ZAMANIN NƏBZİNİ TUTMAĞI BACARAN
ŞAİR
Rafiq Yusifoğlu,
şair, filologiya elmləri
doktoru,
professor
Vaqif İbrahimin özünü tanımamışdan qabaq onun adını
eşitmişəm. Səməd Vurğun
adına Mədəniyyət Sarayında Sumqayıt Ədəbi
birliyi fəaliyyət göstərirdi. Mən
tələbə idim, Bakıda, indiki Pedoqoji Universitetin filologiya
fakültəsinin birinci kursunda
oxuyurdum. Altıncı, bazar günləri çox
vaxt Sumqayıta - qohumlarımın
yanına gəlirdim. Ürəyim ədəbi həyata can atdığı bir məqamda
mənə dedilər ki, hər həftənin
altıncı günü Sumqayıtda
yaşayıb-yaradan yazı-pozu adamları bir
yerə toplaşır, öz təzə
şeirlərini oxuyur, müzakirə
edirlər.
Elə ilk gündən yazılarımı oxudum, diqqət hədəfinə çevrildim. İstedadlı qələm sahibləri ilə dostlaşdım. Elə həmin gün eşitdim ki, üzünü görmədiyim Vaqif İbrahim üzünü görmədiyim Əşrəf Şəfiyevə yaradıcılıq gecəsi keçirib. İndiki nöqteyi-nəzərdən yanaşsaq, bu, normal hadisədir. Ancaq o vaxt bunun birmənalı qarşılanmaması da təbii hal idi. Vaqif haqqında da, Əşrəf haqqında da kinayəli sözlər eşitdim. Mərhum bibim oğlu, texnika elmləri namizədi Sabir Abdullayev o vaxt mənə dedi ki, Vaqiflə eyni vaxtda Kimya Texnologiya Texnikumunda oxumuşuq. Çox istedadlı oğlandı. Vaqif də, Əşrəf də Ədəbi Birliyin məşğələlərinə gəlmədikləri üçün onlar haqqında belə sözlər deyirlər.
Nəhayət, bir gün Vaqif İbrahimin özü ilə tanış oldum. Fəhlə yataqxanalarının birində onun təzəcə çapdan çıxmış "::Ömür balladası":: kitabının müzakirəsi keçirilirdi. Balacaboy, çevik bir oğlan özünəməxsus bir ahənglə öz şeirlərini oxuyurdu. Doğrusu, elə o vaxtdan Vaqifin şeirlərini bəyəndim. Tədbirdən sonra Vaqiflə çox səmimi görüşdük, onu təbrik elədim. Vaqif təvazökarlıqla minnətdarlığını bildirdi. Dedi ki, gün o gün olsun ki, sənin də ilk kitabın işıq üzü görsün.
O zaman kitab çap etdirmək hər oğulun işi deyildi. İçində beş-altı şeir toplanmış bapbalaca, ":::Gənc şairin ilk kitabı"::: seriyasından çap olunan bu kitabçalara maraq böyük idi. Bütün qələm sahibləri belə bir kitabının çap olunmasını arzulayırdı.
Vaqif İbrahim şəhər radiosunda işləyirdi. Ona görə də onunla tez-tez görüşür, söhbətləşirdik. Şeirlərimi öz ifamda tez-tez səsləndirirdi Vaqif.
Sonralar ali məktəbi bitirəndən sonra mənim də taleyim Sumqayıtla bağlandı, Vaqiflə əlaqələrimiz gücləndi. Mən fəhlə yataqxanasında tərbiyəçi müəllim işləyəndə yataqxanada Vaqifin təşəbbüsü ilə çoxlu poeziya gecələri keçirdim. Tofiq Bayramla, Sərdar Əsədlə, Söhrab Tahirlə, İlyas Tapdıqla keçirdiyimiz görüşləri indi də xatırlayıram. Sonralar mən məktəbdə işləyəndə də Vaqifin köməyi ilə çox görüşlər keçirdik. Xalq şairi Rəsul Rza o vaxt görüşlərə getmirdi. Vaqifin vasitəsi ilə mənim ədəbiyyat müəllimi işlədəiyim 23 saylı məktəbdə Rəsul Rza ilə keçirdiyimiz görüş əsl poeziya bayramı idi. Sonralar Fikrət Qoca ilə, Elçinlə, Fikrət Sadıqla, Tofiq Mahmudla, Hikmət Ziya ilə, Cabir Novruzla keçirdiyimiz görüşlərin də təşəbbüskarı Vaqif idi. O, bütün varlığı ilə ədəbiyyatın təbliği ilə məşğul olurdu.
Vaqif çox işgüzar, təşəbbüskar idi. O, böyük çətinliklə Sumqayıtda Əli Kərim adına poeziya klubu açdırmağa nail oldu. Xalq şairi Rəsul Rzanın bu klubun fəxri sədri seçilməsi də çox əlamətdar hadisə idi. Şahmat klubunda poeziya klubunun açılışını da, "Dalğa"::: mehmanxanasında, şəhərin digər mədəniyyət obyektlərində keçirilən tədbirləri də çox yaxşı xatırlayıram. Sumqayıt Vaqif İbrahimin təşəbbüskarlığı sayəsində ədəbi mübarizə meydanına çevrilmişdi. Tez-tez görkəmli qələm sahiblərinin hüzurunda öz şeirlərimizi oxuyar, onların mülahizələrini dinləyərdik. Onu da qeyd edim ki, bütün bunlar gənc qələm sahiblərinin istedadının, ədəbi zövqünün formalaşmasında çox böyük rol oynayırdı. Vaqif civə kimi qaynayırdı. Onun sorağı tez-tez ümumittifaq poeziya festivallarından, BAM-dan gəlirdi. Artıq o, respublika səviyyəsində tanınırdı. Komsomol mükafatı laureatı adına layiq görülmüşdüg
Vaqif İbrahim bir müddət "::Ulduz":: jurnalında ədəbi işçi işlədi. Sonra tale onu ":::Göyərçin"::: jurnalına aparıb çıxardı. O, ömrünün sonuna qədər ":::Göyərçin"":: jurnalının məsul katibi vəzifəsində çalışdı. Bunun da nəticəsində onun yaradıcılığı yeni bir çalar, istiqamət aldı. Vaqif gözəl uşaq şeirləri yazmağa başladı, dünya uşaq ədəbiyyatından tərcümələr elədi və tezliklə sübuta yetirdi ki, bu sahədə də təsadüfi adam deyildir. Ancaq bütün bunlarla kifayətlənmədi. Gənc şairlərin Respublika Ədəbi Birliyini yaratdı. "Göyərçin" jurnalının redaksiyasında keçirilən tədbirlərdə respublikamızın çox görkəmli şair və yazıçıları gənc qələm sahibləri ilə ünsiyyətdə oldular, onlara ağıllı məsləhətlər verdilər. Mirzə İbrahimov, Rəsul Rza, Anar, Elçin, Əkrəm Əylisli və digər görkəmli qələm sahibləri ilə keçirilən görüşlər unudulmazdır. Vaqif İbrahimin ən böyük xidmətlərindən biri də bu idi ki, respublikamızın müxtəlif guşələrində yaşayıb yaradan istedadlı qələm sahiblərini bir-biri ilə tanış elədi, onların dostlaşmasına zəmin yaratdı. O vaxt Respublika Ədəbi Birliyinin üzvləri kimi fəaliyyət göstərən gənc yazıçaların əksəriyyəti indi ölkəmizin ən nüfuzlu qələm sahiblərinə çevriliblər.
Vaqif İbrahimin təşəbbüsü ilə gənc yazıçılar respublikamızın ayrı-ayrı rayonlarında oxucuların görüşünə gedirdilər. Bu xətlə mən də bir neçə rayonda - Lənkəranda, Astarada, Şəmkirdə yaradıcılıq ezamiyyətlərində olmuşam. Vaqif İbrahimin özü ilə Şəkiyə, Qaxa olan səfərlərimizi isə heç zaman unutmaram. Biz yeddi yoldaş idik: Vaqif İbrahim, mən, Əhməd Əsgər, Bəxtiyar Qaraca, Şamxal Rüstəm, Qadir Sultanov və Rasim Sadıqov. Mən soyuqladığım üçün bir az xəstə idim. Ona görə yola düşəndə zarafatla Səməd Vurğunun "Komsomol poeması"ndan bir parçanı deməyim hamının xoşuna gəldi:
Ayazlı, şaxtalı bir qış axşamı,
Yeddi yoldaş olub yola düzəldikg
Mənim Vaqif İbrahimi Bəxtiyar, özümü isə Şahsuvar adlandırmağımı da dostlarım təbəssümlə qarşılamışdılar. Vaqif əvvəlcə çox ciddi idi, hamıya nəzarət edir, heç kəsin artıq-əskik hərəkətinə imkan vermirdi. Lakin səfər zamanı hamımız bir-birimizə o qədər mehribanlaşdıq ki, gəl görəsən.
Qaxda görüşlərimiz maraqlı keçdi. Tədbirlərdə hamımız uğurlu çıxışlar elədik. Axşam isə İlisu kəndində görüşdə olmalıydıq. İlisunun çox gözəl, mənzərəli bir kənd olduğunu eşitdiyimdən, Vaqifi bir kənara çəkib dedim ki, elə elə ki, tədbirə axşam yox, gündüz gedək. Çünki axşam getsək, təbiətin gözəlliklərini görə bilməyəcəyik.
Vaqif mənim sözümü yerə salmadı. Səhərisi gün İlisuya yola düşdük. Hər tərəf bəmbəyaz qarla örtülmüşdü. Ulubaş dağı elə əzəmətli görünürdü ki... Vaqif mənə dedi:
-Rafiq, çox sağ ol ki, ağıllı məsləhət verdin. Yoxsa bu gözəlliyi görə bilməyəcəkdik...g
Nə yaxşı ki, o günləri istedadlı fotoqraf qardaşımız Rasim Sadıqov əbədiləşdirib... Qaxda qonaq evində mən tək bir otaqda qalırdım. Otaq soyuq idi. Ancaq pəncərədən elə gözəl mənzərə açılırdı ki, Rasimi çağırıb xahiş elədim ki, bu mənzərəni lentə köçürsün... İndi o şəkillərə baxanda Vaqiflə birlikdə keçirdiyimiz maraqlı günlər kino lenti kimi gözlərimiz önündə canlanır.
Şəkiyə axşam çatdıq. O qədər zarafatlaşmışdıq, lətifə danışmışdıq ki, Şəkidə doqquzmərtəbəli mehmanxananın olması da, mənə inandırıcı görünmədi. Axşam Vaqiflə bir otaqda qaldıq. Gecəyarıya qədər ordan-burdan söhbətləşdik, şeirdən, sənətdən danışdıq... Səhərisi gün də pedtexnikumda, uşaq evində görüşlərimiz oldu. Texnikumun direktoru Cəmil müəllim, uşaq evinin müdiri, bəstəkar Cavanşir Quliyevin anası Tavat xala bizi çox yaxşı, dərin hörmətlə qarşıladılar. O vaxt pedaqoji texnikumda müəllim işləyən mənim tələbə dostum Nizami Abbasov və onun dostları bizi qonaq elədilər. O qədər lətifə danışdıq, zarafatlaşdıq ki, qatara gecikdik. Yevlaxda da başımıza maraqlı hadisələr gəldig
Vaqif mənə dedi ki, deyəsən həddimi aşdım, uşaqlarla şit zarafatlar elədim. Toxtaqlıq verdim ki, Vaqif, narahat olma, hər şey gözəl idi... Şəkinin, Qaxın mənzərələrini seyr eləməyimiz də, Hacı Muradın qəbrinin üstünə getməyimiz də yaxşı yadımdadır. Avtobusda həmişə Vaqiflə yanaşı oturur və söhbət edirdik. Elə o zaman o mənə dedi ki, sənə bir sirr açım, ancaq öz aramızda qalsın. Səni "::Göyərçin":: jurnalına işə aparmaq istəyirlər. Əvvəlcədən səni xəbərdar eləyirəm ki, işini biləsən... Ancaq çox təəssüf ki, Vaqiflə birlikdə işləmək mənə qismət olmadı. Onun faciəli şəkildə vəfatından sonra Hikmət Ziya məsul katib oldu, məni isə şöbə müdiri vəzifəsinə işə qəbul elədilər...g
Vaqif çox işgüzar adam idi.
Bədii
yaradıcılığa xüsusi
diqqət yetirirdi.
Yazılarının üstündə çox ciddi şəkildə işləyir,
şeirlərini cilalayırdı.
Dünya və rus ədəbiyyatının
görkəmli nümunələrini
böyük səylə
mütaliə eləyir,
öyrənməyə çalışırdıg
Vaqif İbrahimin
"Vaxtla üz üzə" kitabı təzəcə çapdan
çıxmışdı. O, kitabı
mən bağışlayıb
məndən xahiş
elədi ki, onun haqqında bir şey yazım.
Şəhər qəzetində çap
elədiyim məqalə
Vaqifin çox xoşuna gəldi. Qələm dostumun ruhuna hörmət əlaməti
olaraq o yazının nöqtəsinə, vergülünə
toxunmadan burada vermək qərarına gəldim. Məqalə
də "Vaxtla üz-üzə" adlanırdı:
"::Sənət əsərlərinə əsl
qiyməti zaman verir. Bu baxımdan şair Vaqif İbrahimin öz yeni kitabını "::Vaxtla üz-üzə"::
adlandırması mənalıdır.
Kitabdakı şeirlərin altında
yazılmış ən
köhnə tarix 1962,
ən yeni tarix isə 1982-ci ildir. İyirmi illik yaradıcılıq yolu! İyirmi illik zəhmətin,
yaradıcılıq axtarışlarının,
sevincin, kədərin
- insan həyatının
poetik salnaməsi canlanır gözümüz
önündə. Şeirləri mütaliə edən həssas oxucu iyirmi ildə şairin söz-söz, misra-misra necə böyüdüyünü, onun
naşı qələminin
necə püxtələşdiyini
görməyə bilməz.
Bu iyirmi ildə
V.İbrahimin "Ömür
balladası", "Dünyanın
keşiyində". "Baykal-Amur
magistralında", "Fəsillər",
"Bu torpaqda doğulanlar",
"Mehribanlıq işığı"
kitabları çap olunub. Şair Respublika Lenin komsomolu mükafatı və M.Qorki adına
Ümumittifaq mükafatı
laureatı adına layiq görülüb. Onun şeirləri SSRI xalqlarının,
həmçinin ingilis,
fransız, ispan, çex, polyak və bolqar dillərinə tərcümə
edilib.
Vaqif İbrahimin
şeirlərində vətənpərvərlik
motivləri olduqca güclüdür. O, Vətəni,
xalqın igid oğullarını, qızlarını,
onların arzu və düşüncələrini,
Azərbaycanın füsünkar
təbiətini ümumi
sözlərlə tərənnüm
etmir. Vaqif hər şeirin
məzmununa uyğun
forma seçir, bədii
təsvir və ifadə vasitələrindən
məharətlə istifadə
etməyi bacarır.
Vətəni dərin məhəbbətlə
sevən, "Bizim kimliyimiz pasportdan deyil, bu xalqa,
vətənə istəyimizdən
bilinməlidir" - deyən,
ömrünü mənalı
keçirməyə çalışan,
"::Vətənə
göz dəyməsin
deyə onun başının üstündə
üzərlik kimi yanmağa hazır olan":: müasirlərimiz
V.İbrahimin əksər
şeirlərinin lirik
qəhrəmanı kimi
yadda qalır:
Biz də bu Vətənə
köməyə yetdik,
Göz açdıqg
Yaraşdıq şah vüqarına.
Biz onun ehtiyat saf
qanı idik,
Doğulduq -
Vurulduq damarlarına...
V.İbrahimin şeirlərində Nizaminin,
Nəsiminin, Füzulinin,
Babəkin... adları
tez-tez çəkilir. Şair öz
oxucularını məsləki,
əqidəsi yolunda canından keçən, öz əməlləri ilə Vətənin başını ucaldan insanlardan nümunə götürməyə çağırır.
Lakin yaxşı cəhətdir
ki, bu çağırışların
heç birində təmtaraq, ritorika yoxdur. Şair oxucu ilə
söhbətdə həmişə
sözün poetik gücünə arxalanır.
(ardı
var)
ədalət.-2015.-13 oktyabr.-S.6.