GÖYÇAY - ONU SEVƏNLƏRİN ŞƏHƏRİ...

REGİON

 

...Müasirləşir və daha da gözəlləşir

Respublikamızın hər yerində olduğu kimi Göyçay rayonunda da sosial-iqtisadi və mədəni inkişaf diqqət çəkir. İndi bütün sahələrdə qazanılan uğurlar göyçaylıları daha böyük nailiyyətlərə ruhlandırır. Aparılan abadlıq və tikinti-quruculuq işlərinin miqyası genişləndikcə təkcə rayon mərkəzində deyil, kəndlərdə də müasirləşmənin yeni mərhələsi yaşanır. Yeni məktəblər, sosial obyektlər, kəndlərdə içməli suqaz çəkilişi məsələlərinin həlli, yeni yollar və digər müasirləşmə tədbirləri sakinlərin daha rahat yaşayışına hesablanır.

...Göyçay şəhəri daha da gözəlləşir. Son bir ilə yaxın vaxt ərzində burada müxtəlif təyinatlı o qədər işlər görülübdavam etməkdədir ki...

Bütün bunlar yüksək etimadı layiqincə doğrultmağın göstəricisidir. Ölkə rəhbərliyinin qayğı və diqqəti hər sahədə özünü göstərir. Göyçay Rayon İcra Hakimiyətinin başçısı Mübariz Ağayevonun komandası bu qayğıya cavab olaraq sakinlərlə birgə böyük uğurlar sorağındadır. Ötən ay cənab Prezidentin Göyçaya səfəri və ictimaiyyətlə görüşləri ümumi əhval-ruhiyyəni daha da yüksəldib.

Rayonda keçirilən hər bir tədbir, hər bir yığıncaq, məhz bu cür - arzu və istəklərin gerçəkləşməsinin doğurduğu sevinc məqamları olaraq davam edir. Eləcə ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan ümumrayon yığıncağındakı kimi.

 

Nikbin olmaq səlahiyyəti

 

İclasda məruzə ilə çıxış edən Göyçay Rayon İcra Haikimiyyətinin başçısı Mübariz Ağayev bir sıra mühüm məsələlərdən danışaraq demişdir:

- Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının möhtərəm Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilməsi iqtisadiyyatın bütün sahələrində böyük nailiyyətlərin əldə olunmasını, makroiqtisadi sabitliyin möhkəmləndirilməsini və tarazlı iqtisadi inkişafı təmin etmişdir.

Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası respublikamızın dinamik inkişaf etdiyini, iqtisadiyyatın bütün sahələrində ciddi nailiyyətlər əldə olunduğunu təsdiqləmişdir.

Uğurla həyata keçirilən iqtisadi islahatlar 2015-ci ilin doqquz ayında da öz müsbət təsirini göstərmiş, 9 ay ərzində iqtisadiyyat 3,7 faiz artmışdır ki, bu da ölkəmizin dinamik inkişafını bir daha subut edir.

Hesabat dövründə sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artmışdır. 9 ayda Azərbaycanda inflyasiya 3,7 faiz təşkil etdiyi halda, əhalinin pul gəlirləri 5,8 faiz artmışdır. Bu o deməkdir ki, əhalinin real gəlirləri ilbəil artır.

Ölkə prezidenti çıxışında maliyyə nizam intizamının gücləndirilməsi, israfçılığa yol verilməməsi ilə bağlı konkret tapşırıqlarını vermiş, prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılmasının dayandırılmasını tapşırmışdır. Vergigömrük orqanlarının şəffav və səmərəli işləmələri ilə bağlı konkret tapşırıqlar verilmiş və növbəti il büdcəyə əlavə vəsait toplanmasının zəruriliyi, vergi bazasının genişləndirilməsi qeyd olunmuşdur. Ölkə prezidenti vergilərin tam şəkildə ödənilməsi üçün vergi mədəniyyətinin yüksəldilməsini bildirməklə yanaşı, həmçinin sahibkarlar qarşısında əsassız tələblər qoyulmasını yolverilməz olduğunu, mövcud vergidən azad olma və güzəştlər sisteminin tətbiq olunması üçün müvafiq göstərişlər vermişdir.

Korrupsiya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılmalı, ASAN xidmətin imkanlarından daha geniş istifadə edilməsinin zəruriliyi qeyd edilmişdir.

Ölkə prezidenti lisenziyalaşdırma sahəsində də nöqsanların olduğunu bildirmiş və onların sayının azaldılması ilə bağlı konkret tapşırıqlarını vermişdir.

Bildiyiniz kimi son günlər ölkə rəhbərliyi tərəfindən sahibkarlığa daha münbit şərait yaradılması üçün müvafiq tədbirlər görülmüş, Prezidentin sərəncamı ilə 2 il müddətində sahibkarlıq subyektlərində yoxlamaların aparılması dayandırılmış, həmçinin lisenziyalaşdırılması ilə bağlı bütün səlahiyyətlər İqtisadi İnkişaf Nazirliyi və ASAN xidmətə həvalə edilmişdir.

 

Prezidentin Göyçay səfəri

 

Prezident İlham Əliyev cənablarının oktyabr ayının 6-da Göyçay rayonuna səfəri rayonumuzun ictimai-siyasi həyatında çox mühüm bir hadisə kimi tarixə düşəcəkdir. Dövlət başçısı səfər çərçivəsində Ulu Öndərin abidəsini ziyarət etmiş, rayonun sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayan bir sıra obyektlərin açılışında iştirak etmişdir.

Rayon mərkəzi xəstəxanasında əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olan ölkə prezidentinin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Göyçay və göyçaylılar haqqında dediyi xoş sözlər hər birimizdə böyük qürur hissi doğurmuşdur.

 

Bütün istiqamətlərdə inkişaf

 

Qeyd etdiyimiz kimi son bir ilə yaxın vaxt ərzində Göyçay rayonunda xeyli işlər görülmüşdür. Sosial-iqtisadi inkişaf bütün istiqamətlərdə uğurla davam etmişdir.

2015-ci ilin doqquz ayında rayon iqtisadiyyatının əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 180,7 milyon manat təşkil etmişdir.

Ötən müddət ərzində 14 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bunun da 79,8 faizi qeyri-dövlət bölməsinin payına düşür.

Rayonun aqrar sahəsində daha ciddi uğurlar əldə edilmiş, 13756 hektar sahədə taxıl biçini aparılmış, 36408 ton məhsul toplanmışdır. Keçən ilə nisbətən taxıl əkin sahələrinin 1498 hektar azalmasına baxmayaraq məhsul istehsalı 8966 tonya 32,7 faiz, hər hektardan məhsuldarlıq 8,5 sentnerya 47,2 faiz artmışdır.

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

ədalət.-2015.-18 noyabr.-S.7.