ÜMUMTƏHSİL SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ

REGİON

 

 (mövzu əsasında XXVIX yazı)

"... Azərbaycan bölgədə sabitlik, təhlükəsizlik adasıdır, inkişaf məkanıdır. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayırlar. Bu da bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Biz bunu qiymətləndirməliyik ölkəmizdə yaşayan bütün xalqlar arasında bu qardaşlığı, dostluğu daha da möhkəmləndirməliyik. Bu, bəlkə bizim ən böyük sərvətimizdir".

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

(əvvəli ötən saylarımızda)

 

"Şahin" hərbi idman oyununun zona mərhələsində şəhər 4 nömrəli tam orta məktəbin komandası I yeri qazanmış, respublika mərhələsində IV yerə layiq görülmüşdür.

Ölkə Prezidentinin sərəncamı ilə keçirilən "Ən yaxşı müəllim" respublika müsabiqəsində iştirak edən Qax şəhər 2 nömrəli məkiəb-liseyin coğrafiya müəllimi Razıyeva Zalxa Babaəfəndi qızı Qax şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Əzimova Nurlanə Cabrayıl qızı müsabiqə qalibi olmuşdur.

Keçən il gənc nəslin təlim-tərbiyəsində əldə etdiyi nailiyyətlərə görə Qax şəhər 2 nömrəli məktəb-liseyin Azərbaycan dili ədəbiyyatı müəllimi Gülbəniz Seyidova şəhər 4 nömrəli tam orta məktəbin kimya müəllimi Şirin Mahmudova respublikanın "Əməkdar müəllimi" fəxri adına layiq görülmüş, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Elina Əliyeva isə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

 

 

Zəngin irsin nümunəvi tətbiqi

 

Xalqımızın ümummilli lideri H.Əliyevin zəngin irsinin müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə Heydər Əliyev Mərkəzində rayonun tam orta məktəblərinin XI sinif şagirdlərinə "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu memarıdır", "Ümummilli lider H.Əliyev müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzuları üzrə təhsil şöbəsi tərəfindən hazırlanmış xüsusi qrafik əsasında tarix dərsləri tədris olunmuşdur. Rayonun 30 tam orta məktəbinin XI siniflərinin şagirdlərini əhatə edən dərslər yüksək mütəşəkkilliklə davam etmişdir. Rayonun yüksək peşəkarlığı, elmi-metodiki hazırlığı ilə fərqlənən təcrübəli müəllimləri tərəfindən tədris olunmuş bu dərslər gənc nəslin vətənə, xalqa, dövlətimizə, dövlətçiliyimizə, Ulu öndər H.Əliyevin ideyalarına sədaqət ruhunda tərbiyəsində mühüm rol oynamışdır.

Rayonun hüquq-mühafizə orqanları, səhiyyə işçiləri, ictimaiyyətin nümayəndələri ilə görüşlər, disputlar, söhbətlər, "dəyirmi masalar", gecələr təşkil edilmişdir.

Rayon təhsil şöbəsi ilboyu ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yüksəldilməsi məsələsini ciddi nəzarətdə saxlamışdır. Bu məqsədlə şagirdlərin bilik, bacarıq vərdişlərinin faktik vəziyyətini, habelə müəllimlərin elmi-nəzəri peşəkarlıq səviyyəsini aşkara çıxarmaq qiymətləndirmək məqsədilə rayonun Ağyazı, Qaxbaş kənd 1 saylı, Zərnə, Ləkit kənd tam, Ləkit-Kötüklü kənd ümumi orta, Amanlı, Tanqıt, Qazmalar kənd ibtidai məktəblərində frontal, eyni zamanda digər ümumtəhsil məktəblərində tematik yoxlamalar, sınaq imtahanları aparılmış, yerlərə reydlər təşkil olunmuş, şagirdlərin dərsə davamiyyəti yoxlanılmış, məktəb rəhbərləri tərəfindən dərs dinlənmənin vəziyyəti araşdırılmış, xarici dil müəllimlərinin monitorinqi keçirilmiş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün pedaqoji kollektivlərə əməli köməklik göstərilmişdir.

 

Məzunların uğurlu

göstəriciləri

 

Bu ilin tam orta məktəblərinin Azərbaycan rus bölmələrini bitirmiş 438 nəfər məzundan 276 (63%) nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmişdir. Bunlardan 175 nəfər ali məktəblərə qəbul olunmuşdur. Rayon üzrə 11 nəfər məzun 600-dən çox, 36 nəfər isə 500-700 arası bal toplamışdır.

Rayon üzrə qəbul olunma 63,4 %-ə bərabərdir. Qəbul prosesində rayonun 23 tam orta məktəbinin məzunları iştirak etmiş, Ağyazı Dəymədağlı kənd tam orta məktəblərindən sənəd verən, Zərnə kənd tam orta məktəbindən isə ali məktəblərə qəbul olunan olmamışdır. Şəhər 2,4, Tasmalı, Qorağan, Cəlayir, Baydarlı, Qıpçaq, Qaxbaş kənd 2 saylı tam orta məktəblərinin qəbul olunma faizi rayonun göstəricisindən yüksəkdir.

Yeni dərs ilinə

əvvəlcədən yüksək hazırlıq tədbirləri görülüb

 

Yeni dərs ilinə hazırlıqla əlaqədar rayonun təhsil müəssisələrində bir sıra işlər görülmüşdür. Bu məsələyə rayon təhsil şöbəsinin aprel ayında keçirilən şura iclasında baxılmış, geniş tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Yeni dərs ilinə hazırlıq işinə nəzarət etmək üçün təhsil şöbəsi müdirinin əmri ilə komissiya yaradılmış, təhsil şöbəsinin işçiləri bölgü əsasında məktəblərə təhkim olunmuşdur.

Ötən dərs ilində rayonun təhsil müəssisələrinin yeni dərs ilinə hazırlığı üçün (təmir üçün) 77 min manat dövlət vəsaiti ayrılmışdır. Həmin vəsait hesabına şəhər 5 №-li tam orta məktəbdə təmir işləri aparılmışdır. Rayonun ümumtəhsil məktəblərində yerli bələdiyyələrin köməkliyi ilə cari təmir işləri davam etdirilir. Sentyabr ayının 7-nə olan vəziyyətə görə rayonun 36 ümumi orta tam orta məktəbində ən zəruri təmin işləri görülmüşdür. Dərs ili başlananadək bütün müəssisələrdə cari təmir işlərinin başa çatdırılması təmin ediləcəkdir.

Məktəblərin yeni dərs ilinə nümunəvi hazırlığını təmin etmək məqsədilə Təhsil Nazirliyindən alınmış 140 adda 19025 ədəd dərslik bölgü əsasında yerlərə çatdırılır.

Məktəblərin pedaqoji kadrlara olan zəruri ehtiyacı barədə Təhsil Nazirliyinə sifariş verilmişdir. Artıq 10 nəfər müəllim yerdəyişmə müsabiqəsinin, 12 nəfər isə qəbul müsabiqəsinin nəticələrinə görə imtahanlardan yüksək bal toplayaraq vakant yerləri qazanmışdır.

 

Məzahir ƏHMƏDOĞLU

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

Ədalət.-2015.-15 oktyabr.-S.7.