alçağın biriylə rastlaşdım. "Məni bağışlayın, zəngə az qalıb" deyərək onun yanından ötüb keçdim. Məni heyrətli, qəribə baxışlarla süzdü:

-Güsin, gedin, -dedi, - pul qazanın, ay bəxti güclelər. Uşaqların başını aldadırsınız, ayın axırında da filan qədər... Sonra bilirsən oldu? And olsun Allaha, heç 10 metr irəliləməmişdim ki, ayağım burxuldu, bu sağ qıçım şaqqıldadı. Divardan yapışdım ki, qalxım ayağa, qalxa bilmədim. Elə bil o alçağın gözü dəydi mənə...

Nədi bu gözdəymə, birinin o birisinə uruğunun düşüb-düşməməsi? Əl atdım müxtəlif, bir-birindən fərqli məxəzələr. bilgilərimi qoydum ortaya... Əzalarımızın özünəməxsus funksiyası var. Qulaq, göz, qaş, kiprik, burun, dil, diş, dodaq, əl, qol, hətta ovucun içi çölü, qısası, hər bir bədən üzvü öz vəzifəsini icra edir.

Göz ürəyin aynasıdır. Paxıl, xəbis, sənin uğurunu sevməyən ürək yalan "danışır", göz isə... Birisi səni aldadır, şübhələnirsən, ona "gözümün içinə düz bax!" - deyirsə. Baxır həqiqət görünür. "" deyirsən, "yox" da deyirsən gözlə. Süzgün-qıyğacı... neçə-neçə baxış var... Bir elə uruğun düşüb-düşməməsi gözdə, baxışdadır.

...Qəribə, amma inanılası bir reallıq. Küçəmizdə Vəlixan adlı birisi yaşayırdı. Elə ki, o, yolla harasa gedib-gəlirdi, hamı girirdi darvazadan içəri... Bir gün o, boğaz inəyə baxaraq "bu heyvan ekiz doğacaq" deyib, heç o sözdən bir saat ötməmiş heyvan bala atıb... Uzaqda dayanma, indi gəl qonşu davasına tamaşa elə.

...Qoruyucusu, qapaqları açılan kimi göz hər yana iki cür şüa saçır. Xoş niyyətli şüa qarşıdakılara sevinc, səadət bəxş eləyir. Yox, əgər bəd niyyətlidirsə, o, ətrafı yandırır, öldürür, hətta daşı parçalayır. Dünyaya yenicə gələn körpəyə çiləlilik dövründə hamının baxmamağı ona görə məsləhət bilinmir ki, kiminsə gözündə bədnəzər ola bilər. Bismillah deyib, 114 surəli, 6666 ayəli müqəddəs kitabımıza - "Qurani-Kərim"ə əl uzadaq. Orda "Fələq" surəsi var. Bizim dildə mənası "Sübh çağı" deməkdi. Bədnəzərdən qorunmağın yolu o surəni tez-tez oxumaq, hətta əzbərləməkdi. Dərin molla məhz "Fələq"i kağıza köçürüb, verir bizlərə. Onu parçaya büküb sancaqlayırıq qığıldayan, gülən, əl çalan, iməkləyən uşağın arxa tərəfdən köynəyinə...

Allah bizləri bədnəzərdən qorusun!

 

Əlibala Rəhimov,

Ədalət.-2015.-5 noyabr.-S.6.