BİR ÖLÜM, BİR AYRILIQ HAVASI...
ƏDƏBİ HƏYAT
("Dünya, səndən
kimlər keçdi" silsiləsindən)
Oynamaq istəsən hava tapılar,
Bu qoca dünyanın yüz havası var.
Amma hər havaya oynamır adam,
Hər kəsin
dünyada öz havası var.
Alim Məhərrəmli
bu dünyaya öz havasını oynamağamı gəlmişdi? O havanın
adı nə idi? İsmayıllının
Müdri kəndindən
Bakıya, ali
təhsil almağa yollananda bir gənclik havasıydı başında. Orta məktəb illərində
şeir yazmağa başlamışdı, amma
o şeirləri bir kimsəyə göstərməyə
cürət eləmirdi.
Bir gün cəsarətə gəlib rayon qəzeti redaksiyasına gəldi, bir neçə şeirini təqdim elədi və utana-utana redaksiyanı tərk elədi. Elə bil xəcalət çəkirdi. Amma bir neçə gündən
sonra şeirini "Zəhmətkeş" qəzetində
görəndə sevincindən
uçmağa qanadı
yox idi. O zaman Musa Yaqub o qəzetə baş redaktor təyin olunmuşdu və Alimin içindəki şeir havasını duymuşdu.
ADU-nun filologiya fakültəsində
oxuyanda şeir yazmaqdan çox mütaliəyə, ədəbiyyat
dərnəklərində iştirak
edib şeir havasına uyuşmağa diqqət yetirirdi. Təhsilini başa
çatdırdı və
bundan sonra ömrü boyu onu tərk etməyən
evsizlik, kirayədə
yaşamaq, necə deyərlər, sərgərdanlıq
havasına oynadı.
Rayon uşaqlarının bir çoxunun taleyinə düşən
bu yükü o da arıq, zəif
çiyinlərində daşımağa
məcbur oldu. Yaxşı bilirdi ki:
Çiçəklər, otlar da sakit dayanmır,
Qol açıb
süzürlər yaz
havasına.
Məsələn, evlilər oğul-uşağın
Subaylar oynayır
qız havasına.
Elə qız havasına da oynadı, amma xasiyyətindəki qəribəliklər, o sərgərdanlıq,
bir az
da laübalülük
onu sonacan bir xoş ailə
havasına oynamağa
qoymadı. Yaşadığı
həyatın bütün
təzadları sanki onun içindən keçirdi:
Yetimi ağladır gəl-gəl
havası,
Boş yerə
gözünün yaşından
olur.
Yaman xatalıdır şahın
havası,
Kimsə oynamasa başından olur.
Mağarda Yer üzü səf-səf dayanıb,
Hamı bir-birinə qarşı oynayır.
Qonşunun saçını ağardan
dərdə
Qol açıb
beləcə qonşu
oynayır.
Alim Məhərrəmli
hər cür çətinliyə, həyatın
ona bəxş elədiyi maddi və mənəvi sarsıntılara tab gətirirdi. Müxtəlif
qəzetlərdə işləyə-işləyə
özünü bir curnalist kimi təsdiq etməyə çalışırdı . İçində nikbin idi, çünki onu hər jür məşəqqətə tab gətirməyə
məcbur edən bir qüvvə vardı. O da şeir, poeziya, yazıb-yaratmaq havasıydı.
Doxsanıncı illərin sonunda
onun "Səni də öyrətdim ayrılıqlara" adlı
şeir kitabı da çap olundu.
Ara-sıra, xəsisliklə də olsa, onun
bir şair kimi istedadlı olduğu etiraf edildi. Poeziyamızın "dağ qartalı"
Musa Yaqub hər şeiri çıxanda Alimi tərifləyir,
"bax, beləcə
yaz" deyirdi.
Onunla dostluq edənlərin ya onu tanıyanların
çoxu deyirdi ki, bu adam qapalıdır, öz içinə çəkilib, elə bil, dünya vecinə deyil. Amma belə deyildi, o, sözün əsil mənasında zamanla yaşayırdı. Məmləkətimizdə baş verən olaylar hamımız kimi onun da
qəlbini sıxır,
ruhunu incidirdi.
Harayım adlayıb min bənddən
keçib,
Təbrizdən, Göyçədən, Dərbənddən keçib,
Gedirəm səbrimin daşdığı
günə.
Hər gün ürəyini yeyib doyunca,
Hər gün öz qanını içən adamam.
Torpaq ağrısının iynə
gözündən,
Üzülə-üzülə keçən adamam.
Alıb-satanların tövbəsi daşdı,
Günahı üstünə yazıldı
Vətən.
"Mənəm" deyənləri-mənim
demədi,
Hər gün boyum boyda azaldı
Vətən.
Babək,
Koroğludan nağıl
danışma,
Saxla Misri qılınc, nərə nağlını.
Vətənçün böyümür
oğullar daha,
Özüyçün böyüdür hərə
oğlunu.
Ömürlük qaçqınam Təbriz
gedəndən,
Dikmişəm gözümü Göyçəyə
indi.
Allahsız bəndəyəm. Bəndəsiz
Allah,
Gəzirəm Dərbənddə özümü
indi.
Yurda bax, elə bax,
bölük-bölükdü,
Bir yerdə yanacaq bu od haçansa.
Yetəcək axır ki, son döyüş günü,
And yerim olacaq bir ad haçansa.
Alimin şeirləri
haqqında ciddi bir söhbət də getmədi. O, bəzi
yaşıdlarından fərqli
olaraq özünü,
şeirlərini təbliğ
eləməkdən çəkinirdi.
Məclislərdə, "Natəvan" klubundakı tədbirlərdə
nadir hallarda şeir oxuyurdu. Xatırlayıram 2009-cu ildə, həmin
o klubda İsmayıllı
rayonunun yetirdiyi yazarların seçmə
yazılarından ibarət
"Dağ çiçəkləri"
toplusunun təqdimat mərasimini. Alim də
ordaydı, amma şeir oxumadı, halbuki, Alimin də o kitabda bir neçə şeiri verilmişdi.
Atasının xatirəsinə
həsr etdiyi bir şeiri daha təsirli idi:
Belə
solmayaydı gərək
ümidlər,
Göyərməz sinəmdə tək-tək
ümidlər,
Gözümdən tökülər çiçək
ümidlər.
Bu göyçək qəbrinə
düzüb gedirəm...
Lay-lay, atam, lay-lay!
Bir də təkliyimi duyub yanında,
Sərib
öz içimə, yuyub yanında,
Bu ölü ruhumu qoyub yanında,
Böyründə qəbrimi qazıb
gedirəm,
Lay-lay, atam, lay-lay!
Ümumiyyətlə, onun şeirlərində bir elegiya havası
vardı. İnsan kədərini, qəmini, əzabını poeziyada sızıltıya, iniltiyə,
hıçqırığa da çevirənlər az deyil,
amma Alim Məhərrəmli çalışırdı
ki, kədərin poeziyasını yaratsın.
O, filosof deyildi, heç fəlsəfə
kitabları da oxumamışdı bəlkə,
amma şeirlərində
kədərin fəlsəfi
çalarlarını görmək
olurdu. Deyirdi: "Bu dünyada, qadan alım, Kim qalıb ki, mən də
qalım? Qoy bir azja nəfəs alım, İndicə durub gedəcəm. Son ümidlə
sarı məni, Dərd tapmasın barı məni.
Mən Tanrını,
Tanrı məni, Çoxdandı, yorub, gedəcəm". Bu misralara
diqqət edin:
Gəlib
yaxına baxıram,
Təzə çarxına baxıram.
Yaşın qırxına baxıram,
Ürəyimdə yaş yellənir.
Gəldin
deyir-gəl deyənə,
Öldüm deyir-öl deyənə.
Ürək dönür dil
deyənə,
Çiynimdəki baş yellənir.
Tanrım,
qovan-qaçan sənə,
Nə söyləyir
uçan sənə?
Əl açıram haçan sənə,
Göylərində daş yellənir.
Bu, bir insan-bir şair ömrünün çırpıntılarıydı. Yaşamaq əzabından
doğan çırpıntılar.
Mən deyə bilmərəm, onun sevgi dünyasında
nə təlatümlər
baş verdi,
nələr oldu, bu haqda onunla
yerli-dibli söhbətimiz
olmayıb. Amma onun sevgi şeirlərini
oxuyanda hiss edirdin ki, bunlar yaşanılmış,
ürəyin içində
cövlan edən duyğulardır. Bir sözlə,
əsil sevgi havasından yaranmışdı
bu şeirlər.
Saçının üstündə necə
yanıbsa,
Özgə tellərində güldü
əllərim.
Üzündə, gözündə, saçında
donub,
Darıxa-darıxa öldü əllərim...
Ölən əllərimə bağışla
məni.
Hər gecə ruhumla əl-ələ verib,
Yerdə
yer tapmayıb, göydə at çapan,
Yeddinci taxtdan da o yana keçib,
Bütün tanrıları üzündə tapan,
Ölən gözlərimə bağışla məni.
Onun yazımın əvvəlində misal gətirdiyim "Oyun havası" şeirinə mən heç bir mətbuat orqanında rast gəlməmişəm. Günlərin bir günü -hansı bir tədbirdəsə Əməkdar artist, Azərbaycan şeirinin ən mahir ifaçılarından biri-Ağalar Bayramovun ifasında eşitdim onu. O şeir Ağaların əlinə necə keçib, heç soruşmadım da. Amma Ağalar dedi ki, mən bu şeirin müəllifini tanımıram, heç üzünü görməmişəm. "Oyun havası" şeiri məncə, Alimin ən gözəl şeiridir və bu şeir həm məzmununa, ifadə etmək istədiyi fikrə, həm də bədiiliyinə görə lap ifrata varıb deyirəm ki, 100 müasir Azərbayjan şeiri sırasına qatıla bilər. Həmin o dörd bənd ümumi məzmunu ifadə edir, İnsanı oyun havası metaforasına - anlayışına çəkib aparır. Sonrakı dörd bənddə isə şeir ümumi anlayışlardan konkretliyə varır, yaxşı mənada ictimailəşir:
Vətən havası var, qaldır ruhumu,
Yellənsin Dərbəndin baş küçələri.
Oyna ayrılığın Göyçə havasın,
Səslənsin Təbrizin daş küçələri.
Qoja Şərq qol açır, Qərb nə çalırsa,
Uzağı-yaxını qalxıb oynayır.
Niyə qınayırsan bizdən sonranı,
Onlar da bizlərə baxıb oynayır.
Hava var, oynadı köhnə kişilər,
Hava var, paslanıb qan yaddaşında.
Dünyanın ən gözəl
adamı sənsən,
Azadlıq havası başında varsa.
Canım
sənə desin, ən zülümlüsü,
Şairlər oynayan söz havası var.
Oynamaq istəsən, hava tapılar,
Xülasə, hər kəsin öz havası var.
Alim Məhərrəmlinin
ömrünün son illəri
qalmaqalda keçdi. Nə isə
bir işi düyünə düşmüşdü,
hər gün Sumqayıt-Bakı marşrutunun
sərnişiniydi, çox
narahat idi. Və 2011-ci ilin bir oktyabr
günü evində gözlərini əbədi
yummuş halda tapdılar onu. Əlli yaşının tamamına (15 dekabr 2011)
lap az qalmışdı.
AZTV-də bir
veriliş də hazırlanmışdı, amma
ona qismət olmadı o verilişi görmək.
İndi İsmayıllının Müdri
kənd qəbiristanlığında
əbədi uyuyur.
Ömrünün son günləri Ölüm havasına oynayırmış
Alim Məhərrəmli.
Vaqif YUSİFLİ,
filologiya
elmləri doktoru
Ədalət.-2015.-7 noyabr.-S.15.