QƏDİM QOBUSTAN - MÜASİRLƏŞƏN KƏNDLƏR

REGİON

 

"...Əlbəttə, Azərbaycanın hər bir şəhəri, hər bir yaşayış məntəqəsi bizim üçün əzizdir, doğmadır. Ancaq Azərbaycanın tarixi mərkəzləri vardır. Azərbaycanda bir neçə böyük tarixi mərkəz vardır ki, biz onların tarixini həm bilməliyik, həm də qorumalıyıq və inkişaf etdirməliyik. O cümlədən, onların arasında Qobustanın da xüsusi yeri vardır".

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

Bütün sahələrdə

yeniləşən ölkəmiz

 

Davamlı inkişaf, tərəqqi və yüksəliş prosesi bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyənləşdirir. Bütün sahələrdə yeniləşən respublikamız beynəlxalq aləmdə mövqelərini ildən-ilə möhkəmləndirir.

Hazırda dünyanın əksər ölkələri iqtisadi çətinliklərlə üzləşdiyi halda, Prezident İlham Əliyevin düzgünprinsipial daxilixarici siyasəti nəticəsində Azərbaycan müntəzəmliklə böyük nailiyyətlərə imza atır. Bu gün Azərbaycanın hər bir bölgəsində yüksək səviyyəli inkişaf görünür. Müasirləşmə diqqəti daha çox cəlb edir. Rayonlara, qəsəbələrə şəhər simasının gətirilməsi, kəndlərin yeni görkəm alması əyalət insanlarının mənəvi-psixoloji ovqatını, firavan gələcəyə inamını daha da artırır. Ölkə vətəndaşları yaxşı başa düşürlər ki, çətin günlər arxada qalmışdır. Bütün bunlar hətta unudulmaq dərəcəsindədir. Qarşıda sürətli iqtisadi və mədəni uğurları, demokratik inkişaf səviyyəsi ilə dünya miqyasında layiqli mövqeyini təmin edən yeni bir Azərbaycan görünür. Bütün sahələrdə baş verən bu dinamik inkişafın mənbəyində ulu öndər Heydər Əliyev tərəfindən qurulmuş siyasət əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlarla davam etdirdiyi genişmiqyaslı tədbirlər dayanır. Bu tədbirlərin, təbii ki, xüsusi olaraq regionların sosial-iqtisadi inkişafı - Dövlət Proqramlarının uğurlu icrasının nəticəsidir ki, bu gün respublikamızın kəndləri də özünün sürətli inkişaf dövrünü yaşayır. Bu mənada bu gün tanınmaz dərəcədə inkişaf edib müasirləşən Qobustan rayonuonun kəndləri də istisna deyil.

Prezident sərəncamı

kəndlərin inkişafını ikiqat sürətləndirib

 

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov deyir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsinin özü qarşıya qoyulmuş mühüm vəzifələrin həlli üçün əlavə stimul yaratmışdır. Bu səbəbdən də ilin əvvəlində verilən sərəncam böyük ruh yüksəkliyi ilə qarşılanmaqla insanlarda gələcəyə inamı daha da möhkəmləndirirdi. Bu fakt və hadisə bir daha təsdiqləyir ki, dövlətimiz qeyri-neft sektorunun inkişafına xüsusi ciddiyyətlə yanaşır və bu istiqamətdə müntəzəm olaraq geniş layihələrə meydan verir.

Kənd təsərrüfatının daha da inkişaf etdirilməsi, təbii ki, yeniləşən Azərbaycan kəndlərinin həyatını daha da zənginləşdirəcək, uğurlu gələcəyə aparacaqdır.

 

Yaxın-uzaq Təklə kəndi

 

Ölkə rəhbərliyinin apardığı siyasətin, qayğı və diqqətin nəticəsi olaraq qeyd etdiyimiz kimi, Azərbaycan kəndləri sürətli inkişaf mərhələsindədir.

Bütün bunları son dövrlər ardıcıllıqla müşahidə edə bilmirik. Diqqət cəlb edən ünvanlar sırasında söylədiyimiz kimi Qobustan rayonunun da bir sıra kəndlərini göstərmək olar. Bu rayonda əvvəllər o qədər də diqqət çəkməyən kəndlərdən biri də Təklədir. Əslində Qobustan Rayon İcra Hakimiyyəti başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi.

Bu nümayəndəliyin inkişafı, son dövrlər burada görülən işlər barədə mənə Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini Məharət Əkbərov məlumat verir.

 

Çuxanlıda nə baş verir?..

 

- Ölkəmizdə aparılan dinamik sosial-iqtisadi inkişaf Qobustan rayonunun Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əhatə etdiyi Təklə və Çuxanlı kəndlərindən də yan keçməmişdir. Belə ki, son dörd ildə Təklə və Çuxanlı kəndlərində bir sıra sosial obyektlər yüksək keyfiyyətlə inşa edilib əhalimizin istifadəsinə verilmişdir. Tədrisdəki uğurları ilə fərqlənən Təklə kənd məktəbliləri son iyirmi il ərzində qeyri-münasib binalarda çətin vəziyyətdə dərs keçirdilər. Qısa zaman kəsiyində dövlətimiz tərəfindən 2012-ci ildə bütün standartlara cavab verən 220 şagird yerlik yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Ərazinin Çuxanlı kəndində 1960-cı ildən istifadə olunan məktəb binası sökülərək əvəzində 2014-cü ildə müasir memarlıq üslubunda 180 şagird yerlik yeni məktəb binası inşa olunaraq məktəblilərə sevinc bəxş etmişdir.g

Ötən dörd ildə ölkə Prezidentinin sərəncamı ilə kəndlərimizin ərazisindən keçən Təklə-Sündü-Xilmilli yolunun çəkilməsi də əhalimizin böyük sevincinə səbəb olmuşdur. Son vaxtlar aparılan quruculuq işləri sayəsində hər iki kənddə su təchizatı yaxşılaşdırılmışdır. Çuxanlı kəndində kənd sakini, əməkdar artist Elnarə Abdullayeva tərəfindən su ehtiyacları nəzərə alınaraq 12 bulaq, 3 ədəd su anbarı tikilmişbütün evlərə su xətti çəkilmişdir.

Təklə kəndində isə "Azərsu" ASC-nin xətti ilə bir artezian quyusu qazılaraq istifadəyə verilmiş, bu da kənd əhalisinin üçdə bir hissəsinin su təminatını yaxşılaşdırmışdır.

Qloballaşan dünyanın problemlərindən olan ekoloji vəziyyət Təklə kəndində geniş miqyasda ağac əkməsi yolu ilə həll edilir. Belə ki, kənddə bir hektar ərazidə yaşıllıq zolağı salınmış, əhali tərəfindən cari ildə 6000 ədəd ağac əkilmişdir.

 

Məzahir ƏHMƏDOĞLU

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Ədalət.-2015.-16 oktyabr.-S.7.