Adı ölkələr dolaşan
Naftalan
REGİON
AzƏrbaycan
Respublikasının Prezidenti yanında
kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ
"...Ölkəmiz
inkişaf edir.
Keçən ili də uğurla
başa vurmuşuq. Bu ili də uğurla başa
vuracağıq. Baxmayaraq ki,
dünyada indi müxtəlif
proseslər gedir. Bölgədə iqtisadi vəziyyət o qədər
də ürəkaçan deyil. Azərbaycanda
heç bir çətinlik
gözlənilmir. Yeni sənaye müəssisələri
açılacaq, insanlar işlə təmin
olunacaqlar. Bizim iqtisadi inkişafımız təmin ediləcək
və xalqımızın rifah halı
yaxşılaşacaq".
Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev
(əvvəli qəzetimizin
ötən sayında)
Hesabat yığıncağında qeyd edilib ki,
ümumtəhsil məktəblərinin rəhbərləri tədrisin
keyfiyyətini yüksəltmək üçün
daha ciddi addımlar
atmalıdırlar. Pedaqoji sahədə
çalışanlar qarşıya qoyulan
tapşırıqları uğurla həyata
keçirmək əzmindədirlər.
Daha, gözəl, daha
abad
Naftalanın səhiyyə işçiləri də hesabat dövründə yaxşı nəticələr əldə ediblər. Ölkə başçısının tapşırığına əsasən fevral-may aylarında əhalinin kütləvi tibbi müayinəsi yüksək səviyyədə təşkil olunub, müayinə zamanı aşkar olunan xəstələrdən 380 nəfər ambulator, 28 nəfər stasionar, 3 nəfər isə Bakı şəhərinə göndərilərək müalicəyə cəlb edilib. Bu ilin doqquz ayı ərzində 1055 nəfərə yaxın imtiyazlı xəstə güzəştli dərman preparatları ilə təmin olunub. İclasda Naftalanda əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması, eləcə də yeni şəhər xəstəxanasının tikintisində işlərin sürətləndirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi vurğulanıb, cavabdeh təşkilatlara və məsul şəxslərə konkret tapşırıqlar verilib.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin reallaşması nəticəsində ölkənin bütün bölgələri kimi, Naftalan şəhərində də tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almaqdadır. Şəhər rəhbərliyi bu məsələni gündəlik diqqət mərkəzində saxlayır, görülən işlərin icrasına nəzarəti gücləndirir.
Son illər şəhərdəki inzibati və yaşayış binalarının ətrafında, küçələrdə abadlıq və yenidənqurma işləri xüsusi vüsət alıb. Küçələrə yeni asfalt örtüyü döşənib, piyada yolları salınıb. Sakinlərin və şəhərə gələn qonaqların mənalı istirahəti üçün yeni parkların salınması davam edir. Həmin parklarda basketbol, tennis və uşaq oyun meydançaları quraşdırılır. I mikrorayonun ərazisində yolların asfaltlanması işləri başa çatdırılıb. Mikrorayon sakinləri görülən işlərin keyfiyyətindən razılıq edir.
Dövlət Proqramına uyğun olaraq kanalizasiya şəbəkəsinin tikintisi ilə bağlı işlər də davam etdirilir. Qurban Namazəliyev adına yaşayış məhəlləsində 600 metr uzunluğunda kanalizasiya xətti və 500 metr uzunluğunda yeni su xətti çəkilib. Əhali və qeyri-əhali abonentlərinə öncədən ödəmə sistemli smart elektron su sayğaclarının quraşdırılmasına başlanılıb. Yaxın vaxtlarda Naftalan əhalisi fasiləsiz olaraq içməli su ilə təmin olunacaq.
Hesabat dövründə yeni Avtovağzal - otel kompleksində tikinti işləri davam etdirilib, şəhər polis şöbəsi üçün yeni inzibati bina istifadəyə verilib.
Turizm xəritəsində tanış
ad
Bu ərazidə çıxan müalicəvi Naftalan nefti şəhərin adını yaxın-uzaq ellərdə tanıdıb. Tarixi mənbələr sübut edir ki, hələ 1892-ci ildə alman əsilli alim Y. Eger Naftalanda neftin çıxarılması üçün müəyyən işlər görüb, hətta möcüzəli Naftalan neftindən tibdə işlədilən maz almaq üçün mini-zavod da inşa etdirib.
Hələ sovet dövründən turizm Naftalan şəhərin iqtisadiyyatının əsas və aparıcı sahəsi sayılıb. Bu şəhərdə ilk kurort 1933-cü ildə inşa edilib, hər il minlərlə yerli və xarici turist burada həm müalicə alıb, həm də dincəlib. Ənənə bu gün də davam edir.
Ölkədə qeyri-neft sektorunun inkişafına diqqət artıb, xüsusi ilə əcnəbi turistlərin Azərbaycana cəlb olunması üçün xeyli iş görülüb. Son illər Naftalanda turizmin inkişafı üçün əlverişli şərait yaradılıb ki, bu da şəhərə Azərbaycandan kənarda da yenidən marağın artmasına səbəb olub. Artıq digər ölkələrin kurort şəhərləri, tanınmış turizm şirkətləri Naftalan şəhəri ilə beynəlxalq əlaqələr qurmağa can atır, bu sahədə yeni layihələr həyata keçirilir.
Hazırda şəhərdə 2000 yerləşmə yeri olan 8 istirahət və sağlamlıq mərkəzi fəaliyyət göstərir. Son beş illə müqayisədə şəhərə gələn yerli və xarici qonaqların sayı 5 dəfə artaraq 13000 nəfərə çatıb ki, bunun da 2200 nəfəri xarici turistdir. Bu gün Naftalanın istirahət mərkəzlərində ABŞ-dan, Rusiyadan, Türkiyədən, Sloveniyadan, Polşadan, Ukraynadan, İrandan, Baltikyanı ölkələrdən gələn əcnəbilərə rast gəlmək mümkündür. Onlar yaradılan şəraitdən razılıq edirlər.
Son illər şəhərdə "Naftalan Hotel by Rixos", "Çinar Hotel SPA Naftalan", "Qaşaltı" kimi müasir standartlara cavab verən istirahət mərkəzləri uğurla fəaliyyət göstərir. Belə obyektlərin açılması yeni iş yerlərinin yaranmasına da öz töhfəsini verir. Təsadüfi deyil ki, şəhərdəki hotel və istirahət mərkəzlərində çalışan işçilərin əksəriyyəti yerli sakinlərdir. Onlar Türkiyədə və eləcə də digər ölkələrdə təcrübə keçiblər. Dincəlmək və müalicə üçün gələn turistlərə zəngin Azərbaycan mətbəxi ilə yanaşı Avropa yeməkləri də keyfiyyətli şəkildə təqdim olunur.
Naftalanın bir özəlliyini də qeyd etmək yerinə düşər, şəhərin iqlimi təkcə yay mövsümündə deyil, ilin bütün fəsillərində turistlər üçün cəlb edicidir. Yerli və əcnəbi turistlərin ilboyu Naftalana gəlişini təmin etmək üçün burada hər cür şərait yaratmaq olar. Son illər Mədəniyyət və Turizm Nazirliyi, Naftalan Şəhər İcra Hakimiyyəti aparıcı turizm şirkətləri ilə birgə müəyyən tədbirlər, layihələr həyata keçirir.
Bu ilin doqquz ayının yekunları müzakirə edilərkən şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov bildirib ki, ölkə başçısı Naftalanın kurort şəhəri kimi yenidən şöhrətini bərpa etmək üçün ciddi ilə tapşırıqlar verib. Şəhər rəhbərliyi, yerli əhali bu tapşırıqların həyata keçirilməsinə çalışır. Təsadüfi deyil ki, son zamanlar Naftalan yenidən dünyanın turizm xəritəsində diqqəti cəlb etməyə başlayıb.
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2015.-21 noyabr.-S.4.