ÜMUMTƏHSİL
SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ
REGİON
"... Əlbəttə,
Azərbaycanda elmə, təhsilə göstərilən diqqət
mütləq öz nəticəsini verəcək.
Bizdə savadlılıq yüksək səviyyədədir,
savadsız insan yoxdur.
Bu, böyük üstünlüyümüzdür. Ancaq bu gün
yeni texnologiyalar tətbiq
olunur. Uşaqlar da bunu bilməlidirlər. Elmin, təhsilin inkişafı ölkəmizin
dayanıqlı inkişafını təmin edəcək.
".
Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev
(mövzu
əsasında XXVIII yazı)
Cəmiyyətin
hərəkətverici qüvvəsi
Bütün dövrlərdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından və onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olmuşdur. Cəmiyyətin tələbatı təhsilin inkişafını sürətləndirmiş, elmi və texnoloji nailiyyətlər isə təhsil sistemi qarşısında daha mürəkkəb vəzifələr qoymuşdur. Qloballaşmanın geniş vüsət aldığı hazırkı mərhələdə, informasiya cəmiyyətində sosial-iqtisadi fəaliyyət sahələrindəki rəqabətin gücləndiyi, habelə təbi resursların tədricən tükəndiyi bir vaxtda təhsilin rolu artmaqdadır. Yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inıkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu mühüm əhəmiyyət kəsb edir. Təbii, burada təhsilin bütün mərhələlərinin ümumi məzmunu nəzərdə tutulur.
Mühüm istiqamətlər
Artıq inamla demək mümkündür ki, Azərbaycan təhsili də hərtərəfli inkişafa doğru geniş istiqamət götürmüşdür. Bu gün Azərbaycan həm regionun, həm də Avropanın siyasi cəhətdən stabil ölkəsinə çevrilmişdir. Azərbaycanın bütün sahələrində sürətli inkişafı ölkə Prezidenti İlham Əliyevin yeni idarəetmə modeli sayəsində mümkün olmuşdur. Məhz bunun nəticəsidir ki, son dövrlər Azərbaycanda təhsilin arzuolunan inkişafı diqqət çəkir. Qəbul olunmuş çoxistiqamətli proqramların reallaşması nəticəsində təhsilin müasir tələblər səviyyəsində qurulması və məzmununun yeniləşdirilməsi, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni modellər və mexanizmlərin tətbiqi, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və başqa sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.
Şəkidə təhsilin inkişafı xüsusi diqqət mərkəzindədir
Bütün bunlar və təhsilin digər strateji istiqamətləri Şəki rayonunda da xüsusi diqqət mərkəzindədir. Rayon rəhbərliyi özünəməxsus ənənələri olan Şəki təhsil sisteminin daha böyük uğurlar qazanması üçün effektiv tədbirlər həyata keçirir. Elə rayon təhsil şöbəsinin müdiri Südabər İsmayılova da həmişə Təhsil Nazirliyinin və rayon rəhbərliyinin qayğı və diqqətinə cavab olaraq pedaqoji kollektivlərin səmərəli fəaliyyətindən inamla danışır.
Uğurlu nəticələrlə...
Bu yaxınlarda yeni dərs ilinin başlanmasına həsr olunmuş ümumrayon tədbirində ətraflı məruzə ilə çıxış edən S.İsmayılova demişdir:
- Ulu öndər Heydər Əliyevin əsasının qoyduğu siyasi kursun davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri olan təhsilimizi yeniləşdirmək, müasirləşdirmək, dünya təhsil məkanına inteqrasiya etmək üçün mühüm addımlar atılması bu ilin də leytmotivi olmuşdur. Mən bu bayram münasibətilə pedaqoji ictimaiyyəti, xüsusilə bu il tələbə olan məzunların valideynlərini, yaxınlarını bir daha təbrik edirəm.
2014-2015-ci dərs ilində Şəkidə 98
ümumtəhsil məktəbi fəaliyyət göstərmişdir.
Bunlardan 72-si tam orta,
22-si ümumi orta,
4-ü ibtidai məktəbdir. Bu məktəblərdə 23359 nəfər
şagird təhsilə
cəlb edilmişdir.
Dərs ilinin sonunda 23113 nəfər sinifdən sinfə keçmiş və ya məktəbi
bitirmişdir.
Məlumdur ki, orta ümumtəhsil
yeganı təhsil pilləsidir ki, bütün insanlar buradan keçməli olur, gələcək həyatını bu təhsil vasitəsilə müəyyənləşdirir. Əgər bu
zaman tələbyönümlük,
şəxsiyyətyönümlük və vətənpərvərlik
istiqamətində nəticələr
müsbətdirsə uğurlar
rəqəmlərdə öz
əksini tapır.
Adətən təhsil sahəsində aparılan işlərin
son nəticəsi üç
meyar üzrə birləşdirilib qiymətləndirilir.
1. İstedadlı
şagirdlərin üzə
çıxarılması, onların yaradıcılıq
potensialının inkişaf
etdirilməsinə stimul
verən fənn olimpiadalarının yekunu.
2. Şagirdlərin
baza təhsili üzrə yekun attestasiyaların, buraxılış
imtahanlarının nəticələri.
3. Məzunların
sonrakı təhsili, ali məktəblərə
qəbul.
İstedadlı şagirdlərin üzə
çıxarılması, onların yaradıcılıq
potensialının inkişaf
itdirilməsinə stimul
verən olimpiadalara bu ildən artıq
Təhsil Nazirinin 12 dekabr 2014-cü il
tarixli 1256¹-li əmrinə uyğun olaraq yeni qaydalarla
keçirilmiş və
cəmiyyət tərəfindən
yüksək qiymətləndirilmişdir.
Fənn
olimpiadalarının rayon turunda
605 nəfər şagird
iştirak etmiş, yarımfinalda normativə uyğun olaraq yüksək nəticə
göstərən 72 nəfər
əvəzinə 78 nəfər
iştirak hüququ qazanmış, onlardan 48 nəfəri I-II-III yerləri
tutmuş, I yeri tutan 17 nəfər Respublika turunda müvəffəqiyyət qazanaraq
8 nəfər gümüş
və bürünc medalla təltif olunaraq 9 nəfərə sertifikat verilmişdir. Respublika və beynəlxalq miqyaslı yarış və müsabiqələrdə iştirak
hüququ qazanmış
91 nəfər şagirddən
60 nəfəri qaliblər
sırasındadır ki,
bu da keçən
ilin müvafiq rəqəmlərindən 2 dəfə
çoxdur.
Qeyd etməliyəm ki, IX-XI siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq
fəaliyyətinin stimullaşdırılması
məqsədilə Təhsil
Nazirinin əmri ilə keçirilən
"Sabahın alimləri"
Respublika müsabiqəsində
rayonumuz respublika üzrə ən çox, yəni 16 şagird 10 layihə ilə təmsil olunmuşdur. İki nəfər gümüş
medal, 14 nəfər isə
sertifikata layiq görülmüşdür.
(ardı
gələn sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2015.-6 oktyabr.-S.3.