ÜMUMTƏHSİL SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ

REGİON

 

 (mövzu əsasında XXVIX yazı)

"...Azərbaycan müasir dövlətdir, iqtisadiyyatımız bazar iqtisadiyyatı prinsipləri üzərində qurulubdur. Amma, eyni zamanda, biz sosial dövlətik. Sosial dövlət o deməkdir ki, insan amili, Azərbaycan vətəndaşı, onun maraqları, onun rifahı siyasətimizin mərkəzindədir".

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

Müstəqil Azərbaycanın tarixinə şərəfli səhifə kimi yazılan XXI yüzilliyin ilk illərindən indiyədək nəzər yetirərkən yaddaşımızda ölkədə uğurla həyata keçirilən güclü iqtisadi, sosial-mədəni tərəqqinin əzəmətli mənzərəsi canlanır. Bütün sahələrdə baş verən bu dinamik inkişafın mənbəyində Ulu öndər Heydər Əliyev tərəfindən düşünülmüş siyasət əsasında Prezident İlham Əliyevin uğurla davam etdirdiyi genişmiqyaslı islahatlar tədbirləri dayanır. Bu mənada təhsil sahəsində aparılan islahatlar xüsusi önəm daşıyır.

Təhsil sistemində aparılan islahatların əsas məqsədini mili kurrikulumun tələblərinə cavab verən, mili-mənəvi dəyərlərlə əsaslanan, beynəlxalq standartlara uyğuninkişaf etmiş ölkələrin təhsil sisteminə inteqrasiyası təşkil edir. Bu baxımdan Azərbaycan Respublikasının Təhsil Qanunu təhsil işçiləri qarşısında öz məsuliyyətlərini dərk edən, xalqın mili ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək kimi vəzifələr qoymuşdur.

 

Uğurların göstəricisi -

keyfiyyət

 

Özünəməxsus uğurlu ənənələri ilə tanınan və nümunə göstərən Qax təhsilində də belədir. Burada da yeni məktəblər tikilir, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlavə tədbirlər görülür. Qazanılan uğurlu nəticələr pedaqoji kollektivləri daha yüksək göstəricilərə ruhlandırır.

Qax Rayon Təhsil şöbəsinin müdiri M.Xasıyevlə söhbətimiz zamanı öyrənirik ki, kollektiv yeni dərs ilinə uğurla qədəm qoymuşdur. Uzun illərin təcrübəli pedaqoqu M.Xasıyev məlumat verərək bildirir ki, 2014-2015-ci dərs ilində rayonda 54 ümumtəhsil məktəbi, o cümlədən 30 tam orta, 17 ümumi orta, 7 ibtidai məktəb, 36 məktəbəqədər, 4 məktəbdənkənar tərbiyə müəssisəsi: Uşaq Gənclər Şahmat Məktəbi, Uşaq Gənclər İdman Məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi fəaliyyət göstərmişdir.

Rayonun məktəblərində oxuyan 6811 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1467 nəfər müəllim məşğul olmuşdur. Müəllimlərin 1162 nəfəri (79%) ali, 305 nəfəri (21%) orta ixtisas təhsillidir. Məktəbbənkənar tərbiyə müəssisələrində 1111 nəfər şagirdin dərsdən və məktəbdənkənar vaxtlarda istirahətinin səmərəli təşkili təmin edilmişdir. Bu müəssisələrdə pedaqoji işçilərin sayı 91 nəfərdir. Məktəbəqədər tərbiyə müəssisələrinə isə 1830 nəfər bağçasaylı uşaq cəlb edilmişdir.

Rayon məktəblərinin 45-də təlim Azərbaycan, altısında gürcü, birində Azərbaycan və rus, bir məktəbdə isə Azərbaycan, rusgürcü dillərində aparılmışdır. Bütün məktəblərdə dərslər bir növbədə keçirilmişdir. Rayon üzrə 32 məktəb birtipli layihə əsasında tikilmiş, 22 məktəb isə uyğunlaşdırılmış binalarda fəaliyyət göstərmişdir. Məktəbdənkənar tərbiyə müəssisəsinin dördundən ikisi birtipli layihə əsasında tikilmiş binalarda yerləşir.

2014-2015-ci dərs ilində rayonun şəhər 5 №-li tam orta məktəbi büdcə vəsaiti hesabına təmir edilmişdir. Hal-hazırda rayon şagirdlərinin 64,5 faizi (4395 nəfər) yeni inşa edilmişya əsaslı təmir olunmuş məktəblərdə təhsil alır. Dərs ilinin yekunlarına görə, 651 nəfər şagird I sinifdən II sinfə keçmiş, XI sinfi 670 nəfər bitirmişümumi orta təhsil haqqında şəhadətnamə almışdır. 506 nəfər şagird isə tam orta təhsil səviyyəsini başa vurmuş, onlardan 1 nəfəri tam orta təhsil haqqında xüsusi nümunəli (Qax şəhər 2 saylı məktəb-liseyin məzunu Əhmədova Lyubava Ramiz qızı qızıl medalla təltif edilmişdir), 505 nəfər məzun isə tam orta təhsil haqqında adi attestat almışdır. 4 nəfər şagird (Güllük tam orta - 1, Qıpçaq tam orta - 1, Qaratala - 2) proqramm materiallarını tam mənimsəmədikləri üçün təkrar sinifdə saxlanılmış, 16 nəfər şagird isə yay tədris tapşırığı almışdır. Rayon üzrə 6811 nəfər şagirdin biliyinə qiymət verilmiş, onlardan 2432 nəfəri (34,75%) dərs ilini "4" və "5" qiymətlərlə bitirmiş, 1035 nəfəri (15,2%) əlaçı olmuş, rayon üzrə müvəffəqiyyət 99,8%, keyfiyyət 50,9% olmuşdur.

Rayonun 3 məktəbində - şəhər 2 saylı məktəb-liyes, 3 saylı tam orta, Ləkit-Kötüklü kənd ümumi orta məktəblərində hazırlıq sinifləri təşkil edilmişdir. İcbari Təhsil Qanununun icrasını təmin etmək məqsədilə rayon ərazisində yaşayan 6-16 yaşlı uşaqların siyahısı dəqiqləşdirilmişdir. Məcburi köçkün ailələrindən olan 91 nəfər təhsillə əhatə olunmuşdur. 68 nəfər şagird isə xəstəliyi ilə əlaqədar fərdi təlimə cəlb edilmişdir. Rayonda üzürsüz səbəbdən təhsildən kənarda qalan şagird yoxdur. Dərs ilinin sonunda TQDK tərəfindən rayonun ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdləri ilə mərkəzləşmiş qaydada test buraxılış imtahanları keçirilmişdir. Keçirilmiş imtahanların nəticələri aşağıdakı kimi olmuşdur:

IX siniflərin buraxılış imtahanlarında 661 nəfər iştirak etmiş, ümumi müvəffəqiyyət 79,09% olmuşdur.

XI sinfilərin buraxılış imtahanlarında 506 nəfər iştirak etmiş, ümumi müvəffəqiyyət 87,52% olmuşdur.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun

maliyyƏ yardımı ilƏ

Ədalət.-2015.-13 oktyabr.-S.7.