Biz bəxti seçmirik,
bəxt bizi seçir
Vaqif İSAQOĞLU,
Prezident təqaüdçüsü
ÇIXIB
HAQQ YOLUNA
Bu yurdun hər çöpü bir ləl daşıdı,
Yurdun sərvətini
kimlər daşıdı?
Axı bu vətənin vətəndaşıdı,
Deyin necə dözsün talana Vaqif?
Qaranlıq zindana salsalar da bil,
Görən gözlərini oysalar
da bil,
Onu diri-diri soysalar da bil,
Yenə də əl çalmaz yalana Vaqif.
Çıxıb haqq yoluna Quran əlində,
Dünyanın dərd yükü onun belində.
Doğma
vətənində, doğma
elində,
Nə qədər
qərib tək dolana Vaqif?
Harda hallallıq var, çörək olacaq,
Haqq üçün
döyünən ürək
olacaq.
Bu xalqa nə vaxtsa
gərək olacaq,
Qoyma dərd
oduna qalana Vaqif.
ÜZ TUTUB GEDİRƏM
İllər gəncliyimi əlimdən
alıb,
Ümidim çiçək tək
solub, saralıb.
Mənim
son nəğməmə daha
az qalıb,
Üz tutub gedirəm qəbrimə sarı.
Daha kökdən düşüb
qəlbimin simi,
Qayğılar söndürüb həyat
eşqimi.
Ölüm şərbətini içib
bal kimi,
Üz tutub gedirəm qəbrimə sarı.
Ölüm hər dərdimi
yuyub aparar,
Məni
kim axtarar,
məni kim arar?
"Ol" deyən Tanrının "öl"
deməyi var,
Üz tutub gedirəm qəbrimə sarı.
Biz bəxti seçmirik, bəxt bizi seçir,
İllər ömrümüzü ot kimi biçir.
Allaha qovuşmaq ölümdən
keçir,
Üz tutub gedirəm qəbrimə sarı.
ÇƏKMƏSƏ
ƏGƏR
Bağlardan barını gör kimlər dərdi?
Namərd elədilər qovaraq mərdi.
Hamı
bu dünyada gəldi-gedərdi,
Heç
kim bu
dünyada qalmaz, - deyirəm.
Yalan ayaq tutub yeriyən
yerdə,
Haqsızlar haqlını sürüyən
yerdə,
Qanmazlar
qanana dərs deyən yerdə,
Şər Xeyrə qələbə çalmaz, - deyirəm.
Dərd
səni yumaq tək bükməsə əgər,
Kədər can evinə çökməsə
əgər,
Ürək hər əzabı
çəkməsə əgər,
Gözlərin yaş ilə dolmaz, - deyirəm.
Oğrular doğrunu hədələr,
Vaqif,
Ürəyi ox kimi dərd dələr, Vaqif.
Vəzifə alsa da gədələr, Vaqif,
Onlarda kişilik
olmaz, - deyirəm.
BİR
ÖLÜM HAQDI
Göydən yer üzünə
daşlar yağsa da,
Qanımız tökülüb su
tək axsa da,
Ahımız, naləmiz göyə
çıxsa da,
Ədalət qələbə çalası
deyil.
Yalana əl çalıb, şəri öyməsən,
Namərdi ucaldıb, mərdi
döyməsən,
Yaltaqlıq eləyib sən
baş əyməsən,
Dərdinə bir çarə olası deyil.
Heç
vaxt tərifləyib öymə özünü,
Şahın da önündə əymə özünü.
Hər yoldan ötənə demə sözünü,
Yoluna bir işıq salası deyil.
Hələ də baş əyir qanan qanmaza,
Haqqa üz tutanlar batıbdı yasa.
Canın
göynəməsə, qəlbin
yanmasa,
Gözlərin yaş ilə dolası deyil.
Həyat
başdan-başa özü
sınaqdı,
Hər şey əfsanədi, bir ölüm haqdı.
Ay Vaqif, dünyada hamı qonaqdı,
Heç
kim bu
dünyada qalası deyil.
FİKİR
İÇİNDƏ
Ürək fikir içində,
Bir an sevinc tapammır.
Gecə-gündüz çırpınır,
Özünü dinc tapammır.
İnsan
fikir içində,
Getməyə pir tapammır.
Əli yerdən üzülüb,
Özünə yer tapammır.
Xəstə fikir içində,
Həkimə pul tapammır.
Ümid
yolu bağlanıb,
Çıxmağa yol tapammır.
Qoca fikir içində,
Dərdə dərman tapammır.
Yaşadığı ömürdə,
Xoş gün, xoş an tapammır.
Kişi
fikir içində,
Axtarır, iş tapammır.
Beli dərrdən bükülüb,
Yeməyə diş tapammır.
Vaqif fikir içində,
Deməyə söz tapammır.
Tüpürləsi üz nə çox,
Öpməyə üz tapammır.
"KİŞİLƏR"
Yalana da əl çalır,
İlana da əl çalır.
El gözündə alçalır,
Yala hürən
"kişilər".
Ara vurmaq işidi,
Yaltaqlıq vərdişidi.
Kim deyir ki, kişidi?
Yala hürən
"kişilər".
Pul görəndə yuxalır,
Rüşvəti də çox alır.
Günü-gündən çoxalır,
Yala hürən
"kişilər".
Millətin üz qarası,
Sağalmayan yarası.
Olub bostan urası,
Yala hürən
"kişilər".
Nə qandırar, nə qanar,
Nə dərd
bilər, dərd anar.
Evini vətən sanar,
Yala hürən
"kişilər".
GƏLMİŞƏM
Sənsiz
bu dünyada qəribəm, qərib,
Qəlbimdən sevinci görən
kim dərib?
Həsrətin canımı buza
döndərib,
İsinməyə ocağına gəlmişəm.
Ürəyim dərd ilə broşalıb dolar,
Qorxuram murazım
gözümdə qalar.
Bircə
yol üzümə gülümsə nolar,
Xoş gününə,
xroş çağına
gəlmişəm.
Gətirdin ömrümə dumanı,
çəni,
Gəl yada salmayaq olub keçəni.
İstər qəbul eylə,
istər qov məni,
Son ümidlə ayağına
gəlmişəm.
Ruhum haray çəkir bu can qəfəsdə,
Daha yaşamağa
yoxdu həvəs də.
Bu yazıq Vaqifi salmısan xəstə,
Ölmək üçün qucağına
gəlmişəm.
A
DAĞLAR QIZI
Səcdənə gəlmişəm a dağlar
qızı,
Bu ziyarətimi sən
qəbul eylə.
Bu gündən eşidib dualarımı,
Biryolluq özünə məni qul eylə.
Səcdənə gəlmişəm a dağlar
qızı,
Sən küskün
könlümü özün
şad eylə.
Bu eşqin torundan çıxa bilmirəm,
Ya məni
sən öldur, ya azad eylə.
Səcdənə gəlmişəm a dağlar
qızı,
Yaralı könlümə bir dərman eylə.
Məhəbbət yolunda, sevgi yolunda
Məni sınağa çək,
imtahan eylə.
Səcdənə gəlmişəm a dağlar
qızı,
Yollarım bağlanıb, bir çarə eylə.
Sənin
həsrətindən gör
neçə ildi,
Ürəyim dağlanıb, bir çarə eylə.
Səcdənə gəlmişəm a dağlar
qızı,
Sən məni
özünə gəl
yoldaş eylə.
Ya yetim Vaqifi çək
sinən üstə,
Ya yetim Vaqifi qara daş
eylə.
Ədalət.-2015.-5 noyabr.-S.7.