BALAKƏNDƏ İNKİŞAFIN YENİ MƏRHƏLƏSİ

REGİON

 

"Kənd təsərrüfatı ili" uğurlu nəticələrlə başa vurulur

Son illərdə olduğu kimi Balakən rayonunda 2015-ci ilinuğurlu nəticələrlə başa vurulacağı şübhə doğurmur. Bunu sosial-iqtisadi və mədəni quruculuq sahəsində aparılan diqqətəlayiq işlər də sübut edir. Eləcə 2015-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda da respublikamızda bu istiqamətdə qazanılan uğurlarrayonda görülən işlər barədə geniş söhbət açılmışdır. Yığıncaqda məruzə ilə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev demişdir:

- Qeyd olunmalıdır ki, 9 aylıq hesabatını verdiyimiz 2015-ci il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Kənd təsərrüfatı ili" elan olunmuşbununla bağlı dövlət tərəfindən kənd təsərrüfatının inkişaf etdirilməsi və eləcə də istehsalçıların maddi-marağının artırılması sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilir. Cənab Prezidentin "Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 15 aprel 2015-ci il tarixli 1175 nömrəli sərəncamı ilə kənd təsərrüfatı istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların məbləği 50 manata çatdırılmış, mineral gübrələrin satışında güzəştlər artırılmış, təkrar əkinlərə də yardımlar nəzərdə tutulmuşdur.

Hesabat dövründə kənd təsərrüfatı sahəsində görülən işlərin gedişinə operativ nəzarət olunmuş, texniki təminatın yaxşılaşdırılması istiqamətində görülən işlər özünün müsbət səmərəsini vermiş və əkin sahələrinin 2,2% artırılması mümkün olmuşdur.

Rayonda 12333 ha sahədə payızlıq və yazlıq bitkilər əkilmiş, sahələrdən 1144 ton cəmi məhsul, o cümlədən 367 ton buğda, 777 ton arpa məhsulu götürülmüşdür. Taxılın məhsuldarlıq göstəricisi 24,7 sentner olmuşdur ki, bu da əvvəlki ilin səviyyəsindən 9,9 sentner çoxdur.

Təsərrüfatlarda 11870 ha sahədə yazlıq bitkilər əkilmişdir. Onun 7101 hektarı qarğıdalı, 378 hektarı lobya, 2041 hektarı tərəvəz, 312 hektarı bostan, 887 hektarı kartof, 1151 hektarı yonca sahələri olmuşdur. Təsərrüfatlarda 21,3 min ton tərəvəz, 8,2 min ton kartof, 3,2 min ton bostan, 701 ton lobya digər məhsullar istehsal olunmuşdur. Hal-hazırda qarğıdalı, tərəvəz meyvə istehsalı davam etdirilir. Qeyd olunmalıdır ki, rayonumuz qarğıdalı məhsulunun həm əkin sahələrinə görə, həm istehsal olunan məhsulun həcminə görə son 4 ildə respublikada liderliyini qoruyub saxlayır. Bu isə öz növbəsində məhsul istehsalçılarını həvəsləndirir sağlam rəqabəti formalaşdırır.

Hesabat dövründə bitkiçiliklə yanaşı heyvandarlığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, iri xırdabuynuzlu mal-qaranın baş sayının, ət süd istehsalının artırılmasına nail olunmuşdur. Qazbinə kəndində yaradılmış heyvandarlıq fermasında ətlik heyvandarlığın, həmçinin quşçuluğun inkişaf etdirilməsi istiqamətində işlər görülmüşdür.

Rayonda son illərdə meyvəçiliyin inkişaf etdirilməsinə, yeni intensiv bağların salınmasına diqqət artmaqdadır. Əvvəlki illərdə salınmış 183 ha intensiv meyvə bağlarına qulluq göstərilmiş məhsul istehsalının artırılması üçün əlavə tədbirlər görülmüşdür.

Bütövlükdə 2015-ci ilin 9 ayında rayonda 52,9 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 3,9 milyon manat ya 8 faiz çoxdur. İstehsal olunan məhsulun 60,9 faizi bitkiçilik, qalan 39,1 faizi isə heyvandarlıq məhsullarının payına düşmüşdür.

Hesabat dövründə rayonda dövlət bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən istifadənin səmərəliliyinin artırılması istiqamətində zəruri işlər görülmüş, bələdiyyə mülkiyyətində olan 338,5 ha mövsümi, dövlət mülkiyyətində olan 45 ha sahə əkinçilik məqsədləri üçün uzunmüddətli icarəyə verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamının icrası ilə əlaqədar 2015-ci ilin ötən dövrü ərzində 2063 nəfər istehsalçıya becərdikləri 5179 ha əkin sahəsinə görə hər hektara 50 manat hesabı ilə cəmi 258,9 min manat yardım hesablanmış ödənilməsi təmin edilmişdir.

Ötən dövrdə 665 ton mineral gübrə güzəştli qiymətlə istehsalçılara satılmış, 4 kənd təsərrüfatı texnikası lizinq yolu ilə verilmişdir. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına kənd təsərrüfatı sahəsinə 8 layihə üzrə 135 min manat kredit ayrılmış, ayrılmış vəsait hesabına 11 yeni yeri yaradılmışdır.

Müvafiq dövrdə rayonun fermerləri Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında fəal iştirak etmiş bu yarmarkalarda 30 ton müxtəlif növ meyvə tərəvəz məhsullarının satışı təşkil edilmişdir...

 

Torpağın nəfəsi, canı...

Əhalinin təsərrüfatların sel sularından müdafiəsi sahəsində Balakənçay sistemində 40 p/m uzunluğunda daş beton bənd cari təmir edilmiş, çay məcralarında 450 min m3, suvarma kanallarında 97 min m3 həcmində lildən təmizləmə işləri görülmüşdür. Eyni zamanda, podratçı təşkilatlar tərəfindən Balakənçay sistemində 130 p/m, Katexçay sistemində 100 p/m uzunluğunda daş-beton bəndin tikintisi aparılmışdır. Son illərdə yay mövsümünün quraq keçməsi əkin sahələrinin suvarılmasını vacib edir. Ona görə suvarma kanallarının təmizlənməsi daim diqqət mərkəzində saxlanılmalı, mövcud suvarma artezianlarından səmərəli istifadə olunmalıdır.

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2015.-13 noyabr.-S.7.