Ağcabədi, görüşünə
gəlmişəm...
(Əvvəli ötən
saylarımızda)
Bu gün faktiki olaraq cəbhə bölgəsi sayılan və sərhəddində hər gün düşmən atəşlərinin səsi eşidilən Ağcabədidə həyat qaynayır. Bu həm insanların torpağa bağlılığı ilə, həm Ali Baş Komandana inamı ilə, həm də yerli rəhbərliyin daima onlarla təmasda olması ilə bağlıdı. Bir az da dəqiq ifadə etsəm, insanlar yerli icra strukturları ilə birbaşa rahat və canlı münasibəti istənilən vaxt qura bildikləri üçün istənilən problemin həlli ilə də bağlı böyük çətinliklər yaşamırlar. Bu da onlara imkan verir ki, öz üzərlərinə düşən vəzifə ilə yanaşı bir vətəndaş mövqeyi də ortaya qoya bilsinlər. Təbii ki, insanın işi, evi, necə deyərlər, həyatı təmin edilmiş olanda onun qayğıları da azalır. Əgər yolunuz Ağcabədiyə düşsə, dediklərimin siz də şahidi ola bilərsiniz.
"Dədə Qorqud"
filmində bir sonluq var. Orda vurğulanır ki, torpağı əkib-becərmirsənsə,
qorumağa dəyməz. Bax bu mənada Ağcabədidə
torpağı çox
sevirlər, onun məhsuldarlığını dəyərləndirməyi bacarırlar,
aqrotexniki xidmətdən,
qulluqdan yararlanmaqda peşəkardılar və
torpağın qüvvətli
olması üçün
dövlətin ayırdığı
yardımlardan vaxtlı-vaxtında
istifadə edə bilirlər. Əgər rəqəmlərə diqqət yetirsək, təkcə elə bu günlərdə Ağcabədidə həyata
keçirilən tədbirlər
silsiləsini, təməlqoyma
mərasimini, deputatlığa
namizədlərlə keçirilən
görüşlərdə səslənən fikirləri
xatırlatmaq və həmin faktları göz önünə gətirsək yəqin ki, bəs edər.
Məhsul istehsalının artımı,
həyat səviyyəsini
yüksəltməklə yanaşı,
adamların çoxşaxəli
əkinçiliyə də,
əlavə məhsul
əldə etməyə
də marağını
artırır. Burda bir məqamı xüsusi qeyd etmək lazımdır: o da Ağcabədidə tikilən, istifadəyə
verilən hər bir obyektin, hər
bir binanın rayon üçün gərəkliyidir.
Yəni istifadəyə verilən,
tikintisi başa çatdırılan bütün
binalar, bütün obyektlər sadəcə rayonun görkəmini dəyişmir. O həm
də iş yeri kimi, istirahət
yeri kimi fəaliyyət göstərir.
Yəni hansısa bir muğam evini, şahmat məktəbini, gənclər mərkəzini
və sairəni ancaq tədbirdən-tədbirə
yada salmaq bu rayonda yolverilməz
bir haldır. Lap tam çılpaqlığı
ilə vurğulasam, həmin ünvanlar demək olar ki, hər gün
öz məqsədinə
uyğun şəkildə
istifadə edilir.
İstər şahmat evində,
istər muğam mərkəzində, istər
gənclər mərkəzində
və sairədə bunun şahidi olmaq üçün Ağcabədiyə səfər
etmək kifayətdir.
Bu da ondan
xəbər verir ki, rayon rəhbərliyi dövlət başçısının
tələbinə əməl
edərək insan amilini xüsusi diqqət mərkəzində
saxlayır. Bir anlıq təsəvvür
edin: hansısa bina tikilib, içinin
bütün avadanlıqları
quraşdırılıb, ağzı
isə qıfıllanıb.
Bu heç kimə
lazım olmayan sadəcə dörd divardı. Ancaq ondan yararlanırlarsa,
buradan kimlərsə evinə əməkhaqqı
kimi çörək
aparırsa, bu artıq insana həm dövlət qayğısıdı, həm
də xidmət deməkdi. Azərbaycan prezidenti İlham
Əliyev də icra strukturlarından, aidiyyəti orqanlardan məhz bunu tələb edir. Sevindirci haldır ki, bu tələb Ağcabədidə vergülündən
nöqtəsinə qədər
icra edilir. Məhz rəqəmlər də dediklərimizi birmənalı
şəkildə təsdiqləyir.
Yəni 2014-cü ilin
9 ayında Ağcabədidə
1176 daimi olmaqla 2318 yeni iş yeri
açılmışdısa ötən müddət ərzində bu rəqəmlərdə də
diqqətçəkən dəyişikliklər
olub. Bir anlıq həmin
o daimi işlə təmin olunmuş insanların sevincini, məmnunluğunu göz önünə gətirəndə
o qədər də ailənin sevincini təsəvvür etmək
mümkün olur.
Bax bu yerdə işi
işbilən tapşırılmasının
bəhrəsi də təbii ki, ortaya çıxır.
Yeri gəlmişkən, onu da xatırlatmaq lazımdır ki, bu gün Ağcabədidə
dövlət qurumları
xətti ilə istər əhalinin sosial müdafiəsi, istər sosial müdafiə fondu, istər məşğulluq
mərkəzi və digər qurumlar rayon icra hakimiyyətinin rəhbərliyi altında
günün tələbləri
səviyyəsində işlərini
qura biliblər. Bu da sosial yardıma ehtiyacı olanların, əlillərin,
təqaüdçülərin problemlərinin vaxtında
çözülməsinə imkan veribdi. Üstəlik, rayonda yaşayan
müharibə iştirakçıları,
müharibə əlilləri,
Çernobl hadisəsinin
iştirakçıları və eləcə də kimsəsiz, yaşlı insanların qayğı ilə əhatə olunmasına öz müsbət təsirini göstəribdi.
Göründüyü kimi, rayonda hər bir vətəndaş üçün iş yerinin yaradılması diqqət mərkəzindədi.
Yəni burada kişilər üçün
ayrıca bir limit nəzərdə tutulmayıb.
Açılan iş yerlərində hər kəsin peşəsinə,
təhsilinə və
ümumiyyətlə bacarığına
görə, çalışmaq
imkanı var. Deməli,
Ağcabədi rayonu özünün rəhbərlərinin
peşəkarlığı nəticəsində hər
il yeni
iş yerlərinin açılması istiqamətində
düzgün və uğurlu bir yol müəyyənləşdiribdi.
Bu yolun əsas məqsədi sahibkarlara, ümumiyyətlə, Ağcabədidə
iş yeri açmaq istəyənlərə
şərait yaratmaqdı.
Bəli, təkrar-təkrar vurğulasam
da Ağcabədidə
insan amili çox önəmlidir və bu önəmin
gənclərə olan
münasibətdə xüsusilə
hiss etmək mümkündür. Belə ki,
rayonda görülən
işlərin həm icrasında, həm də həmin obyektlərdən yararlanmaqda
gənclər xüsusi
faiz təşkil edir. Gələcəyimiz olan bu insanlara həm işləmək, həm oxumaq, həm istirahət etmək üçün Ağcabədidə
mümkün variantların
hamısından istifadə
olunur. Buna görə də bu rayonda təhsilə
bütün Azərbaycanda
olduğu kimi yüksək diqqət və tələbkarlıq
var.
(Ardı var)
Əbülfət MƏDƏTOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti
yanında kütlƏvi
informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt
dƏstƏyi fondunun
maliyyƏ
yardımı ilƏ
Ədalət.-2015.-21 oktyabr.-S.7.