ƏNƏNƏLƏRİ YAŞADAN VƏ MODERNLƏŞƏN ŞƏKİ

REGİON

 (əvvəli ötən sayımızda)

 

"Kənd təsərrüfatı ili"nin uğurları

 

2015-ci il " Kənd təsərrüfatı " ili elan edilmişdir ölkəmizdə bu sahədə düşünülmüş siyasət aparılır. Nazirlər Kabinetinin 2015-cü ilin 9 ayının yekunlarına qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezident qeyd etmişdir ki, kənd təsərrüfatı hər bir ölkənin uğurlu iqtisadi inkişafını təmin edən əsas sahədir. Cənab Prezident demişdir : "Bu il "Kənd təsərrüfatı" ili elan olunub. Şadam ki , bu ildə kənd təsərrüfatımız 6,7 faiz artmışdır. Ölkədə aparılan islahatlar , eyni zamanda dövlət tərəfindən fermerlərə verilən dəstək , subsidiyalar , texnika təminatı bu vəziyyəti yaradır" .

Ötən illərdə olduğu kimi, bu ilin 9 ayında da məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında 2015-ci ilin məhsulu üçün 61968 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilmişdir. Yetişən məhsulu tez itkisiz yığmaq üçün bütün zəruri tədbirlər həyata keçirilmiş, taxıl biçininin tez itkisiz başa çatdırılması üçün konkret tapşırıqlar verilmişdir. Həyata keçirilən bu ya digər tədbirlər nəticəsində rayonda taxıl biçini uğurla başa çatdırılmış yüksək məhsuldarlıq əldə edilmişdir. Son statistik məlumatlara əsasən 186 min ton taxıl istehsal olunmuş ,hər hektardan orta məhsuldarlıq 30 sentner təşkil etmişdir. İstehsal olunan məhsul ötən illə müqayisədə 110 min ton çoxdur. Bu cənab Prezidentimizin ölkədə ərzaq bolluğu yaradılması istiqamətində həyata keçirdiyi mühüm tədbirlərin uğurlu nəticəsidir.

2016-cı ildə taxılçılıqda yüksək məhsuldarlıq əldə etmək üçün payızlıq taxıl səpini kampaniyasının yüksək aqrotexniki qaydalara uyğun aparılması mühüm əhəmiyyət kəsb edir. Rayonda payızlıq taxıl səpini üçün sahələrin çoxunda şum aparılmış 1000 hektar sahədə arpa əkini həyata keçirilmişdir.

Cənab Prezidentin kənd təsərrrüfatının inkişaf etdirilməsi istiqamətində qarşıya qoyduğu əsas vəzifələrdən biri iri fermer təsərrüfatlarının yaradılması ixrac məsələsidir. Məhz cənab Prezidentin tapşırıq tövsiyəsinə uyğun olaraq rayonun Orta Zəyzid bələdiyyəsinə məxsus ərazidə sahibkarlar tərəfindən icarəyə götürülmüş 78 hektar ərazidə müasir texnologiyalar əsasında yeni aqropark yaradılmışdır. Burada yüksək keyfiyyətli meyvə bağı salınmış, eyni zamanda məhsulun saxlanması, qablaşdırılması emal olunması üçün işlər görülür. Əldə olunan məhsulun daxili bazarda satışı ilə yanaşı, həm xaricə ixrac olunması nəzərdə tutulur.Ən müasir tələblərə cavab verən meyvə məhsulları istehsalı emalı üzrə ixtisaslaşacaq Aqroparkda 100- dən cox yerinin açılması nəzərdə tutulur.

 

...Dinamik inkişafın təmin edilməsi

 

Rayonun kənd təsərrüfatının əsas sahələrindən biri heyvandarlıqdır. Bu sahənin dinamik inkişafının təmin edilməsi, heyvandarlıq məhsulları istehsalının həcminin artırılması daim diqqət mərkəzində saxlanılır.

Qeyd etmək lazımdır ki, istər bitkiçilik, istərsə heyvandarlıq məhsulları istehsalının artırılması ilə yanaşı, emal olunmasının təşkili, yeni emal müəssisələrinin yaradılması, istehsal olunan məhsulların satışına köməklik göstərilməsi, aqroservis xidmətlərinin genişləndirilməsi s. qarşıda duran həlli vacib məsələlərdəndir.

 

 

Müasirləşmə istiqamətində yeniliklər davam edir

 

2015-cü ilin 9 ayında Şəkidə yenidənqurma, tikinti - quraşdırma işləri davam etdirilmiş, ilin əvvəlində şəhərdə aparılacaq abadlıq, quruculuq işlərinin planı təsdiqlənmişdir. Müddət ərzində şəhərin 13 küçəsində yolların əsaslı təmiri 10 ictimai yaşayış binasında mənzil fondunun təmiri planlaşdırılmışdır. Baş Göynük kəndində 640, Göybulaq kəndində 180 şagird yerlik məktəb binaları istifadəyə verilmiş, Qoxmuq kəndində 840, Qaratorpaq kəndində 132 şagird yerlik məktəb binalarının tikintisi başa çatmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə qarışıq tipli uşaq internat məktəbində əsaslı təmir işləri aparılır.

Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şəki şəhərində şəhid ailələri Qarabağ müharibəsi əlilləri üçün yeni 5 fərdi yaşayış evinin tikintisi davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sifarişi ilə Kiş kəndi ərazisində "Marxal" istirahət Kompleksinin tikintisi davam etdirilir. Kompleksə 7 mərtəbəli mehmanxana, SPA mərkəzi, restoran kotteclər daxildir. Tikintinin ümumi sahəsi 27min 839 kv metrdir. Hazırda kompleksin binalarında daxili tamamlama 50 hektara yaxın ərazidə abadlıq işləri davam etdirilir. Dünya Bankının dəstəyi Ədliyyə Nazirliyinin sifarişi ilə tikintisi həyata keçirilən " Məhkəmə Kompleksi" nin tikintisi başa çatmışdır. Yaxın günlərdə kompleksin istifadəyə verilməsi planlaşdırılır.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

ədalət.-2015.-8 noyabr.-S.4.