SƏHİFƏ-SƏHİFƏ
VƏRƏQLƏNƏN ÖMÜR YOLU
(əvvəli ötən
sayımızda)
Müəllif dərsliklə eyni zamanda Z.V.Şerba, V.V.Vinoqradov kimi dilçi alimlərin elmi yaradıcılıq yoluna da bir dilçi kimi çox diqqətlə yanaşır və onların dilçiliyə dair fikirlərinə bir aydınlıq gətirir.
Heç şübhəsiz ki, Azərbaycan dilçlilik elmi inkişafında müəyyən mərhələlərdən keçib. azərbaycan dilçilik elminin gələcək inkişafında birinci mərhələ az rol oynamayıb. XI əsrə qədər inkişaf yolu keçən birinci mərhələdə bu sahə ilə bağlı iş heç də az olmayıb. Dilçi alim bu mərhələdə yaranan əsərləri təhlil obyektinə çevirir. O, xüsusilə X.Təbrizinin üslubiyyata dair qiymətli fikirlərinə də elmi cəhətcən münasibətini bildirir. Azərbaycan dilçiliyinin inkişaf dövrünün ikinci mərhələsini elmi aspektdə araşdıran müəllif çox maraqlı paralellər aparır. Bu dövr dilçiliyinin aparıcı səciyyəvi xüsusiyyətləri haqqında müfəssəl məlumat verir. XX əsrin ikinci yarısından başlauaraq Azərbaycan dilçiliyi bir elm kimi sürətli inkişafı ilə diqqət çəkir. Bu və sonrakı illərin dilçiliyi fundamental tədqiqatlar ilə daha çox səciyyələnir. Bu mənada dilçi bu illərdə yaranan dilçiliyə dair tədqiqatlara diqqətlə yanaşır və onların rolunu və əhəmiyyətini xarakterik cəhətləri ilə birlikdə analitik təhlilin öhdəsinə verir.
Prof.A.Axundov kitabda "Dilin nəzəri məsələləri" adlı bölmədə tədqiqatın istiqamətini bir qədər dəyişərək daha da dərinləşdirir. Belə ki, dilçi alim dilin nəzəri məsələlərinə müxtəlif prizmadan yanaşıb onları analogiyanın gücü ilə diqqətlə araşdırmağa nail olub. Bu məqsədlə o, ilk növbədə dilin fəlsəfi aspektdən araşdırılmasını önə çəkir. Odur ki, dilçi alim bu məsələ ilə bilavasitə bağlı olan fikirləri qabartmalı olur. Xüsusilə, dilin mahiyyəti və əvzifələri ilə əlaqədar fikir və mülahizələrə müxtəlif bucaq altından münasibət bildirməsi yerinə düşür. Bu məqsədlə müəllif yazır: "Dilin mahiyyəti və vəzifələri məsələsi dil haqqında elmin əsas məsələsidir. Əslində, dilçilik elminin tarixi boyu mövcud olan bütün dilçilik məktəbləri ilk növbədə, məhz bu suala verdikləri cavaba görə bir-birindən fərqlənmiş və müxtəlif dilçilik məktəbləri hesab edilmişdir. Dilin mahiyyəti və vəzifələri nədən ibarətdir?".
Bu suala indiyədək müxtəlif cavablar verilmişdir. V.Humboldt, A.Şleyxer, H.Steynal, A.A.Potebnya, Raul, F.F.Fortunatov, J.A.Boduen de Kurtene, H.Şuxart, k.Fossler, F.de Sössür və başqa dilçilər dilin mahiyyəti barədə bir-birindən fərqlənən mülahizələr söyləmişlər. Bu baxımdan dilin mahiyyəti və funksiyaları ilə bağlı müəllifin fikirlərində bir sistemlilik və aydınlıq vardır. Onun dil və nitqlə bağlı araşdırmaları da olduqca maraqlıdır. O, dil ilə nitqi bir-birindən fərqləndirən əsas cəhətlərin xarakterik xüsusiyyətlərini açıqlamaq məqsədilə xüsusi cədvəl tərtib etməsi böyük əhəmiyyət kəsb edir. Belə ki, cədvəldə dil ilə nitqin fərqli cəhətləri aydın görünür. Cədvəldə dilə aid xüsusiyyətlər aşağıdakı kimi verilir.
1. Daimilik
2. Hazırkılıq
3. Məntiqilik
4. İctimailik
5. Sistem
Nitqə
aid olan xüsusiyyətlər isə belədir:
1. Dəyişkənlik
2.
Keçmişlik
3.
Psixolojilik
4. Fərdilik
5. Proses
Bundan sonra müəllifin nitqin terminoloji mənasının
araşdırılmasına diqqət yetirməsi mahiyyətcə
elmi ictimaiyyətdə maraq doğurmaya bilməz. Bu da səbəbsiz
deyil.
Prof.A.Axundovun dil və təfəkkür, söz və məfhum,
hökm və cümlə kimi məsələlərlə, məntiqi
və qrammatik kateqoriyalarla bağlı fikirləri də dərsliyə
elmi sambal gətirir. Bu cəhətdən O.V.Panfilov,
V.A.Zveginsev kimi dilçilərin fikir və mülahizələrinə
müxtəlif bucaq altından baxaraq onları elmi fikrin
süzgəcindən keçirir. Xüsusilə,
dilçi alimin məfhum və söz hökm və cümlə
ilə bağlı fikirləri maraqlı, inandırıcı
olmaqla onun elmi təfəkkürün lay
qatlarını açır. Onun - dilçi alimin
dil hadisəsi olan arqo ilə bağlı elmi mülahizələri
diqqətdən yayınmır. Bu
baxımdan müəllifin arqonun yaranma yolları ilə
bağlı müqayisəli paralellərə
üstünlük verməsi oxucuda maraq doğurur.
Dilçi alim dərlsiyin ikinci bölməsində ədəbi
dil, ədəbi dil və dialekt, ədəbi dil və milli
dil, ədəbi dillərin tipləri ilə əlaqədar
olan məsələlərə müxtəlif istiqamətlərdən
yanaşır.
Əvvəla, müəllif ədəbi dil
termini ilə müqayisələrə üstünlük
verir. O, bu məqsədlə ədəbi dillə
bağlı M.M.Quxman, Ə.Dəmirzadə, A.S.Çikobava
kimi alimlərin fikirlərini analitik təhlildən
keçirir və bu mübahisəli məsələyə
fikrini aşağıdakı kimi bildirir: "Ədəbi dilə
verilən izahlardakı norma, işlənilmiş
forma, qanuniləşdirmə kimi əməliyyatlar göstərir
ki, ədəbi dil müəyyən dərəcədə
süni səciyyə daşıyır. Deməli,
ədəbi dilə təsir göstərmək, onu dəyişdirmək
mümkündür. Əslində ictimai, mədəni
mühitin dəyişməsi ədəbi dilə çox vaxt
öz ciddi təsirini göstərir. Bu cəhətdən
Azərbaycan ədəbi dilinin tarixi səciyyəvi misal ola bilər".
Azərbaycan ədəbi dili öz inkişaf tarixində
iki böyük dövr keçmişdir. XII-XVII əsrlərdəkiAzərbaycan
ədəbi dili və XVIII əsrdən indiyədək
mövcud olan Azərbaycan ədəbi dili. Məlum olduğu üzrə, hər iki
dövrün ədəbi dili arasında istər leksik, istərsə
də fonetik və qrammatik cəhətdən ciddi fərqlər
vardır və onlar daha çox dilxarici amillərlə
bağlıdır (s.109).
Beləliklə, müəllif ədəbi dilin
özünə xas olan başlıca xüsusiyyətini, fərqləndirici
əlamətini yanaşma və işlənmə
formalarında görür ki, bu da oxucunu tam mənası ilə
qane edir. Müəllif eyni zamanda ədəbi dil və dialekt
probleminə də aydınlıq gətirərək
onların arasındakı fərqli cəhətlərə
elmi işıq salır. Dilçi alimin ədəbi
və milli dillə bağlı fikirləri də analoji
müqayisəli paralellərə söykənir.
Filologiya dilçilik elminin bir sahəsini, daxili
quruluşunun funsional xüsusiyyətlərini öyrənir. Müəllifin
fonologiya ilə bağlı mülahizələri, elmi fikirləri
də maraq dairəsinə görə yadda qalır. Xüsusilə, onun fomemlə bağlı fikirləri
də diqqət tələb edir. Bu
baxımdan dilçi alim mübahisə obyekti olan bu sahə ilə
bağlı gərəkli, fundamental fikirlər söyləyir.
Ona görə ki, müəllifin dediyi kimi
dilçiliyin bu sahəsi ilə əlaqədar istər Azərbaycanda,
istərsə də xaricdə fikir müxtəlifliyi
mövcuddur. Hətta indinin özündə
belə tədqiqatlarda müxtəlif fikirlər qalmaqdadır.
Dülçi alimin özünə gəldikdə onun fonemlə
bağlı fikri belədir: "Fonologiyanın vahidi fonemdir. Fonem dilin ən kiçik vahidi olub, müəyyən
fərqləndirici əlamətlər məcmuyudur. O,
söz və morfemlərin səs cildini fərləndirməyə
xidmət edir. Fonem dildə seqment, fonem və
superseqment şəkildə təzahür edir. Birinciyə linqvistik vəzifəli səslər (sait
və samitlər), ikinciyə isə vurğu, intonasiya kimi
fonoloji vahidlər daxildir"(səh.130).
Müəllif fonemin öyrənilməsi tarixini dərslikdə
diqqətlə araşdırmağa çalışır. Bu məqsədlə
o, fonemi ilk dəfə tədqiq etməyə
çalışan Boduen de Kurtenenin bu sahə ilə
bağlı tədqiqatlarını təhlilin süzgəcindən
keçirməli olur. ona görə
ki, dilçi alimin fonem problemi ilə birbaşa bağlı
olan fikirlərində ikili mövqe tuturdu. O, (Boduen de Kurtene -
T.M) fonemi bir tərəfdən etimoloji-morfoloji hadisə kimi səciyyələndirirdisə,
digər tərəfdən bu dilçilik hadisəsinə
psixoloji mövqedən yanaşırdı. Müəllif
bu məsələyə elmi aydınlıq gətirmək məqsədilə
Boduen de Kurtenenin fikirlərinə söykənən, ondan
müxtəlif formada bəhrələnən dilçilik məktəblərinin
fikirlərini saf-çürük edir. Bu
baxımdan o, rus və digər xarici dilçilikdə
özünə möhkəm yer tapmış fonemlə, fonem
nəzəriyyəsi ilə bağlı fikirləri analoji
qaydada təhlilin mərkəzinə çəkir. Bütün bunlarla bərabər o, bu sahə ilə
bağlı Azərbaycan dilçilərindən Q.H.Ələkbərlinin,
R.Sultanovun fikir və mülahizələrinə aydın
görünən prizmadan münasibət bildirir.
Prof.A.Axundov dərslikdə qrammatika, qrammatik kateqoriyalar,
morfologiya, sintaksis və onunla əlaqədar olan və eləcə
də başqa sahələrin tədqiqinə ciddi əhəmiyyət
verir. Bəyəniləsi haldır ki, dilçi alimin bu
sahələrin tədqiqi ilə birbaşa bağlı olan
fikirləri elmi dəyərlərə söykəndiyindən
böyük aktuallıq kəsb edir.
Dilçi alim dərsliyin üçüncü bölməsində
dilçiliyin mühüm sahəsini - dilin tətbiqi
metodlarını diqqət mərkəzinə çəkir. Bu baxımdan
müəllif dilçilikdə həmişə tədqiqatlarda
özünə yer tapan metod, metodika, metodologiya ilə
bağlı çox lazımlı müqayisəli paralellər
apararaq inandırıcı fikirlər söyləyir ki, bu da
onun elmi fikir potensialının gücündən xəbər
verir.
Müəllif dilin öyrənilməsində əsas və
başlıca rol oynayan müşahidə, təcrübə və
modelləşdirmə ilə bağlı yerində olan elmi
fikirlər söyləyir. Bu zaman dilçi alim
bu üsulların dildəki aparıcı roluna elmi prizmadan
yanaşır. Ona görə də o, elmi
analoji fikrin işığında hər bir üsulun dldəki
əsas funksiyasının elmi şərhini, izahını
verməklə V.Məhərrəmov, V.İ.Koduxov, O.S.Axmatova
kimi psixoloq və dilçilərin fkir və mülahizələrinə
üzbəüz mövqedən yanaşır və onları
analoji təhlilin mərkəzinə çəkr. Dilçi alimin modellər və modelləşdirmə
üsullarındakı xarakterik cəhətləri qabartmaq məqsədi
ilə tədqiq və təhlilə yeni elmi müqayisə
kontekstində üstünlük verməsi də təbiidir.
Bu mənada müəllifin modelləşdirmə
ilə bağlı istifadə etdiyi sxem və şərti
işarələr dilçi alimin riyazi elmi təfəkkürünün
nəticəsidir.
Professor
A.Axundov riyazi dilçiliklə bağlı elmi
araşdırmalarını "Dilin tətbiqində riyazi
üsullar", "Riyazi məntiq, çoxluqlar nəzəriyyəsi
və dlçlilik", "Dilin tətbiqində statistik
üsullar", "Ehtimal nəzəriyyəsi və
dilçlik" adlı hissədə də
araşdırmanı çox uğurla aparır. Onsuz da dilçi alim bu sahədəki nailiyyəti əvvəldə
qeyd etdiyimiz kimi "Riyazi dilçilik" kimi dərs vəsaitində
çoxdan qazanıb. Necə deyərlər,
uğur uğur gətirər. Heç
şübhəsiz ki, dilçi alimin qazandığı bu
halalca uğur həmişə axtarışda olan günlərinin
nəticəsidir.
Müəllifin dəsrlikdə öyrənib,
araşdırıb tətbiq etdiyi sahələr elmiliyi ilə
yadda qalır.
Bu da ondan irəli gəlir ki, dilçi alimin tətbiq
etdiyi sahələrin arxasında onun elmi potensialı
dayanırdı. Məhz bu səbəbdən
də həmin elmi potensial dilçi alimin "Ümumi
dilçilik" kitabında da özünü
açıq-aşkar göstərir.
Teyyub
MƏNSİMOĞLU
Kürdəmir
rayonu Karrar kəndi
Ədalət.-2015.-22 oktyabr.-S.6.