Sərdar Ünsal: "Ermənilər Iğdırda ev, ərazi alaraq möhkəmlənməyə çalışırlar"

 

Türkiyədə, xüsusilə də azərbaycanlıların kompakt yaşadığı bölgələrdə ermənilərin zaman-zaman aktivləşməsi həmişə müşahidə olunub. Adətən kürd qruplaşmalarından dəstək alan ermənilərin məkrli niyyətlərinin Türk-Azərbaycan təşkilatlarının müdaxiləsi sayəsində qarşısı alınır. Bu təşkilatlardan biri də Türkiyənin İğdır vilayətində fəaliyyət göstərən İqdır Azərbaycan Evi Dərnəyidir. Dərnəyin sədri, yazıçı Sərdar Ünsal ilə söhbətimizdə erməni-kürd aktivliyinə, rəhbərlik etdiyi qurumun fəaliyyətinə və Qarabağ probleminə toxunduq. Sərdar Ünsalın Adalet.az-a müsahibəsini təqdim edirik.

 

- Bu yaxınlarda  - Iğdırın  giriş və çıxışında ermənicə "Xoşgəldiniz" və "Gülə-Gülə" yazılması məsələsi gündəmə gəlmişdi. Siz buna sərt təpki göstərərək bəyanat vermişdiniz. O bəyanatınıza Tuzluca bələdiyyəsinin cavabı necə oldu? Tablolarda hələ də emənicə yazı qalırmı?

- Mən dərnək rəhbəri olaraq yazının qaldırılması üçün imza kampaniyası düzənlədim. Tuzluca bələdiyyəsi açıqlamalarımdan və imza kampaniyasından narahat oldu. Bu yazını ora yazdıran bələdiyyə başqanı erməni kökənlidir. Daha sonra bu olay duyulunca, gecə ikən bir qrup şəxs tablonu yerindən sökmüşdü. Amma sonra yenidən yazı asıldı. Bələdiyyə başqanı yol verdiyi xətalar və terror qruplaşmasına dəstək verdiyinə görə həbs olundu. Hazıra həbsxanadadır. Ermənicə yazının asılması "Nə mutlu türkəm deyən" hər kəsi narahat edib. Oradan çıxarılması üçün mücadiləmiz davam edəcək.

 

- Iğdır, əsasən azərilərin çox olduğu bir yerdir.  Ola bilərmi sırf azərbaycanlıları və ürəyi Azərbaycanla döyünən türkləri qızışdırmaq üçün belə işlərə əl atılsın? Ümumiyyətlə İğdırda erməni aktivliyi nə dərəcədədir?

- Bu addım həm Iğdırdakı Azərbaycan türklərini rahatsız etmək, həm də Ermənistana bir mesaj vermək məqsədi daşıyır. Bu yaxınlarda Xalqların Demokratik Partiyasından olan (HDP) bələdiyyə başqanları da  Ermənistanı ziyarət etdilər. Bundan başqa Hırant Dink Vəqfi rəhbərləri də Iğdıra gəlib bu adamlarla görüşdü. Yəni, onların aktivliyi hər zaman var.

 

- Bəs indi Iğdırda vəziyyət necədir? Erməni-kürd birləşməsinin Iğdıra, ordakı azərbaycanlılara nə kimi  təhlükəsi var?

- Iğdırda durum hələ ki yaxşıdır. 1 Noyabr seçimlərində Azərbaycan türkü olan Nurəddin Arasın millət vəkili olması ordakı azərbaycanlılara mənəvi güc verib. Amma erməni və PKK birləşməsi irəlidə sıxıntılar yaşadacaq. Onsuz da ermənilərin Böyük Ermənistan kimi xəyalı var - Iğdırı və çevrəsini, Ağrı dağını ələ keçirmək, bununla da Naxçıvanı mühasirəyə almağı düşünürlər. Bunu hədəfləyən ermənilər PKK-danonlara rəğbət bəsləyənlərdən istifadə edirlər. Mənə gələn məlumatlara görə, erməni diasporu Iğdırda yerli adamları ilə təmasdadır. Ermənilər Iğdırda ev, ərazi alaraq möhkəmlənməyə çalışırlar. Amma türk dövləti güclüdür, hər kəsə lazım olan dərsi və cavabı verib, bundan sonra da verəcək.

 

- Konkret olaraq, bu lobbinin qarşısı alınması üçünedilir? Iğdır azəriləri nə dərəcədə onların öhdəsindən gələ bilir?

- Bunun üçün ən əsas şərt birlikdir. Bundan başqa, Azərbaycan dövləti də Iğdırdakı azərilərə sahib çıxmalı və dəstək verməlidir. Iğdırdakı azərilər güclü olmalıdır ki, bu cür lobbinin qarşısı zamanında alına bilsin. Kürd, erməni adamları dünyanın pulunu verib evlər, digər obyektlər alırlar. Amma azərbaycanlılar ala bilmirlər. Azərbaycan dövləti Iğdırdaki adamlarına, Azərbaycan üçün mücadilə edən bizim kimi dərnəklərə dəstək verməlidir ki, ayaqda qala bilək və erməni lobbisinə qarşı mücadilə edək. Məsələn, hazırda mənim rəhbərlik etdiyim dərnək ən fəal çalışan bir dərnəkdir. Amma fəaliyyət göstərmək üçün binası yoxdur. Heç bir gəliri yoxdur, öz imkanlarımızla mübarizə aparırıq. Daha uğurlu nəticələr əldə edə bilərik. Iğdırdakı azərilər yoxdur deyə böyük şəhərlərə köç edirlər, bunun qarşısı alınması üçün sahələri açılmalıdır.

 

- İğdır, Qars Azərbaycanı bir növ Türkiyədə təmsil edir. Yəni  adət-ənənələrimiz, ədəbiyyatımız, mədəniyyətimiz olaraq. Bunu nə dərəcədə bacarırsız, həyata keçirirsiz?

- Iğdırdakı Azərbaycan türkləri bütün ənənələrini, mədəniyyətlərini yaşadırlar. Novruz bayramını ən yaxşı şəkildə qeyd edirik. Toy-nişanlarda Azərbaycan havaları çalınır, oynanır. Evlərdə azəricə danışılır. Düzdü, yeni yetişən nəsil daha çox türkcə danışdığından Azərbaycan dilinin çox kəlməsini bilmir. Amma hər birimiz Azərbaycan türkü olmaqdan qürur duyuruq.

 

- Sizin ürəyiniz Azərbaycanda qalıb, yoxsa Azərbaycan sizlərin ürəyindədir?

- Hər ikisi də. Həm ürəyimiz türklük qoxan Azərbaycandadır, həm də Azərbaycan ürəyimizdə  - şairin dediyi kimi şahdamarımızdadır.

 

- Gələk  "Yüreyim İrevanda kaldı" kitabınıza... Burda çox bəyənildi, təqdir olundu. Türkiyədə necə qarşılandı?

- Çox sağ olun. Türkiyədə maraqla qarşılandı. Oxuyan hər kəs təsirləndi. Xüsusilə erməniləri onları dəstəkləyənləri rahatsız etdi. İndi əsəri azəri turkcəsi ilə yayımlamaq istəyirəm.

 

- Kitabın adını müzakirə edənlər oldu...  Yarı azəri, yarı türkcə olmasına diqqət çəkildi...

- Bəli, niyə Erivan ya Rəvan deyil, İrəvan? Səbəbi Iğdırda yaşayan azərilər olaraq biz İrəvan deyirik. Erivan desək, ermənilərə xidmət etmiş olardıq. "Ürəyim İrəvanda qaldıdesəydımbunun da hamısı azəricə olacaqdı. Sonuc olaraq, biz Türkiyədə yaşayırıq kıtab da o ölkədə çap olunub. Hər kəsin anlaması ücün belə seçim etdik. Erivan deyə yazmaqda tərəddüd etdim. Yazsaydım, rəhmətlik nənəmin ruhu inciyərdi. O, həmişə "Evin yıxılsın İrəvan, səni heç görməyəcəmmi?” deyə gileylənərdi.

 

- Bəs kitabın adı ilə sizi qınayanlara münasibətiniz necə oldu?

- Kitabın adı çox gözəl alınıb. deyirlərsə desinlər. Əlbəttə bəzi insanlar tənqid edəcək, hətta iftira da atacaqlar. Tənqidə açıq biriyəm, sonucda ortada bir gerçək var.  Ermənilər sözdə yalanlarıyla bağlı min kitab yazırlar, bizdə isə üç-dörd kitab ancaq yazılıb. Hədəfim kitabı ingiliscə çap edib, Avropaya çatdırmaqdır, qoy onlar ermənilərin gercək üzlərini görsünlər.

 

- Növbədə yeni kitab varmı?

- Şahidlərin dilindən erməni zülmü ilə bağlı bir çalışmam var.  Onu çapa verməyə hazırlaşıram. Bir "Yüreyim İrevanda kaldı" romanında "O tayda balam qaldıbölümünü ayrı bir roman kimi hazırlamaq istəyirəm. Artıq yazmağa başlamışam. Nəsib!

 

Şəfiqə ŞƏFA

Ədalət.-2015.-24 noyabr.-S.5.