Tanınmış yazıçı Fazil Güneyin 70 illik yublieyi qeyd olundu
Noyabrın 25-də tanınmış yazıçı,
əməkdar jurnalist
Fazil Güneyin (Abbasov) 70 illik yubileyi qeyd olundu. Adalet.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının
və Ahıl Jurnalistlər Məclisinin
birgə təşkilatçılığı
ilə keçirilən
tədbirdə yazıçının
qələm dostları,
ölkənin tanınmış
siyasi-ictimai şəxsləri
və mətbuat işçiləri iştirak
edirdilər.
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının
sədri Əflatun Amaşov yazıçının
həyat yolu və yaradıcılığından
geniş söz açdı. Bildirdi ki, müəllif
Suriya, İraq və Liviyada hərbi və mülki tərcüməçi
kimi çalışdığı
illərdə də ədəbiyyatımızın təbliği istiqamətində
mühüm işlər
görüb. "Qara qan" kitabı ilə böyük oxucu məhəbbətini qazanan
yazıçı bu gün də öz əqidəsinə sadiq qalaraq yeni
əsərləri ilə
xalqımızın başına
gətirilən müsibətləri
işıqlandırır. Bundan başqa "Yalanın gerçəkliyi" adlı
kitabı ABŞ-da
"Reality in Lie" adı ilə çap olunub.
Ə. Amaşov yubilyarın jurnalistlik fəaliyyətinə
də toxunaraq diqqətə çatdırdı
ki, Azərbaycanda ilk beynəlxalq agentliyin açılmasında xidmətləri
olan Fazil Güney ölkəmizin ən çətin günlərində haqq səsimizin dünyaya çatdırılmasında əlindən
gələni edib. Dövlətimiz qarşısında əməyi və jurnalistikanın inkişafındakı
rolu nəzərə alınaraq "Əməkdar
Jurnalist" fəxri adı ilə təltif olunub.
Çıxışın sonunda Ə.Amaşov uğurlu fəaliyyətinə
və milli mətbuata verdiyi töhfələrə görə
Mətbuat Şurası
adından yubilyara diplom təqdim etdi.
Daha sonra çıxış
edən Xalq şairi Sabir Rüstəmxanlı bildirdi
ki, Fazil Güney əslində şərqşünas olsa
da ədəbiyyat onu həmişə özünə çəkib:
"Azərbaycanın ən
qanlı-qadalı günlərində
fəaliyyət göstərib,
dünyaya açılmaq
heç də asan deyil. Fazil Güney
Azərbaycanı informasiya
blokadasından çıxaran
jurnalistlərdəndir. Onun Qarabağ münaqişəsindən
bəhs edən üç cildlik "Qara qan" tarixi romanı, ədəbiyyat tariximizdə
öz layiqli yerini tutmağa iddialı ədəbi yaradıcılıq nümunəsidir.
Qarabağ müharibəsi haqda,
demək olar ki, ciddi tarixi-ədəbi
əsərlərin olmadığı
bir vaxtda üç cildlik trilogiya yazmaq böyük cəsarət
tələb edir.
Qarabağ savaşı bitməyib.
Məğlubiyyətdən yazmaq hər
yazıçının işi
deyil, çünki bizim ədəbiyyatımız
qələbələr üzərində
köklənib. Amma Fazil
Güneyin cəsarətli
qələmi hadisələri
olduğu kimi gələcək nəsillər
üçün bədiiləşdirib”.
Tədbirdə Azərbaycan Mətbuat
Şurası sədrinin
müavini Umud Mirzəyev, "İrşad”
İslam Araşdırmalar
Mərkəzinin rəhbəri Rafiq Əliyev, "Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, politoloq Mübariz Əhmədoğlu,
publisist Reyhan Mirzəzadə, Türk Xalqları Ümumdünya
Assambleyasının rəhbəri,
polkovnik Yəhya Əliyev və başqaları çıxış
edərək yubilyarı
təbrik etdilər, ona yeni-yeni yaradıcılıq
uğurları arzuladılar.
Çıxış edənlər Fazil
Güneyin özünəməxsus
yaradıcılıq yolundan,
əsərlərinin orijinal
üslubundan danışdılar.
Onun bir alim kimi fəaliyyətini
qeyd edərək, "Müasir Suriya romanı" və "Suriya qadın yazıçılarının əsərlərində qadın
emansipasiyası" adlı
monoqrafiyasını nümunə
göstərdilər.
Sonda Fazil Güney tədbirin təşkilatçılarına və iştirakçılarına
minnətdarlığını bildirdi. Azərbaycan həqiqətlərinin geniş oxucu kütləsinə çatdırılmasında,
gənc nəslin milli təfəkkürünün
formalaşmasında bundan
sonra da əlindən gələni
əsirgəməyəcəyini diqqətə çatdırdı.
Şəfiqə
ŞƏFA
Ədalət.-2015.-26 noyabr.-S.5.