ELDAR BAXIŞ
BU TORPAQ
Dərəsi dərə deyil,
10000-100000 ölçülü
qaloşdu,
dağı dağ deyil,
papaqdı;
bu torpaq ki var
ayağımızın altında
bu torpaq zor torpaqdı!
Min ildi,
Milyon ildi,
gözümüzü dikmişik
bu torpaq ki var
ayağımızın altında
bu torpağın ayın-oyununa.
Biz heç,
biz adamıq, -
məni o yandırır
ki,
bu torpaq ki var
ayağımızın altında
bu torpaq iti də,
pişiyi də mindirib boynuna.
Allahın iti,
allahın pişiyi
iki yox,
dörd ayağını
dirəyib bir
başmağa,
başlayıb
bu torpağın üstündə
yeməyə, içməyə,
gəzməyə-
əməlli-başlı yaşamağa.
Toyuğa
tolamazdı atırlar,
-
toyuğu tutmur,
dəyir bu torpağa.
Ağ atdı
qarnına arpa istəyəndə
ayağını döyür
bu torpağa.
Bu torpağın üstündə
Gündoğan Günbatana,
Günbatan Gündoğana
qoşun gedir.
Bu torpağın üstündə
ot bitir,
traktor işləyir,
maşın gedir.
Dərəsi dərə deyil,
10000-100000
ölçülü
qaloşdu,
dağı dağ deyil,
papaqdı;
Torpaq haqqı,
bu torpaq ki, var
ayağımızın altında
bu torpaq
zor torpaqdı!
RƏSUL RZANIN ÖLÜMÜ
I.Kürə şəklində dərdimiz
Dünya
kürə şəklindədir,
kürə şəklindədir
günəş,
ay kürə şəklindədir,
kürə şəklindədir
ürəyimiz,
sevincimiz kürə
şəklindədir -
sənin ölümündən
sonra
yığıldı,
büküldü,
kürə şəklinə
düşdü dərdimiz
də.
2. Ölümün səndən
qabaq
Gəldi
Mərdəkana
Ölümün səndən qabaq
çıxdı evdən,
ölümün səndən
qabaq mindi maşına,
ölümün səndən
qabaq yola düşdü,
ölümün səndən
qabaq gəldi Mərdəkana.
Olacağın binanın yerini,
qalacağın otağın
nömrəsini,
baxacağın pəncərənin
səmtini
ölümün səndən
qabaq bilirdi.
Ölümün səndən qabaq
bilirdi
hansı cığırı
seçəcəksən,
hansı ağacın
altından keçəcəksəng
Sən bilmirdin,
ölümün bunların
hamısını bilirdi,
hansı sözü
yazacaqsan - bilirdi,
hansı sözü
pozacaqsan - bilirdi.
Ölümün səndən
qabaq gəldi Mərdəkana,
ölümündən sonrpa sən gəldin,
səndən sonra
ölümün gəldi
yenəg
3. Ürək sən deyəni eşitmədi
Durma dedin,
İşlə dedin,
hara getmək olar
bu gedişlə dedin,
ürək sən deyəni eşitmədi.
Ürək sən deyəni
eşitmədi
elə bildi yaxşı elədi, -
ürək sən deyəni eşitmədi,
əl ürək deyəni eşitmədi,
barmaq əl deyəni eşitmədi,
təkcə kağız
dinmədi.
4. Son söz
Gedirəm, dostlar,
Gedirəm, Anar,
Gedirəm, gözümün işığı,
evimin böyüyü,
evimin uşağı.
Balığı yaradan
suyu da yaradıb -
balığı suya bağışlayın.
Arını yaradan
çiçəyi də yaradıb -
arını çiçəyə
bağışlayın.
İnsanı yaradan
torpağı da yaradıb -
insanı torpağa
bağışlayın,
sonrası ilə işiniz olmasıng
DƏDƏBOYU
Ay dədə, boyuna qurban olum mən,
o uca boyuna, şumal
boyuna.
Günlərin bir günü Əlinin oğlu
Vəlinin toyunda girdik oyuna.
Gördün ki, nəfəsim
qarala bilər,
gördün ki, ürəyim atlana bilər.
Kişi
qırığıyam, uşaq
da olsam,
Meydanda dizlərim
qatlana bilər.
Dedin, dədə boyu verirəm sənə,
dedin, ağrın alım, sən yavaş oyna.
Dədəboyundasan, dədəboyunda,
Bizdən o tərəfə aralaş,
oyna.
Çəkildim qırağa, dedim,
nə yaxşı,
qıraqda öz əlim, öz başım oldu.
Gətirib şabaş da vermədilər heç,
sənin dədəboyun
şabaşım oldu.
Oynadım, sındırdım kefin
istəyən,
Sən gəlib böyrümü
basana qədər,
Filmanın qavalı, Həşimin
toyu
Nuhunun zurnası susana
qədərg
Ay dədə, hardasan,
indi hardasan?
Eşidənim hanı, görənim hanı?
Bir dədəboyuna ehtiyacım
var,
Hanı, dədəboyu verənim, hanı?
Ay dədə,
boyuna qurban olum mən,
o günlər su kimi sovuldu, getdi.
Yağışdı - yağmadı,
otdu - bitmədi,
çiçəyi burnunda ovuldu getdig
GECƏ
SAAT ÜÇÜN -
DÖRDÜN
SÖHBƏTİ
Baxıram: Hamı yatıb,
Meşədə - ağaclarımız yatıb,
Çöməlib ağacların dibində
turaclarımız yatıb.
Dillərini qoyub qarınlarına
qapıda - itlərimiz
yatıb.
Evdə
-
kitablarımızın arasında
Saitlərimiz, samitlərimiz yatıb.
Coğrafiya müəlliminin
çubuğunu yuxu aparıb
Arazın
üstündə,
Ədalətin barmaqları
bu saat yuxu görür
sazın üstündə.
Ürəyimizə baş qoyub
səssiz-səmirsiz
ümidlərimiz,
arzularımız yatıb.
Arxaçda fısıldaya-fısıldaya
qoyunlarımız,
quzularımız yatıbg
baxıram: yuxu aparıb
pişiyin səsini
yükün arasında
Uşaqlara nə var,
Uşaqlar tumançaq uyuyub
anaların laylasında.
VAXT
Bir də baxırsan ki, göyün üzündə
ayın yarısı var, yarısı yoxdug
g Kəndimizə getdim, qocalar gördüm,
kişisi yaşayır,
qapısı yoxdu, -
bu vaxtdan nə desən gözləmək olar.
Uşaqlar gördüm ki,
indi hamısı
olub ev yiyəsi, eşik yiyəsi.
İkəmmi,
üçəmmi, deyə
bilmərəm,
doğub Həsigilin
qaşqa düyəsi,
-
bu vaxtdan nə desən gözləmək olar.
Həsinin özü də
gördüm ki, elə
Gəlib üç-dörd uşaq
atası olub.
Ətə-qana dolub bizim Süleyman,
ortası bir palıd ortası olub, -
bu vaxtdan nə desən gözləmək olar.
Bu vaxtdan nə desən gözləmək
olar,
dünyanın çarxını
döndərə bilər,
İstəsə cənnətin mələklərini
yığıb cəhənnəmə
göndərə bilər.
İNDİNİN
BÖYÜK ŞAİRİ
İndinin böyük şairi
ömrümdə bir yol -
heç olmasa, ömrümdə bir yol
səhər çörəyini
Bakıda yeyər,
günortasını Moskvada,
axşamını Berlində;
İndinin böyük şairi
bir göyün altında
bir dənizin qırağında,
bir təpənin üstündə
durub, saymaz yerində.
Mənnən böyük şair
olarmı,
getdiyim yer Müskanlı kəndidi,
gəldiyim yer Əhmədli?
İndinin böyük şairi
ömrümdə bir yol
heç olmasa ömründə bir yol
ayaqyalın, başıaçıq
dağda, daşda,
qayada yeriyər.
Burdan Afrikaya,
burdan Hindistana,
burdan Vyetnama
piyada yeriyər.
Mənnən böyük şair
olarmı,
burdan-bura işə
gələndə
metroya minirəm.
İndinin böyük şairir
öz dilinnən savayı,
üç dil bilər azı.
İndinin böyük şairinin
dodağı təpiməz,
boğazı qurumaz
g O taya keçəndə Arazı.
Mənnən böyük şair
olarmı,
öz dilimdən savayı
bircə dil bilirəm -
o da rus dili.
Canım
sənə desin
indinin böyük şairi
başından keçər,
sözündən keçməz.
İndinin böyük şairinin
susuzluqdan dodağı
çatlayar,
ancaq indinin böyük şairi
sözünü yarımçıq
qoyub
bulaq başına enməz,
əl-üzünü yumaz,
su içməzg
Mənnən böyük şair
olarmı,
könlüm su istəyən kimi
qələm - kağızı
tullayıb
yapışıram pivə
parçından?
İndinin böyük şairinin
ürəyində böyük
təpəri olar,
könlündə böyük
həsrəti olar,
özümü olar, ağrısı olar -
indinin böyük şairinin
başının üstə
Tanrısı olar..
g Mənnən böyük şair olarmı?
Siznənəm ey, Sarı Aşıq,
Nazim Hikmət,
Valexo Sessar!..
VƏTƏN
Pişik
istədiyindən
yeyir balasını,
mən də səni yeyirəm
istədiyimdən
təndirindən çıxan
çörəyi yeyirəm,
ağacın gətirən
barı yeyirəm,
pətəyindən süzülən
balı yeyirəm,
yemişəm,
yeyəcəyəm,
axırda səndən
bir qarış yer,
bir ovuc torpaq istəyəcəyəm,
-
canımla,
ətimlə,
qanımla
təndirindən çıxan
çörəyin,
ağacın gətirən
barın,
pətəyindən süzülən
balın
yerini verməkdən yana.
Vətən,
uşaq anasını,
yetim göz yaşını,
kasıb balasını
nə qədər istəyirsə,
mən də səni o qədər istəyirəm!..
Ədalət.-2015.-14
noyabr.-S.12.