BALAKƏNDƏ İNKİŞAFIN YENİ
MƏRHƏLƏSİ
REGİON
AzƏrbaycan Respublikasının
Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ
yardımı ilƏ
Cari ilin 9 ayında rayon ərazisində abadlaşdırma, tikinti, təmir və quruculuq işləri davam etdirilmiş, zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş Sarıbulaq kənd uşaq bağçası yenidən tikilərək istifadəyə verilmişdir. İnternat məktəbinin əsaslı təmiri, kənd təsərrüfatı idarəsinin, rayon polis şöbəsinin, Qabaqçöldə yanğından mühafizə bölməsinin inzibati binalarının tikintisi davam etdirilir.
"Balakən-1" kiçik su elektrik stansiyasının tikintisi tamamlanmış, stansiya istismara hazırdır. Şəhərin Z.Əliyeva, A.Ansuxski, C.Məmmədquluzadə küçələrində, Katexkombinat yaşayış məntəqəsində ümumilikdə 15 kommunal yaşayış binasının dam örtükləri dəyişdirilmişdir. Hazırda isə dəmir yolu stansiyası yaxınlığında olan 6 kommunal binanın dam örtükləri dəyişdirilir. Şəhərin Ə. Ansuxski 1 ünvanında yerləşən kommunal binanın həyəti şəhər bələdiyyəsinin "Nümunəvi məhəllə" layihəsi çərçivəsində abadlaşdırılmışdır. Həyətdə 2 ədəd talvar tikilmiş, tamet üzlüklə üzlənmə, səki tikintisi aparılmış, yaşıllaşdırma işləri görülmüş, sakinlərin istirahəti üçün zəruri şərait yaradılmışdır.
Heydər Əliyev prospektinin Qazbinə və Qullar istiqamətində hasarlar üzlənmiş, yol kənarında bordür və tamet daşları ilə səkilər düzəldilmişdir. Qullar kəndi istiqamətində küçə işıqlandırılması sistemi qurulmuş, Qazbinə kəndi istiqamətində yol kənarlarına torpaq daşınmış, ağaclar əkilmiş, yaşıllıqlar salınmış, gecə işıqlandırılması sistemi qurulmuşdur.
Yerli büdcə vəsaitləri hesabına Qabaqçöl qəsəbə və Katex 1 saylı kənd tam orta, Mazımçay kənd ümumi orta məktəblərində, Meşəşambul, Qazma, Püştətala və Katex 2 saylı kənd uşaq bağçalarında, uşaq yaradıcılıq mərkəzində, Katexkombinat sənətkarlıq evində, mərkəzi və şəhər kitabxanalarında, Gərəkli kənd həkim məntəqələrində təmir işləri aparılmışdır.
Hesabat dövründə respublika və rayon əhəmiyyətli avtomobil yollarında asfalt-beton qarışığı ilə 7447 kvadrat metr cari təmir işləri aparılmış, şəhərin 11 küçəsində 25321 kvadratmetr sahə asfaltlaşdırılmışdır.
Ötən dövrdə ümumi sahəsi 5180 m2 olan 37 fərdi yaşayış evi, ümumi sahəsi 900 m2 olan 10 xidmət və sahibkarlıq obyekti tikilərək istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" 25 dekabr 2014-cü il tarixli Sərəncamına əsasən 2015-ci ildə rayonda 7 artezian quyusu qazılmışdır. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə rayonda artezian quyularının qazılması üçün ayrılmış xüsusi briqada tərəfindən Talalar kəndində 1 artezian quyusu qazılmış, daha bir neçə kənddə də yeni quyuların qazılması nəzərdə tutulur.
Xidmət sahələrində yeniliklər
Hesabat dövründə payız-qış mövsümünə hazırlıqla bağlı qaz, su və istiliklə təchizatın yaxşılaşdırılması üçün xətlərdə zəruri təmir işləri aparılmış, yaranmış problemlər qısa müddətdə aradan qaldırılmışdır. Elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması sahəsində 15 ədəd yeni transformator məntəqəsi quraşdırılmış, 38 transformator əsaslı, 200-dən çox transformator cari təmir edilmiş, 10 kv-luq xətlərdə 54 ədəd, 0,4 kv-luq xətlərdə 44 ədəd metal dayaq basdırılmış, 8,0 km məsafədə SİP kabel çəkilmiş, əhaliyə verilmiş elektrik enerjisinin dəyəri 92 faiz, içməli suyun dəyəri 83,9 faiz, qazın dəyəri 99,8 faiz ödənilmişdir.
Əhalinin sosial
müdafiəsi
Pensiya və müavinətlərin vaxtlı-vaxtında əhaliyə ödənilməsi təmin edilmiş, ünvanlı sosial yardımla bağlı müraciətlərin obyektiv və şəffaflıq təmin edilməklə həlli diqqətdə saxlanılmış, 1 oktyabr 2015-ci ilə 1448 ailəyə ünvanlı sosial yardım verilmişdir. Hər ailəyə ödənilən orta aylıq yardım 157 manat təşkil etmiş, ötən dövr ərzində 3619 nəfərə sosial müavinət, 442 nəfərə təqaüd ödənilmişdir.
Təhsilin inkişafı
mühüm məsələdir
Ümumtəhsil məktəblərinin IX və XI siniflərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilmişdir. İmtahanların nəticəsinə əsasən IX sinif üzrə 1087, XI sinif üzrə isə 756 nəfər şagird müvafiq təhsil sənədi almışdır. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə IX siniflər üzrə imtahanlarda müvəffəqiyyət 4 faiz yüksəlmişdir. Buraxılış imtahanlarında Qazbölük kənd tam orta məktəbin şagirdləri həm IX, həm də XI siniflər üzrə 100 faiz müvəffəqiyyətə nail olmuş, Lisey, Nizami adına şəhər 1 saylı, Qazma 1 saylı, Nəsimi adına şəhər 2 saylı, Qaravəli, Tülü və Katex 1 saylı kənd tam orta məktəbin şagirdləri yüksək nəticə göstərmişlər.
2015-ci ildə tam orta məktəb pilləsini bitirənlərin 355 nəfəri ali məktəblərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında iştirak etmiş, onlardan 219 nəfəri tələbə adını qazanmışdır. 6 nəfər 600-dən, 26 nəfər məzun isə 500-dən yuxarı bal toplamışlar. Cari il üzrə Liseyin məzunlarından 86%-i, Nizami adına şəhər 1 saylı tam orta məktəbin məzunlarından 53,3%-i, Kortala kənd tam orta məktəbin məzunlarından 61%-i, Qaravəli kənd tam orta məktəbin məzunlarından 60%-i ali məktəblərə qəbul olunmuşlar. Nizami adına şəhər 1 saylı tam orta məktəbin məzunu Gülay Ömərova qəbul imtahanlarında 695 bal toplayaraq rayonun indiyə qədərki məzunları arasında ən yüksək nəticə göstərmişdir.
İnformasiya və Kommunikasiya Texnologiyalarının təhsil müəssisələrində tətbiqi ilə bağlı hazırda rayonun 47 məktəbində 658 ədəd və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 26 ədəd çox müasir tipli kompüter vardır. Ümumtəhsil məktəblərində hər 17 şagirdə 1 kompüter düşür. 2014-cü ildə isə bu rəqəm 19 şagird təşkil edirdi. 11 məktəbdə 226 kompüter sürətli internet şəbəkəsinə qoşulmuşdur.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2015.-14 noyabr.-S.4.