ŞƏKİ: MƏDƏNİYYƏT VƏ TURİZM SEKTORUNUN MÜHÜM BAZASI

REGİON

 

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən saylarımızda)

Bu gün Şəki özünün ipəyi, eyni zamanda, halvası, noğulu, mindalı digər dadlı şirniyyatları ilə tanınır. Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bildirib ki, belə festivalların keçirilməsində əsas məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına nail olmaqdır. Bu festival təkcə Şəkinin deyil, ölkəmizin zəngin mətbəx mədəniyyətinin daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynayacaq.

Mərasimdə Fransanın Azərbaycandakı səfiri digər  iştirakçı ölkələrin təmsilçiləri  çıxış edərək belə festivalların xalqlar arasında dostluğu, sülhü mədəni əməkdaşlığı təbliğ etdiyini xüsusi vurğulayıblar.

Sonra tədbir iştirakçıları xarici ölkələrdən, həmçinin Azərbaycanın şəhər rayonlarından gəlmiş qənnadçıların əvvəlcədən hazırladıqları şirniyyat məhsulları ilə tanış olublar. İştirakçı ölkələrin milli mətbəxlərinə aid şirniyyat nümunələri, həmçinin Azərbaycan qənnadıçılarının hazırladıqları paxlava, fəsəlli, qatlama, noğul müxtəlif halvalar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Şəki qənnadçıları festivalda Şəki halvası, paxlava, qoz fındıq mindalı, barama şirni, noğul, bamiyə, qırmabadam geniş çeşiddə digər milli şirniyyat nümunələrini sərgiləyiblər. Korkunov adına "Moskva şokolad məktəbi"nin rəhbəri Yelena Suçkovanın sədrlik etdiyi 23 nəfərdən ibarət münsiflər heyətinin rəyinə əsasən, respublikamızın təmsilçiləri arasında Gəncə şəhərinin şirniyyatçıları birinci yeri tutublar. Şəki Zaqatala qənnadçıları ikinci, Ağdaş, Göyçay, Oğuz rayonları Naftalan şəhərinin təmsilçiləri isə üçüncü yerə layiq görülüblər. İştirakçı ölkələr arasında Rumıniya, Qazaxıstan Fransa təmsilçiləri birinci yeri tutaraq festivalın qızıl medallarına Azərbaycan Milli Kulinariya Mərkəzinin kubokuna sahib çıxıblar. İkinçi yeri Serbiya Rusiya təmsilçiləri, üçüncü yeri isə Moldova, Qırğızıstan Şimali Kipr Türk Cümhuriyyətinin qənnadıçıları tutublar. Şirniyyat sexləri arasında isə Şəkinin "Ələhməd şirniyyat evi" birinci yerə layiq görülüb. Bundan əlavə, Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən Şəki şəhəri Azərbaycanın ənənəvi şirniyyat paytaxtı elan edilib bununla bağlı diplom şəhər rəhbərliyinə təqdim olunub. Festivalda Şəkinin musiqi kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.

Avqustun 22-də Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhərində növbəti beynəlxalq tədbir - "Nağara-2015" Beynəlxalq Zərb Alətləri Festivalının açılışı olmuşdur. Mədəniyyət Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti "ALMUS Prodiction" şirkətinin təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran Özbəkistandan məşhur ifaçılar iştirak etmişlər. Festivalda ölkəmizi "Natiq ritm" qrupu təmsil etmişdir. Azərbaycanda, eləcə Qafqazda ilk dəfə olaraq reallaşan bu musiqi bayramı avqustun 26-dək davam etmişdir. Festivalda Özbəkistanın "Abbos", İranın Lian, Türkiyənin "Harem" qrupları da iştirak etmişlər. Həmin qrupların aparıcı musiqiçiləri tərəfindən ustad dərsləri keçirilmişdir.

Avqustun 28-də Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan festivallar şəhəri kimi tanınan Şəkidə növbəti beynəlxalq tədbir - IV Beynəlxalq Qafqaz Motofestivalı keçirilmişdir. "Harley Davidson" "Baku HOG Azerbaijan", Şəki Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Turizm Nazirliyi, Gənclər İdman Nazirliyi Çingiz Mustafayev Fondunun birgə təşkilatçılığı ilə keçirilən festivalda dünyanın müxtəlif ölkələrindən gələn baykerlər iştirak etmişlər. Dünya şöhrətli "Beatles" "Lady Qaqa" qruplarının "tribute"larının çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Festival  "Natiq ritm" qrupunun çıxışı ilə başa çatıb.

Avqustun 29-da Qəbələdə keçirilən III Beynəlxalq Mürəbbə Festivalında Şəkinin şirniyyatçıları qənnadı ustaları da, habelə xalq tətbiqi sənəti ilə məşğul olan el sənətkarları da təmsil olunmuşlar. Festivalda ölkəmizin ayrı-ayrı bölgələri ilə yanaşı Türkiyənin, İranın, Qırğızıstanın, Çuvaşiya Yakutiyadan da qənnadı ustaları iştirak etmişdir. Şəkinin qənnadı ustaları festivalda uğurla iştirak edərək baş mükafata - qızıl medala layiq görülmüşlər.

 

Müasirləşən infrastruktur da xüsusi əhəmiyyət

kəsb edir

 

Hazırda Şəkidə 20 mehmanxana mehmanxana tipli obyektlər vardır.

Mehmanxana mehmanxana tipli turist obyektlərinin hamısında restoran, kafe, bəzilərində isə bar mövcuddur.  Bunlarla yanaşı, şəhərdə geniş restoran kafelər vardır. Onlardan "Çələbixan", "Soyuqbulaq", "Qurcana", "Qaqarin", "Xan bağı", "Karvan", "Məkan", "Arzu", "Ləziz", "Qırxbulaq", "Sahil", "İdeal", "Min bir gecə", "Sərin ada" s. restoran kafeləri, habelə Şəki şirniyyatı zəngin çeşiddə mürəbbələr təklif olunan çoxlu sayda "Çay evləri" vardır.

Şəkidəki dağ kəndlərinin ətəklərində kifayət qədər qaynama suları çeşmələr vardır. Bunlar əsasən yay aylarında çıxır. Onlardan aşağıda adları qeyd edilənlər  xalq arasında daha məhşurdur:

- "İsitmə bulağı" (şəhərin "Yuxarıbaş" Tarix-Memarlıq Qoruğunun şimal sərhəddində)

- "Qaranlıq dərə"  (Baş Zəyzid kəndi ərazisində)

- "Taclıq suyu" (şəhərin şimali-şərqindəki dağ massivində)

- "Nöyül bulağı" (şəhərin dağdibi hissəsində)

- "Soyuqbulaq" (şəhərin şimal hissəsində)

- "Kükürdlü bulaq" (Cunud kəndindəki dağ massivində)

Hazırda yaşıl turizmin (kənd turizminin) coğrafiyası genişlənməkdədir. Şəkinin əsasən dağətəyi kənd yaşayış məntəqələrində turistləri qəbul etmək onlara normal xidmət göstərmək üçün 40-a yaxın ev vardır. Yaxın perspektivdə ovçuluq turizminin infrastrukturunun yaradılması ilə bağlı təşkilati əməli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Mədəni-maarif müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması onların təyinatı üzrə ən zəruru inventar avadanlıqlarla təchizatı yönümündə təşkilati əməli tədbirlər görülmüşdür. Mədəni-maarif müəssisələri çoxlu sayda kompüter dəstləri, şkaf, kitab rəfi, stol, stul, pərdə, kovralit digər bərk yumşaq inventarlarla təchiz edilmişdir.  

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2015.-2 0ktyabr.-S.3.