ƏNƏNƏLƏRİ YAŞADAN VƏ MODERNLƏŞƏN ŞƏKİ

REGİON

 

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

Özünəməxsusluğun şöhrət çələngi

 

Adətdir, hər dəfə Şəkidən söz düşəndə əsasən bu yurdun qədimliyindən, turizm potensialından bu istiqamətdə görülən işlərdən, kəndlərin abadlaşmasından Şəki şəhərinin qədim ənənələr üzərində müasir, modern inkişafından danışılır. Bütün bunlar elə belədir ki var. Böyük Şəhər adlandırdığımız Şəki özünəməxsusluğu ilə həmişə diqqət mərkəzində olur. Ancaq gəlin unutmayaq ki, Şəki həm zəhmətsevər insanları bərəkətli torpaqları ilə şöhrət qazanıb. Xüsusilə əkinçilik maldarlıq bu elin çörək ağacı olub ta qədimdən bəri. Bu il üçün, həm "Kənd təsərrüfatı ili" adlanan 2015-ci il üçün təkcə bir faktı yada salaq. Şəkidə bu il 186 min ton taxıl istehsal edilmiş məhsuldarlıq hər hektardan 30 sentner olmuşdur. Bu, sadə statistik rəqəmlər deyil, Şəki fermerlərinin əlamətdar qələbəsidir. Digər sahələrdə uğurlu nəticələr qazanılmaqdadır.

 

Bayramlar, festivallar fenomeni

 

Bəlkə elə bu səbəbdəndir ki, son dövrlər Şəki müxtəlif festivallar, bayramlar şəhəri kimi tanınır belə bir xoş məramlı iddianı oturuşmuş ənənəyə çevirir. Hər halda Şəki öz potensialını bütün istiqamətlərdə üzə çıxararaq paylaşmaqda, uğurlu bir güzardadır.

Belədə onun koloriti çox şirin görünür, əlbəttə...

 

Prezident: Biz öz yolumuzla gedirik...

 

...Tədbirlər, yığıncaqlar da böyük ruh yüksəkliyi ilə yaşanır davam edir. Necə ki, 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunları qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağında söylənən inamlı fikirlər kimi. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov məruzə ilə çıxışında demişdir:

- Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin sənaye potensialının gücləndirilməsi, sosial proqram layihələrin icrası geniş müzakirə olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Cənab Prezident 2015-ci ilin 9 ayında Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini, bu müddət ərzində qeyri-neft sektorunun 6 faiz, əhalinin pul gəlirlərinin 5,8 faiz artdığını, inflyasiyanın 3,7 faiz olduğunu bildirmişdir. Cənab Prezident Dövlət İnvestisiya Proqramının ölkənin sənaye potensialının möhkəmləndiyini, iqtisadiyyatın şaxələndirilməsi ölkəmizin rəqabətə davamlı olması ilə əlaqələndirmişdir. Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxış edən Dövlət başçısı demişdir : "Deyə bilərəm ki, bu il Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Bu böyük göstəricidir. Həm bölgədə , həm Avropada böhran yaşanır, iqtisadi , hərbi, siyasi böhran. Belə şəraitdə iqtisadi inkişafa nail olmaq böyük nailiyyətdir. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf , tərəqqi yoludur. ".

2015-ci ilin 9 ayında rayonumuzun sosial-iqtisadi inkişafının yekunları ilə tanış olduqda diqqətə çatdıra bilərik ki, ilkin hesablamalara görə faktiki qiymətlərlə 245 milyon 961 min manatlıq məhsul buraxılmışdır, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 117,2 faiz təşkil edir. Buraxılmış məhsulun 8 faizi dövlət, 92 faizi qeyri dövlət mülkiyyətinin payına düşür. Adambaşına faktiki qiymətlərlə 1350 manatlıq məhsul buraxılmışdır. Rayon üzrə orta aylıq əmək haqqı 254 manat olmuşdur . Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çoxdur. 2015-ci ilin 9 ayında Şəki rayonunda 1315 yeni yeri açılmışdır ki,onların da 913-ü daimi yerləridir. Qeyd etmək lazımdır ki, 01oktyabr 2003-cü ildən- 01oktyabr 2015-ci il tarixədək rayonda 15491 yeni yeri açılmışdır ki,bunun da 94,2 faizi daimi yerləridir. 2015-ci ilin 9 ayında Şəki rayonunda əmtəə dövriyyəsinin ümumi həcmi 226 milyon 650 min manat olmuşdur . Bu 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 111,3 faiz təşkil edir . Hazırda rayonumuzda 18 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 11-i kiçik müəssisədir. 2015-ci ilin 9 ayında Şəki rayonunda istehsalqeyri istehsal sahələrinin inkişafına yönəldilmiş investisiyanın həcmi 25 milyon 388 min manat olmuşdur ki, bunun da 92,2 faizi dövlət mülkiyyətinin, 7,8 faizi qeyri-dövlət mülkiyyyətinin payına düşür. Ötən dövr ərzində əsas kapitala yönəldilmiş investisiyanın 75,2 faizi tikinti quraşdırma işlərinə sərf edilmişdir.

Şəki Rayon Məşğulluq Mərkəzinə 2015-ci ilin 9 ayında 434 nəfər işaxtaran müraciət etmişdir. Hesabat dövründə 158 nəfər işə düzəlmişdir.

Şəkililər ölkə rəhbərinin əhalinin sosial müdafiəsi sahəsində yeritdiyi siyasəti yüksək qiymətləndirir, aztəminatlı əhali qrupuna göstərdiyi böyük diqqət və qayğının təzahürü kimi qəbul edir. Nazirlər Kabinetinin oktyabr ayının 12-də keçirilən geniş iclasında çıxış edən Prezidentimiz demişdir: " Bu il sosial sahədə bir çox uğurlu layihələr icra edilmişdir. Baxmayaraq ki, xərclərimiz azalır , ancaq biz sosial infrastrukturun yaradılmasına bu il kifayət qədər vəsait ayırmışıq. Bu vəsait hesabına 9 ayda ölkədə 34 məktəb , 26 uşaq bağçası , 11 tibb müəssisəsi tikilibya əsaslı təmir edilib. Bu bizim siyasətimizi göstərir. Çünki dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır".

Bəhs olunan dövrdə Şəkidə əmək haqları, pensiyalar və ünvanlı sosial yardımların əhaliyə çatdırılmasında, əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə təmin olunması istiqamətində bir sıra işlər görülmüşdür. 2015-ci ilin 9 ayında 1942 ailəyə Ünvanlı Dövlət Sosial Yardımı təyin olunmuşdur. Şəki rayonu üzrə hər bir ailə üzvünə təyin edilən Ünvanlı Dövlət Sosial Yardımın orta aylıq məbləği 32 manat , hər ailəyə düşən orta məbləğ isə 145 manat təşkil etmişdir. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə hər ailə üzvünə düşən məbləğin 8,1 faiz , hər ailəyə düşən məbləğin 10,3 faiz artımı deməkdir.

Dövlət Sosial Müdafiə Fondunun Şəki Şəhər Şöbəsi 2015-ci ilin 9 ayında 25968 nəfər əmək pensiyaçısına xidmət göstərmişdir.Həmin pensiyaçılardan 16316 nəfəri yaşa görə ,8000 nəfəri əlilliyə ,1652 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi üzrə pensiyanın orta aylıq məbləği 158 manat təşkil edir ki, bu da 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə 5, 8 dəfə artım deməkdir...

 

(ardı gələn sayımızda)

Ədalət.-2015.-7 noyabr.-S.4.