Şərqin fəxri ulduzunun
poetik abidəsi...
Şairlik ağır sənətdir,
məsuliyyətli bir sahədir. Bu missiyanı
öz üzərinə
götürənlər, insan
düşüncələrini və duyğularını
saflaşdıran, zənginləşdirən
cəfakeşləridir.
"Əsl sənətkarlar
yaşadığı hiss və
duyğularını bədii-poetik
dilə çevirə
bilənlərdir", - deyimi,
imzasını mətbuatdan
tanıdığım istedadlı
şair olmaqla, həm də insanlıq istedalı bir yaradacı ziyalılıdır.
Bu günlərdə qələm
dostumuz Asif Hacızadənin "Şərqin
fəxri ulduzu" adlı Mehriban xanım Əliyevanın gördüyü işlərə
işıq tutan, çox nəfis bir tərtibatla çap olunmuş kitabı ilə tanış oldum. "Apastrof" nəşriyyatında ofset
üsulu ilə işıq üzü görmüş bu zərif kitaba görə bu kollektivə də bir səmimi oxucu minnətdarlığı
düşür...
Kitabda ilkin olaraq əsərin qəhrəmanı xalqımızın
sevimli övladı Mehriban xanım Əliyevaya həsr olunmuş lirik poema həsr olunub. Poema qoşma üslubunda
yazılıb. Azərbaycan
poeziyasında ilk belə
təcrübə, poema
nümunəsini gözəl
şair, parlaq publisist, kimi yaddaş xatirəmizdə
yaşayan, qələm
dostumuz Səyavuş Sərxanlı yaratmışdı...
Klassik şeir
növü olan qoşmanın hər dördüncü misrası
şeir boyu qafiyələndiyi kimi bir tələbi də budur ki,
sonuncu misralar eynilə, yazı boyu təkrarlanır. Bu yerdə çox böyük ustalıq tələb olunur ki, bəndləri tamamlayan son misra oxucunu yormasın, öz poetik deyimi-səslənişi ilə
xoş övqat aşılasın.
Bu poema kitabın
11-ci səhifəsindən 30-cu səhifəsinə qədər
məsafəni tutur. Hər hansı
bir səhifəni ayrılıqda götürsək,
bir səhifə ayrılıqda bir mahnı mətni kimidir. Ümumilikdə isə bu poema ürəklə, həvəslə və ilhamla yazılıb.
Bu poema bütövlükdə
bir poeziya çələngidir, desək
fikrimizi daha dolğun çatdırmış
olarıq.
Kitab bir neçə bölmədən
ibarət olub Mehriban xanımın mədəniyyətimizin təbliğiylə
bağlı gördüyü
dünya miqyaslı işlərindən bir sıra fraqmentlər verilib. Milli Mədəniyyətimizin təbliğatı yolunda bir Fərhad fədakarlığı edən
Mehriban xanımın heç bir iddası yoxdur. O, gördüyü mədəni-kütləvi
işiylə xalqımızın
qədim mədəniyyətini
dünya xalqlarına tanıdır. Və bu xidmətiylə
vətəndaşı olduğu
ölkənin, nümayəndəsi
olduğu millətin böyük bir mədəniyyət sahibi olduğunu fakt və sənədlərlə
dünyaya çıxartmaqla
bir daha təsdiqləyir.
Bütün poema boyu, müəllif
əsər qəhrəmanının
gördüyü böyük
miqyaslı işləri
sadalamır. Mehriban xanımın xeyirxah obrazı yaradılır və hər bəndin sonunda "Mehriban anasan, mehriban bacı" ifadəsiylə bitən misranın anlamı bir bədii-poetik təsdiq kimi səslənir...
Asif Hacızadənin
bu poeması çox uğurlu alınıb və müəllif məramına-məqsədinə
çatıb. Bir vətən qızının
millətinə can yandırmasını
sadə, lakonik bir dillə və çox böyük ustalıqla çatdırılması müəllifin
bədii uğuru sayılmalıdır.
Poemanın tələblərinə tam cavab
verən bu əsər dilinin səlisliyi, rəvanlığı
ilə seçilməklə,
müəllifin hər
fikrinin məqamına
düşürməsi də,
ümumilikdə bu lirik poemanın oxunaqlı, qəlbə yatımlı olmasını
təmin edilməsinə
xidmət edir.
Bu tutumlu və
son dərəcə səmimiyyətlə
qələmə alınmış
əsərdən fikrimizi
əsaslandırmaq üçün
misal çəkməli
olsaq, bu halda yazını bütövlükdə vermək
zərurəti yaranırdı. Çünki
burda fikirlər, duyğularla elə cilalanıb ki, onları bir-birindən ayırmağa insaf yol vermir, lüzum
görünmür...
Belə
dəyərli kitabın
araya, ərsəyə
gətirilməsi və
indiyənə kimi bu sahədə çap olunan kitablardan öz mövzu rəngarənliyi
ilə fərqlənməyi,
ilk növbədə Mehriban
xanımın mədəniyyətimizi
təbliğ etməsinin,
dünya səviyyəsində
tanıtmasının çox
böyük övladlıq
xidməti olduğunun
oxuculara təqdimatı
təqdirə layiq bir hal kimi
diqqəti cəlb edir...
"Şərqin fəxri
ulduzu" bədii-poetik
və publilistik bir topludur. Kitabın
ilk səhifəsində "Tarixi əsər və onunun tarixi missiyası" başlıqlı bölmədə
görkəmli tənqidçi-ədəbiyyatşünas,
filologiya elmləri doktoru Vaqif Yusifli
yazır: "Şərqin
fəxri ulduzu" poeması bu mövzuda yazılan digər nümunələrdən
həm bədii tutumu, sənətkarlıq
keyfiyyəti, həm də öz sanbalıyla, sözün müsbət anlamında seçilir, oxucunu elə ilk misralardan öz müsbət aurasına alır". Hörmətli V.Yusiflinin təkcə
bu bir cümləsi
A.Hacızadənin əsərinə
bir açar rolunu oynayır.
Daha sonra toplunun yeni bölməsi
gəlir. Bu bölmə-fəsil
də publisistikanın
çevik diliylə H.Əliyev Fondunun Prezidenti, YUNESKO və
İSESKO-nun xoş məramlı
səfiri, millət vəkili Mehriban xanımın "H.Əliyev
Fondunun böyük uğurları" adlıyla
daha sonra isə "Mənəvi Yüksəlişə xidmət
edən nəcib missiya" bölməsi gəlir.
"Həyat yolu"
fəsili isə görkəmli ortomoloq akademik Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunub.
Poeziya bölməsindən
sonra, dörd bölmənin hər biri öz dolğunluğuyla
və faktların diliylə verilməsi, yazıların bədii keyfiyyətini yüksəldən
arqumentlərdəndir. Və ən nəhayət son
5-ci bölmə "Mehriban
Əliyeva: Muğam və aşıq sənəti" bölməsi
məzmun dolğunluğuyla
bir könül xoşluğu yaradır. Muğamım sənətimizin klassik muğam və folklor üstündə bərqarar
olmuş aşıq sənətimizin dirçəldilməsi,
ölkəmizdə, keçirilən
beynəlxalq festivallarla,
eyni zamanda xaricdə, dünya miqyasında təbliği
təqdim olunur. Bu iki musiqi mənəviyyat abidələrimizin
inkişafına göstərilən
yüksək qayğı
və diqqətdən
ürək dolusu söhbət açılır.
Azərbaycan və rus dillərində
nəşr olunmuş
bu qiymətli toplu qələm dostumuz, istedadlı şair-publisist Asif Hacızadənin oxuculara gözəl bir qələm hədiyyəsidir. Bu yerdə
böyük yazıçımız
C.Məmmədquluzadənin bir cümləlik fikri, kəlamı burada yerinə düşür: "Qələmin
müqəddəs vəzifəsi
xalqın rifahı naminə xidmət etməkdir". Bu mənada
istedadlı yazar A.Hacızadə bu sanballı kitabıyla xalqına ürəklə
xidmət edən Mehriban xanım Əliyevanın xeyirxah əməllərinə bir
poetik abidə ucaltdığı anlamına
gəlinir...
Nazim
Ədalət.-2015.-6 noyabr.-S.7.