ƏNƏNƏLƏRİ YAŞADAN
VƏ MODERNLƏŞƏN ŞƏKİ
REGİON
"...Biz indi, əlbəttə ki, keçid dövrünü
başa vurmuşuq. Azərbaycan bu gün tamamilə müasir əsaslar üzərində inkişaf
edir - istər siyasi sahədə, istər iqtisadi sahədə, istərsə
də sosial məsələlərin həllində.
Ancaq biz bu sahədə, xüsusilə
sosial məsələlərin
həllində inkişaf
etmiş ölkələrin
təcrübəsinə, əlbəttə
ki, baxmalıyıq. Bu təcrübədə həm müsbət, həm mənfi məqamlar vardır.
Əlbəttə ki, biz müsbət
məqamları seçməliyik
və öz sosial siyasətimizi inkişaf etmiş ölkələrin meyarlarına
yaxınlaşdırmalıyıq, ona uyğunlaşdırmalıyıq".
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
(əvvəli
ötən saylarımızda)
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizdə
məktəbəqədər təhsil müəssisələrinin
inkişafına böyük
qayğı göstərilir,
yeni uşaq bağçaları tikilir,
uşaqların hərtərəfli
inkişafına xüsusi
diqqət yetirilir. Məhz bu
amili nəzərə
alaraq rayonda əhalinin daha sıx məskunlaşdığı
ərazilərdə hər
biri 100 yerlik 2 uşaq bağçası
inşa edilmişdir.
Qeyd etmək lazımdır ki, son 3 ildə Şəkidə 10 uşaq
bağçası əsaslı
təmir edilmiş və ya yenidən
tikilmişdir. Hal-hazırda 2 yeni bağça binasının
tikintisi ilə yanaşı şəhər
19 saylı uşaq bağçası əsaslı
təmir edilir, 11 saylı bağçanın
təmiri ilə bağlı müvafiq işlər aparılır.
Xidmət
sahələri
diqqət mərkəzində
Müddət ərzində şəhər
və kəndlərdə
istismar müddətini
başa vurmuş elektrik verilişi xətlərinin çəkilməsi,
transformatorların təzələnməsi
və təmiri ilə bağlı xeyli iş görülmüşdür.
Belə ki, Şəki şəhərində və
kəndlərdə artıq
yüklənməyə məruz
qalan yarımstansiyaların
yenisi ilə əvəz edilməsi istiqamətində 23 ədəd
transformator quraşdırılmışdır.
2015-ci iln 9 ayında
147 yeni mənzil təbii qazla təmin edilmiş, 12 yaşayış mətəqəsinin
qazlaşdırılması istiqamətində işlər
görülmüşdür. Şəki
rayonunun Suçma kəndində Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi"
qrant yardımı proqramı çərçivəsində
həyata keçirilən
"Su təchizatı sisteminin
tikintisi" layihəsi
başa çatmışdır.
Təhsil, səhiyyə,
mədəniyyət və turizm
Hesabat dövründə
Şəkinin təhsil
işçiləri də
gənc nəslin təlim-tərbiyəsi, onların
kamil insan və hərtərəfli
şəxsiyyət kimi
yetişməsi işini
şərəflə yerinə
yetirmişdir. Sevindirici haldır ki,
rayonun şagirdləri
bir çox Respublika səviyyəli müsabiqələrdə böyük
uğur qazanmışdır.
Buraxılış imtahanlarının yekunlarına görə keyfiyyət faizi 2014-cü
illə müqayisədə
xeyli yüksək olmuşdur. IX sinfi başa vuran 1961 nəfər şagirddən 245 nəfərin
şəhadətnamə qiymətləri
yalnız 5 olmuşdur.
Ali məktəbə qəbul üçün ərizə vermiş 1101 nəfərdən 615 nəfəri
tələbə adını
qazanmışdır. Bu il keçirilən qəbul imtahanlarında məzunlardan 145 nəfəri
500-dən, o cümlədən 61 nəfəri 600 baldan yuxarı nəticə göstərmişdir.
Şəki təhsilinin əldə
etdiyi uğurlar dövlətimiz tərəfindən
həmişə olduğu
kimi, bu il də
yüksək qiymətləndirilmişdir.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 02 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə şəhər 8
№-li tam orta məktəbin direktoru Ələsgərov Səttar
"Tərəqqi" medalına,
şəhər 10 №-li
tam orta məktəbin
riyaziyyat müəllimi
Şərifova Nailə
isə "Əməkdar
müəllim" fəxri
adına layiq görülmüşdür. Ümumiyyətlə
son 4 ildə rayonun 12 nəfər müəllimi
"Əməkdar müəllim",
6 nəfər müəlllim
isə "Tərəqqi"
medalına layiq görülmüşdür. 2011- 2014-cü illərdə Şəkinin
6 məktəbi "Ən
yaxşı umumtəhsil
məktəbi", 4 nəfər
isə " Ən yaxşı müəllim"
adını almışdır.
Şəki Mərkəzi Rayon Xəstəxanası
və onun tabeliyində fəaliyyət
göstərən tibb
müəssisələri tərəfindən
2015-ci ilin 9 ayında əhaliyə göstərilən
tibbi xidmətin səviyyəsi yüksəlmiş,
tibb müəssisələrinin
maddi-texniki bazasının
yaxşılaşdırılması sahəsində müəyyən
işlər görülmüşdür.
2015-ci ilin 9 ayında
mədəniyyət müəssisələrinin
maddi-texniki bazasının
yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüş, müddət
ərzində bir sıra mədəni-kütləvi
tədbirlər keçirilmiş,
tarixi günlər, bayram tədbirləri yüksək səviyyədə
qeyd olunmuşdur. Şəki bu
gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf
etdiyi bölgələrdən
birinə çevrilmişdir.
Şəkidə turizm infrastrukturunun
yaradılması istiqamətində
mühüm işlər
görülmüş, müasir
tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə
verilmişdir. Şəkidə
il ərzində
xalqımızın zəngin
mədəni irsinin təbliğinə həsr
olunan müxtəlif festivalların keçirilməsi
də rayonda turizmin inkişafına əhəmiyyətli dərəcədə
kömək göstərmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının
və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 20-də Şəki şəhərində
İkinci Beynəlxalq
ənənəvi şirniyyat
festivalı keçirilmişdi.
Festivalda 12 ölkədən
- Türkiyə, Rusiya,
Fransa, Yunanıstan, Rumıniya, Moldova, Şimali
Kipr Türk Cümhuriyyəti, Qazaxıstan,
Qırğızıstan, Serbiya,
Koreya Respublikası və İndoneziyadan gəlmiş qənnadıçılar,
eləcə də respublikamızın 21 şəhər
və rayonunun
şirniyyatçıları iştirak etmişdilər.
Mədəniyyət və
Turizm Nazirliyi, Şəki Şəhər
İcra Hakimiyyəti və "ALMUS Production" şirkətinin
təşkilatçılığı ilə avqustun 22-dən -
26 dək Şəkidə
keçirilən "Nağara-2015" Beynəlxalq Zərb Alətləri Festivalı
şəhərin mədəni
həyatında mühüm
hadisə olmuşdur.
2015-ci ilin 9 ayında
Şəkidə cinayətkarlığa
qarşı mübarizə,
qanunçuluq və hüquq qaydalarının
möhkəmləndirilməsi sahəsində bir çox işlər görülmüşdür. Müddət ərzində 171 cinayət
hadisəsi qeydə alınmışdır. Qeydə
alınan cinayətlərdən
97,1 faizinin açılması təmin
edilmişdir. Müddət ərzində Şəki Şəhər Rayon Polis Şöbəsi
tərəfindən keçirilən
əməliyyat axtarış
tədbirləri nəticəsində
narkomaniya ilə bağlı 22 fakt aşkar edilmişdir.
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2015.-12 noyabr.-S.7.