"Hər sətrində yaddaş
tarixi, düşüncə tarixi olan
yazıçı"
Buludxan Xəlilov
Filologiya elmləri doktoru,
professor
Natəvan Dəmirçioğlunun yaradıcılığını
oxuyanda hər sözün hər sətrin üzərində
istər-istəməz düşünməli
olursan. Açıq, tam səmimi deyirəm
ki, bəzən yazdığı hekayələri
bir dəfə oxuyub, ona yenidən
qayıdanda görürsən
ki, sətirlər altında çox mənalı yaddaş tarixi var, düşüncə
tarixi var, əfsanələrdən gələn
mənalar var, məqamlar var.
Dünyanın ən məşhur yazıçıları hekayə
ilə ədəbiyyata
gəlib. Əslində hekayə janrı
çətin bir işdir. Bu mənada
mən Natəvan Dəmirçioğlunun yaradıcılığa
hekayə ilə başlamasını çox
dəyərləndirirəm. Hekayə ilə başlamaq, povestə keçmək yazıçılığın təbii yoludur. Heç tərəddüd etmədən
deyirəm ki, o nə vaxtsa hekayə yazmağa yenidən qayıdacaq.
Bunlar o deməkdir ki, o sözün qədrini bilir. Sözdən gəlib, sözə
doğru getməyi bacarır və hər şeyin mənasında, hər şeyin məzmununda sözü axtarır.
Sözün nəyə qadir
olduğunu bilir, sözün hikmətini duya bilir, sözlə
nəfəs almağı
bacarır. Bu haradan qaynaqlanır. Bu Yunus İmrədən
qaynaqlanır.
O bir dilbərdir ki, yoxdur nişanı,
Nişan olurmu məndə məndən içəri.
Bir mən vardı
məndə, məndən
içəri!
Onun hekayələrini
- "Avey əfsanəsi",
"Kəlağayı", "Dözüm"ü oxuyanda
mən, sən, o, biz,
siz, onlar danışırlar və
oxuyub qurtarırsan, fikirləşirsən bu danışan kimdir. Danışan elə mənin özüdür, elə Natəvan xanımın özüdür. Müşahidə o qədər dəqiqdir ki, həyat hadisələri o qədər
realdır ki, oxucunu inandırır.
Hekayənin təsiri altında,
o hekayənin mənasını
və məzmununu yenidən oxumalı və sevməli olursan. Çünki həyat hadisələri
nə qədər
real olarsa, romantikadan nə qədər uzaq olarsa, o daha dəyərli olar. Bir az da oxuyub dərinə gedəndə görürsən
ki, Natəvan xanımın hekayələrinin
ruhunda bir tanrıçılığa söykənmək
var, insanpərvərlik
var. Mən istəyirəm
bəzi konkret məqamlar deyəm. Məsələn, Kələğayı hekayəsində Natəvan
xanım hadisələri
simvollaşdırır. Kələğayı elə xanımlıq
deməkdir. Buxara papaq
kişiliyin, qeyrətin
simvoludur. Bəşəriyyətin qurmaq, yaratmaq, cəmiyyətdə mövqe
tutmaq istəyən hər bir kişisində
kişilik qeyrəti olmalıdır. At-namus, hünər simvoludur. Yəni bunların hamısı
onu göstərir ki, Natəvan xanım əslində o yaddaşdan üzü bəri gələn, hələ dinlərin, təriqətlərin, məfkurələrin
yaranmadığı dövrdə,
hələ siyasi təmayüllərin mövcud
olmadığı dövrdəki
düşüncə tərzini
oxucusuna aşılamaq
istəyir. O, milli
düşüncə tərzində
hər bir Azərbaycan oxucusunu maarifləndirir. Onun əsərləri dünyanın müxtəlif
dillərinə tərcümə
olunub. Əslində o dünyanın müxtəlif
xalqlarının insanlarını
da maarifləndirir.
Onlara anlatmaq istəyir ki, hər bir
insan öz kimliyini və nəyə xidmət etdiyini dərk etməlidir. Məsələn, onun Avey əfsanəsini
oxuyanda adi bir süjet xəttində bircə cümlə var. Osman bəyin qızını Avey qaçırır.
Bənövşə xanımı kənddən
uzaqdakı dağlara tərəf aparır.
Onlar bir-birini sevirlər. Oman bəy qızını
tamam ayrı bir adama vermək
istəyirdi. Burda çox
qəribə bir məqam var ki, Bənövşə xanım çiyinlərindən
kəlağayını sürçüdüb
atın dal ayaqları altına salır. Bəlkə də təcrübəsiz
oxucu düşünə
bilər ki, bu bir jestdir.
Demə,
burada çox böyük məna var. Mən bilmirəm bu yazıçının
bilərəkdən yaratdıqlarıdır,
bəlkə də genetik yaddaşdan gələn məqamlardır.
O özünün dediyi
kimi uşaq vaxtında yuxularda uçardı. Sən demə bu yuxular elə onun yaddaşını təzələyirmiş, ona
bir istedad verirmiş, bəlkə də ondandır. Amma nədəndirsə həqiqətən
fikirləşəndə görürsən
ki, əslində bu kəlağayını
ona görə sürçüdüb atır
ki, bir bəyin
qızı sevdiyi çoban oğlana qoşulub gedir. Əslində burda xanımlıq
gedir, bəylik namusuna xələl gəlir. Bənövşə Aveyi sevsə
də, onunla getsə də kəlağayını görüb,
qardaşının gəlib
onlara çatmasını
da istəyir. Əslində burada bir simvol var. Bənövşənin
güman etdiyi kimi olur. Qardaşı gəlir, kəlağayını
görür və gəlib Aveyi tutub, aparırlar, dağdan atıb öldürürlər. Belə götürdükdə
adi süjet xəttidir. Amma psixoloji cəhətdən
o qədər kamil işlənib ki, aşiqlə məşuqun
məhəbbətinin sadiqliyinə
də, xanımlığın,
ismətin qorunmağı
üçün atılan
addımın düzlüyünə
də, dağın köksünün yarılmağına
da, daşlardan mirvariyə bənzər suların axmağına da, Damcılı bulağın yaranmasına
da oxucu inanır. Burada nə qədər
təfəkkürdən, yaddaşdan
gələn, əfsanəyə,
əsatirə doğru
gedən bir yaddaş var. Əslində
bu yazıçının
xalqdan aldığı
yaddaşdır. O yaddaşdır
ki, Şəhriyarın
dediyi kimi yalnız o insanlara qismət olur ki, onlar ayıq
olurlar, hər hansı gecədə deyib ki, Bir
mən oyağam Bir də mənim
başım üzərindəki
Tanrı, Məndən
aşağıda da heç nə yoxdur, Tanrıdan yuxarıda da.
Yalnız o adamlar kodları bilirlər, yaddaşa söykənirlər, genetik
yaddaşdan qaynaqlanırlar
ki, onlar həmişə ayıq olurlar. Onlar başının üstündə olan Tanrını qəbul edirlər. Ən sakit məqamlarda,
gecənin səssizliyində
Tanrı ilə danışmağı bacarırlar.
Mənə elə gəlir
ki, bəzən yazıçı kimi tanınmaq üçün
çox yazmaq lazım deyil, yaxşı yazmaq lazımdır. Natəvan Dəmirçioğlu
yaxşı yazan sənətkarlarımızdandır.
Natəvan Dəmirçioğlunun insan
kimi də yüksək mədəniyyəti,
mənliyi və ləyaqəti var. O özünə,
mənliyinə hörmət
etməyi bacardığı
kimi başqalarına da hörmət etməyi bacarır. Mən onun
müdafiəsini xatırlamaq
istəyirəm. Nə qədər
səbirli, nə qədər təmkinli, nə qədər dözümlü, nə qədər məntiqli idi. Bilirsiniz, dözüm, səbir
hər kəsə lazımdır. Amma xanımın
dözümü, səbri
olanda, əyilməzliyi
olanda o daha da özünə hörmət qazanır.
Əlbəttə, yazıçı olmaq, alim olmaq,
publisist olmaq, yaxşı jurnalist olmaq, ictimaiyyət arasında olmaq, yaxşıdır. Amma ləyaqətli
alim olmaq, ləyaqətli jurnalist olmaq, mənəviyyat sahibi olmaq seçilənlərdən
olmaq deməkdir.
Natəvan Dəmirçioğlu seçilənlərdəndir. Mən onun yaradıcılığına
uğurlar arzulayıram.
Belə hesab edirəm ki, Natəvan Dəmirçioğlu ədəbiyyata
yeni nəfəslə
gəlmişdi. Bu
nəfəs hələ ədəbiyyatımızda yeni-yeni hadisələr yaradacaq.
Ədalət.-2015 .-21 oktyabr.-S.6.