Adı ölkələr dolaşan
Naftalan
REGİON
Bir zamanlar kurort şəhəri kimi
tanınan Naftalan yenə əvvəlki
şöhrətini bərpa etməyə
çalışır. Şəhərin hər yerində geniş abadlıq-quruculuq işləri
aparılır, yeni yaşıllıqlar
salınır. Bu gün
Naftalana gələn yerli
və əcnəbi turistlər müasir, abad bir şəhərlə
rastlaşırlar.
Yanan çıraqlar
Azərbaycanın abad, öz səliqə-sahmanı ilə seçilən şəhərlərindən biri də Naftalandır. Bir vaxtlar Goranboyun və Yevlaxın tərkibində qəsəbə olan bu gözəl məkana 1967-ci ildə respublika tabeliyindəki şəhər statusu verilib.
Son statistikaya görə, şəhərin 9 mindən
çox əhalisi
var. Burada insanlar Naftalanın inkişafı,
abadlığı üçün
çalışır, başlanan
hər bir müsbət işə öz töhfələrini
vermək istəyirlər.
Naftalan şəhərinin
sosial-iqtisadi inkişafı
ilə əlaqədar
2015-ci ilin doqquz ayında görülən
işlər və qarşıda duran vəzifələrə dair
hesabat iclasında da bu məsələ
xüsusi vurğulanıb.
Toplantıda çıxış edən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı
Natiq Aslanov bildirib ki, son illər Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində təkcə
ölkənin paytaxtı
deyil, regionlarımız
da sürətlə inkişaf edir. Kurort şəhəri olan Naftalanda da hərtərəfli
inkişaf üçün
mühüm işlər
görülür, həm
sosial, həm də iqtisadi sahələrdə önəmli
nəticələr əldə
edilir.
Yığıncaqda qeyd olunub ki, həyata
keçirilən tədbirlər
nəticəsində şəhər
üzrə ümumi məhsul buraxılışı
10497.5 min manat, iqtisadiyyatın
aparıcı sahəsi
sayılan sənaye istehsalı 1264.4 min manat təşkil edib. Bu ilin doqquz ayı ərzində əhaliyə 200.3 min manatlıq
nəqliyyat xidməti
göstərilib.
Əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən
biri olan pullu xidmətlərin həcmi 10690 min manat təşkil edib. Bu ilin doqquz ayı ərzində pərakəndə
əmtəə dövriyyəsinin
həcmi keçən
ilin müvafiq dövrü ilə müqayisədə 20.5 faiz
artaraq 13056.9 min manat, bir işçiyə hesablanan orta aylıq əməkhaqqı
isə 5.3 faiz artaraq 295.5 manat, hüquqi və fiziki şəxslərə
göstərilən informasiya
və rabitə xidməti isə 138.4 min manat olub.
Hesabat yığıncağında xüsusi
olaraq vurğulanıb
ki, Naftalan şəhərinin yerli büdcəsi subsidya və digər gəlirlə birlikdə
2818.7 min manat, xərcləri
isə 2271.9 min manat təşkil edib. Yerli mənbələrdən gəlir
üzrə daxil olma 2271.2 min manat planlaşdırıldığı halda 2478.7 min manat olub. Bütövlükdə yerli büdcənin
illik icrasına 75.3 faiz əməl edilib. 2016-cı il dövlət büdcəsinin müzakirəsi
aparılarkən, xərclərini
öz gəlirləri
hesabına təmin edən rayon və şəhərlərin sırasına
Naftalan şəhəri
də daxil edilib. Bu faktın
özü də Naftalan şəhərinin
uğurlu inkişafından
xəbər verən amillərdən biridir.
Hər kəsə diqqət
Şəhər rəhbərliyi aztəminatlı
ailələrin sosial müdafiəsinin gücləndirilməsini
daim diqqət mərkəzində saxlayır.
Hesabat dövründə
Əhalinin Sosial Müdafiəsi Mərkəzi
93 ailəyə ünvanlı
dövlət sosial yardım təyin edib, ümumilikdə isə 127 ailəyə ünvanlı dövlət
sosial yardımı ödənilir.
Bu ilin doqquz ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun Naftalan şəhər şöbəsi tərəfindən
50 nəfərə müvafiq
kateqoriyalar üzrə
pensiya təyinatı aparılıb. Pensiya, müavinət və
sosial yardımlar vaxtlı-vaxtında ödənilib.
Naftalan Şəhər
İcra Hakimiyyətinin
başçısı Natiq
Aslanov toplantıda bu sahəyə diqqətin daha da artırılması üçün müvafiq
tapşırıqlar verib.
Təhsil sahəsində də nəzərəçarpacaq uğurlar
əldə edilib. Şəhərdə məktəblərin maddi-texniki
bazasının gücləndirilməsinə
də xüsusi önəm verilir. Qış mövsümündə məktəb
binalarının fasiləsiz
olaraq istiliklə təmin olunması məqsədilə hazırlıq
işləri artıq
başa çatmaq üzrədir. Qarşıya çıxan problemlər
isə operativ həll edilir, nöqsanlar dərhal aradan qaldırılır.
Bu il ali
məktəblərə qəbul
imtahanlarında iştirak
etmiş Naftalanın
40 məzunundan 20-si tələbə
adını qazanıb.
Bir nəfər yüksək bal topladığına görə
Prezident təqaüdünə
layiq görülüb.
Hesabat yığıncağında
qeyd edilib ki, ümumtəhsil məktəblərinin rəhbərləri
tədrisin keyfiyyətini
yüksəltmək üçün
daha ciddi addımlar atmalıdırlar. Pedaqoji sahədə
çalışanlar qarşıya
qoyulan tapşırıqları
uğurla yerinə yetirmək əzmindədirlər.
(ardı növbəti
sayımızda)
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2015.-20 noyabr.-S.7.