AYAQQABISİLƏN
Allahverdi EMİNOV
O, bu gecə hansı ki, səhər açılmışdı, günəş dənizdən çıxmışdı, şəfəqləri dənizə süzülürdü. Üçüncü mərtəbədən baxanda, ətrafında heç bir bina, villa-filan yox idi, bəlkə də xəbərsiz sökülmüşdü; dənizə və günəşə boylandı. Kiçik balıq qayıqları xal kimi görünürdü, iri gəmilər ağayana görkəmini saxlamışdı. Adətən, O, bu vaxt oyanmırdı, dünən qonaqlar onu yormuşdu. Sonra banket verildi; qəbul olunan qanun idi. Bir də, yəqin ki, əsas səbəbi dolaşıq yuxu görməsiydi. O, qara rəngli rəsmi maşında sakit küçədə idman eləyirdi, əslində əylənirdi. Hərəkəti dayandırmışdılar, polislərin nəzarətində idi - haradansa uşaqlı qadın yola sarı yüyürürdü. Tifil qızcığaz anasının əlinnən tutub, güclə anasının yerişinə özünü çatdırırdı. Ani gördü, yanılmamışdı: anna və uşaq Ona sarı istiqamət almışdı. Bu anda ikiyə qarşı üç polis nəfəri qadını və uşağı ley quşu kimi qucaqlarına alıb, məsafədən qırdılar. Ana və bala müqavimət göstərirdisə, faydasızdı. Ana və bala artıq yox idi. Fikri ani dağıldı, maşın yolunu azdı, cəld əyləci basdı.
Mahalda sakitlikdi. Maşın sürətlə getmirdi, Özü tapşırmışdı. Bu maşın köhnə idi, yəni üç il əvvəlinkiydi. Təzəsini xaricdən gətirmişdilər. Ətrafı xeyli süzdü, dəniz qırılıb arxada qalmışdı. Mahalın qəsəbələriydi. Paytaxt-şəhərə çatmamışdı. Saat işləyirdi. Balalı ana qulaqlarında, lap içində qışqırır, ah-nalə eləyirdilər. Bu səsdə bir cümlə aydın çırpınırdı: "Qoyun Başçımla görüşüm. Buraxın məni. O, mərhəmətlidi, siz canavarsız". Qırmızı işıq yandı, sürücü əhəmiyyət vermədi. O:
- Niyə qırmızını keçdin? - dedi və son xəbərdarlığını elədi. - İnsan həyatıyla daha oynamazsan! Bu iş üçüncü dəfədir. Sürücünün beyni qatıq kimi qafada dağıldı, qırıq-qırıq parçalandı.
- Qara körpünü keçib bir yerdə saxlarsan!
Qarşıda məktəb vardı. Uşaqlar bir-bir, iki-bir əllərində açılmış çətirlər dəmir hasardan içəri girirdilər. Xadimə kiçik pilləkənin üstündə dayanmışdı. Uşaqları salamlayırdı. O, bu məktəbdə oxumamışdı, amma xəyalən illəri xatırladı, bir addım saxladı. Sürücü maşınnan düşmüşdü. Çiskin yağış küçələri isladrıdı, yarpaqlardan süzülürdü. Bu vaxt bir qız-şagird Ona yaxınlaşdı, çətiri sol əlinə aldı:
- Əmi, sizi yağış isladır, alın. Mən çatmışam
məktəbə, - dedi və çətiri qatladı.
Sürücü sürətli addımlarla
yaxınlaşdı və çətiri uzatdı.
- Sağ
ol qızım, - Əyilib qızı darvazaya tərəf
döndərdi.
Bayaqkı
iraddan allanmış sürücü donub qalmışdıg
- Mən
şəhəri piyada gəzəcəyəm. Məlumatlandırın
ki. - Tapşırığını verdi.
O, xeyli
vaxtdı Paytaxtı tək gəzməmişdi. Daima nəzarətdə olmuşdu. Kim Ona yaxınlaşırdı, firavanlıqdan
danışırdı. Bu səhər, səhərdən
də keçmişdi, narın yağış gec-tez güclənəcəkdi
və şəhərin palçıqlı, zibilli saatları
başlanacaqdı. İndi isə
payızın havası ağaclardan başlanırdı,
yarpaqların vəfasızlığından
başlanırdı. Üzü yola üz
tutan qədim binaların da payız zamanı gəlmişdi.
Uçurulurdu, onunla bahəm xatirələr də
əksi divarların altında qalırdı, elə oradaca
boğulurdu.
O, əyilib
ayaqqabısına baxdı, dabanları palçığa
bulanmışdı, xırda əzilmiş yarpaqlar
ovulmuşdu. Qara ayaqqabısını yağış
islatmışdı, təri üzünə
çıxmışdı: - Gərək ki, irəlidə
ayaqqabısilən kişi olmalıdı. Ötəndə bu küçə, gözümə
dəymişdi. - Ürəyinnən keçirdi və irəli
baxdı. Bu an iri yağış damcısı
çətirə dəyib dağıldı, çətiri
burdu, bir yarpaq uçub havada sərildi, ani müvazinətini
saxlayıb asfalta düşdü. Bir də
ürəyinnən keçirdi ki, yanılmamışdır.
Beş-altı addımnan sonra sağda divara
yapışmış, arxa söykəncəyi taxtalı
stulda kişini gördü. Yaşlı
idi, təxminən həmin ayaqqabısilənə
oxşayırdı. Salam verdi:
-
Olarmı oturum, - astadan dilləndi.
- Buyurun,
siz ilk müştərim olacaqsız.
- İki silgəci götürdü sağ və sol əlinə. Kişinin əllərinin
üst qırışı dolaşmışdı,
müştərinin nəzərinnən qaçmadı.
- İlk müştəridən çox şey
asılıdı. - Ayaqqabısilən astadan dedi. - Olur ayağı
sayalı, axşamacan işləyirəm, nəvələrim
sifətimnən hiss eləyirlər. Xoşlamıram
müştəriyə baxım, hər halda yağlı adam iki-üç manatınnan keçir, eləsi
var onluq atır, bir "sağ ol" da göndərir pulun
dalısınca.
Ayaqqabısilən
corabın bulaşmaması
üçün bəzi işləri də gördü. O,
hiss elədi, bu adam səliqəlidir,
cavanlığı zabitəli keçibdir. Cümlələri
səlisdir.
-
Zontikinizi vern divara söykəyim, rahat olun. - Səsində
kövrəklik duydu. Və bu səs onun yaddaşını
oyatdı, uzaq illərə apardı: "Səs
canlıdı, uşaqlar, mən dərsdə səsinizi
eşidəndə ruhlanıram, enerji alıram. Nə
yaxşı, mən bu peşəni seçmişəm.
Nə yaxşı, sizlər varsınız, siz
şagirdlərə dərs deyirəm". Bu sözləri tez-tez sinifdə səsləndirirdi
müəllimləri və hər dəfə də kövrəlirdi.
- Bu anda bir yarpaq onun qucağına düşdü və o
anda da diyirlənib ayaqqabısilənin dizi üstə qərarlaşdı.
Ayaqqabısilən silgəni saxladı, bir-birinə
yapışdırdı. Gülümsündü, səsi
boğazında ilişdi, kişi əlini
xirtdəyinə apardı. - Bağışlayın, asmam var, əl
çəkmir məndən, cavanlığımdandır. Bəzən bərk yapışırdı, dərsə
girmirdim, evdə də otura bilmirdim, düşünürdüm
uşaqlar indicə içəri girəcəklər,
"müəllim, bizi yetim qoyursuz?" deyəcəklər.
Meh gücləndi, çiskin yağış
özünü havada dolaşdırdı. Ayaqqabısilənin səsini
sanki qovub yaddaşına yerləşdirdilər:
"Balalarım, məni əvəz elədi filan müəllim,
onu incitmədiz ki. Sən ona suallar verməmiş
olmazsan. Gülümsündü müəllimi.
O dilləndi: "Sualsız keçinmək olar?" və
müəlliminin üzünə baxmışdı:
Darıxmışdıq, bir də xəstələnməyin.
Anam həkimdi, müəllim, icazə verin sizi
onun işlədiyi poliklinikaya aparım. Xahiş
edirəm. - Müəllim ömrü bu cür
keçir, - cavab verdi. Ayaqqabısilənin
əllərinin sürəti azalmışdı, hiss elədi,
yorulmuşdur. Bəhanə gəzdi sual
versin, azca istirahət eləsin.
- Niyə
tələsirsiz, usta! - O, astadan dedi və güclənməkdə
olan yağışa qarşı çətiri açdı,
ayaqqabısilənə sarı xeyli əydi. Gözü
bayaq onun dizinə qonan yarpağa sataşdı, boz nimdaş
şalvarına yapışmışdı. Bu, imkan verdi araya söz salsın, həm də
ayaqqabısilənin savadlı adam olduğunu əvvəlcədən
duymuşdu. Hətta peşimançılıq da
keçirmişdig
- Usta,
payız fəslini xoşlayırsız? - Sual yerinə
düşmüşdümü? Artıq dilinnən
qopmuşdu. - Cavanlığınızda yox! - Təbəssümlə
dilləndi və bu dəfə də ayaqqabısilən
başını qaldırmadan cavablandırdı:
-
Düzgün buyurursunuz, o illərdə, heç kəs
payız haqqında düşünmək istəmirdi. Gələcəyə böyük ümidlərlə
baxırdıq. Uşaqlara da bu hiss
aşılayırdıq. Onlar bizlərə,
xüsusilə, müəllimlərinə çox
inanırdılar. Dilimizdən yalan
sıçramazdı. - Susdu, silgəci qara maza
batırdı, çox bulaşmışdı, mazlı-kirli
önlüyünün ətəyinə sildi.
- Bir dəfə
şagirdimin dilinə yalan gəlmişdi, yoldaşını
müdafiə etmişdi: - Sonuncu dəfə olsun. - Əsəbi dilləndi. - Sənin də,
dostlarının da gələcəyi irəlidədir. Böyük vəzifə sahibi də olacaqsız.
Allah eşqinə. Camaat sizlərə
inanacaq. Onda necə olsun? - Haradansa bu
xatirə yadına düşmüşdü.
Ayaqqabısilən
belini əydi, bu poza ilə onun bütün bədəni gərildi:
- Mənim, yox, biz dövrün uşaqlarının sanki
vücudu əyilmişdi. - O, düşündü: - Müəllimimizin
xətrinə vəzifəli şəxs toxunmuşdu. Ayağa qalxdıq, onuncu sinifdə oxuyurduq.
Direktor dedi ki, sakitləşin, mənim üzümə
baxdı. - Sən, Sən ağıllı oğlansan, məktəbdə
bu cür işlər olur, sən, sən, ağıllı
şagirdsən, məni başa düşərsən. - Xatirə
dolaşdı. Müəllimi əsəbiləşdi: - Hər
şey qaydasındadır. Mənim şagirdlərim
haqqında, yoldaş direktor, ümidsiz düşünməyin.
Onlar nəinki bizi əvəz edəcəklər,
onlar ölkəmizi şərəflə idarə edəcəklər.
Bu uşaqlar çox keçməyəcək bütün ədalətsizliklərə
son qoyacaqlar, - dedi və bizim üzümüzə pərişan
baxdı.
O, bir
günlük nasazlıqdan sınıxmışdı. Əlləri əsirdi. Və bu xəyalda
ikən ayaqqabısilənin sağ əli titrədi və silgəc
patron kimi sıçradı, ayaqqabısilənin sağ
ayağınnan vaz keçdi, qarşıdakı ağaca dəyib
geri qayıtdı. Bu hadisə ona möcüzə kimi
göründü, utandı, qırışlarda gizləndi:
-
Bağışlayın, oğlum, - titrək səslə dedi.
- Məndə belə hadisə olmur, əlimdən
çıxa, sonra qayıda üstümə. Yəqin
tələsirsiz harayasa. Elə dövrə
gəlib çıxmışıq, hamı Yalana doğru tələsir.
Çatır o Yalana, sonra özü olur ən
böyük Yalan. Ayaqqabısilən susdu.
Əyilib qara əl izi olan siqaret qutusunu
çıxarıb birini götürdü, arıq, qurumuş
budaq təsiri oyadan qoşa barmağında sıxdı.
- Bağışlayın, bəlkə çəkənsiz,
buyurun. - Qutunu təzədən götürdü, birini
çıxarmaq istədi.
- Mən
siqaret çəkməmişəm, otuz il.
Siqareti yandırmışdı. - Ona görə ki, şagirdlərimə
təbliğat aparırdım ki, nəbadə, dadını
görəsiz, müəlliminiz çəkmirsəg
Siqaretə beş-altı ildir başlamışam. Sinəmin
ağrısını alır. Səsimi
indi şagirdlərim də tanımaz. O səsim hanı?
- Sərt qoxulu tüstünü sol yana,
divaar üfürdü. - Ağır siqaretdi.
Ayaqqabısilən kövrələcəkdi, utandı
ilk müştərisinnən. - Həyatda necə vardımsa, elə
də görürdülər.
O, ilk təklifdə
istədi kişinin sözünü yerdə qoymasın, onsuz
da yağış bu təklifi qovub aparacaqdı küçə
boyu.
- Sağ
olun, - dilləndi. - Mənim, bizim müəllimimiz vardı,
yaşayırsa, Allah canına dəyməsing - Susdu. -
Sağdır, mənə elə gəlir, müəllimlər
ölmürlər, onlar yetirmələrinin ürəyində
əbədi yaşayırlar. - Səsi xırıldadı,
sanki cəsarətini alıb qaçmışdılar.
Ayaqqabısilən bəlkə də ölmüş müəlliminin
əvəzində yaşayardıg
- Hə,
orta məktəbi qurtardılar, kişi
kimi siqaretə yaxın durmadılar. Bax, kişilikdir! Bu
gün oxuyuram ki, şagirdlər hətta og
- Ayaqqabısilən silgəci qoşalaşdırdı. Məxmər əsgini qara taxta qutudan
çıxardı, çırpdı.
O, əlini
ilk dəfə uzatdı, sanki kimsə ortadan qoluna vurdu:
"Saxla, Kişinin sözünü kəsmə. Unutma ki, kişiləri eşitməyən kişi
sonda mağmın qalır" - Səs kimindi?
Ayaqqabısilən kürəyini soyuq taxta söykənəcəyə dirədi, belini düzəltdi. Qəribədir, yağışdan islanan yarpaqlar sallanır, damcıları asfalta buraxırdı. Yumşaq külək küçə boyu uşaq həvəsiylə üzü aşağı qaçırdı.
Ayaqqabısilən alnını ovuşdurdu, nəyisə yadına salmağa çalışırdı, amma utanırdı ilk müştərisinə söyləsin.
- Sinifdə mənim ən fəal şagirdim vardı, maraqlı oğlandı, məntiqli sualları çıxırdı arabir. Bir gün birbaşa ayağa durub baxışlarını üzümə tuşladı: - Müəllim, - ucadan dedi. - Həqiqəti söyləməyi bizə aşılamırsız! Başa düşürəm, müəllim, sizə səlahiyyət vermirlər! Niyə cəmiyyət insanların haqqını tapdalayır, belə ruhla bizi kommunizmə aparacaqsız, yox ey, aparırsız? Biz müəllimlərimizə atamız qədər inanırıq. - Oturub, başını qolları arasına aldı. Hıçqırdı. Müəllimimin isti əllərini hiss elədi, yumşaldı. Bu anlarda ayaqqabısilənin əli boşa çıxdı: silgəc yenə əlinnən sıçramışdı, amma üzü divara qaçmışdı. O, əyilib götürəndə, ayaqqabısilənin barmaqları ovcunda büküldü. Bu çiskinli, yağışlı havada istilik axdı. - Heyrətləndi. Bərk-bərk sıxdı, yuxarı qaldırdı və buraxdı. O biri əlindəki silgəci dizi üstə qoymuşdu, o da titrəyirdi.
O, ayaqqabısilənin əllərini özünnən asılı olmadan sıxırdı. Və birdən buraxdı. Ayaqqabısilən bu qəribə mənzərəyə toxtaqlıq vermək üçün söz tapmadı, keyimişdi vücudu. Heç zaman, hətta sinifdə belə hala düşməmişdi: "Bu müştərim bəlkə sehirkardırg kimdirsəg Üzünə baxmıram. Bu, nə vərdişdir məndə. Bəlkə?" - Ürəyinnən yalnız bu fikir keçdi.
Müştəri dilləndi:
- Biz niyə siz müdrikləri eşitmədik. Nə üçün sizlərdən uzaqlaşdıq? - Yerində qurcalandı. Və ayaqqabısilənin üzünə nəzər yetirməyə cəsarəti çatmadı: - Bəlkə bu şəxs sehirbazdır, cadugərdir - müştərilərdən söz almaq istəyir. Bəlkə heç bu peşənin sahibi deyil. Oxşamır da. Bayaqdan əllərinə baxıram - əsir, damarları axır.
Yağış çətirə qırma kimi dəyib, buz halında asfaltda diyirlənirdi: Müəllimimiz bir dəfə aqilanə kəlam işlətdi ki, uşaqlar - bu sözü elə səslə astadan deyirdi - biz uşaqlaşırdıq, halbuki 16-17 yaşımızda idik. - Həyatda çətinliklər sizləri tapacaq. Bəlkə də həyatın gözəlliyidir bu. Qorxmayın. Amma. - Sinifdə gəzişdi, pəncərəyə sarı getdi, ayaq saxladı. - Uşaqlar, hansı ali sənətn dalısınca getsəniz qazanarsız. - Pəncərədən sərin külək içəri axdı və müəllimlərinin çal saçlarını qarışdırdı. O, ustufca pəncərənin bir layını örtdü. - Elə zaman yetişər, o sənət əlinizdən çıxar. Mütləq ikinci peşəyə yiyələniz. Bu, sizlərin çörək ağacı olacaq.
Ayaqqabısilən belini düzəltdi, sinəsini zəif əllərilə döyəclədi. - Cavanlığımdan öskürək məni buraxmır - xırıltılı səsini ağzında boğdu. - Bağışlayın, sizi də bayaqdan sözə tutmuşam. Yəqin işdə narahatdırlar. - Hə, unutdum deyəcəyimi. Mən, - Silgəci müştərinin sağ və sol ayaqqabı taylarınnan araladı, dizi üstə qoşalaşdırdı. - Mən tarix müəllimiyəm, yəni müəllim işləmişəm. Üç ildir təqaüdə çıxartdılar. Əlli ildəki təcrübəmi saya salmadılar. - Öskürdü, üzr istədi. - Bağışlayın, - pıçıldadı. - Yüz altmış beş manat təqaüdlə "mükafatlandırdılar". Tək məni yox, bütün müəllim tayfasını. Başbilənlər görəsən haradan savadlaşıblar. Nə tez unudurlar ilk ustadlarını? Bu pul heç kommunal kirayələrini ödəmir. Nə yaxşı əlimdən pinəçəilik gəlirdi, arada öyrənmişdim. Elə o zaman ürəyimə dammışdı ki, bir dövr gələcək. - Susdu, bu dəfə öskürmədi. Silgəcləri taxta qutunun üstünə qoydu. - Çörək ağacımdır bu. Başını qaldırmadı, yerində qurcalandı. Müştərinin təmkininə, nəzakətinə, onu dinləməsinə xoşu gəlmişdi. Belinri düzəltdi, başını azca yanakı qaldırıb havaya baxdı, yenə də səhər müştərisinin üzünə nəzər salmadı. Bu dəfə utandı.
- Sizə yaxşı yol, - ürəklə dilləndi. - Mən səhərlər ilk müştərimdən zəhməthaqqı almıram. Rica edirəm təklifimi səmimi qəbul edin. Və bu dəfə ayaqqabısilən başını yuxarı qaldırıb, müştərisini görmək arzusuna əməl elədi. Əllərini uzadıb, görüşmək ürəyinnən keçdi.
Hər iki baxışlar toqquşdu. Ayaqqabısilən müştərinin gözlərinə kövrək diqqət elədi, qəribə rəng çaları vardı. Bu, mümkün şeydi. Bəs onun dodaqları niyə səyriyirdi: - "Mənim bir şagirdim vardı". - Ürəyində düyünləndi sözləri, çırpındı. Yaddaşı dolaşdı, vurnuxdu. "Şagirdimin gözlərinə baxanda mənə enerji gəlirdi". O, bunu fəhmən duyurdu, dodaqları səyriyirdi: "Müəllim, mən də sizdən enerji alıram". - Sanki onun bu sözlərini eşidirdim. "Yox, hafizəm çaşıb, üstündən illər keçib, xəbər tutmamışam. Bu da mənim laqeydliyimdir, yetirmələrimizi axtarmırıq. O günlər! Haradan düşdü yadıma? Bu yağışlı səhərdə!"
Əli hələ də müştərinin qüvvətli ovcunda idi, o da sehirlənmişdi, buraxmaq istəmirdi.
Müştəri gümanlarında az hallarda aldanırdı, hafizəsinə arxalanırdı. Diqqətlə ayaqqabısilənin gözlərinə baxdı, baxdı və vücudu gizildədi. Ona elə göründü, çətir yoxdu, buz gilələri bayaqdan onu islatmışdır, amma hiss eləməmişdir: "Axı, bu gözlər müəlliminindir. Sıx qara saçlarından bir əlçim sol gözünün üstündəcə toxdayardı". Barmaqlarına baxmaq istədi, ürək eləmədi, əslində yenə cürəti çatmadı. Dərsində "əla" alanda şagirdlərinin əllərini sıxırdı, adətiydi, güclü qolları ilə silkələyərdi. İndi ovcunda soyumuşdu, hanı o qüvvəti?
Ayaqqabısilən müştəprinin əlini özünə tərəf dartdı, sanki qollarını ildırım çırpdı, sağ yanına düşdü. Müştəri bunu gördü və əyilib onun hər iki qolunu sinəsinə tərəf çəkdi, ayaqqabısilənin arıq, qurumuş vücudu müştərinin vücudunda çapaladı. Lakin özündə enerji tapdı, ayağa durdu və qanrılıb barmaqlarnını cavanlıq həvəsilə sıxdı:
- Sən! Sən, mənim həmin şagirdim deyilsənmi? - Kişi özünü saxlaya bilmədi, yerində oturmağa çalışdı. Lakin buna taqəti çatmadı. Əlləri ağacdan qopmuş sarı yarpaqdı, titrəyirdi.
- Mənim müəllimim, qarşınızda günahkaram, diz çökməyə hazıram. - Qoşa əlləri arıq vücudun kürəyində donub qalmışdı. İkisi də susmuşdu. Bəlkə də kənardan bu mənzərəyə tamaşa edənlər vardı. Amma yox idi, buraya çatar-çatmaz səmtlərini dəyişirdilər.
Üç general müəllimlə onun şagirdini müşayiət eləyirdig
18.01.2013.
ədalət.-2015.-16 oktyabr.-S.6.