ZAQATALA: ƏN UCQAR DAĞ KƏNDLƏRİ DƏ...

REGİON

 

AzƏrbaycan RespublikasınıPrezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

"Azərbaycanın bugünkü inkişafı, Azərbaycandakı bugünkü həyat səviyyəsi bizim gördüyümüz böyüişlərdən xəbəverir. Biz hamımız birlikdə Azərbaycanı daha da gözəlləşdirmək və Azərbaycan insanının bütün problemlərini çözmək üçün əlbir olmalıyıq.Məhz bizim birliyimiz digər problemlərimizin də tezliklə aradan qaldırılmasına öz töhfəsini verəcək".

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

 

Nikbin olmağa

ruhlandıran səbəblər

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin bütün istiqamətlər üzrə inkişafına göstərdiyi qayğı və diqqət göz önündədir. Cənab Prezident hələ ötən ilin yekunlarını şərh edərkən bütün dünyanı bürüyən iqtisadi böhranların ölkəmizdəqarşısının alınmasının yollarını da göstərərək bizi nikbin olmağa ruhlandırdı. O, Dövlət Proqramının tərkibi olaraq bir sıra sosial-iqtisadi məsələlərin həmişəki kimi davam etdiriləcəyini də vurğuladı. Doğrudan da biz hər gün yalnız inkişaflardan, yeniliklərdən söhbətaçır və haqlı qürur hissi keçiririk.

İnkişafın yüksək göstəriciləri ilə diqqəti cəlb edən rayonlarımızdan biri də şübhəsiz, Zaqataladır. Burada təkcə rayon mərkəzinin, Zaqatala şəhərinin inkişafı deyil, bütövlükdə rayonun bütün qəsəbə və kəndlərinin də uğurları sevinc bəxş edir. Rayonrəhbərliyinin düzgün və sistemli iş üslubu ən ucqar kəndlərin də sosial-mədəni problemlərinin həllində mühüm rol oynayır. Rayonun Dağlı kəndlərində də belədir.

 

Dövlət Proqramları  sistemli  üslubu

 

Dağlı kəndinə rayon icra hakimiyyətinə məxsus işçisi Nizami Abdullayevlə birlikdə gedirik. Öyrənirəm ki, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə elə keçən ayın əvvəllərində bu kənddə olub. Camaatla görüşü zamanı kənd ağsaqqallarıvə ziyalıları, eləcə də gənclər göstərilən qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün bu inkişaf və yenilikləri nümayəndəliyin ərazisini gəzib tanış olduqca bir daha görür və sevinirsən. Burada görülən işlər, yeniliklər, təsərrüfat göstəriciləri və digər məqamlar barədə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Dağlı kənd inzibati ərazidairəsi üzrə nümayəndəsi Ömər Qarayev daha geniş məlumatlar verir. O, söhbətimiz zamanı deyir:

- İqtisadiyyatda əldə olunan nailiyyətlər dövlət büdcəsinin, əhalinin gəlirlərinin artmasına, sosial, mədəni, idman və digər sahələrdə yüksək inkişafa səbəb olur. iqtisadi uğurların davamlı olmasında həyata keçirilən siyasi islahatlar böyük əhəmiyyətə malikdir. O gün cənab başçının söylədiyi kimi, Azərbaycan Respublikasının Prezidenti məhz xalqın dəstəyinə arxalanaraq müstəqil siyasət apardığını qeyd etmişdir.

Hər bir Azərbaycan vətəndaşı kimi biz də bu yüksəlişi ürəkdən alqışlayırıq, vətənimizin iqtisadi qüdrətinin artmasına öz töhfəmizi verməyə çalışırıq. Rayonumuzda gedən iqtisadi inkişaf, tikinti-abadlıq və quruculuq işləri hamımızı sevindirir və bu işləringörülməsində az da olsa bizim nümayəndəliyin də əməyinin olması camaatımızı ruhlandırır.

 

Dağlar qoynunda

kənd

 

Öyrənirik ki, rayon icra hakimiyyəti başçısının Dağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 3 kəndi - Dağlı, Qalal və Qarqay kəndlərini əhatə edir. Nümayəndəliyin əhatə etdiyi kəndlərin ümumi ərazisi 1234 hektardır. Nümayəndəliyin kəndlərindəümumilikdə 3160 nəfər yaşayır.

Əhalinin əsas məşğuliyyəti maldarlıq  əkinçilikdir.

Nümayəndəliyin ərazisində 1 tam orta məktəb, 1 əsas məktəb, 1 kənd tibb məntəqəsi, 1 kənd mədəniyyət evi, 2 kənd klubu, eyni zamanda post şöbəsi, körpələr evi-uşaq bağçası, kənd kitabxanası və baytarlıq məntəqəsi  fəaliyyət göstərir.

Söhbətimiz zamanı Nizami Abdullayev əlavə məlumat verərək deyir ki, son illər Dağlı kənd nümayəndəliyində xeyli abadlıq-quruculuq işləri görülmüşdür. Dağlı kəndində 4 qrupu olan körpələr evi-uşaq bağçası əsaslı təmir edildikdən sonra müasir şəraitəuyğunlaşdırılmışdır. Bu kənddə yeni salınmış yaşayış massivinə 1050 metr məsafəyə yüksək keyfiyyətli su xətti çəkilmişdir. Müxtəlif yerlərdə 80 ədəd yeni elektrik dayaqları qurulmuşdur. 415 yerlik Dağlı kənd tam orta məktəbi əsaslı təmir olunmaqla əlavə 100yerlik tədris korpusu tikilmiş, müasir inventarlarla təchiz olunaraq istifadəyə verilmişdir. Eyni zamanda "AZKİL" layihəsi üzrə kənddə 1700 metr ara yolları əsaslı təmir olunmuşdur. Ucqar dağ kəndi olan Qarqayda əsas məktəb yenidən tikilərək istifadəyə verilmişdir.Ucqar dağ kəndləri Qarqay və Qalal bütünlüklə elektrik enerjisi ilə təmin olunmuşdur. Dağlı kəndində içməli suya olan tələbatın tam ödənilməsi üçün 2 ədəd əlavə artezian quyusu qazılmışdır. Kəndin mərkəzi küçələrinə yeni asfalt örtüyü salınmışdır.

Prezident qayğısının sevincləri

 

Əlavə olaraq qeyd etmək lazımdır ki, Dağlı kəndinin əvvəlki adı Əli Bayramlı əhalinin xahişi ilə dəyişdirilmişdir. Kənd əhalisi bu diqqətə görə ölkə rəhbərliyinə həmişə minnətdar olduğunu bildirir.

Göründüyü kimi, Zaqatalanın bir vaxtlar əlçatmaz görünən ən ucqar dağ kəndlərində də müasirləşmə istiqamətlərində xeyli işlər görülmüş və görülməkdədir. Bütün bunlar müstəqil Azərbaycan Respublikasının düzgün qurulmuş xarici və daxili siyasətininqələbələridir.

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2015.-10 oktyabr.-S.4.