Fikrət Qocanın 80 illik yubileyi qeyd olunub

 

Azərbaycanın Xalq şairi Fikrət Qocanın 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Adalet.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasında keçirilən mərasimdə öncə Türkiyədə törədilmiş partlayış nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək şairin həyat yaradıcılığından söz açıb. Qeyd edib ki, Fikrət Qoca öz yaradıcılığında milli ədəbi-bədii ənənələrdən bəhrələnərək çağdaş problemləri, qayğıları, müasir dövrü, zamanın bədii lirikasını canlandırır. Şair həmçinin tarixə, keçmişə, milli-mənəvi dəyərlərə, qan yaddaşının oxunmamış səhifələrinə nəzər yetirir, vətənpərvərlik milli ruhda şeirlər, hekayələr qələmə alır: "Fikrət Qoca poeziyasının əsas qayəsi vətənpərvərlik, yurdsevərlikdir. Onun şeirlərində vətənə, insana, cəmiyyətə, təbiətə, sonsuz sevgi məhəbbət tərənnüm olunur. O, öz qələmi ilə xalqa, vətənə, müstəqil dövlətçiliyə xidmət edir".

Tədbirdə Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Azərbaycanın Rusiyadakı səfiri, tanınmış müğənni bəstəkar Polad Bülbüloğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar başqaları çıxış edərək ötən əsrin 60-cılar nəslinin bənzərsiz poetik axtarışları novatorluğu ilə daim seçilən nümayəndəsi Fikrət Qocanı dost olaraq əvəzsiz insan, fədakar ziyalı, fəlsəfi-intellektual təfəkkürə malik, milli, çağdaş ruhlu şair kimi xarakterizə ediblər.

Bildirilib ki, Fikrət Qoca "Qağayı", "Hamıya borcluyam", "Dənizdə ay çiməndə", "Od gəlini", "Yatmadığım gecələrdə", "Günlərin bir günü", "Gül ömrü", "İnsan xasiyyəti", "Ömürdən səhifələr", "Mavi dünyanın adamları", "Seçilmiş əsərləri", "Eldən-elə, dildən-dilə", "Sükutun səsi" digər kitabların müəllifidir. Ömrünün 80-ci payızını yaşayan, 60-cı illər şeirinin gözəl nümunələrini yaradan, şeirimizə bahar ovqatı gətirən Fikrət Qocanın sözlərinə yüzlərlə mahnı bəstələnib, əsərlərinə səhnə ömrü verilib, radiotamaşalar həsr edilib.

Fikrət Qocanın əsərləri oxucunu vətən millət haqqında düşünməyə vadar edir. Şairin vətənə həsr olunan şeirlərində bütövlükdə Azərbaycanın təkrarsız gözəllikləri, yurdumuzun igid, qəhrəman övladları, tariximizin şərəfli səhifələri poetik bir dillə vəsf olunur. 1990-cı il hadisələrindən, Qarabağ müharibəsindən, gənclərin qəhrəmanlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər", "Rəssam düşünür", "Taleyin ağır taleyi" əsərlərində həyatın acı, keşməkeşli üzü bədii boyalarla əks olunub.

Şairin, Prezident İlham Əliyevin Sərəncamı ilə 80 illik yubileyi ərəfəsində "Şərəf" ordeninə layiq görülməsini qələm dostları bütövlükdə sözə, ədəbiyyata verilən qiymət kimi dəyərləndiriblər.

Tədbirin təşkilatçılarına iştirakçılarına təşəkkür edən yubilyar yaradıcılığına verilən bu böyük qiymətə görə ölkə başçısına minnətdarlığını bildirib.

Sonda incəsənət ustalarının ifasında Fikrət Qocanın sözlərinə yazılmış mahnılarından ibarət konsert proqramı təqdim olunub.

 

Ədalət.-2015.-14 oktyabr.-S.8.