MUĞAM DÜNYAMIZ

Tahir Hacı Əzimli, musiqişünas-muğamşünas

 

Muğam bir çox Şərq xalqlarının və eləcə də Azərbaycan xalqının misilsiz sənət xəzinəsidir. Bu ecazkar musiqi sənətinin meydana gəlməsinin tarixi dövrünü dəqiq söyləmək mümkün olmasa da, qeyd etmək olar ki, onun kökləri dünya alimlərinin araşdırmalarına görə, eramızdan hələ 2500 il əvvəl mövcud olan Şumer dövlətinin musiqi mədəniyyəti ilə bağlı olması ehtimalı nəzərə çarpır.

Dünyada hələ Roma, Afina mövcud olmadan əvvəl Azərbaycan ərazisində, Urmiya gölü yaxınlığında yerləşən Ur şəhəri dünyanın paytaxtı sayılırdı. Şumerlərin etnik kökündə əsasən türk mənşəli xalqlar dayanmışdır. İlk dəfə vəhşi atları yəhərləyib belinə qalxan, ikitəkərli döyüş arabalarını icad edən, Göy Tanrı deyib, təkallahlığa tapınan da məhz Şumerlər olmuşlar.

Yunan musiqi mədəniyyətindən təxminən 2400 il əvvəl Şumerlərdə çox yüksək inkişaf etmiş musiqi mədəniyyəti olmuşdur. İraq muzeyində saxlanılan, yaşı eramızdan əvvəl 2400 il olan Şumer vazı üzərində müxtəlif musiqi alətlərindən ibarət ansambl orkestr təsvir olunmuşdur.

Həmin təsvirlərdə ney, ud, saz 12 simli çəng alətlərinin oxşarı aydın nəzərə çarpır. Dilimizdə bu gün 60-a qədər Şumer sözlərinin işlənməsi qədim əcdadlarımızla olan bağlılığın əyani sübutudur. Məsələn, arpa, saman, su, qarış, qanun, min, əl, Tanrı s. müştərək sözlərdəndir.

Mübaliğəsiz demək olar ki, Şumerlərin musiqi mədəniyyəti üzərində gələcəkdə yunanlar öz musiqi mədəniyyətlərini yaratmışlar. Səma cisimləri ilə adlanan, 7 pilləli Şumer ladı da mövcud olmuşdur.

Həmin ərazilərdə eradan əvvəl IX əsrdə meydana gələn Midiya dövlətinin 6 böyük tayfa birləşmələrindən biri Muğanda yaşayan Muğlar olmuşlar. Muğlar həm Zərdüşt dininin daşıyıcıları məbədlərdə kahinləri idilər. Muğamdan danışarkən, bu sözün dilimizdəki bəzi oxşarlıqlarına nəzər salmaq lazımdır. Məsələn,

1. Muğ ya Muğlar

2. Muğan. Azərbaycan ərazisində yer adları

3. Muğam. Klassik Azərbaycan mədəniyyəti.

Muğ ya Muğlar qədim Azərbaycan ərazisində yaşayan türk mənşəli xalqın adıdır. Muğan - türk dilində isti yer, isti məkan deməkdir. Azərbaycanda mövcud olan Muğan düzü Urmiya gölünün ətrafının da bu adla adlandırılması. Ümumiyyətlə Azərbaycanda bu adla bağlı bir çox kəndlərin obaların olması.

Muğam - muğların musiqi mədəniyyəti.

Maraqlıdır ki, eramızdan əvvəl yaranan Əhəmənilər imperiyası yeni eranın III əsrindən meydana gələn Sasanilər imperiyası dövründə Muğlar saraylarda musiqi mədəniyyətinin əsas daşıyıcıları olmuşlar. Muğamın bir "Dəstgah" kimi formalaşması inkişafı, xüsusilə Sasanilər dövründə sasani şahı Xosrov Pərvizin şərəfinə bəstələnən "Xosrovani"lərlə bağlıdır.

İslamın meydana gəlməsindən sonra da, Quran ayələrinin oxunmasında, onun bədii təsirinin gücləndirilməsində muğam intonasiyalarından geniş itifadə olunmağa başlanır. Yeni muğam, şöbə, guşə avazları Şərqin böyük alim-musiqişünasları yaradırdılar.

XII əsrdə Atabəylər dövründə Azərbaycanda poeziya musiqi çox yüksək inkişaf zirvəsinə çatmışdır. Muğam saray musiqisinin ilham mənbəyi sayılırdı. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin qeyd etdiyi kimi XIV əsrdən etibarən Şərqin vahid musiqi mədəniyyəti tənəzzülə uğrayır parçalanır. Şərq xalqları eləcə , Azərbaycan xalqı, özünəməxsus səciyyəvi üslubda, klassik musiqi incəsənətini davam etdirir. Bu sahədə iki böyük Azərbaycan alim musiqişünaslarından, Səfiyyəddin Urməvi (XIII əsr) Əbdülqadır Mərağayınin (XIV əsr) hədsiz xidmətləri olmuşdur.

Xüsusilə bu dövrdən etibarən klassik poeziyamızın milli dil üslub əsasında inkişaf etdirilməsi muğamlarımıza da öz müsbət təsirini göstərirdi. Bu muğamlarımızın ifasında Nəsimi, Füzuli, Xətai digər klassik şairlərimizin qəzəlləri, xalqımız arasında geniş yayılırdı. Digər Şərq ölkələrindən fərqli olaraq Azərbaycanda "Zərbi muğam"lar da meydana gəlmişdir geniş yayılmışdır. Məhz, bu davamlı inkişafın nəticəsi olaraq XIX əsrin 2-ci yarısında XX əsrin əvvəllərində Azərbaycan klassik musiqisi, xanəndəlik sazəndəlik sənəti çox vüsətli inkişaf dövrünə qədəm qoyur. Musiqi incəsənətimizin beşiyi sayılan, Şuşa şəhəri bu yüksəlişin mərkəzi idi. Həmin yüksəlişin dörd əsas amilini xüsusilə qeyd etmək lazımdır.

1. Böyük tarzən, bəstəkar ixtiraçı - Azərbaycan tarının atası, Şuşalı Mirzə Sadıq Əsəd oğlunun xidmətləri sayəsində, o dovrdə mövcud olan, 5-6 simli, 17 pərdəli bəm səslənən, oturaraq dizlər üstündə çalınan İran tarından fərqli olaraq, simlərin sayının 11-ə, pərdələrin sayının 22-yə çatdırılması, tarın sinə üstündə çalınması, musiqi həyatımızda çox mütərəqqi yenilik idi.

2. 1897-ci ildə Şuşada Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə Füzulinin poeması əsasında tamaşaya qoyulan "Məcnun Leylinin məzarı üstündə" musiqili səhnəciyi böyük hadisə idi. Dahi Füzulinin ülvi məhəbbət poeması əsasında təşkil olunan bu tamaşada Cabbar Qaryağdı oğlu çıxış etmişdir. Mirzə Sadıq Əsəd oğlu isə tamaşanın musiqi rəhbəri idi. Dahi bəstəkarımız Ü.Hacıbəylinin 12-13 yaşında olarkən tamaşada iştirak etməsi, gələcəkdə milli operamızın yaranması üçün güclü təkan olmuşdur.

3. Böyük muğənnimiz Cabbar Qaryağdı oğlunun musiqi məclislərində toy şənliklərində əsasən Füzuli qəzəllərindən istifadə etməsi.

4. 1901-ci ildə Şuşada, 1902-ci ildə isə Bakıda, ilk "Şərq Konserti"nin təşkil olunması idi. Bununla da muğam sənəti ilk dəfə olaraq konsert salonlarına çıxarılır. Dahi bəstəkarımız Ü.Hacıbəyli xatirələrində qeyd edir ki, mən ilk musiqi təhsilimi doğma şəhərim Şuşanın musiqi məclislərində almışam. "Arşın mal alan"ın mövzusunu Şuşanın həyatından götürmüşəm. Qarabağ xanəndələrinin ürəkləri yandırıb-yaxan, insanı ehtizaza gətirən zəngulələri Füzuli qəzəliyyatı ürəyində əlçatmaz arzular yaşadırdı. Qori seminariyasında təhsil alarkən arabir Tiflisdə baxdığı opera tamaşaları xatirindən silinmirdi. Nəhayət 1908-ci ildə Füzulinin ölməz məhəbbət poeması əsasında yazdığı "Leyli Məcnun" operası Bakıda tamaşaya qoyulur. Bu opera bütün Şərq aləmində müsəlman dünyasında ilk milli operadır. Haqlı olaraq bu operanı muğam-opera da adlandırırlar. Onun Avropa opera janrı ilə bağlılığı, uvertüra, xor, duet, trio, ariya, s. olmasıdır.

1920-ci ildə Üzeyir Hacıbəylinin rəhbərliyi ilə muğam komissiyası təşkil olunur. Mübahisəli məsələlər müzakirə olunaraq muğamlarımız sistemləşdirilir tədris üçün proqramlaşdırılır. Uşaq musiqi məktəblərində musiqi texnikumlarında ixtisas fənni kimi tədris olunmağa başlayır. Texnikumlarda həm xanəndəlik şöbələri açılır. Görkəmli bəstəkarımız Fikrət Əmirov, 1948-ci ildə "Şur" "Kürd Ovşarı" simfonik muğamlarını yazaraq, dünya musiqisində yeni janrın - simfonik muğam janrının əsasını qoyur.

Üzeyir Hacıbəyli tərəfındən əsası qoyulan milli bəstəkarlıq məktəbimiz məhz muğamlarımızın əsasında inkişaf edərək, dünya musiqi mədəniyyətinə daxil olmuşdur.

Bu gün muğamlarımız dünya salonlarında səslənir müxtəlif millətlərdən olan dinləyicilərin ürəyini fəth edir. Mübaliğəsiz deyə bilərik ki, Azərbaycan müasir dövrümüzdə muğam sənətinin mərkəzi ölkəsidir.

Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın, səmərəli vətənpərvər fəaliyyəti nəticəsində, muğamlarımız YUNESKO-nun, maddi-mədəni irs siyahısına daxil edilmişdir. Qarabağ xanəndələrinin albomu hazırlanmışdır. Görkəmli xanəndəmiz Alim Qasımov digər sənətçilərimizin dünyanın müxtəlif ölkələrindəki, müvəffəqiyyətli çıxışları, Bakıda Beynəlxalq Muğam festivallarının keçirilməsi s. bütün bunlar klassik Azərbaycan muğamlarının dünyada təsdiqinin əyani sübutudur. Bu ilin mart ayında, tanınmış bəstəkarımız, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun bəstələdiyi, "Şah Xətai" simfonik dastanı ilk dəfə səslənərək, böyük maraqla qarşılandı sübut etdi ki, professional musiqimizdə , bu inkişaf davam edir.

İnanırıq ki, görkəmli bəstəkarlarımızın, xanəndə sazəndələrimizin böyük zəhməti ilhamı sayəsində qiymətli xəzinə kimi, bugünkü sənətçilərimizə əmanət verilən muğamlarımız yad təsirlərdən qorunacaq yeni-yeni zirvələr fəth edəcəkdir.

 

Ədalət.-2015.-18 noyabr.-S.5.