KÖHNƏ QVARDİYANIN ƏN QOCAMAN
GENERALI
(Müəllimim
- professor, görkəmli ədəbiyyatşünas
Pənah Xəlilovun 90 yaşı
tamam oldu)
Çox yaşamaq, ürəyinjə ömür
sürmək bu dünyada hər adama nəsib olmur. Vaxtilə Azərbaycan
uzunömürlülər diyarı kimi tanınırdı və
dünyanın bütün ölkələrindən curnalistlər
Lerikə-Mahmud Eyvazovun, Şirəli Müslümovun
doğulduğu məkana üz tuturdular ki, 150 il yaşamağın
sirlərini öyrənsilər. Təmiz dağ havası, kimyəvi
zavodlardan azad yaşıl yamaclarda, sərin sulu
meşələr qoynunda yaşayan Mahmud babalar
üçün bu qədər yaşamaq bəlkə də
möcüzə deyildi. O babalar kitab mütaliə eləmirdilər,
həyatlarını zəhərə döndərən konfliktlərdən
uzaq idilər, fikir-düşüncə aləminin, intellektual
dünyanın adamı deyildilər.
İndi gəlin, sənət, ələbiyyat aləminə
üz tutaq. Tək-tük sənət adamı taparsan ki, 90
yaşına gəlib çatsın. Bütün
ömrü boyu fiziki həyatla ruhi həyat arasında
çapalayan bu insanlar sağlamlıqlarına qəsd edə-edə
necə yüz il necə yaşaya bilərlər?
Gərək polad dözümün, palıd cüssən ola ki, bu qədər yaşayasan. Amma nadir
hallarda olsa da,doxsan yaşına gəlib
çatmış sənət adamlarını görəndə
(yataqda yox, ayaq üstə) doğrudan da möcüzəyə
inanırsan.
Görkəmli
ədəbiyyatşünas, professor Pənah
Xəlilov sap-sağlam 90 yaşına gəlib çatdı və
mən onun sabiq tələbəsi kimi buna çox sevinirəm.
1967-1972-ci illərdə ADU-nun (indiki BDU-nun)
filologiya fakültəsinin tələbəsi olmuşam. Mənə (həmçinin o illərin tələbələrinə)
dərs deyən müəllimləri xatırlayıram və
böyük təəssüf hissi ilə köks
ötürürəm ki, indi onların çoxu dünyada
yoxdur. Nə Mir Uəlal Paşayev, nə Muxtar
Hüseynzadə, Məmməd Uəfər, nə Səlim Uəfərov,
nə Musa Adilov, nə Ağamusa Axundov, nə Bəxtiyar
Vahabzadə, nə Samət Əlizadə, nə Əlövsət
Abdullayev, nə Firidun Hüseynov, nə Qulu Xəlilov, nə
Firuz DadirəsgVə mən bir olan Allaha üz tutub deyirəm
ki, Tofiq Hacıyevin, Xalid Əlimirzəyevin, Abdulla Abasovun, Təhsin
Mütəllimovun-universitetda bizə dərs deyən bu gözəl
insanların ömrünü uzatsın.
Pənah müəllim isə səhv
eləmirəmsə, yaşı 90 həddinə gəlib
çatan ilk müəllimimizdir.
Pənah Xəlilov 70 ildir ki, bir tənqidçi-ədəbiyyatşünas
kimi fəaliyyət göstərir və onun bu 70 ildə
gördüyü işləri göz qabağına gətirəndə
heyrətlənməyə bilmirsən.
Onun
bütün ömrü boyu bir iş yeri olub. ADU-nun
filologiya fakültəsini bitirəndən sonra (1948) elə
orada Azərbaycan ədəbiyyatı tarixi kafedrasının
aspiranturasına qəbul olunub, sonra həmin kafedrada baş
müəllim, dosent, SSRİ xalqları ədəbiyyatı
tarixi kafedrasının müdiri vəzifələrində
çalışıb. Bu, rəsmi əmək
fəaliyyəti. Amma bunu təkcə
"rəsmi" deyə üstündən keçmək
olmaz. Bəs onda 1951-ci ildən universitet
auditoriyalarında oxuduğu mühazirələr? Bu illər ərzində yetişdirdiyi onlarla elmlər
namizədi və doktorları? Ən
başlıcası isə, onun mühazirələrini dinləmiş,
hal-hazırda da Azərbaycanın müxtəlif
institutlarında, orta məktəblərində və başqa
sahələrdə çalışan tələbələrigbunların
sayı-hesabı yox. Deməli, müasir Azərbaycan
filologiyasının və ədəbi camiənin bir neçə
nəsli Pənah müəllimin qələminin altından
keçmişlər. Dahi Nizamisə deyir
ki, "Qələm ki, bu həyatda tərpənirkən ilk dəfə,
Sözdən yazdı, diqqətlə baxsan birinci hərfə".
Pənah müəllimin yetmiş illik
elmi-pedaqoci fəaliyyəti məhz əlahəzrət
Sözün missiyasına xidmət edib. Onun
Sözü Azərbaycan filoloci fikrinin, tənqid və ədəbiyyatşünaslığının
mötəbər Sözü kimi qəbul edilmişdir.
Pənah Xəlilov Azərbaycan ədəbiyyatşünaslığında
ilk növbədə, çox mühüm bir elmi istiqamətin
təşəbbüsçüsü və yaradıcısı
olmuşdur.
"SSRİ xalqları ədəbiyyatı" deyilən bir
fənn vardı və ali məktəblərin
filologiya fakültələrində bu fənn tədris
edilirdi. Təbii ki, çox lazımlı bir fənn
özünün həm tədqiqat, həm də dərslik səviyyəsində
həllini tapmalıydı və bunu reallaşdıran Pənah
müəllim oldu. Söhbət bir
böyük ərazidə yaşayan xalqların ədəbiyyatından
gedirdi. Azərbaycanda bu sahədə müəyyən
tədqiqat işləri aparılsa da, sistemli, ortaya bir
nümunə kimi qoyulası əsər yox idi. İki cilddən ibarət "SSRİ xalqları ədəbiyyatı"
dərsliyi (ilk nəşri 1966, 1968) bu istiqamətdə bir
proqram rolunu oynadı. Rus ədəbiyyatı
istisna olmaqla on dörd xalqın keçdiyi ədəbi
inkişafı, onun ayrı-ayrı mərhələlərini
izləmək sözün həqiqi mənasında titanik,
yorulmaz tədqiqatçı əməyinin məhsulu idi.
Təbii ki, bu nəşrlərin sovet dönəmində
yazılması müəyyən stereotiplərin
mövcudluğunu inkar etmir, amma gəlin bir həqiqəti
etiraf edək ki, sovet ədəbiyyatı deyilən real, o zaman
üçün mövcud prosesin varlığını necə
inkar etmək olar? Pənah müəllim də
məhz o mövcudluğun, o reallığın mənzərəsini
əks etdirirdi.
Pənah
müəllim uzun illər ali və orta məktəblər
üçün hazırladığı dərsliklər
indinin özündə də tədqiq olunan predmetə
yüksək elmi səviyyəsi ilə seçilir. Bu dərsliklərdə bir alimin həm nəzəri
hazırlığı, həm ədəbiyyat tarixçisi
kimi mükəmməl tədqiqatçı əməyi, həm
də bir mətnşünas kimi maraqlı
araşdırmaları diqqəti cəlb edir. Sonralar o, "SSRİ xalqları ədəbiyyatı"
dərsliyini yeni elmi-nəzəri əsaslarla işləyib
hazırladı, nəticədə "Türk
xalqlarının və Şərqi slavyanların ədəbiyyatı"
dərsliyi yarandı.
Pənah Xəlilovun bu dərslikləri (əslində,
bunlara monoqrafiya demək daha dəqiq olardı) onun ədəbi
əlaqələr sahəsində apardığı
araşdırmaların yalnız bir qismidir. Onun Azərbaycan ədəbiyyatının
dünya ədəbiyyatları ilə əlaqələrini əks
etdirən yazıları heç də az
deyil.
Son on ildə "Ədəbiyyat nəzəriyyəsi"
dərsliklərinin sayı göz oxşayır. Amma bu fakt nə qədər
sevindirici olsa da, vaxtilə Mir Uəlal Paşayevlə Pənah
Xəlilovun birgə nəşr etdirdikləri "Ədəbiyyatşünaslığın
əsasları" dərsliyi bizə daha sanballı təsir
bağışlayır. Hətta israr edib deyə bilərik
ki, yeni "Ədəbiyyat nəzəriyyəsi" dərslikləri
əksərən öz strukturuna, fəsillərinin
adlarına və mövzuya yanaşma prinsiplərinə
görə Rəfilinin, Uəfər Xəndanın və
M.U.Paşayev-P.Xəlilovun dərsliklərindən
faydalanmışlar.Yəni bu sahədə "Ədəbiyyatşünaslığın
əsasları" bir növ, "karvanbaşı" rolunu
oynamışdır.
Pənah Xəlilov bir ədəbiyyatşünas kimi
yalnız müəyyən, konkret mövzulara qapanıb
qalmamışdır. Onun 50-70-ci illərdə
yazdığı bir çox məqalələr, mötəbər
yaradıcılıq müşavirələrində etdiyi məruzə
və çıxışlar bir tənqidçi kimi də
geniş söz açmağa imkan verir. Çox
yaxşı xatırlayıram -Yazıçıların bir
qurultayında Pənah müəllim müasir nəsrimiz
haqqında maraqlı bir məruzə ilə
çıxış etdi. "Nəsrimiz
və müasir kəndimiz" mövzusunda Azərbaycan
Yazıçılar İttifaqındakı müşavirədə
söylədiyi məruzə 70-80-ci illər Azərbaycan nəsrinin
ümumi mənzərəsinin elmi-tənqidi əksidir. Mətni duymaq, əsərdəki obrazlar aləmini
obyektiv təhlil sücgəcindən keçirmək, hər
nəsr əsərinin və onun müəllifinin özəl
xüsusiyyətlərini incələmək, bu əsərlərin
zamanla necə səsləşdiyini açıqlamaqgPənah
müəllimin tənqidçi özünəməxsusluğu
təkcə bunlarla məhdudlaşmır. Onun öz
fikirlərini sadə, amma elmi-publisistik axarda ifadə etməsi,
bu günün bir sıra nəzəriyyəbaz cavan tənqidçiləri
üçün örnək olmalıdır.Onun həmin məruzəsində
Elçinin, İsi Məlikzadənin, Fikrət
Qocanın nəsr əsərləri barədə çox dəqiq
və obyektiv mülahizələrini indi də
xatırlayıram.
Pənah müəllim bizim ən qədim yazılı
abidələrimizdən "Dədə Qorqud"
dastanlarına həsr etdiyi monoqrafiyası o zaman bir
çoxlarını təəccübləndirdi də. Yəni
SSRİ xalqları ədəbiyyatlarının kamil bir tədqiqatçısı,
ən sanballı dərsliklərin müəllifi, tənqidçi
və ədəbiyyatşünas (burda xatırlatmağı
lazım bilirəm ki, Pənah müəllim 1920-1960-cı illər
Azərbaycan ədəbiyyatının üzdə olan tədqiqatçılarından
biridir) Pənah Xəlilov birdən-birə "Dədə
Qorqud" dünyasına necə "səyahət" edə
bilər fikri yarandı. Amma onun "Kitabi
-Dədə Qorqud-intibah abidəsi" monoqrafiyasını ələ
alıb oxuyanda heç də yanılmadıq. Pənah müəllimin bu dastana, onun obrazlar aləminə,
mifik dünyasına bələdliyi, bu abidə ilə
bağlı fərqli düşüncə tərzi bizə
son dərəcə maraqlı təsir
bağışladı.
Pənah müəllim bir tənqidçi-ədəbiyyatşünas
kimi fəaliyyətindən çox danışmaq olar və
elə bilirəm, həmkarları-onun tələbələri
danışacaqlar. Amma mən müəllimimizlə
bağlı iki məqamı da qeyd etməyi lazım bilirəm.
O,
audiriyaya daxil oldu. Onda 44-45 yaşı vardı,
yetmişinci illərin əvvəlləriydi. Bir kurs biz onun mühazirələrini dinlədik.
Mən BDU-da ustadların hər birinin nitqini,
ifadə qabiliyyətini, hətta bilik və savaddan əlavə
davranış qaydalarını da indiki kimi xatırlayıram.
Mir Uəlal müəllimin sakit və asta
danışığı, hər cümləsindəki məna
dərinliyi, xoş təbəssümü, Ağamusa müəllimin
cazibəli nitqi, Bəxtiyar Vahabzadənin milli ruh üstündə
köklənmiş mühazirələrinin təsirli effekti,
Muxtar Hüseynzadənin dilimizi sevdirmək məharəti
heç yaddan çıxarmı? Əkbər Ağayev deyirdi
ki, mən heç bir xarici ölkəyə səyahət etmək
arzusunda deyiləm, amma Xarici ölkələr ədəbiyyatından
elə gözəl mühazirələr oxuyurdu ki, biz dünya
ölkələrinə "səyahət" edirdik,
İtaliyanı, Fransanı, Almaniyanı gəzib-dolaşırdıq.
Pənah Xəlilov isə bütün mühazirələrini
birnəfəsə söyləyirdi, amma aram-aram. Səsində xüsusi bir cazibə vardı. O
cazibə, nitqindəki o əfsun nədən ibarət idi? Məncə, təhlil etdiyi ədəbi əsərlərə
məhəbbəti burada əsas rol oynayırdı.
Özbək ədəbiyyatından ya latış ədəbiyyatından,
o ədəbiyyatların dəyərli nümunələrindən
söz açanda elə bilirdik, bizim öz doğma ədəbiyyatımızdan
danışırg
Pənah Xəlilov 1947-ci ildən ilk yazılarını
çap etdirib. O illərdə tənqid və ədəbiyyatşünaslıqda
artıq yeni bir nəsil formalaşırdı. Kamal
Talıbzadə, Əziz Mirəhmədov artıq cavan ədəbiyyatşünaslar
kimi tanınırdılar. Daha sonralar Qulu Xəlilov, Bəkir
Nəbiyev, Məsud Əlioğlu, Yaşar Qarayev, Şamil
Salmanov, Gülrux Əlibəyli də ədəbi aləmdə
imzalarını qoydular. Bunları birinci
"qvardiyanın"- M.Arif, M.Uəfər, U.Uəfərov,
Mir Uəlal, M.Rəfili, M.Hüseyn, Ə.Ağayev tənqidçi
nəslinin ardıcılları hesab etmək olar. Pənah müəllimi də o ustadlarla birgə
"köhnə qvardiyanın" ("köhnə"
sözü pis mənada anlaşılmasın, birincilər,
yol açanlar anlamında düşünülsün)) bir
üzvü hesab etmək olar. İndi bu "köhnə"
qvardiyanın görkəmli bir sərkərdəsi-generalı
90 yaşına gəlib çatıb və onun
saysız-hesabsız tələbələri adından generala
100 yaş arzulayaq!
Ədalət.-2015.-11
noyabr.-S.7.