ŞÖHRƏT VƏ YA UNUDULMAYAN HAMLET QURBANOV

 

"Sənət fədailəri" silsiləsindən

 

Deyirlər ki, səhnə-teatr bir məktəbdir, ən gözəl tamaşa elə həyatın özünə bənzəyir. belə bir həqiqət varki, aktyorlar bəzən səhnədə elə öz talelərini yaşayırlar. Kimisi Aydını, kimisi Gültəkini, kimisi Dezdemonanı, kimisi Oqtayı kimisi kefli İsgəndəri. Bəs dahi Şillerin Karl Moor Amaliyasını necə?

Budur, günahsız Amaliya qaçaq Moorun qarşısında diz çöküb. Lakin elə o tamaşadaca ulduzları çoxdan ayrılan sevgililər faciəli talelərinin son düyününü vururlar, Karl Moor xəncəri Amaliyanın köksünə sancır. Ülvi bir məhəbbət heçliyə gömülür.

Taleləri elə gətirdi ki, iki aktyor-artıq gənc olmasına baxmayaraq teatr aləmində etiraf edilmiş Ağadadaş Qurbanovla elə o zaman səhnəyə yenicə ayaq basan Gülxar Həsənova Karl Moorun Amaliyanın taleyini yaşadılar-həm səhnədə, həm həyatda.

Şəmkirin Bayramlı kəndindən Bakıya gələn Gü2lxar Sultanova burada tibb texnikumuna daxil olur, sənətə dərin məhəbbəti onu Əli Bayramov adına qadınlar klubundakı dram dərnəyinə çəkir, çox keçmir bu dram dərnəyində "Karl Moor-Amaliya sevgisinin" binövrəsi hörülür. Dram dərnəyinin rəhbəri Ağadadaş Qurbanovla Gülxar bir-birinə vurulurlar. Kökü bəy nəslinə gedib çıxan, Həmid Sultanova qohumluğu çatan Gülxar 37-ci ilin repressiya tufanı qarşısında familiyasını dəyişməli olur, Gülxar Sultanova babası Hacı Həsən ağanın adına sığınır, olur Gülxar Həsənova.

1937-ci ildə onların toyu olur, bir il sonra gələcəyin istedadlı aktyoru Hamlet Qurbanov dünyaya gəlir. Xoşbəxt, məsud bir ailəmi? Yox, "Karl Moor-Amaliya" taleyi həyatda da onları izlədi.

1942-ci ildə yolları ayrıldı.

Bu ata-ana ayrılığı Hamlet Qurbanovun həyatında bəlkə ilk böyük haqsızlıq idi. Ancaq bu taledir-kimsəni qınamaq olmaz.

Ata-Ağadadaş Qurbanov-Xalq artisti, Gənc Tamaşaçılar Teatrının ilk aktyoru, səhnədə bənzərsiz rollar (Molla İbrahimxəlil, Hacı Qənbər, Kaol Moor, Xlestakov, Mirzə Səməndər, Vaqif, Şeyx Sənan, Musa), kinoda da yadda qalan obrazlar ifaçısı..

Ana-Gülxar Həsənova, Xalq artisti, əvvəl Gənc Tamaşaçılar Teatrının aktrisası, 1942-ci ildən isə Opera Balet teatrının sodisti, Əsli, Şahsənəm, Leyli, Ərəbzəngi rollarının mahir ifaçısı..

iki istedadlı bacısı-Firəngiz Gülşən Qurbanovalar.

Amma Hamlet xoşbəxt idimi?

Mark Avrelinin bir kəlamını xatırlayıram: "Ağrı-ağrı haqqında canlı bir təsəvvürdür6 bu təsəvvürü dəyişmək üçün iradənə güc ver, onu kənara at, şikayət eləmə-ağrı öz-özünə yox olar". Hamlet Qurbanov kifayət qədər iradəli, mənən güclü insan idi. əgər bu daxili potnqsialı, iradi qüvvəsi olmasaydı, səhnədə kinoda elə qüdrətli görünməzdi.

Mənim o zamanlar teatra böyük marağım var idi xoşbəxtəm ki, Akademik Teatrda tamaşaya qoyulan, əksəriyyətində Hamlet Qurbanovun oynadığı pyesləri canlı izləmişəm. "Şöhrət ya unudulan adam"da Assistent (bu onun ilk rolu idi), "İnsan"da Albert, "Kəndçi qızı"nda Şəkərlinski, "Karıxmış sultan"da Sultan, "Xanuma"da Knyaz, "Unuda bilmirəm"də Uəmil, "Əliqulu evlənir"də Əliqulu, "Kreml saatı"nda Dzercinski, "Natəvan"da Uanişin, "Büllur saray"da Ağahüseyn, "Dəli yığıncağı"nda Doktor Lalbyuz, "Meşşanlar"da Pyotrgbir sözlə Azərbaycan teatrının 1960-1994-cü il dövrünü Hamlet Qurbanovsuz təsəvvürə gətirmək qeyri-mümkündür.Müxtəlif üslublu recissorlar üçün eyni dərəcədə sevimli istedadlı bir aktyor.

Hələ kino fəaliyyətigTeleviziya tamaşaları..Saysız-hesabsız rolları içərisində ikicəciyini xatırlatmaq kifayətdir: Qıpçaq Məlik ("Dədə Qorqud"), İldırım Bəyazit ("Topal Teymur"). Tale ona cüssəli boy-buxun, hündür qamət, teatrda hamıdan seçilən nəhəng görkəm bəxş eləmişdi. Əsasən mənfi xislətli, intriqa doğuran rollarda görünərdi. Gah komik, gah dramatik, gah da faciəvi. Bu rolların əksəriyyətində dublyoru yox idi. Amma özü "Əliqulu evlənir"də Ağasadıq Gəraybəylini əvəz etdi yaxşı da alındı. "Dəli yığıncağı"nda yalnız bir-iki epizodda göründü, amma tamaşanın ideya xəttini bir neçə sözüylə tamamlaya bildi: "Dali, hamısı dali".

Kifayət qədər enercili, qədərincə dözümlü, ən başlıcası isə son dərəcə istedadlı Hamlet Qurbanov gənclik ehtirası ilə 1998-ci ildə 60 yaşına gəlib çatacaqdı.

O, hamının gözləri qarşısında canlı klassikə çevrilirdi.

Bütün bunlar-bu dediklərimiz sanki aysberqin görünən tərəfləriydi.

Sən demə, Hamlet fiziki mənəvi ağrılar içində yaşayır, bu ağrılar haqqında təsəvvürü dəyişməyə isə gücü çatmırmış.

Ölümündən sonra Hamlet Qurbanov haqqında bir çox yazılar qələmə alındı, hamısında bir nisgil, acı bir təəssüfg O zaman "Günay" qəzetində aktrisa Lalə Bağırovanın bir yazısını oxumuşdum. Yazırdı ki: "Sağlığında bu adamı heç kəs başa düşmürdü. Bu cür ali təbiətli şəxsiyyətlərin zəngin daxili aləminə varmağa heç cəhd göstərmirik. Görəsən niyə? Axı, onların doğrudan da özlərinə məxsus, bizim adi təsəvvürümüzdən uca aləmləri var. Həmin aləmə yetişmək hər adamın işi deyil, bunu yalnız onların təfəkkür səviyyəsinə çatmış, mənəvi saflıq səmimiyyət anlayışlarını hələ yadırğamamış adamlar bacarar. Bəzən biz belələrinin yanından laqeydcəsinə ötüb keçirik. Bu qeyri-adi adamlar isə axına qoşulmağı bacarmadıqlarını görəndə özləri üçün yeganə çıxış yolunu tənhalıqda tapırlar".

Tənha aysberqgBiz onun yalnız doqquzda birini görə bildik.

Hamlet Qurbanov sənətdə öz qanuni, istedadı müqabilində haqqını ala bildimi? Yox! O dövrü o illəri xatırlayaq.

Neçə sənətçi "Əməkdar artist" fəxri adını gözləyə-gözləyə, bu həsrətlə yaşaya-yaşaya dünyadan köçdü. Hamletə bəxş olunan "Əməkdar artist" fəxri adı isə onun böyük istedadı qarşısında çox cüzi bir təltif idi. iki dəfə "Cxalq artisti" fəxri adına təqdim edilmişdi- burada o öz qanuni haqqına çatacaqdı. Amma hər dəfəgkimsə onun bu haqqını əlindən alırdı. Təbiətən dözümlü olsa da, get-gedə bu dözüm əriyirdi, o, belə haqsızlığa dözə bilmirdi. tezliklə bu mənəvi ağrılar fiziki ağrılara çevrildi. İnfarkt infarkt ardınca-sonra XX əsrin ən böyük bəlası-ağır şişgAktyorluqdan başqa heç bir gəlir yeri olmayan Hamlet onun anası Gülxar xanım etməliydilər? İki dəfə müəyyən adamların qayğısıyla Moskvaya getdilər. Üçüncü dəfəyə ümid qalırdı, bəlkə sağala bilərdi, amma vaxt keçir, pul tapılmırdı. Bu müddət ərzində Gülxar xanım neçə idarəni ayaqdan salsa da yeganə övladının müalicəsi üçün imkan tapa bilmədi. Vaxtı keçəndən sonra isə ona dedilər: "Gecdir".

Ən böyük faciə isə Hamletin ölümündən sonra başladı. Dəfn mərasimində dərdli ana-Gülxar xanım dərdli bacı-Gülşən Qurbanova köməksiz tçk qalmışdılar. Səhnədə şah, knyaz, sultan rollarının məhşur ifaçısı Hamlet Qurbanov bir fəqir kimi dəfn olunurdu. Gülxar xanımın dediyinə görə, o zamankı mədəniyyət naziri beş-altı dəqiqə dəfndə iştirak etdi, sonra heç bir şey oldmamış kimi maşınına minib getdi. Mərasimi Əliabbas Qədirov aparmalı oldu. Hamlet Qurbanov ümumi qəbristanlıqda (heç olmasa, İkinci fəxri xiyabanda torpağa tapşırılmalıydı, çünki Əməkdar artist idi), bir hasa dibində, qəbirlər arasında dəfn olundu. Bu hadisə 1995-ci ilin soyuq noybr günlərinin birində baş vermişdi.

Səhnədə knyaz, sultan, şah rollarının mahir ifaçısı Hamlet Qurbanov indi o ümumi qəbristanlıqda sakitcə uyuyur.

Amma bu qəmli söhbətə kədərlə qulaq asmayın. Hamlet Qurbanov sənət aləmində, Azərbaycan teatrı tarixində yaşayır yaşayacaq...

 

Ədalət.-2015.-22 oktyabr.-S.7.