GÖYÇAY - ONU SEVƏNLƏRİN ŞƏHƏRİ...

REGİON

 

"... Bu gün Azərbaycan regionun güclü dövlətinə çevrilməklə özü öz həyatını, öz siyasətini, öz yolunu müəyyənləşdirib. Bizim güclü ordumuz və həm də möhkəm, inkişaf edən iqtisadiyyatımız var. Biz məhsul idxal edən ölkədən məhsul ixrac edən ölkəyə çevrilirik. Bu, bizim uğurumuzdur!"

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

(əvvəli ötən sayımızda)

 

Heyvandarlıq sahəsi daha da inkişaf etmiş, 01 oktyabr 2015-ci il tarixə rayonun fərdi təsərrüfatlarında iribuynuzlu mal-qaranın sayı 48144, xırdabuynuzlu heyvanların sayı 66770 baş olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən müvafiq olaraq 213 və 27 baş çoxdur. Keçən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz, süd istehsalı 0,2 faiz, yumurta istehsalı 0,8 faiz, yun istehsalı 1,1 faiz artmışdır. Bütövlükdə kənd təsərrüfatının ümumi məhsulunun həcmi ötən 9 ay ərzində 70,5 milyon manat təşkil etmişdir ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2,6 faiz çoxdur.

2015-ci ilin doqquz ayında iqtisadisosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 26,4 milyon manat vəsait yönəldilmişdir. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyaların həcmi 22,1 milyon manat təşkil etmişdir. Rayon iqtisadiyyatına yönəldilmiş investisiyaların 80,8 faizi istehsal təyinatlı obyektlərin inşaasında istifadə edilmişdir.

Hesabat dövründə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulma layihəsinin ikinci mərhələsində işlər davam etdirilmiş, şəhərdə rayonun içməli su mənbəyi olmayan 16 yaşayış məntəqəsində modul tipli su təmizləyici qurğuların quraşdırılması üçün torpaq sahələri seçilmiş, ötən 9 ay ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun 3 kəndində modul tipli su təmizləyici qurğuların tikintisi və quraşdırılması işləri davam etdirilmiş, Türkmən, Mirzəşüseynli, AlpoutYeniarx kəndlərində sutəmizləyici qurğular istifadəyə verilmişdir.

Yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində əməli tədbirlər görülmüş, hesabat dövründə Mallışıxlı-Ərəbşahverdi, Müskürlü-Qəbələ Müskürlü, Qarabaqqal-Hacalıkənd kədlərarası avtomobil yolları inşa edilmişdir.

 

Abadlıq və quruculuq

işlərinin yeni mərhələsi

 

Hesabat dövründə abadlıq və quruculuq sahəsində xeyli işlər görülmüşdür.

Heydər Əliyev Mərkəzinin ətrafındaki ərazidə böyük tikinti və abadlıq işləri görülmüş, qısa müddət ərzində burada gənclər mərkəzi, bayraq meydanı və bayraq muzeyi, fəvvarə kompleksləri, mərkəzin qarşısında ulu öndərin mərmərdən abidəsi ucaldılmışdır.

Ərazidə ana və uşaqların istirahəti üçün kafe inşa edilmişdir. Heydər Əliyev Mərkəzinin qarşısındaki ərazi başdan-başa abadlaşdırılmış, yeni işıqlandırma sistemi qurulmuş, İtaliyadan gətirilmiş 500-dən artıq ağac və 10 mindən artıq gül və bəzək kolları əkilmiş, ərazidəki səkilərə 2800 kv.m. tamet piltələr, 1140 kv.m. bordürlər düzülmüş, 3330 kv.m. yaşıllıq ərazisi salınmış və şəhər sakinlərinin istirahəti üçün oturacaqlar düzülmüşdür. Mərkəzin qarşısında, həmçinin parkın ərazisində fəvvarə kompleksləri inşa edilmişdir.

Hesabat dövründə rayonda Göyçay uşaq musiqi məktəbi, Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün yeni bina, şahmat məktəbi istifadəyə verilmiş, Göyçay rayon mərkəzi xəstəxanası əsaslı yenidən qurulmuşdur.

Şəhərin küçə və meydanlarında geniş abadlıq və quruculuq işləri aparılmışdır.

Kəndlərə qaz çəkilişi

davam edir

 

Ötən müddət ərzində rayon əhalisini narahat edən bir çox sosial problemlərin həlli istiqamətində də tədbirlər görülmüşdür.

Şəhərin su təchizatı sisteminin yenidənqurulması işlərinin aparılması ilə əlaqədar küçələrdə dağılmış asfalt örtüyünün bərpası istiqamətində işlər aparılmış, 250 min kv.m. yaxın yeni asfalt örtüyü salınmış, piyadaların və nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə 20 ədəd yeni rəqəmsal işıqforlar quraşdırılmış, şəhər ərazisindəki bütün yol nişanları təzələnmişdir. Kəndlərin qaz təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər görülmüş, cavri ilin ötən dövrü ərzində Yekəxana, Şahsoltanlı, Məlikkənd, Şıxbəy və Şıxəmir kəndlərinə təbii qaz verilişi bərpa edilərək rayon üzrə təbii qazla təmin olunan yaşayış məntəqələrin sayı 26-ya çatdırılmışdır. Hazırda daha 11 kəndə yeni qaz xətləri çəkilir. Rayonun təbii qazla təmin olunmayan digər kəndlərinin qazlaşdırılması üçün layihə-smeta sənədləri hazırlanır.

Rayon əhalisini elektrik enerjisi ilə təminatı get-gedə sabitləşir. Son aylar 22 yeni transformator məntəqəsi inşa edilmiş, 514 ədəd metal dayaq quraşdırılmış və 20000 p/m elektrik xətti SİP kabellərlə əvəz olunmuşdur.

 

Vətəndaş müraciətlərinə həssaslıq

 

Rayon icra hakimiyyətində və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına, Prezident Administrasiyasının təlimat və tövsiyələrinə uyğun təşkil edilib. 2015-ci ilin doqquz ayında vətəndaşlardan rayon icra hakimiyyətinə 609, o cümlədən Prezident Administrasiyasından 186 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin ümumi sayı 2015-ci ilin müvafiq dövrünə nisbətən 17 vahid artsa da, Prezident Administirasiyasından daxil olan müraciətlərin sayı 65 vahid azalmışdır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qarşıya qoyduğu vəzifələr hər kəsdən daha fəal işləməyi tələb edir. Şübhə yoxdur ki, rayon ictimaiyyəti bundan sonra da bütün qüvvələri ölkə başçısının müəyyən etdiyi sabitlikinkişaf konsepsiyasının uğurla həyata keçirilməsinə, rayonun iqtisadiyyatının möhkəmləndirilməsinə, əhalinin rifah halının daha da yaxşılaşdırılmasına səfərbər edəcəkdir.

 

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət.-2015.-19 noyabr.-S.7.