ÜMUMTƏHSİL
SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ
REGİON
(mövzu əsasında
XXVIII yazı)
"...Görülən
işlər ictimaiyyəti daha da ruhlandırır, böyük
işlərə sövq edir
ki, biz ölkəmizi daha da gücləndirək,
daha da zənginləşdirək,
insanlar rifah, sülh, təhlükəsizlik içərisində
daha da yaxşı
yaşasınlar və bundan sonra da dinamik inkişaf təmin
edilsin".
Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev
(əvvəli
ötən saylarımızda)
Sevinc hissi ilə bir faktı da qeyd edim ki, məzunlarla aparılan peşəyönümü işinin məntiqi nəticəsi kimi ali məktəblərə qəbul edilən məzunlardan xeyli hissəsi böyük həvəslə hərbi peşələri və aqrar sahədəki ehtiyac nəzərə alınaraq Azərbaycan Aqrar Universitetini seçmişlər.
600-dən yuxarı bal toplayanlar Şəkinin 31 məktəbinin, 500 baldan yuxarı nəticə göstərənlər 51 məktəbin məzunlarıdır. Ali məktəblərə qəbula görə reytinq cədvəlində şəhər 7 ¹-li tam orta məktəb, 11¹-li tam orta məktəb, 21¹-li tam orta məktəb, Baş Zəyzid kənd tam orta məktəb, Kiş kənd H.Əliyev adına 1¹-li tam orta məktəbləri xüsusi yer tutmuşdur.
Müasir metodlara üstünlük...
Ötən dərs ilində müəllimlərin bacarıqlarının artırılmasında mühüm əhəmiyyət kəsb edən ixtisasartırma sahəsində də bəzi işlər görülmüşdür. 16 kateqoriya üzrə 450 nəfər müəllim ixtisasartırma kursundan keçərək müvafiq bacarıqlara yiyələnmişdir.
"İstedadlı gənc müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsi və stimullaşdırılması tədbirləri haqqında" Təhsil Nazirliyinin müvafiq əmrinin icrası ilə bağlı ümumtəhsil məktəbləri üzrə yaşı 36-dək olan gənc müəllimlərin müəyyən olunmuş forma üzrə "Məlumat bankı" yaradılmışdır. Gənc müəllimlərin fənlər üzrə bilikləri yaradılmış, onlarla müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılmışdır. İstedadlı gənc müəllimlərin ixtisasının artırılması və təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görülür, açıq dərslər, seminarlar keçirilir, təcrübə mübadilələri aparılır. Artıq rayonumuzun müəllimləri Respublika və Beynəlxalq səviyyəli treninq və yığıncaqlarda iştirak edirlər.
İl ərzində üç məktəb - 7 ¹-li, 8 ¹-li, və 18 ¹-li tam orta məktəblər Respublika Prezidentinin sərəncamı ilə "İlin ən yaxşı məktəbi", 2 nəfər müəllim - Aynurə İsmayılova 5 ¹-li tam orta məktəb və Əliyeva Ülkər 8 ¹-li tam orta məktəb "İlin ən yaxşı müəllimi adına layiq görülmüşlər.
2015-2016-cı dərs ilində ibtidai, V-VIII siniflərdə dərs deyəcək 700 nəfər müəllimin 15 fənn üzrə kurrikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən təlim kurslarında iştirakı təmin edilmiş və həmin müəllimlərə müvafiq sertifikat verilmişdir.
Respublika və
beynəlxalq
miqyaslı
tədbirlərin
əhəmiyyəti
Bu gün bir çox beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi məkanına çevrilən Şəkinin təhsilinə də hörmət və qayğının təzahürüdür ki, təhsilə həsr edilmiş bütün zona tədbirləri bu il də Şəkidə keçirilmişdir. Buna Rusiya səfirliyinin keçirdiyi rus dili olimpiadasını, fənn olimpiadalarını, eləcə də məktəblilərin 47-ci Beynəlxalq kimya olimpiadasının zona turunu misal göstərmək olar.
İl müddətində bir neçə dəfə "kurrikulum, nailiyyətlər, problemlər" mövzusunda dəyirmi masalar təşkil edilmiş, səmərəli müzakirələr aparılmışdır.
Rayonda Təhsil Nazirliyi ilə Təhsil Problemləri İnstitutunun birgə zona seminar müşavirəsi keçirilmişdir.
Müasir həyatımızın bütün sahələrinin getdikcə informasiyalaşması elə bir vəziyyət yaratmışdır ki, informasiyaları yaradanlar deyil, bu informasiyalardan çevik istifadə edənlər daha çox inkişaf edirlər. İKT sahəsində savadlığın dövlətə nisbəti təmin edilmişdir. 7 məktəbdə linqofon kabinetləri quraşdırılmışdır. Aparıcı fənlər üzrə elektron təlim materialları məktəblərə çatdırılmışdır. Rayonda 35 məktəb internet xəttinə qoşulmuş, 22 məktəbə internet xətləri çəkilmişdir.
Hər il olduğu kimi, 2015-ci ildə də məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsi, gənclərin çağırışaqədərki hazırlığı və kütləvi idman sahələrində məktəbdənkənar müəssisələrdə bir çox tədbirlər həyata keçirilmişdir. Lakin hələ də bir çox məktəblərimizin idman zalına və təchiz olunmuş hərbi kabinetlərə məktəbdənkənar müəssisələrin maddi bazasının möhkəmləndirilməsinə ehtiyacı var.
Bildiyimiz kimi təhsil müəssisələrinin tikintisi və maddi-texniki bazanın daim inkişaf etdirilməsi prioritet məsələ kimi daim qarşıda durur və bu il bu sahədəki işlər görünməmiş vüsət almışdır. Bütün bunlara görə biz təhsil işçiləri Respublika Prezidenti cənab İlham Əliyevə, təhsil nazirimizə, Şəkidə təhsilə qayğı ilə yanaşan icra başçımıza minnətdarıq. Təkcə son 3 ildə rayonumuzda 25-ə yaxın məktəb yenidən tikilmiş və ya əsaslı təmir edilmişdir.
Yeni dərs ili qarşımıza yeni vəzifələr qoyur. Təlim prosesinin səmərə və keyfiyyətinin artırılması, sağlam iş şəraitinin yaradılması, yüksək uğurları ilə fərqlənən məktəblərin sayının çoxaldılması mühüm məsələlərdəndir. Bunun üçün hər bir pedaqoji kollektiv köhnə təsəvvür və təfəkkür tərzindən yaxa qurtarmalı, yenilikləri, İKT-ni qəbul etməli, vəzifə məsuliyyəti və təşkilatçılıq qabiliyyətini vahid məqsəd ətrafında səfərbər etməyi bacarmalıdır.
Hər bir məktəb qəbul etdiyi nizamnaməsindən irəli gələn vəzifələri yerinə yetirməlidir. Valideyn-məktəb assosiasiyalarının işi canlandırılmalıdır. Problemlərin aradan qaldırılması istiqamətində təsirli tədbirlərin görülməsi, məzmun islahatları sahəsində yeni kurrikulumların tətbiqi prosesinin müntəzəm nəzarətdə saxlanılması qarşıda duran vəzifələr sırasındadır.g
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2015.-8 oktyabr.-S.3.