Ələddin İncəli
Pirən
şairəm
Azərbaycan
Yazarlar Birliyinin üzvü, şair-publisist
Ələddin İncəlinin bu il 85 yaşı tamam olmuşdur. 50 ilə yaxın mətbuat sahəsində
çalışmış olan
Ə.İncəli 20 ildir ki,
öz doğma kəndində
- Qazax rayonunun Kəmərli
kəndində yaşayıb-yaradır. Şairin
12 şeir kitabı dərc olunmuşdur.
Bağ salıb, şitillər əkib,
Onu becərən şairəm!
Saldığı bağ bağçasının
Barını dərən şairəm!..
Yurdumun istiqbalını,
Hürrünü, istiqlalını,
Azad-müstəqil halını
Öncədən görən şairəm!
Toplayıb iradəsini.
Qaldıraraq öz səsini.
Dar gündə mərd sinəsini
Yurduna gərən şairəm!
Vətənin çətin anında,
Oldum xalqımın yanında.
Gördülər eşqi qanımda
Dövr edən ərən şairəm!
İncəliyəm, yoxdu riyam.
Demirəm: sözün şahıyam,
Deyirəm: xeyirxahıyam,
Xalqımın pirən şairiyəm
Onun hürr - istiqlalını
Öncədən görən şairəm!
Yüzdə birdi
Vəfalı dost tək-tək olar,
İnsanlarda yüzdə birdir.
Dərya Məhəmməd
Səhvsiz adam tək-tək olar
Ara-gəz: nəs yüzdə birdir!
Xan əminin səsi kimi
Ən nadir səs yüzdə birdir!
İdeal
eşq - istək olar,
İdeal
yol - məstək olar,
İdeal
mərd tək-tək
olar,
İdeal
kəs yüzdə birdir!
Hər şalvar geyən mərd deyil,
Hər
dost həmdəm-həmdərd deyil!
Hamı
nakəs-namərd deyil,
Namərd,
nakəs yüzdə birdir!
Söz qoşanın sayı yoxdu,
Əsillinin zayı yoxdu,
Elmi kəşfin tayı yoxdu
Elmə
həvəs yüzdə
birdir!
İncəli, lələ ol,
lələ,
Gəncliyə istedad dilə!
Olanlara kömək elə,
Üstündə əs, yüzdə
birdir!
Rübai
üstə iki deyim
İdeal cəmiyyət yoxdu.
Asayiş-əmniyyət yoxdu!
Namərd,
nankör olan kəsdə
Xoş arzu, xoş niyyət yoxdu!.
İdeal
yaşayış olmaz,
İdeal asayiş olmaz.
Allahdan başqa heç kəsə
Həqiqi
sitayiş olmaz!..
Siz var olun!
Dostlara
Dostlarsız artardı dərdim.
Artardı, qəmim-məlalım!
Həqiqi
dost tək-tək olar!
Söyləyib elim-mahalım!..
Siz var olun, ey
şən dostlar,
Ürəyi gül-gülşən dostlar!
Məni
başa düşən
dostlar,
Sizsiz nə olardı halım?!
İncəliyə həyansınız,
Onu qəlbən duyansınız!
Əşarını yayansınız,
Qadanızı özüm alım,
Sizsiz nə olardı halım!..
Müsəlman ol
Nə sünnü ol, nə şiə ol,
Nə də babi, müsəlman
ol!
Nə hənəfi, nə şəfahi,
Nə vahabi-müsalman ol!
Həm dindaş ol bir-birinə,
Həm sirdaş ol bir-birinə,
Həm qardaş ol bir-birinə,
Həm də abi-müsəlman ol!
Getmə
inamın nəsinə,
Səs ver Rəsulun səsinə.
Məhəmmədin sünnəsinə
Olub tabe - müsəlman ol,
Olma babi - müsəlman ol!
Olar
Səninləyəm, yar-aşigi,
Baharın da var aşiqi!..
Məncə, yazın yaraşığı
Açdığı gül-çiçək
olar!
Gözü bizik ölkələrin,
Qitələrin, bölgələrin!..
Çirkinimiz özgələrin
Goyçəyindən göycək olar!
"Mənəvi sərvət
ardı - ar"
Deyən
türkə hörmətim
var!
Türk
nə qızıla suyular,
Nə
"ayaqdan sürçək"
olar!
Türk
oğlu, atları, çapaq,
Hər müşkülə bir yol tapaq!
Kişinin başında papaq,
Qadındasa ləçək olar!
İncəli, dərs vermə,
dərs al,
Xalqdan öyrən, xaqla ucal!
De ki: ər sonda
ağsaqqal,
Qadınsa agbirçək olar!
Bizimdi
Yağı, Qarabağı yağmalasan
da
Eyləyə bilməzsən viran,
bizimdi!
Ələsgərin sazı, Vurğunun sözü.
Habilin çaldığı kaman
bizimdi!
Talıstan meşəsi, Lerik
dağları,
Almalı-armudlu Quba bağları,
Bostanlar
qoynunda yemiş tağları,
Yüz nemət yetirən aran bizimdi!
Qaxın,
Zaqatalanın cənnət
meşəsi,
Kəpəzin, Murovun tər bənövşəsi,
Sərin
yaylaqların sonsuz nəşəsi,
Ceyranlar
oylağı Muğan
bizimdi!
Tərtər adlı çay
da, şəhər də bizdə,
"Dilboz" da bizdədi, kəhər də bizdə!
Gündoğan da bizdə, səhər də bizdə
Göranboy bizimdi, Göran
bizimdi!
Neçə doğmamız var:
türk, türkmən,
özbək,
Qazax, qızğız, başqırd...
zirəkdən zirək
Altaydan başlamış Ağrı
dağa dək,
Türküstan bizimdi, Turan bizimdi!
Dostlara açılan dost qucağı
da,
Böyük Abşeronun od-ocagı
da,
General Əlağa "üçbucağı"
da,
Təyyarə döyüşü taran bizimdi!.
Bizimdi Naxçıvan, bizimdi Gəncə,
Bizimdi İlisu, bizimdi İncə,
İncəli deyir ki, hər şeydən öncə
Ən böyük möcüzə
- "Quran" bizimdi!..
Bilmədim-bilmədim
Yarım
köçən gündən
bəri
Gülə bilmədim - bilmədim!
Aramsız axan yaşımı
Silə
bilmədim-bilmədim!
Yaşamaq olarmış yarsız,
Yaşayırsan ixtiyarsız!..
Yaşadım da arsız-arsız,
Ölə bilmədim-bilmədim!
Açsan ömür kitabımı,
Görərsən dərdə tabımı.
Fələklə haqq-həsabımı
Bölə bilmədim-bilmədim!
Rast oldum çox nanəcibə,
Acgözə, paxıla, bicə!..
Onlarla
"ortaq məxrəcə"
Gələ bilmədim-bilmədim!
Qayğılar qatdı başımı,
Düşünüb çatdım qaşımı!
Necə yaşadım yaşımı.
Bilə
bilmədim-bilmədim!
Bəxtin
oxu dəydi daşa!.
Azmı-çoxmu qalıb qışa,
Yetişibmi ömür başa?
Hələ bilmədim-bilmədim!
İncəli pirmi-ocaqmı?
Yaddaşlarda qalacaqmı,
Öz haqqını
alacaqmı?
Lələ, bilmədim-bilmədim!
Qələmdən öpərəm
Əgər təmizdisə, boyasızdısa,
Üzündən öpərəm buxaq
qarışıq!
Məsun
baxışların riyasızdısa,
Gözündən öpərəm yanaq
garişıq!
Alqış almısansa, elindən,
gözəl,
Xəta
çıxmayıbsa, əlindən,
gözəl,
İnciyən yoxdusa, dilindən,
gözəl,
Dilindən öpərəm dodaq
qarışıq!
Sürüşdür çiyninə,
gülüm, şalını,
Barı
aydın görək gül camalını!.
Telərin örtməsə qara
xalını,
Telindən öpərəm daraq
qarışıq!
Ələddin gəncləşib yenidən
coşsa.
Qəlbinin sevdası qaynayıb daşsa.
Hüsnünə yaraşan bir şeir qoşsa,
Qələmdən öpərəm varaq
qarışıq!..
Ovut məni sən
Ötdükcə yaşım,
Ağarır başım.
Ey qəlb sirdaşım,
Ovut məni sən -
Ovuda bilsən!..
Ey saçı bulud,
İlticamı tut,
Özündən soyut,
Soyut məni sən -
Soyuda bilsən!..
Sevgini bada
Verən
dünyada
Gəl salma yada,
Unut məni sən -
Unuda bilsən!..
Rübailər
Mən sözün
ustası, mahiri oldum.
Haqqın avand üzü, zahiri oldum.
Rəsmən "Xalq şairi"
olmadım, nə qəm,
Əvəzində "Xalqın şairi"
oldum!..
Sevdim halal varı, halal şöhrəti,
Sevmədim haramdan-haram rüşvəti!
Mən haqılıya haqlı, haqsıza haqsız
Deməklə qazandım xətir-hörməti!..
İnsanın önündə düz
dayan "Düzlük!"
Qoy səni əyməsin
50-lik 100-lük!
Yalnız
bu düzlüklə qazanmaq olar:
Bir
"sağol", bir
"rəhmət", bir
olümsüzlük!..
Yaxşını pis yazsam, əlim quruyar,
Yaxşıya pis desəm. dilim quruyar!
Mən düzə düz desəm, əyriyə əyri,
Məni
əzizləyib elim qoruyar!..
Ay lələ
(85-inizdə yubileyinizi niyə keçirmədilər? - deyə
soruşanlara)
Nə heykəl istərəm, nə bir fəxri
ad,
Nə də ki: minnətli
yubiley, lələ!
Bəsimdi desələr: "salam,
ay ustad",
Bu şair əhdimdi, bilsən, ey lələ!..
Verən
Allahdısa eşqi, ilhamı,
Allaha borcludu şairlər hamı!
Əsil
şairlərin budur məramı,
Bu nə etirazdı, nə giley, lələ!
İncəli deyir ki: "Qələm adamı",
Sevir insanlıqda haqqı-salamı!
Ən gözəl tituldu "şair" kəlamı
Ona gərək deyil başqa şey, lələ!..
Yalnız halal yolla
Yalnız halal yolla yetişmək olar
Ən ali məqsədə-mərama, ogul!
Mən sənə tərbiyə, təhsil vermişəm
Qənaət eyləyib parama, oğul!
Haramla yaşamaq deyil ki, vacib!..
Tutmayib ömründə bu yolu nəcib!..
Bərəkətli olur halal məvacib,
Suyulma milyonluq harama, oğul!
Siravi fəhlə də, əsgər də olsan,
Böyüyüb vali də, sərkər də olsan,
Bölgəyə başçı da, rəhbər də olsan,
Yaxın
dost-tanışı darama,
oğul!
Namərd
ayağlayıb basıb
dostunu,
Vardan-puldan ötrü asıb
dostunu!
Varlansan,
unutma kasıb dostunu,
Varlı
dost axtarıb-arama, oğul!..
O şey ki, haramdı
ondan uzaq gəz,
Bir də faciəli sondan uzaq gəz!
İncəli deyir ki, tondan uzaq gəz,
Şükür de: kiloya, qrama, ogul!..
Suyulma milyonluq harama, oğul!..
Azad olar!
Yağıdan Qarabağımız
Gec-tez azad olar, lələ!
Bu hökmə nə bir şəkk-şübhə,
Nə də irad olar,
lalə!
Ulayar da "boz qurdumuz"
Yeriyər də mərd ordumuz,
Sevinər də şən yurdumuz
Xalqımız şad olar, lələ!
Talan gördü talan Şuşa,
Əsirlikdə qalan Şuşa
Ər Pənah xan salan Şuşa!.
Pənahabad olar, lələ,
Gec-tez azad olar, lələ!
Ədalət.-2015.-12
noyabr.-S.7.