ÜMUMTƏHSİL SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ

REGİON

 

"Bizim güclü iqtisadiyyatımız, güclü siyasi iradəmiz və bu gün dövlətimizin inkişafında öz rolunu oynayan gözəl gənclərimiz var. Bizim gənclərimiz vətənpərvər olmalıdırlar və milli ruhda tərbiyə almalıdırlar".

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

(mövzu əsasında XXVIII yazı)

 

(əvvəli ötən sayımızda)

 

Bu il Respublika səviyyəli olimpiada, yarış və müsabiqələrdə iştirak edən məktəblərin coğrafiyası genişlənməkdədir.

"Sabahın alimləri", "Həyat bilgisi və maliyyə savadlılığı", "Bu günün qənaəti sabahın təminatıdır", "Mütaliə vərdişlərinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı kreativ düşüncə", "Biz narkomaniyaya yox deyirik" adlı yarış və müsabiqələrdə 70-dən çox məktəbin şagirdləri iştirak etmişlər. 2014-2015-ci dərs ilində respublika və beynəlxalq miqyaslı olimpiada, yarış və müsabiqə qalibləri Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən ictimaiyyətə təqdim olunaraq mükafatlandırılmışlar.

Bu il həm də Azərbaycanın XX əsrdə dövlət müstəqilliyinin bərpa edilməsinin xalqımızın böyük nailiyyətinin - Müasir Azərbaycan Tarixinin şagirdlərə öyrədilməsi sahəsində görülmüş işlər böyük əhəmiyyət kəsb edir. Belə ki, 2014-cü ilin noyabr ayından 2015-ci ilin may ayının axırına qədər ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə dərsdən sonrakı məşğələlər kimi Müstəqil Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzular üzrə dərslər böyük müvəffəqiyyətlə keçmişdir.

Elmi-metodiki hazırlığı ilə fərqlənən 11 nəfər tarix müəllimi seçilmiş, keçirilən seminarda dərslərin təşkilinin məqsəd və mahiyyəti izah olunmuş, Təhsil Nazirliyi tərəfindən göndərilmiş tövsiyə və tezislər onlara izah olunmuşdur.

Müəllimlərimizdən Bəşarət Yusifovun, Anar Məmmədovun, Cəsarət Abdullayevin, Nəzakət Hüseynovanın, Rəhman Yusifovun, Pənah Alxasovun keçdiyi dərslər məlumatlılıq səviyyəsinə, şagirdlərlə canlı ünsiyyətdə olmasına, jiaqnostik araşdırmaların aparılması nəticəsində şagirdlərin kifayət qədər məlumatlı olmadığı sahələr üzrə daha çox diqqət yetirilməsinə, mövzuların tədrisində texniki təlim vasitələrindən bacarıqla istifadə edilməsinə görə xüsusilə fərqlənmişdir.

"Kanal S" televiziyasında Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə təşkil olunan "Bilik Xəzinəsi" yarışmasında, "Biz müasir Azərbaycan tarixini öyrənirik" adlı müsabiqə keçirilmiş, qaliblər mükafatlandırılmışdır.

Məlum olduğu kimi, Təhsil Nazirliyinin əmri ilə respublikanın bir sıra ümumtəhsil məkətəblərində, o cümlədən Şəki Şəhər 19 №-li tam orta məktəbdə xüsusi istedadı olan şagirdlər müsabiqə yolu ilə seçilmişonlar üçün xüsusi sinif açılmışdır. Bu dərs ilində həmin məktəbdə fəaliyyət göstərən VI-VIII "İstedad" sinfində Azərbaycan diliriyaziyyatdan şagirdlərin bilikləri müxtəlif kriteriyalar üzrə yoxlanılmış, nəticələr sevindirici olmuşdur.

 

Yekunlar və gələcəyə baxış

 

Dərs ilinin yekunlarına görə, 1768 nəfər attestat, 1983 nəfər əsas təhsil haqqında şəhadətnamə almışdır. 9 nəfər IX sinif məzunu imtahandan azad edildiyibiliyi qiymətləndirilmədiyi üçün imtahana buraxılmamışdır.

Attestatlarda 11 fənn üzrə yekun qiymətləndirmənin TQDK tərəfindən aparıldığını nəzərə alsaq məzunlardan 174 nəfərinin attestat qiymətlərinin tam 5 olması fərəh doğurmaya bilməz. Qeyd edim ki, bu məzunların sayı keçən il 145 nəfər idi. 662 nəfər məzunumuzun isə attestat qiymətləri tam 4 və 5-dir. Halbuki, keçən il bu say 601 nəfər idi. IX sinfi qurtaran şagirdlərdən 245 nəfərin şəhadətnamə qiymətii tam 5-dir. Keçən il bu rəqəm 196 nəfər olmuşdur.

Buraxılış imtahanlarının yekunlarına görə 42 məktəbin nəticələri 70%-dən, 25 məktəbin nəticələri 80%-dən yuxarıdır. Qeyd edim ki, əla qiymətlə attestat alan şagirdlərin hamısı yüksək balla ali məktəblərə qəbul olunmuşlar. Deməli, məktəbdə onlara verilmiş qiymətlər özünü doğrultmuşdur. Ümumiyyətlə əla qiymətlə attestat alan şagirdlər 57 məktəbin məzunlarıdır. 91 nəfər xüsusi nümunəli şəhadətnamə, 3 nəfər qızıl, 1 nəfər gümüş medal almışdır.

Lakin bu uğurlar pedaqoji ictimaiyyəti və valideynləri arxayın salmamalıdır. Məktəb rəhbərləri, fənn müəllimləri, şagirdlər və valideynlər nəzərə almalıdırlar ki, buraxılış imtahanlarında hər il müxtəlif dəyişikliklər olur, təklif olunan test tapşırıqlarının çətinlik dərəcəsi ildən ilə artır, məntiqi mühakimə tələb edən test tapşırıqlarına daha çox üstünlük verilir. Bildiyimiz kimi bu il IX sinifdə buraxılış imtahanlarına daha bir fənn ingilis dili əlavə olunmuşdur. Gələcəkdə bu fənlərin sayı artırıla da bilər.

 

Əsas göstəricilərdən

biri kimi...

 

Orta məktəblərin fəaliyyətinin qiymətləndirilməsinin əsas göstəricilərindən biriali məktəblərə qəbulda məzunların əldə etdiyi nəticələrdir. Çox yaxşı haldır ki, Şəkidə bir neçə ildir ki, TQDK-nın bütün qrupları üzrə qəbul imtahanları keçirilir. Respublika ictimaiyyətinin böyük maraqla izlədiyi qəbul imtahanları və abituriyentlərin ali məktəblərə yerləşməsi prosesi artıq başa çatmışdır.

2015-ci ildə Şəkinin ümumtəhsil məktəbələrini bitirmiş 1768 məzundan 1101 nəfəri ali məktəbə daxil olmaq üçün sənəd vermiş, onlardan 615 nəfəri artıq tələbə adını qazanmışdır. Bu məzunlardan 145 nəfəri 500 baldan yuxarı, 61 nəfəri 600 baldan yuxarı nəticə göstərənlərdir. Məzunlarımızın ən çox seçdikləri ali məktəblər Azərbaycan Dövlət Tibb Universiteti, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Qafqaz Universitetisair nüfuzlu ali məktəblərdir.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət.-2015.-7 oktyabr.-S.3.