Ağcabədi, görüşünə
gəlmişəm...
REGİON
"...Kənd təsərrüfatının,
sahibkarlığın inkişafı isə bizim
üçün prioritet
istiqamətlərdir. Biz ərzaq təhlükəsizliyimizi
tam şəkildə təmin etməliyik.
Bu istiqamətdə
çox önəmli addımlar
atılır. Özümüzü əsas
ərzaq məhsulları ilə 100 faiz təmin
etmək üçün biz
artıq bu hədəfə
yaxınlaşırıq. Ərzaq təhlükəsizliyimizin
tam şəkildə təmin edilməsi, ixrac potensialımızın
artırılması gələcəkdə həm iş yerlərinin yaradılmasına, eyni zamanda, insanların rifah halının yaxşılaşmasına
xidmət edəcəkdir".
Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev
(Əvvəli
ötən sayımızda)
Hərdən sovet dönəmini qabartmağa çalışan insanları başa düşmürəm. Çünki bütün quruluşların mənfi-müsbət cəhədləri var. Amma bir gerçəklik də var ki, sovet dönəmində biz daha çox filan tapşırıq xatirinə yaşamağı, iş görməyi özümüzə həyat amalı etmişdik. Bu mənada ölkənin digər regionları kimi, Ağcabədidə də əmək adamları və bütövlükdə rayonun özü plan və öhdəlikləri yerinə yetirməyi ən birinci vəzifə hesab edib və ən birinci də mövqeyə çıxarmışdılar. Necə deyərlər, gecə-gündüzü iş başınla, tarlada keçən insan yaşamaq, istirahət etmək amilini arxa plana keçirmişdi. Hamı bir nəfər üçün prinsipi insan amilini kölgədə qoymuşdu. Bax bu mənada bugünkü Ağcabədinin mənzərəsi, bugünkü Ağcabədidəki həyat səviyyəsi adama qürur verir. Baxıb görürsən ki, bu gün ağcabədililər işləməyi bacardıqları kimi, qurub-yaratmağı da, istirahət etməyi də bacarırlar. Yəni insan ömrünün işə aid hissəsini həmin sahəyə yönəldir, qalan hissəsini də özünə, ailəsinə, mənəvi zənginləşməsinə sərf edir. Bunun üçün də Azərbaycan dövləti, bu dövlətin prezidenti bütün şəraiti yaradıb, müfaviq qərarlar da qəbul olunub. Həm icra strukturları, həm də qanunverici orqanlar hər şeyin insan üçün olduğunu önə çəkibdi. Məhz "Regionların İnkişafına Dair Dövlət Proqramı" da buna söykənir. Heç də təsadüfi deyil ki, ölkə prezidenti cənab İlham Əliyevin bütün regionlarımızla yanaşı, Ağcabədiyə, cəbhə bölgəsinə xüsusi diqqət yetirir, hətta özünün ad gününü də Ağcabədi ərazisində qarabağlılarla, qaçqın soydaşlarımızla birlikdə qeyd edir və dəfələrlə səfər etdiyi bu bölgənin inkişafı üçün əlavə tədbirlərin həyata keçirilməsi və görülən işlərin tempinin artırılması üçün müvafiq tapşırıqlarla yanaşı, Prezident Fondundan kifayət qədər vəsait ayırır.
Sevindirici haldır ki, ölkə prezidentinin diqqəti rayon rəhbərliyi və bütövlükdə icra strukturları tərəfindən çox məsuliyyətlə qarşılanır və qaldırılan məsələlər demək olar ki, vaxtlı-vaxtında öz həllini tapır. Bu mənada hələ 2011-ci ilin may ayında prezidentin sərəncamı ilə Ağcabədidə olimpia idman kompleksinin təməli qoyulmuş və bu kompleksin tikintisi artıq böyük sürətlə davam etdirilir, həmçinin rayonda istehsal olunan məhsulların bütün ilboyu istifadəsini təmin etmək və bunun həm rayon sakinlərinin, həm də respublika əhalisinin süfrəsinə çatdırılmasını təmin etmək məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə Rəcbərlər kəndində 5000 tonluq soyuducu anbarın tikintisi bütün mənalarda rayon üçün böyük əhəmiyyət kəsb edir. Yəni bu həm iş yeri deməkdi, həm də məhsul itkisinin qarşısının alınması, eləcə də rayonun Səməd Vurğun küçəsində "Cavidoğlu" MMC tərəfindən yeni, müasir tipli çörək zavodunun, həmçinin Fövqəladə Hallar Nazirliyinin Ağcabədi Yanğından Mühafizə bölməsi üçün inzibati binanın tikintisi özü də rayonun görünüşünə və paralel olaraq normal iş şəraitinin təmin olunmasına, süfrələrə yüksək keyfiyyətli çörəyin çatdırılmasına ayrılan diqqət, göstərilən qayğıdır.
Bütün bunlar təbii ki, planlı şəkildə həyata keçirilir və görülən işlərin kökündə konkret məqsəd dayanır. Əgər Ağcabədidə müasir tipli çörək zavodu tikilirsə, deməli, bu zavodun işləməsi üçün də xammal ehtiyatı olmalıdır. Bax elə ağcabədililər də torpaqdan səmərəli istifadə etməyi bacardıqları üçün bu məsələdə də narahatlıq hissi keçirmirlər. Çünki artıq gələn il üçün bol taxıl ehtiyatı üçün pilot taxılçılıq təsərrüfatı yaradılmışdı. Cari ilin məhsulu üçün ayrılmış 3300 hektar sahənin 1400 hektarında buğda, 500 hektarında soya və 1400 hektarında qarğıdalı bitkiləri əkilmişdi ki, nəticədə hər hektardan region üçün uğurlu sayıla biləcək 55 sentner məhsul əldə olunmuşdu. Bu da 7911 ton buğda deməkdir.
Təbii ki, gələn ilin bol məhsulunun bünövrəsi bu il qoyulmalıdı. Bu prinsipə çox diqqətlə əməl edən ağcabədililər artıq 2651 hektar sahədə buğda, 5610 hektar sahədə arpa, 2216 sahədə isə dənlik qarğıdalı əkini aparmışdılar. Əldə etdiyimiz rəqəmlərə istinad etsək onda deməliyik ki, rayonda bu ilin arxada qalan ayları ərzində əvvəlki illərdən daha çox buğda, arpa və çuğundur istehsal olunmuşdur. Bu rəqəmlər sadəcə statistika deyil, bu həm də istehsalın göstəricisidir və paralel olaraq da ağcabədililərin əməyinin ifadəsidir.
Göründüyü kimi, kənd təsərrüfatı rayonu olan Ağcabədidə bu sahənin bütün istiqamətləri inkişaf etdirilir. Yəni pay torpağının sahibi olan ağcabədili, eləcə də burada fəaliyyət göstərən sahibkar, fermer və digər qurumların rəhbərləri onlar üçün maraqlı olan məhsuldarlığa həvəs yaradan sahələrə xüsusi diqqət yetirirlər. Nəticədə Ağcabədidə təkcə buğda, qarğıdalı, arpa, çuğundur deyil, həmçinin pambıq da, bostan-tərəvəz bitkiləri də heyvandarlığın inkişafı üçün gərəkli olan otlaqların da becərilməsi, suvarılması uğurla aparılır. Heyvandarlığın uğurlu göstəricilərindən biri də bu rayonda süd və süd məhsulları istehsalının həcminin ilbəil artmasıdır. Yenə rəqəmlərə diqqət yetirsək, onda məlum olar ki, cari ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı da kifayət qədər artmışdır.
Respublikamızda, eləcə də onun hüdudlarından kənarda artıq tanınan "Atena" MMC tərəfindən Ağcabədidə çox diqqəti çəkən və faydalılığı ilə hər kəsi sevindirən bir sahəyə imza atılıb. Bu da təbii ki, bu müəssisənin artıq süfrələrimizi bəzəyən məhsullarıdı. Çox qürurverici haldır ki, Ağcabədidə heyvandarlığın inkişafına həm ölkə rəhbərliyi, həm də rayon icra hakimiyyəti tərəfindən yaşıl işıq yandırılır. Elə bu qayğının nəticəsidir ki, rayonun Ağabəyli kəndi ərazisində "BMS Aqro" MMC tərəfindən böyük təsərrüfat yaradılıb. Bu təsərrüfatda Hollandiya və Fransadan gətirilmiş 4004 baş keçi bəslənilir.
(Ardı var)
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2015.-20 oktyabr.-S.7.