FÜZULİLƏR ÖLKƏ PREZİDENTİNƏ GÜVƏNİRLƏR

 

O yerdə ki, insanlar qurub-yaradır və mübarizə aparır, həmin yerdə həmişə ruzi olub, çörək olub və firavanlıq olub. Təbii ki, insan öz torpağına, elinə-obasına bağlı olanda həmin yurdu daha ürəkdən sevir. Ən azından ona görə ki, o yurdda boya-başa çatıb, o yurdun havasını udub, suyunu içib...

Füzulinin bu gün böyük bir hissəsi işğal altında olsa da onun işğaldan azad olunmuş 22 yaşayış məntəqəsi və Horadiz şəhəri öz əzəməti, yeniliyi və möhtəşəmliyi ilə seçilir. Hələ biz onu demirik ki, şəhərin girəcəyində çox möştəşəm bir Bayraq Meydanı var. O Bayraq Meydanında dalğalanan Azərbaycan bayrağı bu torpağın nə qədər güclü və qüdrətli olmasını bir daha təsdiq edir. Çünki o bayraq bilavasitə ölkə prezidenti İlham Əliyevin füzulililərə göstərdiyi qayğının və diqqətin sayəsində ucalıb. O bayrağı ucaldanqoruyan füzulililər onun nə qədər müqəddəs və əziz olduğunu bir an belə yaddan çıxarmırlar.

Füzulilər yaxşı bilirlər ki, ölkə prezidenti cənab İlham Əliyev cəbhə bölgəsi olaraq həmişə onlara arxadayaq olub. Cənab prezidentin Füzuli rayonuna dəfələrlə etdiyi səfər, ayırdığı milyonlarla vəsait hesabına bu yaşayış məskənində çox böyük abadlıq, quruculuq və yenidənqurma işləri görülüb. Horadiz şəhəri əsaslı surətdə yenidən tikilibbir Avropa şəhərinə bənzəyir. Ora kimin yolu düşürsə, möhtəşəm quruculuq işlərinə məəttəl qalır.

Ölkə prezidentinin apardığı xaricidaxili siyasətə sadiq olan füzulililər düşmənin iki addımlığında belə mübariz ruhla yaşayırlar. Ən çətin anda, ən ağır məqamlarda onlar cənab prezident İlham Əliyevə güvənirlər. Füzulidə məmə yeyəndən, pəpə deyənə qədər cənab prezidentə çox böyük sevgi və məhəbbətləri var. Çünki onlar düşmənin iki addımlığında təhlükəsiz yaşayır, işləyir və böyük quruculuq işləri ilə məşğul olurlar. Üstəlik də onlar bu əmin-amanlığa, bolluğa və rahatlığa görə bir daha cənab prezidentə minnətdardılar.

Bu günlərdə Füzuli Rayon İcra Hakimiyyəti ilə Müdafiə Nazirliyinin Horadiz şəhərində birgə keçirdiyi vətənpərvərlik mövzusunda tədbir bir daha göstərir ki, bu yurdun insanları dövlətə və dövlətçiliyə nə qədər sadiqdirlər. "Sənə inanırıq, ölkə rəhbəri; Sənə güvənirik, vətən əsgəri" devizi altında teatrlaşdırılmış kütləvi hərbi vətənpərvərlik bayramı bir daha təsdiq edir ki, insanların nə qədər bu ölkəyə və vətənə böyük sevgisi var.

Bayram tədbirində Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Füzuli rayonundan deputat seçilən Bahar Muradova, Müdafiə Nazirliyinin generalları, rayonun idarə, müəssisə, təşkilatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, ərazidəki "N" saylı hərbi hissənin zabit və əsgərləri, ziyalılar, ictimaiyyət nümayəndələri - ümumilikdə 5000 nəfərə yaxın şəxs iştirak edib.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbiri açaraq hərbi vətənpərvərlik mövzusunda keçirilən bayram münasibətilə qonaqları, rayon sakinlərini təbrik edib.

Füzuli rayonundan millət vəkili Bahar Muradova bayram tədbirində çıxış edərək belə tədbirin Horadiz şəhərində keçirilməsinin əhəmiyyətindən danışıb.

Cəbhə xəttinin Füzuli istiqamətində torpaqlarımızın bütövlüyü uğrunda sağlamlığını itirən Paraolimpiya çempionu, İlk Avropa Oyunlarının qalibi İlham Zəkiyevə Füzuli rayonunun fəxri sakini vəsiqəsi və medalı təqdim olunub.

Tədbirdə çıxış edən digər ziyalılar da bildirdilər ki, Azərbaycan ordusu bu gün çox güclüdür, bu orda nəinki torpaqlarımızı yağılardan qoruyur, hətta lazım gələrsə hər an işğal altında olan yaşayış məntəqələrimizi azad etməyə qadirdir. Təki Ali Baş Komandan, prezident İlham Əliyev əmr versinordumuz da bu əmri yerinə yetirsin. Hər bir insanda vətən eşqi, vətən məhəbbəti güclü olanda onun qarşısını ən müasir silah da almaq iqtidarında deyildir. Ən azından ona görə ki, ürəyi vətənpərvərlik, torpaq eşqi ilə döyünən əsgəri döyüş zamanı heç vaxt saxlamaq mümkün deyil. O əsgərlər, o hərbçilər torpaqlarımızın azad olunması yolunda dəfələrlə bunu təsdiqləyiblər. 1994-cü ilin yanvarında Füzulinin 22 yaşayış məntəqəsi və Horadiz şəhəri məhz belə vətənpərvər, qeyrətli və xalqını sevən əsgərlərimiz tərəfindən azad olunub. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş bu əməliyyat bir neçə günə uğurla başa çatmışdı.

Deməli, bu gün də torpaqlarımızın azad olunması yolunda döyüşlər başlasa, həmin əməliyyatların da müvəffəqiyyətlə keçəcəyinə heç kimin şübhəsi yoxdur. Çünki bu gün Azərbaycan xalqı, onun vətəndaşları prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşib və ona arxa olub. Cənab prezident də həmişə çıxışlarında dəfələrlə bəyan edib ki, mən xalqıma arxalanıram. Prezident xalqına inanır, xalq da prezidentinə! Ulu Tanrı Prezidenti qorusun! Ulu Tanrı bu xalqı qorusun!

 

Ədalət.-2015.-20 noyabr.-S.5.