“Kitabi-Dədə Qorqudun 200 illiyinə həsr olunmuş simpozium keçirilib

 

Noyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında "Kitabi-Dədə Qorqud” abidəsinin elm aləminə məlum olmasının 200 illiyinə həsr olunmuş "Epos” və "Etnos” adlı beynəlxalq simpoziumu keçirilib.

Simpozium Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, AMEA-nın Nizami adına Ədəbiyyat Folklor institutlarının birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə vurğulanıb ki, beynəlxalq əhəmiyyətli simpozium Prezident İlham Əliyevin 20 fevral 2015-ci il tarixli "Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi nəşrinin 200 illiyinin qeyd edilməsi haqqındaSərəncamına əsasən təşkil olunub.

Natiqlər vurğulayıb ki, ötən müddət ərzində "Dədə Qorquddastanları ilə bağlı çox sayda araşdırmalar aparılıb qorqudşünaslığın ayrıca sahə kimi formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. 2000-ci ildə "Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin UNESCO xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilməsi abidənin tədqiqi tarixində yeni mərhələnin başlanğıcı olub.

Simpoziumda dastanın tədqiqi tarixindən bəhs edən mühazirələr dinlənilib fikir mübadiləsi aparılıb.

 

Ədalət.-2015.-7 noyabr.-S.16.